Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-874/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X4 və iddiaçının qanuni nümayəndələri X3 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12590/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əlilliyinin son qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə, təqdim edilmiş tibbi sənədələr əsasında əlillik təyinatının müəyyən edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir (İş vərəqi 104, 109-111). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12590/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İşin apellyasiya mərhələsində Bakı Apellyasiya Məhkəməsnin xx.xx.2024-cü il tarixli aralıq qərardadı ilə iddiaçının əlillik vəziyyətinin, qüvvədə olan meyarlara müvafiq yenidən qimətələndirilməsi üçün cavabdehə 35 gün müddət təyin olunmuşdur. Agentliyin xx.xx.2024-cü il tarixli 3-174/213805/2024 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş, Tibbi Sosial Ekspert Komissiyasının 29 fevral 2024-cü il tarixli qərarına əsasən müəyyən olunmuşdur ki, məhkəmnin sözügedən aralıq qərardadı icra olunaraq, iddiaçıya komissiya tərəfindən əlillik təyinatı aparılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Nəsibov məhkəmənin aralıq qərardadına əsasən Komissiya tərəfindən xx.xx.2012-ci il təvəllüdlü iddiaçının əyani müayinəsi aparılmaqla, ümumi xəstəlik səbəbi ilə onun 2 il müddətinə orqanizminin funksiyalarının 50 faiz pozulması barədə 29 fevral 2024-cü il tarixli qərar qəbul edildiyini bildirərək, artıq iddia təmin edildiyinə görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi E.Nadirov məhkəməyə verdiyi izahatında oğlu X2 tərəfindən əlillik təyinatı aparıldığını və pensiya kartı da artıq verildiyini bildirmiş (Digər qanuni nümayəndəsi Y.Nadirova da bunu təkzib etməmişdir.) Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş üzrə toplanmış sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyi nəzərə alınaraq, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh Agentliyin xx.xx.2024-cü il tarixli 3-174/213805/2024 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş Tibbi Sosial Ekspert Komissiyasının 29 fevral 2024-cü il tarixli qərarından həqiqətən görünür ki, aşağıdakı qərara alınmışdır: “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.10.1-ci bəndinə müvafiq olaraq iddiaçının ümumi xəstəlik səbəbindən 2(iki) il müddətinə orqanisminin funksiyalarının 50%(əlli) pozulması barədə qərar qəbul edilsin.” İddiaçının hazırkı məhkəmə iclasında iştirak edən qanuni nümayəndələrinin qeyd olunan izahatlarında da iddiaçıya əlillik təyinatı aparıldığı etiraf olunur. Göründüyü kimi, iddiaçının iddia ərizəsində ifadə olunan tələbi cavabdeh inzibati orqan tərəfindən tam təmin olunmuş və onlar arasındakı mövcud mübahisə artıq öz həlillini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Eyni zamanda, 67.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də, məhkəmənin aralıq qərardadı əsasında iddiaçının tələbinin təmin olunduğunu və mövcud mübahisənin aradan qalxdığını nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. İPM-in 90.2-ci maddəsinin tələbinə görə Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 80, 83, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Məhkəmənin aralıq qərardadı əsasında iddiaçının tələbi təmin olunduğu və tərəflər arasındakı mübahisənin aradan qalxdığı nəzərə alınaraq, iş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-874/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-874/2024
13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver