Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-880/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixli əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edilməsi və xx.xx.2022-ci il tarixli əlilliyə dair qiymətləndirmənin (xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli müddətsiz əlilliyin) əlillik altsistemində bərpa edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə”tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1504/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin biganə cavab məktublarının rədd edilməsi və xx.xx.2022-ci tarixdən etibarən Ali Məhkəmənin 2-1(102)- 1012/2022 nömrəli Qərarının icra edilməsi barədə iddiaçının müraciətinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı 1993-cü ildən 1996-cı ilədək Cəmşid Naxçıvanski adına hərbi litseydə, 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Hal hazırda ehtiyyatda olan zabit, Prezident təqaüdçüsü, 2-ci qrup müharibə əlilidir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Mayor rütbəsində zabit kimi Xüsusi Təyinatlı, kəşfiyyat bölmələrində və xidmətinin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X2, Tərtər və Murov dağ istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərin yanında olmuşdur. Müdafiə Nazirliyinin Məzrkəzi Hərbi Həkim Komissiyasının qərarı düzgün verilmədiyi üçün yenidən müraciət edərək, iddiaçıya hərbi hissə komandirinin axrıncı dəfə verildiyi travma haqqında arayış nəzərə alınmaqla düzgün olan qərar verilsin. Müdafiə Nazirliyinin Məzrkəzi Hərbi Həkim Komissiyası “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verməkdən imtina etmişdir, bu barədə Bakı İnzibati Məhkəməyə müraciət etmiş, məhkəmə “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır ” qərarı verilməsini təmin etdi, Müdafiə Nazirliyinin Məzrkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 195 nömrəli qərarı ilə təmin edildi. İddiaçının xəstəlik diaqnozu 2008-cı ildən bu günədək eyni xəstəlikdir. Eyni diaqnozla və səhhətində olan digər xəstəliklərlə bağlı bir çox vaxtlarda, bir çox xəstəxanalarda müalicələrdə olmuşdur bu xəstəlik diaqnozuna əsasən ona 2-ci qrup xx.xx.2021-ci il tarixdən etibarən müddətsiz əlillik təyin edilməsini qanuna müvafiq hesab edir. İddiaçının müraciətinə əsasən Laçın rayon Mərkəzi Xəstəxanası tərəfindən iki dəfə yəni xx.xx.2021-ci il tarixdə 0280003AAFKR və xx.xx.2021-ci ildə isə 0280003AAFK2 əlillik müddətsiz təyin edilməsi üçün forma 88 yazılıb elektron sistemə daxil edilmişdir, lakin hər dəfə eyni şablon söz (Göndərişdə qeyd edilmiş stasionar müalicə barədə məlumatlarda uyğunsuzluq aşkar edilmişdir) yazılaraq iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyi bildirir ki, imtinanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi verib, burdan da soruşanda əksinə deyərək bir birinin üzərinə atırlar. Eyni zamanda iddiaçının xəstəlik epiqrizlərində qeyd edildiyi kimi, qanuna müvafiq olaraq əliliyi müddətsiz təyin olunması mümkündür. Sonradan xx.xx.2021-ci il tarixdə 3-cü dəfə 0280003AAFMA forma 88 yazılıb elektron sistemə daxil edilmişdir. Müraciəti ondan ibarət idi ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən etibarəın 2ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin edilsin, lakin cavabdeh imtina etdiyi üçün məhkəməyə müraciət etmiş və hər üç instansiya məhkəməsi xeyrinə qərar vermişdir. Azərbaycan Respublikası adından çıxarılan qanuni qüvvəsini alan Ali Məhkəmənin 2- 1(102)- 1012/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2-l(103)-855/2022 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 nömrəli Qərarlarını ilə xx.xx.2021-ci il tarixdən etibarən iddiaçıya 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilməsi qərara alınmışdır. Lakin bu günə qədər məhkəmə qərarı icra edilməyərək qalmaqdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi məhkəmə qərarını icra etməmişdir. İddiaçı iddia tələbini dəqiqləşdirərək, Bakı İnzibati Məhkəmənin 2-1(112)-8104/2021 nömrəli qanuni qüvvəsini almış qərarını, tibb müəssisəsisinin 0280003AAFMA göndərişini nəzərə alaraq Diaqnoz qrafasında => Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr, Keçrilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri, Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya 11 mərhələ, 2.4.1. ürək ritmınin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ50-İ50.9), 2.4.4. emosional-iradi pozuntular (F48- F48.9) qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1504/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 1.1-ci bəndinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlətr Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən,bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim- məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.8-ci -ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK- dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirləq Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlillliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2022- ci il tarixli əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edilməsi və xx.xx.2022-ci il tarixli əlilliyə dair qiymətləndirmənin (xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli müddətsiz əlilliyin) əlillik altsistemində bərpa edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini tələb edir. İddiaçı ilə cavabdeh arasında olan hazırkı mübahisə- əvvəllər müvafiq komissiyanın göndərişi əsasında başlanılmış icraatla bağlı yaranmış məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası zamanı cavabdeh tərəfindən iddiaçının əlilliyi haqqında iki fərqli inzibati aktın qəbul edilməsinin nəticəsidir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 saylı xx.xx.2021-ci il tarxili qərarı cavabdeh Dövlət Tibbi –Sosial Ekspertiza və Reabiliyasiya Agentliyi tərəfindən icra edilərək, İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.20021-ci il tarixdən müddətsiz ikinci dərəcəli əlilliyin təyini barədə qərar qəbul edilmiş, məhkəmə qərarı ilə müəyyən edilən diaqnozlar əsas götürülməklə iddiaçının əmək qabiliyyətsiz olması barədə qeyd altsisteme daxil edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bu mübahisənin həlli üçün məhkəməyə eyni iddia ilə əvvəllər müraciət etmişdir. İddiaçının cavabdeh Dövlət Tibbi –Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “ cavabdehin 29 iyul 2022-ci il tarixli TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsi arayışını (inzibati aktın) əsasız hesab edilməsi, cavabdehin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 saylı qərarını ilk dəfə icra edərək 30 iyun 2022-ci il tarixli (etibarsız hesab edilmiş) tibb müəssisəsinin cavabdehin inzibati aktın əsassız hesab edilməsi və iddiaçının əlilliyi ilə bağlı müvafiq məlumatlarda dəyişiklik edilməsi” barədə iddia tələbi -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1918/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Sözügedən məhkəmə qərardadında qeyd edilmişdir ki, “cavabdehin bütün hərəkətləri əsaslı olub-olmamasından asılı olmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlıdır.” “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 8.4-cü bəndinə görə, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.”. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırda qaldırılan məsələ qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası üzrə arzulanan inzibati aktın qəbulu ilə əlaqədar olduğundan, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1504/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-880/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-880/2024
18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver