Məhkəmə qərarları › İş №2-1(103)-875/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-875/2022

13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-875/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədan və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “sərəncamların ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5487/2021 saylı 29 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Bakı şəhəri Cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdehin səlahiyyətli şəxsləri tərəfindən verilmiş 19.09.2017-ci il tarixli, 382 nömrəli, 31.07.2017-ci il tarixli 322 nömrəli, 31.07.2017-ci il tarixli, 323 nömrəli, 17.07.2017-ci il tarixli 307 nömrəli, 15.06.2018-ci il tarixli 067 nömrəli, 26.01.2017-ci il tarixli 49 nömrəli, 04.09.2018-ci il tarixli, 337 nömrəli, 26.01.2017-ci il tarixli, 50 nömrəli, 30.10.2018-ci il tarixli, 358 nömrəli, 03.11.2017-ci il tarixli, 439 nömrəli sərəncamların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5487/2021 saylı 29 oktyabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə son olaraq baxılması 13.04.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə tərəflərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı MMC-nin idarə heyətinin sədri X3 tərəfindən məhkəmənin elektron kabinetinə elektron qaydada ərizə ilə müraciət edilərək, 3-cü şəxslərlə müqavilənin bağlandığı, tərəflər arasında mübahisənin qalmadığı və bununla bağlı iş üzrə icrata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı MMC tərəfindən verilmiş ərizənin məzmununda qeyd edilənlərin iradə ifadəsi olaraq iddiadan imtinaya uyğun gəldiyini, həmin ərizənin iddiadan imtina kimi qəbul edilməsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı MMC-nin idarə heyətinin sədri tərəfindən verilmiş ərizə qanuna zidd olmayıb, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş ərizə təmin edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar