Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-878/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9778/2024 nömrəli, 20 sentyabr 2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9778/2024 nömrəli, 20 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı MMC barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********652800 nömrəli xx.xx.2024-cü il tarixli Qərarın ləğv edilməsi və həmin qərarın icrasının nəticələri aradan qaldırılaraq tutulmuş 14.283 manatın geri qaytarılması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin rəhbərinin, həmin cəmiyyət ilə qarşılıqlı əməliyyat aparmış riskli vergi ödəyiciləri hesab olunan "xxxx" MMC və "xxxx" MMC-nin və rəhbərlərinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-878/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Hazırda cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir. Qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin Xİ fəsli ilə müəyyən edilən qaydaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iş apellyasiya baxışından çıxarılmalı və kassasiya şikayəti həmin işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 90, 94 və 95-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş apellyasiya baxışından çıxarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-878/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-878/2025
05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver