Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-876/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı X7 və qeyrisi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə X23, Cavabdeh3 3-cü şəxs qismində inzibati icraata cəlb edilməklə “çıxarışın ləğv edilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(81)- 4484/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(81)-4484/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı iləiddia təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Kömtəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysterində Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, ev 54, mənzil 16-nin X9 adına qeydiyyata alınmaqla həmin mənzil barəsində onun adına xx.xx.2007-ci ildə ******* N-li çıxarışın verilməsi üçün əsas olmuş Bakı şəhəri İH MKT Departamentinin xx.xx.2007-ci il tarixli 35/8 N-li sərəncamı ləğv edildiyindən həmin mənzil barəsində Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Kömtəsi yanında Daşınmaz Əmlakın Dövlət X1 adına aparılmış qeydiyyatın və həmin mənzil barəsində X9 adına xx.xx.2007-ci ildə verilmiş ******* N-li çıxarışın və X16 öldükdən sonra həmin mənzil barəsində onun vərəsələri olan cavabdehlərin adına vərəsəlik qaydasında verilmiş xx.xx.2015-ci il tarixli ******* N-li çıxarışın ləğv olunması və mənzilin hüquqi sənədlərinin əvvəlki vəziyyətə qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhər Xalq Deputatları İSövetinin xx xxxx 1965-ci il tarixli qərarına əsasən X2 ünvan 1 ünvanının ayrılması barədəxx xxxx 1965-ci il tarixli 38431 saylı order verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2007-ci i tarixli 35/8 nömrəli sərəncamı ilə Bakı şəhəri, Şəmsi Rəhimov küçəsində 54 saylı evin, yaşayış sahəsi 47,05 kv.metr olan 3 otaq 16-cı mənzilinin icarə müqaviləsi 3 nəfər ailə üzvü ilə (özü, qızı və oğlu) X9 adına dəyişdirilmiş, müvafiq sərəncam əsasında sözügedən daşınmaz əmlak ********* qeydiyyat nömrəsi ilə, xx.xx.2007-ci il tarixdə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh2 mənzilin 1/3 hissəsinə, Cavabdeh2 mənzilin 1/3 hissəsinə xx.xx.1015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, X18 üçün vərəsəlik əmlakının ona çatan 1/3 hissəsi açıq saxlanılmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi 54, 16 nömrəli mənzilin 1/3 hissəsi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2015-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2016-cı il tarixli, 2V-469 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi 54, 16 nömrəli mənzilin 1/3 hissəsi X11 adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Lakin məhkəmə tərəfindən X14 verilmiş xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş Seriya RX № ******* saylı, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış nəzərə alınmamış və bununla bağlı məhkəmə tərəfindən hər hansı münasibət bildirilməmişdir. Bundan əlavə, ərizəyə əlavə edilmiş məhkəmə aktları barədə 1 saylı Bakı Ərazi İdarəsində məlumat yoxdur və müvafiq məhkəmə aktları ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 54 saylı evin 16 saylı mənzili ilə bağlı məhkəmə mübahisəsinə dair Binəqədi Rayon Məhkəməsindən iddiaçı Cavabdeh2 X6 qarşı mənzildən çıxarılma tələbinə dair 2(001)- 5035/2016 saylı mülki işlə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə sorğu və Вakı Apellyasiya Məhkəməsinin 2(103)-12335/2019 saylı mülki işi üzrə bildirişi xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuş və daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər edilmişdir. Lakin müvafiq mülki iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı rəsmi qaydada İdarəyə daxil olmamışdır. Qeyd olunanlardan göründüyü kimi, müvafiq mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılarkən İdarənin hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamış və bununla bağlı İdarənin hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyinin olması nə iddiaçı, nə də məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən də, müvafiq iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki iddia qaydasında ümumi (rayon, şəhər) məhkəmələrində baxılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiacıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının müraciətini təmin etməmi və iddiaçıya ünvanladığı xx xxxxxxxx 2019-cu il tarixli, **********19 saylı cavab məktubunda ona bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində xx.xx.2019- cu il tarixli ********** saylı ərizəyə baxılmışdır. Ərizəyə əlavə edilmiş məhkəmə aktları barədə 1 saylı Bakı Ərazi İdarəsində məlumat yoxdur və müvafiq məhkəmə aktları ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin bildiririk ki, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 54 saylı evin 16 saylı mənzili ilə bağlı məhkəmə mübahisəsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12335/2019 saylı mülki işi üzrə bildirişi xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuş və daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər edilmişdir. Bununla əlaqədar müvafiq mülki iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktının rəsmi qaydada 1 saylı Bakı Ərazi İdarəsinə daxil olması zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası nununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış quq mübahisələndirilə bilər, 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Xahiş edirik nəzərə alasınız. Bundan sonra iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 Bünyad oğlu və Cavabdeh3 Maarif qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Kömtəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysterində Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, ev 54, mənzil 16-nın X9 adına qeydiyyata alınmaqla həmin mənzil barəsində onun adına 14,09.2007-ci ildə ******* N-li çıxarışın verilməsi üçün əsas olmuş Bakı şəhəri İH MKT Departamentinin xx.xx.2007-ci il tarixli 35/8 N-li sərəncamı ləğv edildiyindən, həmin mənzil barəsində Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Kömtəsi yanında Daşınmaz Əmlakın Dövlət X1 adına aparılmış qeydiyyatın və həmin mənzil barəsində X9 adına xx.xx.2007-ci ildə verilmiş ******* N-li çıxarışın və X16 öldükdən sonra həmin mənzil barəsində onun vərəsələri olan cavabdehlərin adına vərəsəlik qaydasında verilmiş xx.xx.2015-ci il tarixli, ******* N-li çıxarışın ləğv olunması və mənzilin hüquqi sənədlərinin əvvəlki vəziyyətə qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Kömtəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Cavabdeh2 Bünyad oğlu və Cavabdeh3 Maarif qızı 3-cü şəxs qismində cəlb edilməklə” iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Kömtəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysterində Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, ev 54, mənzil 16-nin X9 adına qeydiyyata alınmaqla həmin mənzil barəsində onun adına xx.xx.2007-ci ildə ******* N-li çıxarışın verilməsi üçün əsas olmuş Bakı şəhəri İH MKT Departamentinin xx.xx.2007-ci il tarixli 35/8 N-li sərəncamı ləğv edildiyindən, həmin mənzil barəsində Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Kömtəsi yanında Daşınmaz Əmlakın Dövlət X1 adına aparılmış qeydiyyatın və həmin mənzil barəsində X9 adına xx.xx.2007-ci ildə verilmiş ******* N-li çıxarışın ləğv olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Kömtəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və kollegiyanın iclasında öz təsdiqini tapmış işin həqiqi hallarında müəyyən olunur ki, Binəqədi rayonu, Ş.Rəhimov kücəsi, 54 saylı evin, 16 saylı mənzil, 38431saylı orderlə atası X3 verilmişdir. X5 1991-ci ildə, həyat yoldaşı isə X15 isə 2005-ci ildə vəfat etdikdən sonra Bakı şəhəri İH MKT Departamenti xx.xx.2007-ci ildə 35/8 saylı sərəncam verərək Bakı şəhəri, Binəqədi ryonu, Ş.Rəhimov kücəsi ev 54, mənzil 16-nın icarə müqaviləsini X9 adına dəyişmişdir. 14.09 2007-ci ildə X16 mənzilin onun adına özəlləşdirilməsi barədə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, sonuncu tərəfindən Roza Atayevanın adına xx.xx.2007 ci il tarixli ******* saylı çıxarış verilmiş, Roza Atayeva 2011-ci ildə vəfat etmişdir. Onun həyat yoldaşı X19 vərəslik hüququ əsasında mübahisəli mənzilin 1/3 hissəsinə öz adına cəxarış aldıqdan sonra iddiaçıların mübahisəli mənzildən cıxarılmalarına dair məhkəmədə iddia qaldırmışdır. Həmin məhkəmə cəkişməsi zanmanı hazırkı iş üzrə iddiaçılar Bakı şəhər İcra hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2007-ci ildə 35/8 saylı sərəncamından məlumatları olmuş və həmin sərəncamı məhkəmədə mübahisələndirmişlər. Sərəncamın ləğv edilməsinə dair yekun məhkəmə qərarı çıxarılmış və qanuni qüvvəsin almışdır. İddiacılar üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğvi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, sonuncu məhkəmə aktları ilə onların üzərinə hər hansı öhdəlik qoyulmamasına istinad edərək müraciətin təmin edilməsindən imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışdırsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun - 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; - 2.4-cü maddəsinə əsasən isə hüqqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur. İşin faktiki hallarını və qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisəli mənzilin Roza Atayevanın adına özəlləşdirilməsinə əsas olmuş Bakı şəhəri İH MKT Departamentinin xx xxxxxx 2007-ci il tarixli 35/8 №-li sərəncamı ləğv edildiyindən, həmin sərəncam əsasında X9 adına aparılmış qeydiyyat və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. İş üzrə qərar cıxarılarkən birinci instansiya məhkəməsi tərəfindən prosessual hüququ normalarının tələbləri pozulduğundan, Kollegiya bu qənaətə gəlir ki, mübahisələndirilən qərar ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi hazırkı tələbə baxarkən cavabdehin nümayəndəsinin qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırmasına dair işdə məlumat olmamasına baxmayaraq, onların iştirakı olmadan işə baxaraq AR İPM-nin 62-ci maddəsinin tələbini pozmuşdur. Bundan əlavə, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərinə zidd olaraq iddia tələbindən kənara çıxaraq mübahisəli mənzillə bağlı “vərəsəlik qaydasında üçüncü şəxslərin adına verilmiş xx.xx.2015-ci il tarixli ******* saylı çıxarışın ləğv olunması və mənzilin hüquqi sənədlərinin əvvəlki vəziyyətə qaytarılması” vəzifəsini cavabdehə həvalə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddasinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarından müəyyən olunur ki, iddiaçılar iddia tələbini dəqiqləşdirərək cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Kömtəsi yanında Daşınmaz Əmlakın Dövlət X1 adına aparılmış qeydiyyatın və həmin mənzil barəsində X9 adına xx.xx.2007-ci ildə verilmiş ******* №-li çıxarışın ləğv edilməsi vəzifəsinin cabavdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərərfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə icraata qəbul edilsə də, məhkəmə iddia tələbindən kənara çaxaraq “X16 öldükdən sonra həmin mənzil barəsində onun vərəsələri olan üçüncü şəxslərin adına vərəsəlik qaydasında verilmiş xx.xx.2015-ci il tarixli, ******* N-li çıxarışın ləğv olunması və mənzilin hüquqi sənədlərinin əvvəlki vəziyyətə qaytarılması vəzifəsini də cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Kömtəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə etmişdir. Cavabdeh apelyasiya şikayətində Bakı şəhər İcra Hakimiyyəti, və Binəqədi rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində cəlb edilmədiyini qeyd edir. Bu dəlillə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Göründüyü kimi, istinad olunan normada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə iki formada: ya həmin şəxsin özünün vəsatəti, ya da məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin normanın təhlilindən görünür ki, məhkəmə o şəxsləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edir ki, qəbul olunacaq qərarla həmin şəxslərin maraqlarına toxunacağı ehtimalı yaranmış olsun. Hazırki halda isə belə bir ehtimal yaranmamışdır AR İPM-in 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqan üçüncü şəxsin adına aparılmış qeydin ləğv edilməsindən imtina etməsinin faktiki şərtlərinin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bu əsasdan apelyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, kollegiya Qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(81)-4484/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə qeni qərar çıxarılsın. İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 54 saylı evin, 16 saylı mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Kömitəsi yanında Daşınmaz Əmlakın Dövlət X1 adına aparılmış qeydiyyat və həmin mənzil barəsində onun adına verilmiş xx.xx.2007-ci ildə ******* saylı çıxarışın ləğv olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-876/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-876/2020
25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver