Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-879/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Nuriyeva Afaq Bayram qızından ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (xx.xx.N963-cü il tarixində Daşkəsən rayonunda anadan olmuş, ünvan N ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-N(NN2)- 4606/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı N9.05.2020-ci il tarixdə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdeh orqanın üzərinə vəzifə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.N963-cü ildə Daşkəsəndə doğulmuşdur. 09.06.N980-N4.04.N98N-ci illərdə Gəncə Kərpic zavodunda fəhlə işləmiş, 03.05.N98N-07.05.N983-cü illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuş, N8.05.N983-0N.06.N984-cü illərdə Kərpic zavodunda fəhlə, 27.06.N984-28.02.N986-cı illərdə Nijnivartovsk şəhəri, Enerqo neftdə avtomobil təmiri üzrə çilingər, 07.03.N986- 0N.07.N987-ci ilə kimi Sibir-neftayırma zavodunda sürücü ,0N.07.N987-NN.09.N989-cu illərdə Nijnivartovsk qazayırma zavodunda traktorçu , N6.N0.N989-07.N2.20NN-ci illərdə N saylı hərbi hissədə qalvanik vəzifəsində işləmiş, 0N.N0.20N5-ci il tarixdən bu günədək N saylı hərbi hissədə qalvanik vəzifəsində işləyir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 09.04.2020-ci il tarixdə cavabdeh ƏƏSMN yanında DSMFnin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən 28.04.2020-ci il tarixdə **********4 saylı imtina məktubu verilmişdir. Həmin imtina məktubunda qeyd olunur ki, onun ümumi stajı 25 ildən az olduğu üçün güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yoxdur. Əsas kimi isə 0N.0N.N992-02.NN.N992-ci il tarixləri arasındakı dövr ərzində iş stajının qanunvericiliyin tələbləri baxımından ümumi iş stajına daxil olmamasını göstərmişlər. Maddi hüquqi əsası kimi isə “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə istinad etmişlər. Cavabdeh orqanın imtinası tam əsassız və qanunsuzdur. Əmək kitabçası və arayışlarla birbaşa təsdiq olunur ki, o, 0N.0N.N992-02.NN.N992-ci il tarixlərdə Azərbaycan Respublikası ərazisində işləmişdir. Əgər başqa dövlətin ərazisində işləsəydi və buna görə hər hansı ödəniş etməsəydi cavabdeh orqanın imtinası əsaslı ola bilərdi. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-N(NN2)-4606/2020 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, İddiaçı hüququnun yarandığı tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. 23.N2.2020-ci il tarixdə cavabdeh qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-N(NN2)-4606/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən N992-ci ilin yanvarın N- dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının Filiala təqdim etdiyi 28.08.N980-cı il tarixli ******* nömrəli əmək kitabçasından görünür ki, N6.08.N989-07.N2.20NN-ci il tarixləri arasındakı dövr ərzində N nömrəli hərbi hissədə işləmişdir. Bundan başqa, əmək kitabçasında RF Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasındakı razılaşmaya əsasən sözügedən hərbi hissənin 02.NN.N992-ci il tarixindən Azərbaycan Respublikasının yurisdiksiyasına aid edildiyi göstərilmişdir. Odur ki, 0N.0N.N992-02.NN.N992-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının iş stajının qanunvericiliyin tələbləri baxımından ümumi iş stajına daxil edilməsi mümkün olmadığından Filial tərəfindən ona 57 yaşdan pensiya təyin edilməsindən imtina edilmişdir. Məhkəmə, NK-nın məlum 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahının “Nəqliyyat” adlanan 28-ci bölməsində nəzərdə tutulan “halvaniklər” (kod: 2N50500a—NN629) peşəsinə istinad edib. Ancaq nəzərə alınmalıdır ki, həmin peşə N4cü bölməyə (“Metal emalı” adlanır) aiddir. Belə ki, həmin bölmənin 5-ci bəndi “Halvanik üsulla metallara üzçəkmə istehsalı” adlanır. İddiaçı isə, hərbi hissədə çalışdığını qeyd edir. Göründüyü kimi, məhkəmənin istinad etdiyi fəaliyyət sahəsi ilə İddiaçının çalışdığı peşənin aid olduğu sahə tamamilə fərqlənirlər. Məhkəmə isə, NK-nın 320 saylı qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahının İddiaçının fəaliyyət sahəsinə aid olmayan şifrinə istinad etməsini əsaslandıra bilməyib. İşin apellyasiya icraatı zamanı cavabdeh tərəfindən apellyasiya şikayətinə dair əlavə təqdim edilərək, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-N(NN2)- 4606/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş X3 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-N(NN2)-4606/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - İT № ******* nömrəli, 28.09.N980-ci il tarixdə doldurulmuş Əmək Kitabçasının surətinə əsasən İddiaçı 09.06.N980- N4.04.N98N-ci illərdə Gəncə Kərpic zavodunda fəhlə, N8.05.N983-0N.06.N984-cü illərdə Kərpic zavodunda fəhlə, 27.06.N984- 28.02.N986-cı illərdə Nijnivartovsk şəhəri, Enerqo neftdə avtomobil təmiri üzrə çilingər, 07.03.N986-0N.07.N987-ci ilə kimi Sibir-neftayırma zavodunda sürücü, 0N.07.N987- NN.09.N989-cu illərdə Nijnivartovsk qazayırma zavodunda traktorçu, N6.N0.N989- 07.N2.20NN-ci illərdə N saylı hərbi hissədə qalvanik vəzifəsində işləmişdir. - NZ seriyalı ******* nömrəli Hərbi Biletin surətinə əsasən İddiaçı 03.05.N98N- 07.05.N983-cü illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. - 040N95 nömrəli Diplomun surətinə əsasən iddiaçı 0N.N0.N988-ci il tarixdən 30.03.N989-cu il tarixə kimi 88 nömrəli Texniki Peşə Məktəbdə təhsil almışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 407 nömrəli Hərbi Hissənin N5.05.2020-ci il tarixli 306 nömrəli Arayışında göstərilmişdir: “Verilir xx.xx.N963-cü il təvəllüdlü İddiaçı ki, o, həqiqətən N6.N0.N989-cu il tarixdə N saylı hərbi hissəyə (N3.N0.N989-cu il tarixli 204 №-li əmr) yardımçı fəhlə işə qəbul edilib. N6.N2.N989-cu il tarixdə (N6.N2.N989-cu il tarixli 247 №-li əmr) qalvanik vəzifəsinə keçirilib. 07.N2.20NN-ci il tarixdən (09.0N.20N2-ci il tarixli 3 №-li əmr) qalvanik vəzifəsindən işdən azad edilib. 0N.N0.20N5-ci il tarixdə N saylı hərbi hissəyə (30.09.20N5-ci il tarixli N82 №-li əmr) qalvanik vəzifəsinə işə qəbul edilib və hal-hazıradək işləyir. Azərbayçan Respublikasının Müdafiə Nazirliyi və Rusiya Federasiyasının Müdafiə Nazirliyi arasında 02 noyabr N992-ci il tarixli qəbul edilmiş Sazişin əsasında N saylı hərbi hissə Azərbayçan Respublikasının Müdafiə Nazirliyinin yurisdiksiyasına verilmiş və 0N yanvar N993-cü ildən N saylı hərbi hissə adlandırılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirinin N0 noyabr 20N5-ci il tarixli əmrinə əsasən, N nömrəli hərbi hissənin adı dəyişdirilərək, “hərbi hissə 407” adlandırılmışdır.” - cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərək 28.04.2020-ci il tarixli **********4 nömrəli məktubla bildirmişdir: “Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.N-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı N2 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən N yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun N3-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N iyun N993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı N2 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən N992-ci ilin yanvarın N-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İdarəyə təqdim etdiyiniz 28.08.N980-cı il tarixli ******* nömrəli əmək kitabçanıza əsasən N6.08.N989-07.N2.20NN-ci il tarixləri arasındakı dövr ərzində N nömrəli hərbi hissədə işlədiyiniz qeyd olunmuşdur. Bundan başqa əmək kitabçanızda Rusiya Federasiyası Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasındakı razılaşmaya əsasən sözügedən hərbi hissənin 02.NN.N992-ci il tarixindən Azərbaycan Respublikasının yurisdiksiyasına aid edildiyi göstərilmişdir. 0N.0N.N992- 02.NN.N992-ci il tarixləri arasındakı dövr ərzində iş stajınızın qanunvericiliyin tələbləri baxımından ümumi iş stajınıza daxil edilməsi mümkün olmadığından 0N.0N.2006- cı il tarixinədək ümumi iş stajınız 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.N-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı N2 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı N0 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 0N.0N.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 0N.0N.2006-cı il tarixədək qüvvədə olmuş N3-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı N2 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun N3- cü maddəsinə N997-ci il N3 iyun tarixli 32N-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən N3-cü maddədə nəzərdə tutulmuş yaş həddi N997-ci il avqustun N-dən başlayaraq 2000-ci ilin avqustun N-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırkı qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun N3-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: N. İddiaçının 0N.0N.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının 0N.0N.2006-cı ilə qədər azı N2 il 06 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajı mövcuddur. Belə ki, Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə verilmiş imtina məktubunda 0N.0N.N992-02.NN.N992-ci il tarixləri arasındakı dövr ərzində iş stajının qanunvericiliyin tələbləri baxımından ümumi iş stajına daxil edilməsinin mümkün olmamasını qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 0N.0N.N992-02.NN.N992-ci il tarixləri arasındakı dövr ərzində N saylı hərbi hissədə işləmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Rusiya Federasiyasının Müdafiə Nazirliyi arasında 02 noyabr N992-ci il tarixli qəbul edilmiş Sazişin əsasında N saylı hərbi hissə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yurisdiksiyasına verilmiş və 0N yanvar N993-cü ildən N saylı hərbi hissə adlandırılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirinin N0 noyabr 20N5-ci il tarixli əmrinə əsasən, N nömrəli hərbi hissənin adı dəyişdirilərək, “hərbi hissə 407” adlandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və iddiaçının 0N.0N.N992- 02.NN.N992-ci il tarixləri arasındakı dövr ərzində N saylı hərbi hissədə işləməsi onun əmək kitabçasında da öz əksini tapdığından, cavabdehin imtinası qanunauyğun olmamışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, işin apellyasiya icraatı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 407 nömrəli Hərbi Hissənin N5.04.202N-ci il tarixli 222 nömrəli Arayışında göstərilmişdir: “İddiaçı, xx.xx.N963-cü il təvəllüdlü, 407 nömrəli (0N.0N.N993-cü ilədək N nömrəli, 0N,N2.20N5-ci ilədək N nömrəli) hərbi hissədə qalvanik vəzifəsində N6.N2.N989-cu il tarixdən 07.N2.20NN-ci il tarixədək, 0N.N0.20N5-ci il tarixdən hal-hazıradək işləyir.Qalvanik emal prosesi yerli yan sorma ventilyasiyası olan avtomatlaşdırılmamış açıq vannalarda aparılır. Texnoloji prosesə görə qalvanik bütün iş vaxtı (növbə vaxtı) təhkim edildiyi qalvanik emal prosesi üzrə bütün texnoloji əməliyyatları: detalın emal üçün hazırlanması, onun asılıb vannaya yüklənməsi, qalvanik emal prosesinə nəzarət, detalın vannadan çıxarılması, onun sonrakı zəruri olan emalı, texniki nəzarət işçilərinə təqdim edilməsi ilə məşqul olur.İş zamanı müxtəlif kimyəvi maddələr və birləşmələr buxarlarının təsirinə məruz qalır. Əlverişsiz iş şəraitlərinə görə qalvanikə aşağıdakı imtiyazlar şamil edilmişdir: -tarif qoyuluşuna N2% məbləğində əlavə Ödənc (SSRİ Müdafiə Nazirinin NN.04.N987-ci il tarixli N5 nömrəli Əmrinin A-İV-N4, A-İV-NN7 bəndləri, Azərbaycan Respublikası Müdafiə Nazirinin 04.03.2008-ci il tarixli N09 nömrəli Əmri əsasında təyin olunmuşdur); -pulsuz südün verilməsi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4.N2.20N7-ci il tarixli 550 nömrəli Qərarı) - əlavə məzuniyyət - ildə N2 iş günü (SSRİ Nazirlər Sovetinin əmək və əmək haqqı üzrə Dövlət Komitəsinin və XN Mərkəzi Komitəsi Rəyasət Heyətinin 25.N0.N974-cü il tarixli 298/n-22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə məzuniyyət və qısaldılmış iş günü hüququnu verən zərərli iş şəraitli peşələrin və vəzifələrin Siyahısı”nın Xİİ-79, 80a, 80b bəndləri); hal-hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.07.2004-cü il tarixli 92 nömrəli Qərarının Xİİİ-N bəndinə əsasən ildə 6 təqvim günü müddətində əlavə məzuniyyət təqdim olunur; imtiyazlı pensiya təminatı (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlrlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23.0N.2007-ci il tarixli N2 nömrəli Qərarının NN.7.a bəndinin 2-ci abzası).” Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd edilən peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N.06.N993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “XİV. Metal emalı” bölməsində “5. Halvanik üsulla metallara üzçəkmə istehsalı” halvaniklər (kod 2N50500a—NN629) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N.06.N993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının “NN.Metal emalı” bölməsində “NN.7. Halvanik üsulla metallara üzçəkmə istehsalı” halvaniklər nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş ümumi və güzəştli iş stajı olduğundan ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş ümumi və xüsusi iş stajına malik olduğundan hazırkı iddia tələbi əsaslıdır. Əlavə olaraq, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin Nazirlər Kabinetinin 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahının “Nəqliyyat” adlanan 28-ci bölməsində nəzərdə tutulan “halvaniklər” (kod: 2N50500a- NN629) peşəsinə istinad etdiyi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahının “Nəqliyyat” adlanan 28-ci bölməsinə istinad edilməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus 040N95 nömrəli Diplomun surətinə əsasən iddiaçının 88 nömrəli Texniki Peşə Məktəbinə 0N.N0.N988-ci il tarixdə daxil olması, 30.03.N989-cu il tarixdə bitirməsi və komissiyanın 22.N2.N988-ci il tarixli qərarı ilə ona buruq qurğusunun maşinisti ixtisasının verilməsi qərarın ləğv edilməsinə əsasə deyil. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-N(NN2)-4606/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-N(NN2)-4606/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.