Məhkəmə qərarları › İş №2-1(103)-880/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-880/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-880/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Cəfərov Namiq Şamil oğlu və X1 ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı «maddi və mənəvi ziyanana görə pul tələbinə dair” iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8047/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət Dövlət Gömrük Komitəsi tərəfindən əmək haqqının gecikdirilməsinə görə 135.720 (yüz otuz beş min yeddi yüz iyirmi) manat pulun və mənəvi zərərə görə 50.000 (əlli min) manat pul vəsaitinin tutularaq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi aşağıdakılarla əsaslandırılmışdır: “...Dövlət Gömrük Komitəsinin 26 mart 1996- cı il tarixli, 203 saylı əmri ilə Xudafərin Gömrük İdarəsinin rəis müavini vəzifəsindən qanunsuz olaraq tutduğu vəzifədən azad edilmişdir. Yasamal Rayon Xalq Məhkəməsinin 31 may 1996-cı il tarixli, 2-725/1996 saylı qətnaməsi ilə tutduğu vəzifəyə işə bərpa edilmişdir və məhkəmənin qətnaməsi ilə məcburi proqula etdiyi 2 ay 5 günlük müddət üçün ayda 69326 manat hesabı ilə 139807 manat (AZN) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Məhkəmənin qanuni qüvvəsini almış qətnamənin olmasına baxmayaraq 26 ildir ki, qətnamə icra olunmur ki, bu da onun hüquqlarını pozur. Hesab edir ki, işə bərpa etmək haqqında qərar çıxarıldığı gündən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün, qətnamə ilə müəyyən edilmiş əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyindən, hər gecikdirilmiş gün üçün ona müəyyən olunmuş əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Yasamal Rayon Xalq Məhkəməsinin 31 may 1996-cı il tarixli, 2-725/1996 saylı qətnaməsi ilə tutduğu vəzifəyə işə bərpa edilmiş və məhkəmənin qətnaməsi ilə məcburi proqula etdiyi 2 ay 5 günlük müddət üçün ayda 69326 manat hesabı ilə 139807 manat (AZN) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Respublikası Statistika Komitəsinin verdiyi arayışa əsasən 139 807 AZN nominal olaraq (infilyasiya nəzərə alınmadan) 27.96 manat təşkil edir. İfilyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2022-ci ilin mart ayında 1996-cı ilin may ayına nisbətən 370,7 faiz təkil edir. Beləliklə gecikdirilmiş əmək haqqı və ona hesablanan hər gecikdirilmiş gün üçün faiz məbləği aşağıdakı qaydada hesablanaraq ödənilməlidir. Qanunun tətbiqi əsas götürülməklə aparılmış riyazi hesablamalara əsasən ona ödəniləsi məbləğ 135.720 manat təşkil edəcəkdir: 27.96 x 370.7%=103.64 manat x 20 % (günlük gecikdirmə)=20.72 x 21(gün)=435 man x 312 (ay)= 135.720 manat. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş əmək haqqını vaxtında verilməməsi işəgötürənin özündən asılı olan səbəbdən (qətnamənin icra edilməməsi) ödənilmədiyindən hər gecikdirilmiş gün üçün 20% ödənc ödənilməlidir. Yasamal Xalq Məhkəməsinin 31 may 1996-cı il qətnaməsi dərhal icra edilmədiyindən əmək haqqının verilməsinin gecikdirilməsi işə götürənin təqsiri üzündən baş vermişdir.”(İşdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılana qədər ödənilməsi tələb olunan pulun ona ödənilməsi üçün poçt vasitəsilə müvafiq ərizəsini cavabdehə göndərmişdir) Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmşdır ki, Yasamal Rayon Xalq Məhkəməsinin 31 05.1996-cı il tarixli 2-725/1996 nömrəli qətnaməsi qəbul edildikdən 23 (iyirmi üç) il sonra icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixli icraata başlama haqqında qərar qəbul edilərək, xx.xx.2019-cu ıl tarixdə icra edilməsi üçün Dövlət Gömrük Komitəsinə göndərilmişdir. İddia ərizəsinin dəlilləri iddiaçının şəxsi mülahizəsinə əsaslanmaqla hər hansı əsaslı şübhə yaratmayan sübutla təsdiq edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8047/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək qərardadının ləğv edilməsini və isə mahiyyəti üzrə baxilmasi baradə qarar qobul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin əsaslarına görə məhkəmə yanlış nəticəyə gəlmişdir. Birincisi onun tələbi məbləğin indeksasiya edilmasi deyildir (ideksasiya olsa belə məbləg artiq indeksasiya olunub)Əmək haqqmin işəgötürənin təqsiri üzündən gecikdirildiyindən, hər gecikdirilmis gun üçün, qanunla nəzərdə tutulmuş (ƏM-nin 172-ci maddasinin 5-ci bandi) faiz məbləginin ödənilməsini tələb edir və onun tələbinin indeksasiyaya hec bir aidiyyati yoxdur. İkincisi isə qətnamə icra olunsa belə, ona ödəniləcək məbləğ 139807 AZM (103,64AZN) manat təşkil edəcəkdir. Çünki qətnamədə yalnız 2 ay 5 günlük əmək haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Sonrakı dövrün bu məbləğə aidiyyatı yoxdur. Artıq gecikdirilmiş günlər qətnaməyə əsasən bəllidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı qətnamənin bu günə qədər icra olunmadığını bildirmiş və apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, cavabdehin nümayəndəsi isə onunla razılaşmamış, iddia ərizəsinə etirzında göstərilənlərə uyğun izahat verərək qərardadın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsinin qərardadında iddianı mümkünsüz hesab edərkən aşağıdakılara istinad etmişdir: “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. - 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. - 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası iddia icraatı qaydasında deyil, qətnamənin icrası ilə bağlı ərizə əsasında qətnamə qəbul etmiş məhkəmə tərəfindən baxılmalı və məhkəmə qərardadı qəbul edilməlidir. Hazırki iş üzrə isə iddiaçı tələbini inzibati məhkəmədə iddia icraatı qaydasında mübahisələndirir. Həmçinin qətnamə hal-hazırki vaxta kimi icra edilmədiyindən gecikdirilmiş günlərin müəyyən edilməsi də mümkün deyildir. Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçının hazırki iddiasına inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən sayıla bilməz...” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, qətnamə ilə iddiaçıya pul məbləğinin indeksasiyası, özündə infilyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinin keçmiş zamana münasibətdə müəyyən olunan faiz göstəricisini əks etdirir. İş materiallarından görünür ki, iddiaçıya ünvanlanmış Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli və Statistika Komitəsinin eyni tarixli məktublarına əsasən, qanuni qüvvəsini almış Yasamal Rayon Xalq Məhkəməsinin 31 may 1996-cı il tarixli qətnaməsi ilə ödənilməli olan 27.96 AZN (139 807 AZM) manat məbləğində pulun 2022-ci ilin mart ayına olan istehlak indeksi 370,7 faiz təşkil etmiş, iddiaçı həmin məbləğdən indeksləşdirdiyi 103,64 qəpik məbləğində pulun, həmin qətnamə xx.xx.2019-cu ıl tarixdə icra dilməsi üçün cavabdehə göndərildikdən sonra, sonuncu tərəfindən ödəmənin gecikdirildiyi hər günə görə 20 %-dən olmaqla, ötən 312 ay üçün hesabladığı 135.720 AZN maddi ziyanın, habelə, ona vurulmuş mənəvi zərərə görə 50.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Göründüyü kimi, iddiaçı qanuni qüvvəsini almış qətnaməsi ilə ona ödənilməli olan 139807 AZM (27,96 AZN) məbləğində pulun indeksasiya oluna biləcək məbləğini (103,64 AZN) deyil, həmin məbləğin vaxtında ödənilmədiyinə (gecikdirilməsinə) görə cavabdehin hərəkətsizliyi nəticəsində ona vurulmuş zərəri, dolaysı ilə kompensasiyanın ödənilməsini tələb edir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinin tələbinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İş materiallarından da görünür ki, iddiaçı tərəfindən cavabdehə ona vurulmuş zərərin ödənilməsi ilə bağlı cavabdehə ünvanlanmış ərizəsi “Aynur Eksperss” daşıma xidməti vasitəsilə çatdırılmışdır. İPM-in 34.1-ci maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Beləliklə də, qeyd olunanlar baxımından, İPM-in 35.1-ci maddəsinin şərtləri faktiki olaraq yerinə yetirilmiş olur. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması iddia tələbinin mahiyyətinə və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmə tərəfindən onun iddia tələbinə düzgün hüquqi qiymət verilmədiyini mübahisələndirən dəilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8047/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli və iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8047/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar