Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-881/2025 28.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və X4 ibarət tərkibdə, Əmənova Türkan Kamran qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6242/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əlillik vəziyyəti Bakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0120003AAF9K nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması (xəstənin diaqnostik müayinələri tam aparılmayıb funksional pozğunluq dəqiqləşdirilsin) barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar, tibb müəssisəsi tərəfindən müayinə olunacağı və iddiaçının göndərişi rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir.
2. İddiaçının cavabdeh quruma bir neçə müraciəti olmuş, sonuncu xx.xx.2023-cü il tarixli göndərişə əsasən dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulduğu bildirilmişdir. Həkim rəyində əyani müayinədə xəstəyə diaqnozun əlillik təyin etmir qərarı verilmiş, hazırda vəziyyətini dəqiqləşdirmək üçün DTSERA-ya yenidən əyani müayinə olunması məsləhət görülmüşdür.
3. Məhkəmə qərardadı əsasında iddiaçı əyani müayinə olunmuş və ekspert komisiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 5 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbisosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən, müəyyən olundu ki, İddiaçı əlillik vəziyyəti ilk dəfə Sumqayıt 1 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli rəsmiləşdirilmiş göndərişi (rəsmiləşdirilmiş göndərişdə qeyd olunan əsas diaqnoz: “ÜİX g/stenokardiyası. FS-İİİ, Postinfarkt kardioskleroz. AKŞdan sonrakı vəziyyət. Ürək çatmamazlığı. FS-İİ. Asteno nevrotik sindrom, hepatoxolesistit') əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və ona xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə “ilkin”, xx.xx.2015-ci il tarixindən xx.xx.2016-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə “təkrar”; xx.xx.2016-cı il tarixindən xx.xx.2021-cı il tarixinədək ümumi xəstəlik səbəbindən Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə 5 (beş) il müddətinə uzadılaraq ikinci dərəcə əlillik təyinatı aparılmışdır.
4. Əlillik müddəti tamamlandıqdan sonra, Bakı X11nin xx.xx.2021-ci il tarixli 0120003AAFU1 nömrəli rəsmiləşdirilmiş göndərişi (rəsmiləşdirilmiş göndərişdə qeyd olunan əsas diaqnoz: “Əsas diaqnoz. Stenokardiyanın digər formaları, ÜİX. Stabil gərginlik stenokardiyası İİİ f/s Ağırlaşma. [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİİ mərh. Ağırlaşma 150 Ürək çatmamazlığı, ÜÇ İİ dərəcə Yanaşı xəstəliklər Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU- hipertonik angiopatiya Yanaşı xəstəliklər. Dəqiqləşdirilməmiş ensefalopatiya, Hipertonik ensafalopatiya ipertonik ensafalopatiya Yanaşı xəstəliklər. Aortokoronar şuntlu transplantatın olması, AKŞ 3 (2012) c/ə -dan sonrakı vəziyyət'. əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərərfindən qiymətləndirilmiş, Xəstədə son bir il ərzində əsas diaqnozun agirlq dərəcəsinə gorə ixtisaslaşmiş müalicə kursu olmaması (son stasionar müalicəni 2019-da alıb) ixtisaslaşmiş klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasına ehtiyac var., “Əlavə müalicəyə ehtiyacın olması” qərarı verilmişdir.
5. Növbəti dəfə, Bakı X11nin xx.xx.2021-ci il tarixli 0120003AAF9K nömrəli rəsmiləşdirilmiş göndərişi (rəsmiləşdirilmiş göndərişdə qeyd olunan əsas diaqnoz: “Stenokardiyanın digər formaları, ÜİX.Stabil gərginlik stenokardiyası İİİ f/s. Hipertoniya xəstəliyi İİİ mərh.lV risk qrupu., AKŞ 3 (2012) c/ə -dan sonrakı vəziyyət. ÜÇ İİ dərəcə") əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərərfindən qiymətləndirilmiş, Göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Yenidən Bakı X11nin xx.xx.2022-ci il tarixli 0120003AAGX0 nömrəli rəsmiləşdirilmiş göndərişi (rəsmiləşdirilmiş göndərişdə qeyd olunan əsas diaqnoz: “ÜİX.Stabil gərginlik stenokardiyası İİİ f/s AKŞ 3 (2012) c/ə -dan sonrakı vəziyyət ÜÇ İİ dərəcə AF 44%") əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərərfindən qiymətləndirilmiş, Göndərişin natamam doldurulması barədə qərar verilmişdir.
6. Bir daha Bakı X11nin xx.xx.2022-ci il tarixli X00011270HJG nömrəli rəsmiləşdirilmiş göndərişi (rəsmiləşdirilmiş göndərişdə qeyd olunan əsas diaqnoz: “ÜİX . Stabil gərginlik stenokardiyası.İll F/S") əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərərfindən qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir.
7. Sonuncu dəfə Bakı X11nin xx.xx.2023-cü il tarixli R00145119AJR nömrəli rəsmiləşdirilmiş göndərişi (rəsmiləşdirilmiş göndərişdə qeyd olunan əsas diaqnoz: “Stenokardiyanın digər formaları, ÜİX Stabil gərginlik stenokardiyası İİİ funksional sinif. Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU-Hipertonik angiopatiya") əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərərfindən qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması” barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır.
8. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı döş qəfəsində baş verən göynəmə hissindən, ürəkdöyünmədən, təngnəfəslikdən, aşağı ətraflarda ödemdən, yüksək arterial təzyiqdən şikayətlənmişdir. Anamnestik məlumatlarında uzun illərdir özünü xəstə hesab etdiyini, miokard infarktı keçirdiyini, AKŞ (aorta koronar şuntlama) əməliyyatı keçirdiyini və mütəmadi olaraq həkim nəzarətində olduğunu, medikamentoz preparatlardan “Furosemid”, "Kardio magnil” kimi dərmanlar qəbul etdiyini bildirmişdir. Müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, sümük oynaq sistemində patoloji dəyişiklik aşkarlanmamış, periferik limfa düyünləri əllənməmiş, aşağı ətraflarda nəzərə çarpan cuzi ödem izlənilmiş, ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, A/T 160/100 mm.c.st müəyyənləşdirilmişdir.
9. Akademik C.Abdullayev adına Elmi Tədqiqat-Kardiologiya İnstitutunun xx.xx.2023xx.xx.2023-cü il tarixli 11332751 nömrəli çıxarışında diaqnoz “Əvvəllər keçirilən miokard infarktı. Arterial şunt ilə bağlı mexaniki mənşəli ağırlaşma. Durğunluq ürək çatmamazlığı. Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.
10. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “AKŞ əməliyyatından sonrakı vəziyyət (2012). Aorta sərtləşib. Aorta kökü cüzi genişlənib (3,7 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunur, inferior septumun bazalı və inferior lateralın bazalı hipokinetikdir, sistolik funksiya cüzi azalıb (LVEF=52%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Min TR. Perikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparıldı (HR=109)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Beləliklə, aparılmış anamnestik, obyektiv və instrumental müayinələrin nəticəsinə əsasən halhazırda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq о İ a ra q “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
11. İddiaçı müxtəlif səhiyyə müəssisələrində keçdiyi müayinənin nəticələrini məhkəməyə təqdim etmişdir. Belə ki, X6 xx.xx.2024-cü ildə aparılmış müayinənin nəticələrinə əsasən qeyd edilmişdir ki, Sol mədəciyin diastolik ölçüsü normal,sistolik ölçüsü bir qədər genişdir. LVEF-45%. relaksativ tip diastolik disfunksiya qeyd edilir. Sol qulaqcıq və sağ boşluqlar normaldır. Seqmentar divar hərəkət pozğunluğu (posteriorun, inferiorun, lateralın mid apikalı ciddi hipokinetik, septum diskinetik) qeyd edilir. Aorta və mitral qapaqlar fıbrokalsifikdir. Pulmonar arteriya normaldır. Pulmonar arteriya təzyiqi normaldır. Perikard boşluğu təmizdir. Rəngli doppler ExoKQ-də: MÇ-min,TÇmin qeyd edilir. X6 aparılmış müayinənin nəticələri əvvəllər xx.xx.2022-ci il tarixdə X10 PHŞ-də (AKŞ-2013. Aorta divari sklerotik. LV- hipertrofik. Sol mədəcik İ tip diastolik disfu LV- qlobal sistolik funksiyası aşagı. LVEF-42%. LV-arxa, aşagı-hipokinetik. РНyox. İVC MV- AV-fibrotik MR-İ dər.TR-l dər. Müayinə taxikardiya fonu aparıldı), xx.xx.2021-ci il tarixdə Bakı Baş Səhiyyə İdarəsinin 26 saylı Birləşmiş Xəstəxanasında (Aorta kökü ilə həlqəsi qalınlaşıb. Qapaqlar sklerotik. Sol mədəciyin hipertrofiyası. Mədəcikarası çəpər qalınlaşıb 1,2 sm. Sistolo-diastolik ölçülər pozulub EF-35%, diastolik disfunsiya, relaksativ tip. Seqmentar divar hərəkət qüsuru (arxa-ön-septal, septal divar) hipokinetik. Qulaqcıqlar genişlənməyib, Qlobal f-ya qorunub, lokal pozulub, İAS və İVS tam. Rəqngli exoqramma 0İ-İİ0 MC, 0İ AC. Perkard infarkt. Maye min), xx.xx.2022-ci il tarixdə Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institunda (AKŞ - dan sonrakı vəziyyət. Sol mədəciyin sistola-diastolik ölçüləri N, sistolik funksiyası azalmışdır (EF-38% - otuz səkkiz faiz). Sağ boşluqlar böyüməmişdir. Diastolik funksiya relaksativ tipdə pozulmuşdur. Pulmonar arteriya təzyiqi normaldır. Seqmentar divar hərəkət qüsuru (septum, posterior akinetik, anteroseptal hipokinetik, apeks zəif hipokinetik) qeyd edilir. Perikard boşluğu təmizdir. Rəngli doppler exokardioqrafiyada İ MR, ݰTR.) aparılmış müayinənin nəticələri ilə əsaslı şəkildə ziddiyyət təşkil etmir. Lakin DTSERA-da aparılmış müayinənin nəticələrinə əsasən nəticələrdə əsaslı uyğunsuzluqlar mövcuddur.
12. Məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı müraciəti əsasında Bakı X11 tərəfindən xx.xx.2023-cü il tarixli R00145119AJR nömrəli göndəriş rəsmiləşdirilsə də, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, göndərişin natamam doldurulması səbəbindən əlillik təyinatı aparılmamış və tibb müəssisəsində geri qaytarılmış, xx.xx.2024-cü il tarixində şəxs DTSERA-da komissiya şəraitində həkim-ekspertlər tərəfindən müayinə edilərək, səhhətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, 3-17-4/3-1- 9632/2024 nömrəli məhkəmə qərardadı əsasında “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri zəif görməsindən, döş qəfəsində baş verən göynəmə hissindən, ürəkdöyünmədən, təngnəfəslikdən, aşağı ətraflarda ödemdən, yüksək arterial təzyiqdən olmuş, anamnestik olaraq uzun illərdir özünü xəstə hesab etdiyini, “infarktı keçirdiyini”, ona ürəyindən cərrahi əməliyyatın icra edildiyini və mütəmadi olaraq həkim nəzarətində olduğunu, medikamentoz preparatlardan “Furosemid”, “Kardio magnil” kimi dərmanlar qəbul etdiyini bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, İranın Səhiyyə və Tibbi Təhsil Nazirliyi Ərdəbil şəhəri Səhiyyə, Müalicə Xidmətləri və Tibb Universiteti Ərdəbil şəhər Xomeyni adına Müalicə və Tibb Mərkəzinin xx.xx.2012-xx.xx.2012-ci i İ tarixli epikrizinə əsasən diaqnoz “ZVD səbəbindən cərrahi əməliyyat” şəklində göstərilmiş, Elmi X2nun xx.xx.2021-ci il tarixli ******* nömrəli Tibbi rəyinə əsasən diaqnoz “ÜİX: stabil gərginlik stenokardiyası, İİİ f.s. Ürək çatışmazlığı İİ f.s. AKŞ əməliyyatından sonrakı vəziyyət, infarktdan sonrakı kardioskleroz.” kimi qeyd edilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 140/95 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 74 vurğu), dili nəm, ərpsizdir, aşağı ətraflarda durğunluq əlamətləri, pastozluq, periferik ödem müşahidə edilməmişdir. xx.xx.2024-cü il tarixində DTSERAda aparılmış EXO-KQ müayinəsinin nəticəsi “AKŞ əməliyyatından sonrakı vəziyyət (2012). Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=52%) cüzi azalıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru - inferoseptumun bazalı hipokinetikdir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Asendan aorta dilatasiyası (37 mm). Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli doppler EXO- KQ-də patoloji axın qeyd edilmir” kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verən qan dövranı pozğunluğu müşahidə edilməmişdir. Zəif görməsi ilə əlaqədar şikayətləri nəzərə alınaraq, həmin tarixində DTSERA-da vətəndaşa oftalmoloq müayinəsi aparılmış və həmin müayinənin nəticəsinə əsasən (nəticə: VİS OD = 0.6 (onda altı) korreksiya ilə 0.9 (onda doqquz); VİS OS = 0.8 (onda səkkiz) korreksiya etməmiş, diaqnoz “OU - Başlanğıc katarakta.”) əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu aşkar edilməmişdir. Nəticədə, dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2023-cü il tarixli R00145119AJR nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, “ÜİX gərginlik stenokardiyası. F.S.Aterosklerotik Kardiomkleroz. Q.D. çatışmamazdlığı. İİ Dərəcə A.K Ş-AN sonrakı vəziyyət” diaqnozları üzrə xəstəlikdən əziyyət çəkdiyi üçün Tibbi Sosial Ekspertiza Komissiyasınının xx.xx.2016-cı il tarixli qərarı ilə ona İİ dərəcə əlillik təyin edilmişdir. Lakin sonradan bir qanuni əsas olmadan TSEK tərəfindən ona təyin edilmiş əlillik dərəcəsi etibarsız hesab edilmişdir. Bundan sonra iddiaçı stasionar və ambulator müalicələrdə olmuş, çoxsaylı müayinələrdən keçmişdir. Müayinələrin nəticələrini təsdiq sənədlər iddiaçı tərəfindən Tibbi Sosial Ekspertiza Komissiyasına təqdim olunmuşdur. Lakin Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən mənə əlillik dərəcəsi təyin edilməsindən əsassız olaraq imtina edilmişdir. Komissiyanın mövqeyinə görə, ona qoyulmuş “UİX.Stabil gərginlik stenokardiyası.İll F/S” diaqnozu əlillik əlamətini təyin etmir. Lakin onda olan xəstəliklərin faktiki olaraq qrup əlilliyin müəyyən edilməsi üçün əsas olduğundan, iddiaçı, bu məqsədlə aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs tabeliyində yaradılmış tibbisosial ekspert komissiyasına müraciət etmişdir. Müraciəti əsasında araşdırma aparan tibbi-sosial ekspert komissiyası əsassız və qanunsuz olaraq öz qərarı ilə ona qrup əlilliyin təyin olunmasından imtina etmişdir. İmtina üçün əsas isə komissiya öz qərarında belə qeyd etmişdir: “göndərişin natamam doldurulması (Səbəb: ExoKQ müayinəsi əsas xəstəliyin ağırlaşmasını təsdiq etmir. Dəqiqləşdirilsin)”. Qeyd olunanlardan da göründüyü kimi hazırkı rəyi qəbul etmiş tibbi-sosial ekspert komissiyası məsələyə formal yanaşmış və qərəzli olaraq ədalətli rəyin verilməsindən yayınmışdır. İddiaçı hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs tabeliyində yaradılmış tibbi-sosial ekspert komissiyasının imtinası əsasızdır, iddiaçının əziyyət çəkdiyi xəstəliklər, ona İİ dərəcə əlilliyin təyin edilməsinə əsas verir. İddiaçı barəsində sonuncu dəfə tərtib edilmiş Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0256003AAN2H saylı göndərişi əsasında ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6242/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinin müəyyən edilməsindən xx.xx.2023-cü il tarixli imtinası qanunsuz hesab edilməsi və iddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarların ləğv edilməsi, İddiaçı qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasının müddətsiz 80 faiz müəyyən edilməsi (İİ dərəcə əlilliyin təyin edilməsi) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
16. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
19. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun:
2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 24.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 və 3.1-ci maddələrinə əsasən)
26. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 20-22-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
27. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı ona əlillik dərəcəsinin təyin edilməsini tələb edir.
28. Cavabdeh orqan isə iddiaçıya qoyulmuş diaqnozun əyani müayinə zamanı öz təsdiqini tapmaması səbəbindən imtina cavabı vermişdir.
29. Belə ki, işin apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-881/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən keçirilmişdir.
30. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, T 125/2025 saylı ekspert rəyinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün “Bakı Xəzər Tibb Mərkəzi”ndə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, R00145119AJR saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Yanaşı xəstəliklər: İİ1.0- (durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(-yi), hipertoniya xəstəliyi İİİ mərhələ İV risk qrup, tez-tez baş verən krizlərlə ayda 2-3 dəfə. Ağırlaşma: 150-ürək çatmamazlığı, ürək çatmamazlığı İİ dərəcə AF= 42% ÜÇ-İİ dərəcə. Yanaşı xəstəliklər: 125.2- Əvvəllər keçirilən miokard infarktı, ifarktdan sonrakı kardioskleroz (2012). H35.0- Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU-hipertonik angiopatiya. Əsas diaqnoz: 120.8-Stenokardiyanm digər formaları, ÜİX, stabil gərginlik stenokardiyası İİİ f/s. Ağırlaşma: Z95.1-Aortokoronar şuntlu transplantatın olması AKŞ-3 (2012) cərrahi əməliyyatından sonrakı vəziyyət” diaqnoz xəstə stasionarda olarkən anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin DTSERA-da müayinələri zamanı döş qəfəsində baş verən göynəmə hissindən, ürəkdöyünmədən, təngənəfəslikdən, aşağı ətraflarda ödemdən, yüksək arterial təzyiqdən şikayətlənmiş, anamnestik məlumatlarında uzun illərdir özünü xəstə hesab etdiyini, miokard infarktı keçirdiyini, AKŞ əməliyyatı keçirdiyini və mütəmadi olaraq həkim nəzarətində olduğunu, medikamentoz preparatlardan “Furasemid”, “Kardio maqnil” kimi dərmanlar qəbul etdiyini bildirmiş, müayinədə aşağı ətraflarda nəzərə çarpan cüzi ödem izlənilmiş, ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, A/T-170/100 mm civə sütunu müəyyənləşdirilmişdir. “Elmi-Tədqiqat Kardiologiya İnstitutu”nun 11332751 nömrəli çıxarışında olan diaqnoz klinik olaraq öz təsdiqini tapmamış, aparılmış transtorakal exokardioqrafıya müayinəsinin nəticəsi əlillik təyinatına əsas verməmiş və beləliklə, aparılmış anamnestik, obyektiv və instrumental müayinələrin nəticələrinə əsasən hal-hazırda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilmədiyindən əlilliyin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının” hər hansı bəndinə aid etmək mümkün olmadı.
31. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-881/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
32. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş məktuba əsasən İddiaçı məhkəmə-tibbi müayinədən keçməkdən imtina etdiyi üçün iş icrasız geri qaytarılmışdır.
33. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-881/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş, xx.xx.2025-ci il tarixli T480/2025 saylı rəyinə əsasən Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi müayinədən keçirilərkən “X1”nda müayinə üçün göndərilmiş və “ÜİX, gərginlik stenokardiyası İİ f.s., İ20.8; hipertoniya xəstəliyi İİİ İl 1.0, infarktdan sonrakı kardioskleroz (2000) İ25.2, AKŞ əməliyyatından sonrakı vəziyyət (3 damar) (2012) Z95.1, XÜÇ İ f.s. (AF-48%) İ50.0” diaqnozu qoyulmuşdur. O, xx.xx.2025ci il tarixdə “X11” phş-də və xx.xx.2025-ci il tarixdə Azərbaycan Tibb Universitetinin X3 exokardioqrafiya müayinələrindən keçirilərkən ürəyin sistolik funksiyanın azalması (EF- 40%) aşkar olunmuşdur.
34. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyi tərəfindən 16 dekabr 2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 0120003AAF9K və 0120003AAGX0 nömrəli göndərişləri əsasında müvafiq olaraq xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixlərində elektron qiymətləndirilmiş və hər iki halda natamam doldurulması səbəbilə göndərişlər dövlət tibb müəssisəsinə geri qaytarılmışdır.
35. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X12 tərəfindən verilmiş 07 aprel 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən xx.xx.2021-ci il tarixindən “26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” publik hüquqi şəxsin adı “X13” publik hüquqi şəxs (Xəzər TM) olaraq dəyişdirilmişdir. Nəzərinizə çatdırırıq ki, 2021-2022-ci illər ərzində Xəzər TMin əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olmuşdur və hal-hazırda da vardır
36. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən (Stenokardiyanın digər formaları. ÜİX Stabil stenokardiyası İİİ f/s) əziyyət çəkməsi və ürək ritminin süni tənzimləyicisinin qoyulması (Aortokoronar şuntlu transplantatın olması) tibbi göndərişlə (forma 88) öz təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə (obyektiv müayinə) və instrumental müayinəyə (doppler rəngli exokardioqrafiya) əsaslanmışdır. Həmin instrumental müayinənin nəticəsi məhkəmə icraatı zamanı digər tibb müəssisəsi tərəfindən də (X6 xx.xx.2024-cü ildə aparılmış müayinənin nəticələrinə əsasən) təsdiqlənmişdir.
37. Göründüyü kimi, təqdim edilən müayinə sənədlərinə əsasən qeyd edilən xəstəliklə bağlı illər ərzində mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (2012-2022-ci illərə) müayinə və müalicələrdə olmasına və həmin xəstəlik qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin təyin olunmaması (göndərişin natamam doldurulması və daha sonra diaqnozun əlillik təyin edilməməsi barədə qərarı) iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.
38. Məhkəmə kolleiyası tərəfindən bir neçə dəfə iddiaçı iddia tələbinə dəqiqləşdirmə verilməsi ilə təklif edilsədə, iddiaçı dəqiqləşdirmə tələbini verməkdən qəti şəkildə imtina etmiş və hazırki dövürdə 2-ci dərəcə əlillik üçün nəzərdə tutulmuş faiz dərəcəsinə uyğunlaşdırmasını məhkəmədən xahiş etmişdir.Ona görə də məhkəmə kollegiyası iddia tələbinin uzun müddət məhkəmə icraatında olmasını və iddiaçının Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6242/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından razı qalmasını nəzərə alaraq, iddia tələbini “İddiaçı qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasının müddətsiz 80 faiz müəyyən edilməsi (İİ dərəcə əlilliyin təyin edilməsi) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul etmişdir.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
40. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
41. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6242/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6242/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.