Məhkəmə qərarları › İş №2-1(103)-875/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-875/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-875/2025 09.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Ramiz Vüqar oğlu Əsgərlinin katibliyi, İddiaçı Zeynalabdin oğlunun, onun vəkili və nümayəndəsi Vəkil, cavavdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7963/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. AA******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır.

2. İddiaçıya məxsus APM № ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Güllübulaq “Polad” kolxozunda çilingər işləmiş, xx.xx.1979-cu ildən xx.xx.1981-ci il tarixədək Sovet ordusunda xidmət etmiş, xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixinədək 6 nömrəli texnoloji sexin elektrotexniki şöbəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, xx.xx.1986-cı il tarixdən xx.xx.1990-cı il tarixinədək 6 nömrəli texnoloji sexin elektromexaniki sahəsində usta, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixinədək baş energetik, xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək 7 nömrəli sexdə böyük energetik, xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixinədək 7 nömrəli istehsalatda energetik, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixinədək mühafizə qurğuları və rabitə üzrə 22 nömrəli sexin rəisi (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2004-cü il tarixli 42 nömrəli Əmrinə əsasən “Azərneftyanacaq” X7 “H.Əliyev adına “Bakı X7” adlandırılmışdır), xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixinədək zavodun 17-ci dərəcəli baş energetiki, xx.xx.2012ci il tarixdən xx.xx.2020-ci il tarixinədək zavodun idarəetmə aparatının energetika şöbəsində şöbə rəisi (“H.Əliyev adına “Bakı X4 xx.xx.2015-ci il tarixli SOCAR/15- 1700/xx-xx-000078 №li Əmrinə əsasən “H.Əliyev adına “Bakı X7” “H.Əliyev adına “X7” adlandırılmışdır)” adlandırılmışdır), xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək idarəetmə aparatının istehsalata xidmət departamentində rəis müavini, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinəhdək "xxxx" MMC-də elektrik işləri üzrə böyük mühəndis vəzifələrində işləmişdir. xx.xx.2024-cü il tarixdən halhazıradək "xxxx" MMC-də elektrik işləri üzrə müşavir vəzifəsində işləyir.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 57 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1961-ci ildə anadan olmuşdur. 27 oktyabr 1981-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. xx.xx.1978-ci ildə əmək fəaliyyətinə başlamış, müxtəlif müəssisələrdə işləmişdir. xx.xx.2024-cü il tarixdən halhazıradək "xxxx" MMC-də elektrik işləri üzrə müşavir vəzifəsində işləyir. xx.xx.2018-ci il tarixdə 57 yaşı tamam olmuşdur. Həmin tarixdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçı cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməyi xahiş etsə də, müraciətinə imtina cavabı verilmişdir. Cavabdeh iddiaçının çalışdığı müəssisənin fəaliyyət sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahıda nəzərdə tutulan kimya istehsalatı sahəsinə aid olmadığını əsas gətirərək böyük energetik və energetik vəzifələrində işlədiyi dövrləri güzəştli iş stajı kimi qəbul etmir, bu səbəbdən də güzəştli iş stajının 12 il 6 aydan az (8 il 4 ay 11 gün (xx.xx.1981-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər)) olduğunu bildirir. İddiaçı hesab edir ki, əmək kitabçasına və işlədiyi müəssisə tərəfindən verilən arayışa əsasən onun 1 yanvar 2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı üzrə güzəştli iş stajı 12 il 6 aydan artıqdır. Onun çalışdığı elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru və elektromexaniki sahə üzrə usta vəzifələri adıçəkilən siyahının qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı yarımbölmesindəki elektroavadanlığın təmiri və xidməti üzrə elektromontyoriar (kod ******* a—19861) və ustalar, böyük ustalar (kod ******* b— 23187) vəzifələri, böyük energetik və energetik vəzifələri isə kimya istehsalı bölməsindəki tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri yarımbəndi (kod 1080A00— 17541) ilə uyğunluq təşkil edir.

5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 21 iyul 2023- cü il və 12 fevral 2024-cü il tarixlərdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin 21 iyul 2023-cü il tarixli 3-17-1/2-M-164766/2023 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 04 mart 2024- cü tarixli 3-17-1/2-M-52875/2024 nömrəli məktublarına əsasən, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın kimya istehsalatı bölməsində (Vİİİ) 1080A00—17541 kodu üzrə tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın “Heydər Əliyev adına X7”nun İddiaçı dair 8 fevral 2024-cü il tarixli 14-2-27/2-373/2024 nömrəli arayışında xx.xx.1991-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində 7 nömrəli sexdə böyük energetik, xx.xx.1994-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində 7 nömrəli istehsalatda energetik vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən və yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan kimya istehsalatı sahəsinə aid deyil. Buna görə də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az ( 8 il 4 ay 11 gün (xx.xx.1981- xx.xx.1990-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Cavabdeh göstərilənləri və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci, 9.1-ci maddələrini əsas götürməklə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7963/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın sonuncu dəfə müraciət edilən xx.xx.2024-cü il tarixdən əvvəlki üç il üçün hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmışdır. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 29 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsinin məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

13. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən hesablanır.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) 19.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 19-25-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 20.Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli və 12 fevral 2024-cü il tarixli ərizələr ilə cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 21.Cavabdeh orqan isə müraciətləri təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli cavab məktublarına əsasən bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın “Heydər Əliyev adına X7”nun İddiaçı dair 8 fevral 2024-cü il tarixli 14-2-27/2-373/2024 nömrəli arayışında xx.xx.1991-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində 7 nömrəli sexdə böyük energetik, xx.xx.1994-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində 7 nömrəli istehsalatda energetik vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən və yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan kimya istehsalatı sahəsinə aid deyildir.

22. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına əsasən, xx.xx.1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixinədək azı 25 il ümumi stajının mövcud olduğu müəyyən olunur və işin bu halı mübahisəsizdir.

23. Konkret halda, cavabdeh tərəfindən mübahisələndirilir ki, iddiaçının xx.xx.1991xx.xx.1994-cü və xx.xx.1994-xx.xx.2003-cü illərdə 7 nömrəli sexdə böyük energetik və energetik vəzifələrində işlədiyi SOCAR Heydər Əliyev adına X4 fəaliyyət sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulan kimya istehsalatı sahəsinə aid olmamasıdır.

24. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan əsasla iddiaçının həmin illər arasındakı dövrün onun güzəştli pensiya hüququ verən stajı kimi nəzərə alınmaması əsassızdır.

25. Belə ki, işin apellyasiya baxışı zamanı SOCAR Heydər Əliyev adına X6 verilmiş sorğuya 06 dekabr 2024-cü il tarixli cavab məktubuna əsasən İddiaçı Zeynalabdi oğluna güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün X7 tərəfindən verilmiş 15 yanvar 2019-cu il tarixli arayışın deyil, 07 iyun 2024-cü il tarixli, 14-2-7/2-228/2024 saylı arayışın əsas götürülməsi bildirilmişdir.

26. İş materiallarında olan 07 iyun 2024-cü il tarixli, 14-2-7/2-228/2024 saylı həmin arayışdan görünür ki, İddiaçı Zeynalabdi oğlunun işlədiyi energetik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın kimya istehsalı bölməsindəki (Vİİİ) tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri bəndi (A) (kod 1080A00-17541) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın kimya istehsalı bölməsindəki (8) tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri bəndindəki (8.1) müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə bilavasitə eynilik təşkil edir.

27. Kollegiya qeyd edir ki, həm Nazirlər Kabinetinin 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda (1080A00-17541 A kodu altında), həm də 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda (8.1-ci yarımbəndində) nəzərdə tutulmuş sahələr yalnız kimya müəssisələrinin deyil, həm də tam iş günü həmin siyahılarda sadalanmış istehsalatlarda və işlərdə məşğul olan neft-kimya sənayesi istahsalat sahələrinin fəhlələrinə, rəhbərlərinə və mütəxəssislərinə də güzəştli şərtlərlə pensiya hüququ verir. Belə ki, qeyd olunan siyahının 1080A010 kodu altında (bax 14-cü bəndə) Kimya İstehsalında işləyən mexaniklər və energetiklərdə güzəştli şərtlərdə pensiya hüququ əldə edən şəxslərin siyahısına əlavə edilmişdirlər. İddiaçının işlədiyi Heydər Əliyev adına X7 məhz neft-kimya sahəsində ixtisaslaşmışdır. Bu hal, işdə olan arayışlar, nizamnamə ilə də təsdiq olunur. Həmçinin H.Əliyev adına X4 rəsmi internet saytındakı məlumatlardan da görünür ki, Zavodda neftkimya müəssisələri üçün maye-qaz fraksiyaları, nafta graksiyası, quru qaz, naften turşuları, bitumlar, sənaye, turbin, transformator yağlarının istehsalı ilə yanaşı “Azərkimya” İB üçün xammal (texniki propan, texniki butan və quru qaz) hazırlanması həyata keçirilir.

28. Göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.1991- xx.xx.1994-cü və xx.xx.1994xx.xx.2003-cü illərdə iddiaçının 7 nömrəli sexdə böyük energetik və energetik vəzifələrində işlədiyi dövrün onun güzəştli stajı kimi nəzərə alınmaması əsassızdır. Qeyd olunmalıdır ki, məhkəmə təcrübəsində eyni hallar üzrə güzəştli şərtlərlə pensiya təyin edilməsini ehtiva edən çoxlu sayda məhkəmə qərarları da mövcuddur.

29. Beləliklə də, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun «Əmək pensiyaları haqqında Qanunun 7-ci və hazırda qüvvədə olan 9.1-ci maddəsində nəzərdə tutulan azı 25 il ümumi və 12 il 6 ay güzəştli pensiya hüququ verən staja malik olduğu sübuta yetirilir. 30.Məhkəmə kollegiyası iddiaçının ona təyin olunmuş pensiyanın xx.xx.2020-ci il tarixdən ödənilməsi dəlilinə münasibətdə bildirir ki, iş materiallarından göründüyü kimi 2023-cü ildə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehin rəsmi imtinası olmuş, bu imtinadan iddiaçı həmin vaxtdan məlumatlı olmuş, lakin iddiaçı cavabdehin imtinasnı məhkəmə, yaxud inzibati qaydada mübahisələndirməmiş, ondan əvvəl isə inzibati orqana müraciət etməsi və müraciətinin təmin edilmədiyi və nəticədə cavabdehin imtinasını mübahisələndirdiyinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

31. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyasının tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur.

33. Belə olan halda kollegiya hesab edir ki, mübahisələndirilən sonuncu imtina məktubuna uyğun olaraq və qanunvericiliyin tələblərinə əsasən cavabdeh inzibati orqan tərəfindən 12 fevral 2024-cü ildən əvvəlki 3 il üzrə əmək pensiyasının hesablanaraq ödənilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 35.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 36.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7963/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 37.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7963/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar