Məhkəmə qərarları › İş №2-1(103)-877/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-877/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-877/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X8 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X9 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X15, X14, X6, X16 və X10) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2945/2023 nömrəli 25 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X15, X14, X6, X16 və X10) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X15, X14, X6, X16 və X3 ona məxsus Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, ev 24 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, 24 saylı fərdi yaşayış evi 2017-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilən Çıxarışa (qeydiyyat nömrəsi: **********) əsasən onun xüsusi mülkiyyətindədir. X15, X14, X6, X16, X10 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, ev 24 ünvanında pasport qeydiyyatındadırlar. O, üçüncü şəxsləri tanımır, onlar onun ailə üzvləri deyil, üçüncü şəxslərin onun evinə necə qeydiyyata düşdükləri barədə məlumatı yoxdur. Üçüncü şəxslərin onun xüsusi mülkiyyətində olan evdə pasport qeydiyyatları yalnız formal xarakter daşıyır. Bundan başqa, X15, X14, X6, X16, X3 ona məxsus ünvanda qeydiyyatda olmaları onun mülkiyyətçi kimi hüquqlarını pozur, ona əlavə kommunal xərclərin ödənilməsində çətinlik yaradır və o, əlavə xərclər çəkməli olur. Üçüncü şəxslərin ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, ev 24 ünvanından pasport qeydiyyatdan çıxarılmalarına dair xx.xx.2022-ci il tarixində ərizə ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə müraciət etsə də, müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixində 101-31668Ə saylı imtina məktubuna əsasən, X15, X14, X6, X16, X3 mənzildən qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Həmin məktuba əsasən qeyd olunan şəxslərin mənzildən pasport qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2945/2023 nömrəli 25 yanvar 2023-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2945/2023 nömrəli 25 yanvar 2023-cü il qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şiayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 228-ci maddəsinin mənasına görə cavabdehin mülkiyyətçinin razılığı ilə pasport qeydiyyatına alınmış olsa da, həmin mənzildən Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutan mülkiyyət hüququnun elementlərindən biri kimi istifadə hüququnu qazanıb-qazanmaması müəyyən deyildir. Çünki yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə riayət edilməsi tələb olunur. Bundan əlavə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən, mülkiyyətçinin razılığı ilə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilir. Konstitusiya Məhkəməsinin şərhindən də aydın olduğu kimi məhkəmə inzibati orqana müraciət edilməsinin əsası kimi yaşayış sahəsində faktiki olaraq yaşamayan və ya istifadə hüququ olmayan şəxs şərtini vurğulamışdır. Belə olan halda iddiaçıya məxsus olan fərdi yaşayış evindən üçüncü şəxslər qeydiyyatdan çıxarılmalı idi. Məhkəmə üçüncü şəxslərin ona məxsus fərdi yaşayış evi ilə eyni ünvanda olan şəxslərin məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında özbaşına tikiliyə köçürülmə tələbinin mövcud olduğu, bununla da şəxslərin istifadə hüququ olduğunu müəyyən etmişdir. Lakin şəxslərin qanunun dili ilə desək özbaşına tikili hesab edilən fərdi yaşayış evinə köçürülməsi istifadə hüququnun olması demək deyildir. Şəxslərin ona aidiyyəti olmayan özbaşına tikiliyə köçürülmə tələblərinin olması onun mülkiyyətçi kimi hüquqlarına toxuna bilməz. Bundan başqa, hazırki mübahisədə məhkəmə yekun akt qəbul edərkən diqqətdən yayındırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, ev 24 ünvanında yerləşən fərdi yaşayış evi 2017-ci il tarixində iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmış, mülkiyyətçi kimi onu tanımışdır. Belə çıxır ki, iddiaçı ona məxsus, qanunla müəyyən edilmiş mülkiyyət hüququna malik olduğu fərdi yaşayış evi üzərində sərəncam vermə hüququndan üçüncü şəxslərin razılığı olmadan həyata keçirə bilməz, onun özgəninkiləşdirilməsini realizə edə bilməz. Halbuki, mülkiyyət hüququnun üç elementindən biri olan sərəncam vermə hüququmu realizə edilə bilməməsi onun bir mülkiyyətçi kimi qanunla qorunan hüquqlarına toxunur. Odur ki, onun mülkiyyət hüquqlarını nəzərə alınaraq üçüncü şəxslərin ona məxsus Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, ev 24 ünvanından qeydiyyatdan çıxarılma öhdəliyi Xətai RPİ-nin üzərinə qoyulmalıdır. İddiaçı mülkiyyətçi kimi sərəncam vermə hüququnun realizə edilməsi zamanı məhdudiyyətlə qarşılaşır. Belə ki, heç bir bağlılığının olmadığı, tanımadığı şəxslərin ona məxsus ünvanda pasport qeydiyyatında olması səbəbindən onların razılığını əks etdirən iradə ifadəsi tələb olunur. Bu isə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin tələblərinin pozulmasının bariz nümunəsidir. Məhkəmənin istinad etdiyi qətnamə üçüncü şəxslərin özbaşına tikiliyə köçürülmə tələbinin təmin edilməsi ilə bağlı olan yekun aktdır. Halbuki, Mülki Məcəllənin 180-ci maddənin tələbinə əsasən, qanunvericilik üçüncü şəxslərin özbaşına tikiliyə dair mülkiyyət hüququ əldə edə bilməyəcəyini imperativ şəkildə vurğulamışdır. Beləliklə, üçüncü şəxslərin mülkiyyət hüququnun elementindən olan istifadə hüququnun da qanunla mövcud olmadığı öz təsdiqini tapmışdır. Ancaq nədənsə məhkəmə işi araşdırmayaraq ona məxsus mülkiyyət hüququnun mövcud olduğu əmlaka dair üçüncü şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnun olması qənaətinə gəlmiş, qanunvericliklə müəyyən edilmiş imperativ normaları gözardı etmişdir. Məhkəmə hazırki iş üzrə icraatı tam, hərtərəfli, obyektiv araşdıraraq yekun akt qəbul etməli idi. Belə ki, iddia tələbinin əsaslılığının məhkəmə tərəfindən yoxlanılması qanunauyğundur. Lakin məhkəmə işi tam araşdırmamışdır. Əgər araşdırılma birtərəfli qaydada həyata keçirilməsəydi, sözügedən ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, ev 24 ünvanında üçüncü şəxslərin ümumiyyətlə yaşamamasını, onlarla heç bir bağlılığının olmamasını, özbaşına tikilidə yaşadıqlarını açıq-aşkar görünə bilərdi. Lakin məhkəmə ona məxsus fərdi yaşayış evi ilə heç bir bağlılığı olmayan şəxslərin hüquqlarını ümdə tutmuş, onların ona aidiyyəti olmayan özbaşına tikilidə istifadə hüququ olduğunu qeyd etmişdir. Halbuki, bir mülkiyyətçi kimi iddiaçının hüquqları nəzərə alınmamışdır. Üçüncü şəxslər halhazırda iddiaçıya məxsus mübahisəli ünvanda yaşamır, heç bir aidiyyət mövcud deyildir, buna baxmayaraq ona məxsus ünvanda pasport qeydiyyatında qalmaqdadırlar. Məhkəmə inzibati orqana müraciət edilməsinin əsası kimi yaşayış sahəsində faktiki olaraq yaşamayan və ya istifadə hüququ olmayan şəxs şərtini vurğulamışdır. Lakin hazırki inzibati mübahisə üzrə işdə isə Konstitusiya Məhkəməsinin Plenum qərarında qeyd edilən məsələlərin ziddinə olaraq məhkəmə işə baxaraq yekun ədalətsiz qərar qəbul etmiş, yanlış qənaətə gəlmişdir. Qərarda qeyd edilən hər iki fakt üçüncü şəxslərin ona məxsus yaşayış sahəsində faktiki olaraq yaşamaması, istifadə hüququnun olmaması faktı mövcuddur. Göründüyü kimi, üçüncü şəxslər mübahisəli ünvanda faktiki yaşamadığı halda onların hər hansı bir hüququ mövcud deyildir. Məhkəmə isə bu məsələlərə ümumiyyətlə toxunmamış, birtərəfli mövqedən yanaşaraq iddiaçının hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə mübahisəyə baxarkən işi tam, hərtərəfli, obyektiv araşdırmamışdır. Məhkəmə iş üzrə iddiaçının iddia tələbinin təmin olunmasına yönələn halları diqqətdən qaçırmış, ədalətsiz yekun məhkəmə aktı çıxarmışdır. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə apellyasiya və kassasiya instansiyası məhkəmələrində qəbul edilmiş məhkəmə aktları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1665/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2945/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2477/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul 2023-cü il tarixli, 2- 1(103)-1665/2023 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə qərarında qeyd olunmuşdur ki, “iş üzrə üçüncü şəxslərin Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, ev 24 ünvanına qeydiyyatı, 14 may 2004-cü il tarixdə qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai rayon məhkəməsinin 2- 527/2004 saylı, 2 aprel 2004-cü il tarixli qətnaməsinə əsasən baş vermiş, iddiaçının həmin ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüquqi isə 13 il 3 aydan sonra yaranmışdır, belə olan halda apellyasiya məhkəməsi tərəfindən sözügedən fərdi yaşayış evi və torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətinə verildiyi zaman iş üzrə üçüncü şəxslərin buna razılıq verib-vermədikləri araşdırılmalıdır. Bununla belə, əgər iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evi, üçüncü şəxslərin isə istifadəsində olan yaşayış sahəsi fərqli tikililərdirsə, o zaman məhkəmə dövlət tərəfindən verilmiş həmin çıxarışa görə adıçəkilən ünvanın iddiaçının adına olduğu, tanındığı və orada başqa ünvanın olmadığı halda buna düzgün hüquqi qiymət verməlidir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Tərəflərin iştirakı: İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs R.Ə.Məlikov apelyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, 03 aprel 2024-cü il tarixdə məktubla məhkəmə kollegiyasına müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Həmçinin, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını və üçüncü şəxs R.Ə.Məlikovu dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, ev 24 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - 5947412№-li xx.xx.2022-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, X16, X15, X14, X6, X10, X12, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, ev 24 ünvanında qeydiyyatdadırlar. - ******* №-li, xx.xx.2022-ci tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X15, xx.xx.2014-cü il təvəllüdlü X14, xx.xx.1975-ci il təvəllüdlü X6, xx.xx.1973-cü il təvəllüdlü X16, xx.xx.1981-ci il təvəllüdlü X10 Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, ev 24 ünvanında qeydiyyatdadırlar. - ünvan 3il-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 11№-li arayışında bildirilir: 2 saylı MKİS-nin ərazisində olan Pivzavod küçəsi ev 24 ünvanı RXN 1124166-№li, xx.xx.2017-ci il tarixli, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışa əsasən vətəndaş İddiaçı adınadır. Eyni zamanda, Pivzavod küçəsi ev 24də daha bir mənzilin ünvanı Pivzavod küçəsi ev 24-dür. Bu səbəbdən İddiaçı evinə Pivzavod küçəsi, ev 24C ünvanı verilməsini təklif edilir. - Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022ci il tarixli, 101-31668Ə №li məktubda qeyd olunmuşdur ki, X15, X14, X6, X16 və X3 Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, ev 24 ünvanından qeydiyyatdan çıxarılması barədə müraciətinə baxılmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1. Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; 2. Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən; 3. Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 4. Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər-hansı birini təqdim edildiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 018-29652- 1222 nömrəli məktubdan görünür ki, X15, X14, X6, X16 və X3 Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, ev 24 ünvanına qeydiyyata alınmasına və onlara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********66 nömrəli məktubdan görünür ki, ünvan 8 saylı fərdi yaşayış evindən başqa digər yaşayış sahələrinə mülkiyyət hüquqlarının verilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. ünvan 6 ünvanında bir neçə mənzil qeydiyyata alınmışdır. - Bakı şəhəri Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1233/d nömrəli məktubla X15, X14, X6, X16 və X3 ünvan 8 ünvanında yaşamalarına əsas olan sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2004cü il tarixli, 2-527/04 nömrəli qiyabi qətnaməsinin surətindən görünür ki, X11 və X1 Bakı şəhəri, Pirzavod küçəsi, 24 nömrəli özbaşına tikilmiş evdən istifadə hüququnun tanınması və köçürülməsi qət edilmişdir. Həmin məktuba əlavə edilmiş Xətai rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 2 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2022-ci il tarixli, 42 nömrəli arayışından görünür ki, X16, bacısı X7, arvadı X10, oğlu X15 və qızı X14 ünvan 9 ünvanında pasport qeydiyyatındadırlar. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-527/2004 saylı 06 iyun 2023-cü il tarixli məktubunda bildirilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-527/2004 saylı 02 aprel 2004-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X11 və X1 ünvan 6 nömrəli özbaşına tikilmiş evdən istifadə hüququnun tanınması və köçürülməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-527/2004 saylı 02 aprel 2004-cü il tarixli qətnaməsi 14 may 2004-cü il tarixdə qanuni qüvvəsini almış, icra edilməsi üçün Xətai Rayon Məhkəmə nəzarətçiləri və Məhkəmə İcraçıları şöbəsinə göndərilmiş, qətnamə icra edildiyindən məhkəmənin 18 may 2004-cü il tarixli qərardadı ilə icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.“ “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından, həmçinin tərəflərin izahatından müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan ünvan və üçüncü şəxslərin qeydiyyatda olduqları ünvan hər ikisi ünvan 11yış evləridir. Üçüncü şəxslərin qeydiyyatda olduqları ev iddiaçının mülkiyyətində olan ev deyildir, aralarında 100 metrdən artıq məsafə var. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2- 527/2004 saylı 02 aprel 2004-cü il tarixli qətnaməsi ilə hazırki iş üzrə üçüncü şəxslər olan X11 və X1 ünvan 6 nömrəli özbaşına tikilmiş evdən istifadə hüququnun tanınması və köçürülməsi qət edilmişdir, həmin qətnamə 14 may 2004-cü il tarixdə qanuni qüvvəsini almış və icra edilmişdir. X13 və X4 məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Pirzavod küçəsində yerləşən 24 saylı fərdi yaşayış evindən istifadə və həmin ünvanda yaşamaq hüququ verilmişdir, digər üçüncü şəxslər isə X9 və X2 ailə üzvləridir. Onlar məhz həmin məhkəmə qətnaməsi əsasında qeyd olunan ünvana qeydiyyata alınmışdırlar. Göründüyü kimi iddiaçı üçüncü şəxslərin həmin ünvandan qeydiyyatdan çıxarılmalarını xahiş etsə də, o, həmin şəxslərə münasibətdə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı birini məhkəməyə təqdim edə bilməmişdir Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslərin həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından cavabdeh inzibati orqanın üçüncü şəxsləri qeydiyyatdan çıxarmaqdan imtinası qanuni və əsaslı olmuşdur. Ali Məhkəmənin qərarında öz əksini tapmış göstərişlərlə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, eynu ünvan altında yerləşən digər fərdi yaşayış evində (özbaşına tikilidə) yaşayırlar. Nəzərə alınsa ki, qanun fiziki şəxsin bilavasitə “yaşayış yeri” üzrə qeydiyyata alınmasını tələb edir, bu halda üçüncü şəxslərin yaşadıqları fərdi yaşayış evinin yerləşdiyi ünvan üzrə qeydiyyatda qalmaları qanunsuz, inzibati orqanın onları yaşayış yeri ünvanından qeydiyyatdan çıxarmaqdan imtinası isə əsassız hesab edilə bilməz. Bundan əlavə, işin apellyasiya qaydasında araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı hazırda mülkiyyətçisi olduğu fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında əldə etməmiş, torpaq sahəsini alaraq həmin torpaq sahəsinin üzərində qeyd olunan evi inşa etmiş, sonradan isə müvafiq inzibati orqana müraciət edərək həmin evə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış almışdır. Buna görə də üçüncü şəxslərin buna razılıqları tələb olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qeydiyyat haqqında qanunvericilik fiziki şəxsin məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir. Bu mənada üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan əmlakla eyni ünvanda qeydiyyatda qalmaları onların iddiaçıya aid fərdi yaşayış evinə hər hansı əşya hüququnun olması anlamına gəlmir. Eyni zamanda, üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının, o cümlədən sözügedən əmlaka müstəqil sərəncam vermək imkanlarını da məhdudlaşdırmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. -3.4-cü bəndinə əsasən ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir. Hazırkı iş üzrə iddiaçı mülkiyyətində olan əmlaka yeni ünvan verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyini, lakin müraciətinin təmin olunmadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hal iddiaçının yeni ünvan verilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə yeni ünvan verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldırmaq hüququ olduğu halda bu imkandan istifadə etməməsi üçüncü şəxslərin yaşadıqları evdən iddiaçının tələbi ilə qeydiyyatdan çıxarılmalarına əsas vermir. Beləliklə, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin yuxarıda sadalanan sənədlərin təqdim olunmaması ilə əsaslandırılan imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2945/2023 nömrəli 25 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar