Məhkəmə qərarları › İş №2-1(103)-876/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-876/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-876/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5581/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci il tarixdə Salyan şəhərində anadan olmuşdur. 1980-1982-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1984-cü il tarixdən halhazıradək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Filiala 19 oktyabr 2021-ci il tarixində ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Filial tərəfindən 26 oktyabr 2021-ci il, **********7 nömrəli cavab məktubuna əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təxirə salınması barədə məktub verilmişdir. Həmin məktub onunla əsaslandırılmışdır ki, təqdim etdiyi əmək kitabçasından və güzəştli arayışlardan “rəngsaz” vəzifəsində işlədiyi görünsə də, əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd edilməmişdir. Həmin məktubu əsassız hesab edir. O, 1979-cu il tarixdən xx.xx.1984-cü il tarixə qədər X6 X4 adına Bakı Neft Texnikumunda "neft texniki" ixtisası üzrə əyani təhsili almışdır. Göründüyü kimi istər onun təhsil aldığı vaxt qüvvədə olan, istərsə də "Əmək pensiyaları haqqında" Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, o həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Həmçinin, ona əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də iş stajına da daxil edilməlidir. Beləliklə, onun xx.xx.2006-cı il tarixədək təhsil dövrü, hərbi xidmət dövrü də nəzərə alınmaqla 20 ildən artıq ümumi iş stajı mövcuddur. Bundan əlavə, güzəştli şərtlərlə pensiya təyin olunması üçün 2-ci element güzəştli iş stajının mövcud olmasıdır. Bunun üçün onun xx.xx.2006-cı ilədək güzəştli iş stajının olub-olmaması aydınlaşdırılmalıdır. Əmək kitabçasından görünür ki, o, 1992-ci il tarixdən 2001-ci il tarixədək "Azərneft" İB-də usta, mühəndis, təmirçi-çilingər vəzifələrində çalışmışdır. "xxxx" Birgə Müəssisəsinin AZF-2021/35K nömrəli, xx.xx.2021-ci il tarixli güzəştli arayışından görünür ki, o, cəmi 11 il 0 ay 19 gün həmin müəssisədə boyaçı vəzifəsində çalışmış və hal-hazırda da həmin vəzifədə çalışır. "X10 və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 144 nömrəli güzəştli arayışından da görünür ki, o, həmin şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyində rəngsaz vəzifəsi üzrə 1 il 6 ay 29 gün çalışmışdır. Göründüyü kimi o, 20 ildən çox ümumi sığorta stajı, o cümlədən 12 il 6 aydan çox zərərli və ağır əmək sahəsində iş stajı toplamışdır. Həmin sosial sığorta stajı işlədiyi əmək kitabçasında öz əksini tapmışdır. Beləliklə də Filialın məktubu əsassız hesab olunmalı və ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, İddiaçı 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər ödənilməlidir: - İddiaçının 60 yaşının tamam olması; -İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması; - İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixədək azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. Hazırki işin hallarından müəyyən edilir ki, "xxxx" BM şirkətinin xx.xx.2021-ci il tarixli, AZF-2021/35 K nömrəli arayışına əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2005-xx.xx.2009-ci il, xx.xx.2011-xx.xx.2013-ci il, xx.xx.2014-xx.xx.2018-ci il tarixlərdə, xx.xx.2020-ci il tarixdən bugünədək həmin müəssisədə boyaçı peşəsində çalışmışdır. "xxxx" BM şirkətinin xx.xx.2021-ci il tarixli, AZF-2021/35K nömrəli arayışında İddiaçı işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sı üzrə ümumi peşələr bölməsinin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə məşğul olan rəngsazlar bəndinə və bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri başlığı altında nəzərdə tutulmuş mütəxəssislər bölməsinə uyğun gəldiyi qeyd edilmişdir. İş materiallarında olan “X10 ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 144 nömrəli arayışına əsasən İddiaçı xx.xx.2018-xx.xx.2020-ci il tarixlərdə “X10 ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyində rəngsaz peşəsində çalışmışdır. “X10 ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 144 nömrəli arayışında İddiaçı işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sı üzrə ümumi peşələr bölməsinin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə məşğul olan rəngsazlar bəndinə və bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri başlığı altında nəzərdə tutulmuş mütəxəssislər bölməsinə uyğun gəldiyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin xx.xx.2021-ci il tarixli, 727 nömrəli arayışında İddiaçı xx.xx.1979-xx.xx.1984-cü il tarixlərdə neft və qaz quyularının qazılması ixtisası üzrə əyani təhsil aldığı bildirilmişdir. İş materiallarından da aydın olduğu kimi İddiaçı "xxxx" BM şirkəti və X10 ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyində işlədiyi dövrlərdə əmək funksiyalarını icra edərkən tətbiq etdiyi maddələrin təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edilməsinə dair məlumat, müəssisələr tərəfindən təqdim edilmiş güzəştli iş stajına dair arayışlarda öz əksini tapmamışdır. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixədək güzəştli iş stajı mövcud olmadığından ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5581/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim Ş.Həsənova) iddia təmin edilmiş, İddiaçı xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)-5581/2022 nömrəli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti iddiaya etirazın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi xx.xx.2021-ci il tarixindən (60 yaşı tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və xx.xx.2019-cu il tarixindən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - xx.xx.2022-ci ilədək qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən normaların məzmunundan görünür ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 4 element mövcud olmalıdır: 1. İddiaçının 60 yaşının tamam olması; 2. İddiaçının 25 il ümumi iş stajının mövcud olması; 3. İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 4. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 60 yaşının tamam olması, 25 ildən artıq ümumi iş stajının olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmaması işin mübahisəsiz halıdır. İşin mübahisələndirilən halı "xxxx" Birgə Müəssisəsinin iddiaçıya dair 10 avqust 2021-ci il tarixli, AZF-2021/35K nömrəli arayışında onun xx.xx.2005-ci il tarixindən bugünədək adıçəkilən müəssisədə rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyinin qeyd olunmamasından ibarətdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li, xx.xx.2011-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə Salyan şəhərində doğulmuşdur. - İddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə kimi hərbi xidmətdə olmuşdur (2 il 27 gün). - İddiaçı məxsus ЗТ 025318 nömrəli, 18 may 1984-cü il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1979-cu ildə X6 X3 adına Bakı Neft Texnikumuna daxil olmuş və 1984ci ildə neft və qaz çıxarılması ixtisası üzrə tam kursu bitirmiş, dövlət imtahan komissiyasının xx.xx.1984-cü il tarixli qərarı ilə ona neft-texniki ixtisası verilmişdir (4 il 7 ay 27 gün). - Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci tərəfindən İddiaçı verilmiş 727 nömrəli, xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, o, həqiqətən 23 avqust 1979cu il tarixində 334 saylı əmrlə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 01 iyun 1984-cü il tarixində 281 saylı əmrlə “Neft və qaz quyularının qazılması” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “neft-texniki” ixtisas dərəcəsi və ЗТ№025318 saylı diplom verilmişdir. Qeyd: Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.1997-ci il tarixli, 101/s saylı əmrinə əsasən Bakı Neft Texnikumu ilə Bakı Baza Energetika texnikumu birləşdirilərək Bakı Neft-Energetika kolleci yaradılmışdır. - İddiaçıya məxsus ИТ-İ ******* nömrəli, xx.xx.1984-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildən xx.xx.2006-cı ilədək “Xəzərdənizneftqazçıxarma” İB-də çilingər, mühəndis (21 il 4 ay 22 gün), xx.xx.2005-ci ildən xx.xx.2009-cu ilədək "xxxx" Birgə Müəssisəsində 3-cü dərəcəli, 4-cü dərəcəli boyaçı (3 il 6 ay 25 gün), xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək işsizlik statusu (5 ay 29 gün), xx.xx.2011-ci ildən xx.xx.2013-cü ilədək "xxxx" Birgə Müəssisəsində 4-cü dərəcəli boyaçı (2 il 5 ay 22 gün), xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək "xxxx" MMC-də rəngsaz (3 ay 2 gün), xx.xx.2014-cü ildən xx.xx.2018-ci ilədək "xxxx" Birgə Müəssisəsində 4-cü dərəcəli, 5-ci dərəcəli, 6-cı dərəcəli boyaçı (4 il 9 gün), xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilədək “X10 və Ticarət Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyində rəngsaz (1 il 7 ay), xx.xx.2020-ci ildən "xxxx" Birgə Müəssisəsində 6-cı dərəcəli boyaçı vəzifəsində işləyir. - X2 AZF-2021/35 K №-li, xx.xx.2021-ci il tarixli güzəştli arayışından və məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, AZF-2022/078/L nömrəli məktubundan görünür ki, İddiaçı "xxxx" BM-in layihələrində boyaçı peşəsində çalışmışdır. X11 Müəssisəsində güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməli: xx.xx.2005-xx.xx.2009-cu ilə qədər X2 AZF- 058 layihəsində boyaçı peşəsində 03 il 06 ay 25 gün (üç il altı ay iyirmi beş gün) çalışmışdır; xx.xx.2011-xx.xx.2013-cü ilə qədər X2 AZF081 layihəsində boyaçı peşəsində 02 il 05 ay 22 gün (iki il beş ay iyirmi iki gün) çalışmışdır; xx.xx.2014-xx.xx.2018-ci ilə qədər X2 AZF-086 layihəsində boyaçı peşəsində 04 il 09 gün (dörd il doqquz gün) çalışmışdır; xx.xx.2020-ci il tarixdən hal-hazıra qədər X2 AZF-100 layihəsində boyaçı peşəsində 1 il 5 ay 24 gün (bir il beş ay iyirmi gün gün) çalışmışdır. xx.xx.2022-ci il tarixinə cəmi 11 il 6 ay 25 gün (on bir il altı ay iyirmi beş gün). Onun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 35-ci maddəsində “Ümumi peşələr” başlığı altında nəzərdə tutulmuş “Təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” bəndinə və həmin qərarın 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş b) “mütəxəssislər” bölməsinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. - “X10 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 144 nömrəli güzəştli arayışından görünür ki, İddiaçı həqiqətən “X10 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin layihəsində rəngsaz peşəsində çalışmışdır. Onun “X10 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində iş stajı aşağıdakı kimi qəbul edilməlidir: xx.xx.2018-xx.xx.2020-ci ilə qədər “X10 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin layihəsində rəngsaz peşəsində 01 il 06 ay 29 gün (bir il altı ay iyirmi doqquz gün) çalışmışdır. Onun işlədiyi iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarın 35-ci maddəsində “Ümumi peşələr” başlığı altında nəzərdə tutulmuş “Təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” bəndinə və “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş b) “mütəxəssislər” bölməsinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. - “X10 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 045/22 nömrəli məktuba əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 172 nömrəli və xx.xx.2022-ci il tarixli, 189 nömrəli güzəştli arayışlarından görünür ki, İddiaçı həqiqətən xx.xx.2018-xx.xx.2020-ci ilə qədər “X10 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Sumqayıt EP- 300 X1 layihəsində rəngsaz peşəsində 1 il 6 ay 29 gün çalışmışdır. Onun işlədiyi iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarın 35-ci maddəsində “Ümumi peşələr” başlığı altında nəzərdə tutulmuş “Təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” bəndinə və “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş b) “mütəxəssislər” bölməsinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. Onun işlədiyi maddələrin tərkibi: N-butil asetat; Ksilen; Etilbenzin; Hidrokarbonlar; Nafta (benzin) hidrogen təsirli; Hekzanoik-2 etil, çinko duzu. - Filial tərəfindən məhkəməyə ünvanlanmış fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı haqqında 04 mart 2022-ci il tarixli, **********4 nömrəli məktubdan görünür ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 19001,79 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 52384,49 manat olmaqla, cəmi pensiya kapitalı 71386,28 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 23 il 4 ay 13 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 19001,79 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 52384,49 manat pensiya kapitalı qeydə alınmışdır. - Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********7 №-li güzəştli şərtlərlə pensiya təyinatının təxirə salınması haqqında məktubdan görünür ki, Filiala 19 oktyabr 2021-ci il tarixində daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə baxılmışdır. Bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsüsilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" BM şirkətinin ona dair 18 oktyabr 2021-ci il tarixli, AZF-2021/49/K nömrəli arayışında xx.xx.2005-xx.xx.2009-cu il, xx.xx.2011-peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi 15 avqust 1984-cü il tarixli, ******* nömrəli əmək kitabçasında və “Azfen" Birgə Müəssisəsinin ona dair 10 avqust 2021-ci il tarixli, AZF-2021/35K nömrəli arayışında onun xx.xx.2005-ci il tarixindən bugünədək adıçəkilən müəssisədə rəngsaz vəzifəsində işlədiyi qeyd edilmişdir. Sözügedən müəssisənin ona dair yuxarıda qeyd olunan arayışında rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə yuxarıda göstərilən müvafiq məlumatlar tərəfindən Mərkəzi Filiala təqdim olunduqdan sonra baxılacaqdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqe ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti iddiaya verilən etirazla eyni məzmunda tərtib edilmişdir. Apellyasiya şikayətinin və iddiaya etirazın əsas dəlili “Azfen" Birgə Müəssisəsinin iddiaçıya dair 10 avqust 2021-ci il tarixli, AZF-2021/35K nömrəli arayışında onun xx.xx.2005-ci il tarixindən bugünədək adıçəkilən müəssisədə rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyinin qeyd olunmamasından ibarətdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilərək iş materiallarında əlavə edilən X2 xx.xx.2021-ci il tarixli, AZF-2021/49/K nömrəli məktubundan və məhkəməyə ünvanlanmış AZF-2022/242/L №-li, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü) hal-hazırda Azfen BM-in X9 layihəsi üzrə Üst Tikililərin və Qazma Qurğularının emalatı layihəsində boyaçı peşəsində çalışır. Onun Azfen BM-in layihələrində xx.xx.2005-xx.xx.2009; xx.xx.2011-xx.xx.2013; xx.xx.2014xx.xx.2018 və xx.xx.2020-ci il tarixindən hal-hazırkı dövrədək yerinə yetirdiyi əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: Boyaçının əsas əmək funksiyaları: -Bütün növ rəng qatlarını və boyaların, əsas növ qoruyucu və estetik örtüklərin, o cümlədən yüksək molekulyar ağırlıqlı epoksi örtüklərin, süşə qırıntıları əlavə olunmuş epoksid mastik boyaların, sinkle zəngin epoksi boyaların, şüşə qabıqlı möhkəmləndirilmiş epoksi kompozit örtüklərin, fenolik epoksi boyaların, alifatik akril poliuretan örtüklərin, yüksək molekulyar ağırlıqlı epoksi boyaların, qeyri-üzvi sinklə zənginləşdirilmiş qaynaq oluna bilən boyaların bərklik, möhkəmlik və davamlılığına dair müvafiq xüsusiyyətləri bilmək, verilmiş istehsalat tapşırıqları üzrə həmin boyalardan və örtüklərdən istifadə etməklə bütün növ səthləri boyalamaq. - Boyadılan səthlərin lazımi keyfiyyətdə saxlamaq və ehtiyac olduqda təmir etmək. - Boya işlərinin həcmi, yeri haqqında məlumatlı olmaq, verilən siqnal və işarələri tanımaq, onlardan düzgün istifadə etmək. Onun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-cİ il tarixli, 12 saylı Qərarın 35-ci maddəsində “Ümumi peşələr” başlığı altında nəzərdə tutulmuş “Təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. - Həmin məktublara əlavə edilmiş Azfen BM ilə BP Exloration (Caspian Sea) Ltd. Arasında sağlamlıq üçün təhlükəli maddələr haqqında qiymətləndirmədən görünür ki, sağlamlığa təhlükəli maddələr: ksilen; etilbenzin. karbohidrogenlər, C9, aromatiklər, (<0,1%Benzin), butan-1-yağ; n-Butil asetat. Sikloheksanon. 1-metoksi-2-propanol. İş fəaliyyəti emelatxana daxilində boya püskürtmə. Riskin dərəcəsi - orta. Göründüyü kimi, iddiaçının iş yerlərindən verilmiş ətraflı arayışlardan görünür ki, iddiaçının xx.xx.2005-xx.xx.2009; xx.xx.2011-xx.xx.2013; xx.xx.2014-xx.xx.2018 və xx.xx.2020-ci tarixindən xx.xx.2021-ci ilədək "xxxx" Birgə Müəssisəsində və xx.xx.2018xx.xx.2020-ci ilə qədər “X10 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Sumqayıt EP-300 X1 layihəsində işlədiyi rəngsaz vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007- ci il tarixli, 12 saylı Qərarın 35-ci maddəsində “Ümumi peşələr” başlığı altında nəzərdə tutulmuş “Təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” bəndinə uyğundur. Bundan əlavə, təqdim edilmiş arayışlardan görünür ki, iddiaçının rəngsaz kimi işlədiyi “ksilen; etilbenzin” maddələri “İş zonasının havasında tez-tez təsadüf edilən zərərli maddələr toplantısının buraxıla bilən həddi (TEH)”ndə nəzərdə tutulmuş təhlükəliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrdir. Beləliklə, İddiaçı 60 yaşının tamam olduğu günə güzəştli iş stajı 12 il 6 aydan artıq, yəni 12 il 7 ay 1 gün təşkil etdiyi müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. -23.1-ci maddəsinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının Ümumi peşələr adlı 35-ci bölməsinə əsasən təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdirlər. Cavabdeh inzibati orqan iddiaya etirazda və apellyasiya şikayətində iddiaçının tələbinin təmin edilməməsi istiqamətində dəlilləri sadalamaqla kifayətlənmiş, iddiaçının təqdim etdiyi sübutların əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə cavabdeh imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5581/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar