Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-875/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Cavabdehnə (3-cü şəxs "xxxx" MMC) qаrşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-7614/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçılar X2 və digərləri Cavabdehnə qarşı “əmlaka görə kompensasiyanın alınmamış hissəsinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4148/2020 saylı, 02.11.2020-ci il tarixli qərardadı ilə iddia bir icraatın müstəqil işlər üzrə icraata ayrılması qərara alınmışdır. “İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı ünvan 1 ünvanda yerləşən dövlət ehtiyacları üçün satın alınmaya məruz qalmış yaşayış binası üzrə ödənilməyən 105.600 (yüz beş min altı yüz) AZN (manat) vəsaitin Bakı şəhər Cavabdehndən tutulması barədə qərar qəbul edilməsi” tələbi üzrə iş 2-1(112)-4148/2020 nömrəli işdən yeni nömrə ilə ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7614/2020 saylı, 10.11.2020-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq dövlət ehtiyacları üçün alınmaya məruz qalmış əmlakın dəyərinin kompensasiyanın ümumi məbləğinin 20 faizi miqdarında müəyyən edildiyindən və Qanunvericiliyin tələblərinə uyğun olaraq yaşayış binasının tərkib hissəsi olan, ümumi istifadədə olan binanın, dəhlizi, pilləkənları, lift, su anbarı, balkonlar, işıq transformatoru və otağı, həyətyanı sahə və sair sahələrin kompensasiyası ödənilməmişdir. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-7614/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və inzibati işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi iddiaçılar Mənzil Tikinti Kooperativinin üzvü olaraq MTK tərəfindən inşa edilmiş və sökülməyə məruz galmış mənzilillərinin vəsaitlərini almışlar. Lakin yaşayış binasının digər sahələrinə (ümumi istifadədə və faktiki mülkiyyətdə olmuş; Dövlət tərəfindən ayrılmış meydança sahəsi, su anbarı, transformator otağı, binan dəhliz və digər sahələri.) kompensasiya ödənilmədiyi sübuta yetirilir. Mübahisə predmetinə çevirilmiş və iddia tələbində göstərilən sahələrin bundan öncə ödənilmiş kompensasiya məbləğinə (mənzillərə ödənilmiş kv.m sahələr) heç bir aidiyyatı yoxdur. İddia ərizəsində tələb edilən sahələrə görə kompensasiyanın ödənilmədiyi tərəflərin izahatlarından və iş materiallarından tam sübuta yetirilir. İddia tələbinin digər hissəsindən də göründüyü kimi mənzillərə görə ödənilməli olan Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən kompensasiya məbləğinin 20% miqdarında əlavə ödəmənin və çətinliyə görə kompensasiya məbləğinin hesablanıb ödənilmədiyi iş materialları (cavabdehin məhkəməyə təqdim etdiyi inzibati materiallar) ilə tam sübuta yetirilir. Məhkəmə tərəfindən işə mahiyyəti üzrə araşdırma aparılmadan iddianın mümkün sayılmaması qərara alınmışdır. İş materiallarında olan DNK-da bağlanmış alqı-satqı müqavilələrindən də göründüyü kimi iddiaçılara əmlak kompensasiyası olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq əmlak dəyərinin 20%-nin ödənilməsinə və çətinliyə görə kompensasiya məbləğlərinin ödənilməsinə dair məlumat mövcud deyildir. İddia tələblərinin dəlillərini təkzib edən heç bir sübut inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddia tələbi ödənilməyən hissələrin ödənilməsinə yönəldilən hüquqi addımlardan ibarətdir. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş apellyasiya şikayətində qeyd edilmişdir ki, iddia tələbi ödənilməyən hissələrin ödənilməsinə yönəldilən hüquqi addımlardan ibarətdir və məhkəmə tərəfindən iddia tələbində göstərilmiş dəlillər araşdırılmadan qərar qəbul edildiyi üçün iddiaçının mülkiyyət, ədalətli kompensasiya almaq, ədalətli mühakimə olunmaq və məhkəməyə müraciət etmək hüquqları pozulmuşdur. Hesab edirik ki, apellyasiya şikayətinin dəlilləri tam əsassızdır. Belə ki, AR Mülki Məcəlləsinin 227.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Eyni zamanda, AR Mənzil Məcəlləsinin 36.4.2ci maddəsinə əsasən çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını özgəninkiləşdirməyə, habelə həmin payın göstərilən sahəyə mülkiyyət hüququndan ayrılıqda keçməsinə səbəb olan digər hərəkətləri etməyə çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin hüququ yoxdur. Bundan başqa, AR Mülki Məcəlləsinin 245-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Qeyd olunan müddəaların hazırki işə tətbiqi baxımından belə nəticəyə gəlmək olar ki, iddiaçı müvafiq kompensasiyanın məbləği ilə razılaşmaqla və həmin məbləği qəbul etməklə mənzil üzərində mülkiyyət hüququndan imtina etdiyindən, o, hazırki tələbində irəli sürdüyü çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinə və mənzildən istifadə üçün torpaq sahəsinin zəruri hissəsinə, habelə, su anbarı, transformator otağı, binanın dəhliz və digər sahələrinə dair mülkiyyət hüququnu da əldə edənə vermişdir. Beləliklə, iddiaçının iddia tələbi ödənilməyən hissələrin ödənilməsinə yönəldilən hüquqi addımlardan ibarət deyil, iddiaçının, hazırki tələbində artıq özgəninkiləşdirdiyi əmlakına görə, yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbindən ibarətdir. Bu səbəbdən də, AR Mülki Məcəlləsinin 35.1-ci, 351.3-cü maddələrinin, eyni zamanda, “İnzibati məhkəmə İcraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 5 saylı qərarının tələblərinə əsasən iddiaçı ilə Cavabdeh arasında bağlanmış mənzilə dair alqı-satqı müqaviləsi qüvvədə olduğu zaman iddiaçının əmlakın alıcısına qarşı inizbati məhkəmə icraatı qaydasında iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Qeyd olunanlara əsasən, iddiaçının apellyasiya şikayətində qeyd edilən dəlillər əsaslı hesab edilə bilməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçı və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünəuyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırkı iddia tələbinin inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri yerinə yetirilmir. İş materiallarında olan mübahisəli ərazidə torpaqları dövlət ehtiyacları üçün alan orqan – hazırkı cavabdeh Yasamal İcra Hakimiyyəti ilə iddiaçı X5 arasında, notarial qaydada bağlanmış 26.04.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X5, 26.04.2017-ci il tarixdə Xəzri MTK tərəfindən verilmiş qeydə alma nömrəsi 574 nömrəli arayışa əsasən ünvan 2 ünvanında yerləşən 23 saylı mənzilini qanunvericilikdə nəzərdə tutulan bütün əlavələr (faizlər) nəzərə alınmaqla hesablanmış 489400 manat məbləğində kompensasiya məbləği almaqla Cavabdeh xeyrinə imtina etmişdir. İş materiallarında olan mübahisəli ərazidə torpaqları dövlət ehtiyacları üçün alan orqan – hazırkı cavabdeh Yasamal İcra Hakimiyyəti ilə İddiaçı arasında, notarial qaydada bağlanmış 23.05.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı, 15.03.2013cü il tarixdə Xəzri MTK tərəfindən verilmiş müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini qanunvericilikdə nəzərdə tutulan bütün əlavələr (faizlər) nəzərə alınmaqla hesablanmış 39000 manat məbləğində kompensasiya məbləği almaqla Cavabdeh xeyrinə imtina etmişdir. Cavabdeh 1065/d saylı 04.08.2020-ci il tarixli məktubuna əlavə olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, 29.12.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində ünvan 3 ünvanında yerləşən çoxmənzilli binanın yaşayış və qeyriyaşayış sahələrinə dair “Qiymətləndirmə cədvəli”ndə göstərilmişdir ki, İddiaçı məxsus olan mənzilə görə əlavə xərclər də nəzərə alınmaqla 489.400 manat, qeyri-yaşayış sahəsinə görə 39.000 manat məbləğində kompensasiya hesablanmışdır. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 246, 247.1.1, 324.1, 390.3, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 24.4-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçı mübahisəli ünvanda yerləşən əmlakın könüllü olaraq cavabdehin xeyrinə özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqavilə də onun tərəfindən mülki icraat qaydasında mübahisələndirilməmiş və hal-hazırda qüvvəsindədir. İşin hallarından göründüyü kimi, iddiaçı sözügedən alqı-satqı müqaviləsi qüvvədə ola-ola, artıq özgəninkiləşirdiyi əmlakına görə, təkrarən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürmüşdür. Halbuki, hər iki tərəf mübahisələndirlən əmlakın alqı-satqına dair bağlanmış müqavilə ilə və Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olan öhdəliklərini icra etmişdir. Yəni, satıcı öz əmlakını alıcıya satmış, alıcı isə həmin əmlakın dəyərini ona ödəmiş və satıcı da qəbul etmişdir və bu işin mübahisələndirilməyən halını təşkil edir. Belə olan halda Mülki Məcəllənin 527.1-ci və 528ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olur. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir. 36.2. Çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payının aqibəti həmin sahəyə mülkiyyət hüququnun kimə mənsub olmasından asılıdır. Maddə 36.3. Çoxmənzilli binada olan sahəyə mülkiyyət hüququ başqa şəxsə keçdikdə, sahənin yeni mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı sahənin əvvəlki mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payına bərabər olur. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. 37.2. Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir Mənzil Məcəlləsinin istinad olunan müddəalarına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir. Bununla yanaşı, həmin Məcəllənin yuxarıda qeyd edilən digər normalarının məzmunundan göründüyü kimi, çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payının aqibəti həmin sahəyə mülkiyyət hüququnun kimə mənsub olmasından asılıdır və çoxmənzilli binada olan sahəyə mülkiyyət hüququ başqa şəxsə keçdikdə, sahənin yeni mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı sahənin əvvəlki mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payına bərabər olur. Nəhayət, çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir. Beləliklə, istinad edilən normaların tələbləri və tərəflər arasında bağlanmış müqavilə nəzərə alındıqda, iddiaçının mülkiyyət hüququ üzrə ona məxsus mənzil sahəsindən cavabdehin xeyrinə imtina etməsi ilə eyni zamanda çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı da müqavilə üzrə mənzil sahəsini əldə edənə, hazırkı halda, cavabdehə keçmişdir. Beləliklə, iddiaçının iddia etdiyi, istinad edilən müqavilənin bağlanmasınadək ona məxsus olmuş mənzil sahəsinə xidmət edən sahə və obyektlərə münasibətdə hazırkı məzmunda tələb hüququ yoxdur. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında hazrıkı kompensasiya tələbini irəli sürməkdə subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməmişdən öncə iddia tələbi ilə bağlı müvafiq ərizə ilə cavabdehə müraciət etməsi barədə ərizə təqdim etsə də, həmin kollektiv müraciətin cavabdehə çatmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh inzibati orqan tərəfindən məhkəməyə göndərilmiş 09 aprel 2021-ci il tarixli məktubda iddiaçı tərəfindən hər hansı bir müraciətin olunmadığı bildirilmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-7614/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-875/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-875/2021
23.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver