Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-882/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı vəkili Vəkil Südeyib oğlunun, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 2- 1(112)-4059/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona hüququnun yarandığı 03 iyun 2019-cu il tarixdən 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlətlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1966-cı il təvəllüdlüdür, 08 yanvar 2018-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçı tələbi ilə bağlı cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Mərkəzi Filialın 03 iyun 2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki,”06 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən “X11” Trestinin iddiaçıya dair 2.06.2022-ci il tarixli SOCAR-ın arayışında Sizin xx.xx.1990xx.xx.1999-cu il və xx.xx.2000-xx.xx.2003-cü il tarixli arayışındakı dövr ərzinidə adıçəkilən müəssisədə nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, elektrik avadanlıqlarının təmiri ilə məşğul olan mexanik vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz vəzifələr yuxarıda qeyd olunan siyahı üzrə müəyyən olunmuş vəzifələrə uyğun deyil. Bu səbəbdən də Sizin xx.xx.2006-cı il tarixinədək güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir.” İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Hesab edir ki, 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün həm ümumi, həm də xüsusi güzəştli iş stajı vardır. Belə ki, o, 1983-1990-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda əyani fakültədə təhsil almış,-4 il, 09 ay, 2 gün; 1984-1988-ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuş- 2 il; xx.xx.1990-cı ildən-xx.xx.1999-cu ilədək SOCAR-ın X1ma işləri idarəsində “Şelf-3” X8rğusunda nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsində işləmiş,- 8 il, 11 ay 5 gün; xx.xx.2000-ci ildənxx.xx.2003-cü ilədək “Xəzər-4” X16 Qurğusunda elektrik avadanlıqları üzrə mexanik peşəsində işləmiş 2 il, 04 ay, 17 gün; xx.xx.2003-cü ildən- xx.xx.2006-cı ilədək “Bayıl Limanı” X10 İdarəsində “Xəzər-4” X8rğusunda elektrik avadanlıqları üzrə mexanik peşəsində işləmiş- 5 il, 07 ay. 23 yanvar 2007-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1993- cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahı üzrə 1100000a-18494 nömrəli kodda göstərilmişdir ki, nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər. 1100000b-23485 nömrəli kodla quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşsırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər peşəsi də əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısındadır. İş materiallarına əlavə edilmiş əmək kitabçası, hərbi bilet və arayışlara əsasən ümumi sığorta stajı 20 ildən və güzəştli iş stajı isə 10 ildən çoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqana 03 iyun 2022-ci il tarixində müraciət etdiyindən ona 03 iyun 2019-cu il tarixdən 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddia tam əsassızdır və təmin edilməməlidir. İddiaçı inzibati orqana təqdim etdiyi müraciət ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin inzibati orqan tərəfindən verilmiş imtinada vətəndaşın 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının olmaması səbəbindən ona pensiya təyin edilməsindən imtina edildiyi qeyd edilmişdir. Cavabdeh göstərilənləri və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci, 9.1-ci maddələrini əsas götürməklə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, müvafiq inzibati orqana iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə “X11“ Trestinin iddiaçıya dair 11 avqust 2022ci il tarixli SOCAR**********80020123X00005 nömrəli arayışında onun xx.xx.1990xx.xx.1999-cu il və xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən müəssisədə nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, elektrik avadanlığının təmiri ilə məşğul olan mexanik vəzifələrində işlədiyi qeyd olunmuşdur. Belə ki, iddiaçının müvafiq işlədiyi vəzifələr Azərbavcan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına və siyahı üzrə müəyyən olunmuş vəzifələrə uyğun olmadığı üçün inzibati orqan həmin dövrləri staja daxil etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) Qazma bəndinin (1) fəhlələr yarımbəndinə (a) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi aparan əsas fəhləiər güzəştli pensiya hüququna malikdirlər (1100000a-18494) və rəhbərlər və mütəxəssislər yarımbəndində (b) quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər (1100000b23485) vəzifələri nəzərdə tutulmuşdur. İş materiallarından da aşkardır ki, müvafiq arayışda iddiaçının xx.xx.1990-xx.xx.1999-cu il və xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən müəssisədə nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, elektrik avadanlığının təmiri ilə məşğul olan mexanik vəzifələrində işlədiyi dövrlər müvafiq siyahıya uyğun olmadığı üçün onun güzəştli staja daxil edilməsi qanunvericiliyə ziddir və İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən də, imtina məktubu əsaslıdır. İddiaçı sonradan iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək ona xx.xx.2018-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2022-ci il) əvvəlki üç il üçün hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 2- 1(112)-4059/2023 nömrəli qərarı ilə (hakim T.Məlikov) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iş materiallarından da aşkardır ki, müvafiq arayışda iddiaçının xx.xx.1990-xx.xx.1999-cu il və xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən müəssisədə nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, elektrik avadanlığının təmiri ilə məşğul olan mexanik vəzifələrində işlədiyi dövrlər müvafiq siyahıya uyğun olmadığı üçün onun güzəştli stajına daxil edilməsi qanunvericiliyə ziddir və İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçının işlədiyi müvafiq vəzifələr Nazirlər Kabinetinin siyahısındakı Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz. qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) Qazma bəndinin (1) fəhlələr yarımbəndinə (a) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər (1100000a—18494) və rəhbərlər və mütəxəssislər yarımbəndındə (b) quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə. qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər (1100000b—23485) vəzifələrinə uyğundur. SOCAR tərəfindən məhkəməyə ünvanlanmış müxtəlif məktublarda iddiaçının elektrik avadanlığının təmiri ilə məşğul olan mexanik vəzifəsindəki əmək funksiyalarını müxtəlif şəkildə təsvir etmişdir. Həmçinin, həmin müəssisə tərəfindən əmək funksiyalarına dair vəzifə təlimatları məktublara sübut kimi qoşulmamışdır. Hesab edirlər ki, mövcud iş materiallarında olan ziddiyətin aradan qaldırılması üçün məhkəmə həmin halları xidməti vəzifəsinə görə araşdırmalı idi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. -31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. -32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: -13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1- ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13- cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajı; 2) xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının (Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə). İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajının olması işin mübahisələndirilməyən halıdır. İş materiallarından məlum olur ki, xx.xx.1966-cı il təvəllüdlü iddiaçının xx.xx.2018-ci il tarixdə 52 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. xx.xx.1990-cı il tarixli YB-İ seriyalı 111395 №li diplomun surətindən görünür ki, İddiaçı 1990-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun “Sənaye qurğularının elektrik intiqalı və avtomatlaşdırılması” fakültəsini bitirmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən iddiaçıya verilmiş 02 iyun 2022-ci il tarixli arayışdan görünür ki, 1966-cı il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək SSRİ SQ-da müddətli həqiqi hərbi xidmət keçmişdir. SSRİ MN-in 68 saylı xx.xx.1986-cı il tarixli əmrinə əsasən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməyib xx.xx.2021-ci il tarixdə son yaş həddinə çatdığına görə hərbi uçotdan çıxarılmışdır. 26 avqust 1990-cu il tarixdən doldurulmağa başlanan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1990-cı ilədək Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış, xx.xx.1984-xx.xx.1986-cı illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1990-cı ildən xx.xx.1999-cu ilədək SOCAR-ın X1ma işləri idarəsində “Şelf-3” X8rğusunda nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, xx.xx.2000-ci il tarixdən xx.xx.2012-ci il tarixədək “Xəzər-4” X16 Qurğusunda elektrik avadanlıqları üzrə 11-ci dərəcəli mexanik, elektrik avadanlıqları üzrə 12 dərəcəli mexanik, 8 saylı DDSO-ndə rəis müavini, “Xəzər-6” ÖQÜQQ-nda 12-ci dərəcəli mexanik vəzifələrində, xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “Xəzər-6” ÖQÜQQ-da 12-ci dərəcəli mexanik, 12-ci dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə mexanik vəzifəsində, xx.xx.2014-cü il tarixdən “Xəzər-6” ÖQÜQQ-da 12-ci dərəcəli NÖÇ və avtomatika üzrə mexanik, mühəndis, böyük mühəndis vəzifələrində işləmiş, xx.xx.2021-ci il tarixdən “Neft Daşları- Günəşli” İstehsalat bölümü 8 saylı briqadaya 12-ci dərəcəli böyük mexanik vəzifəsinə keçirilmiş və hazırda tutduğu vəzifə üzrə işləyir. Əmək kitabçasına əsasən iddiaçının Qanunla tələb olunan 20 ildən artıq ümumi iş stajı mövcuddur. İşin mübahisəli halı tələb olunan xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçının Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X11” Tresti tərəfindən verilən 26 avqust 2022-ci il tarixli müraciətinə cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiq etdiyi “Fəhlə peşələri və işlərin Vahid tarif-ixtisas sorğu kitabçasında nəzarət ölçü cihazları və avtomatika üzrə cihazçı peşəsi mövcud deyil. Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinin əsas yerinə yetirdiyi işlər isə istehsalatda istifadə olunan nəzarət ölçü cihazları, yanğından mühafizə və avtomatik yanğınsöndürmə sistemlərinin keyfiyyətli təmiri, istismarına nəzarət və texniki xidmətin yerinə yetirilməsindən ibarətdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X11” Tresti tərəfindən verilmiş 11 avqust 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı SOCAR-ın “X11” trestinin nəzdində olmuş müxtəlif idarələrdə işləmişdir. X1ma işləri idarəsi üzrə: xx.xx.1990-cı il tarixdən xx.xx.1999cu il tarixədək “Şelf-3" X8rğusunda nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “Xəzər-4" X8rğüsunda elektrik avadanlığı üzrə mexanik, “Bayıl Limanı” X10 İdarəsi üzrə: xx.xx.2003-cü il tarixdən xx.xx.2010-cu il tarixədək "Xəzər-4” X8rğusunda elektrik avadanlığı üzrə mexanik, xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək 8 saylı X6 rəis müavini, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək “Xəzər-6" X8rğusunda mexanik. “Sahil” Qazma İşləri İdarəsi üzrə: xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “Xəzər -6” X8rğüsunda mexanik, nəzarət ölçü cihazları və avtomatika üzrə mexanik. “X11” tresti üzrə: 04.02 2014cü il tarixdən xx.xx.2015-ci il tarixədək Bulla, 8 Mart, Ümid istehsalat bölümü, "Xəzər -6” X8rğusunda nəzarət ölçü cihazları və avtomatika üzrə mexanik, mühəndis, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Qaradağ, Qalmaz istehsalat bölümü, 542 saylı buruqda nəzarət ölçü cihazları və avtomatika üzrə böyük mühəndis, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək “Neft Daşları" istehsalat bölümü, 1887 saylı DSÖ-də elektrik avadanlığı üzrə böyük mexanik, xx.xx.2021-ci il tarixdən hal-hazıradək “Neft Daşları- Günəşli” istahsalat bölümü 8 saylı briqadada elektrik avadanlığı üzrə böyük mexanik vəzifəsində işləyir. 2003-cü il tarixdən ARDNŞ-nin 8 saylı əmri ilə "Uzən Qurğularla” Kəşfiyyat Qazma İdarəsi, “Bayıl Limanı" X10 idarəsinin tərkibinə verilib. ARDNŞ-nin 51 saylı xx.xx.2007-ci il tarixli və 60 saylı xx.xx.2007-ci il tarixli əmrləri ilə X11 Tresti yaradılmışdır. X11 trestinin 62 saylı xx.xx.2012-ci il tarixli əmrinə əsasən “Bayıl Limam” DKQİİ, “Xəzər" DKQİİ adlandırılmışdır. X11 trestinin 82 saylı xx.xx.2012-ci il tarixli əmrinə əsasən “Xəzər" DKQİ qazma sexi kimi “Sahil" Qll-nin tərkibinə verilmişdir. ARDNŞ-nin xx.xx.2013-cü il tarixli ARDNŞ/13-1000/01/SM-05- 000034 saylı əmrinə əsasən “X11” trestinin “Sahil” Qİİ ləğv olunaraq trestin bölümü kimi fəaliyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarının 1 saylı siyahısına uyğun olaraq, İddiaçı (Xİ Qazma: 1100000a-18494; 1100000b- 23485-24094) güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən zərərli və ağır olan işlərdə çalışdığı üçün onun güzəştli əmək stajı 23 il 8 aydır. Müvafiq sorğu ilə SOCAR “X12” tərəfindən iddiaçının xx.xx.1990-xx.xx.1999-cu il və xx.xx.2000-xx.xx.2003-cü il tarixlərdə X1ma işləri idarəsində işlədiyi nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, elektrik avadanlığının təmiri ilə məşğul olan mexanik vəzifələrinin əmək funksiyaları və vəzifə təlimatlarına uyğun gördüyü barədə izahlı arayış məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş arayışdan görünür ki, Özül və qurğularda (buruqlarda) “Nəzarət-ölçü cihazları (NÖÇ) və avtomatika üzrə çilingər”: nəzarət-ölçü cihazları və elektrik avadanlıqlarının quraşdırılması; nəzarət ölçü cihazlarının daim işlək vəziyyətdə olmasını təmin etmək; nəzarət-ölçü cihazlarının işinə nəzarət etmək və baş verən dəyişikliklər haqqında briqadirə məlumat vermək. Nəzarət-ölçü cihazlarının quruluşu və cari təmiri; Mürəkkəb elektrik cihazlarının sazlanma və təmir qaydaları; Ölçücü, qaynaqedici, güc transformatorları, gücləndiricilər və digər avtomatik tənzimləmə cihazlarının iş prinsipi. Özül və qurğularda (buruqlarda) “elektrik avadanlığı üzrə mexanik: Elektrik avadanlıqlarının vaxtında və keyfiyyətli profilaktik yoxlanmasını təşkil etmək; Elektrik avadanlıqlarının istismar qaydalarına əməl olunmasına və təhlükəsizlik qaydalarının tələblərinə nəzarəti həyata keçirmək, onların təhlükəsiz istismarını təşkil etmək; Elektrik avadanlıqlarının vaxtından əvvəl aşınma səbəblərini aşkar etmək məqsədilə avadanlığın, ayrı-ayrı hissə və qovşaqlarının iş şəraitini öyrənmək; Aşınmış və mənəvi köhnəlmiş avadanlıqların vaxtında dəyişdirilməsi üzrə tədbirlər görmək; Elektrik avadanlıqlarının yeni nümunələrinin sınağında iştirak etmək; Avadanlıqların quraşdırılması keyfiyyətinə nəzarət etmək; Alınan yeni qurğuların komplektliliyinə nəzarəti təşkil etmək; Elektrik avadanlıqlarında baş vermiş qəzaların səbəblərinin araşdırılmasında və onların qarşısının alınması üzrə tədbirlərin işlənməsində iştirak etmək; Avadanlıqların vaxtlıvaxtında təmir edilməsini planlaşdırmaq və onları təmir edən işçilərə rəhbərlik etmək; Tabeliyində olan fəhlələr üçün işlərin təhlükəsiz aparılması üzrə təlimat, xüsusi ilə təhlükəli işlərin yerinə yetirilməsi üzrə xüsusi təlimat aparmaq; Avadanlıqların işinin, ehtiyat hissələri və materiallar sərfinin ilkin uçotunu aparmaq; Mövcud avadanlıqlar və onların texniki vəziyyəti haqqında hesabların tərtib edilməsini təmin etmək; Avadanlıqların ehtiyat hissələri, materiallarla təmin edilməsini və avadanlıqlar üçün texniki pasportların mövcudluğuna nəzarəti həyata keçirmək; Elektrik avadanlıqlarına xidmət edən zaman xüsusi geyimlərdən, rezin əlcək, rezin ayaqqabı və digər qoruyucu vasitələrdən istifadə edilməsinə nəzarət etmək. Elektrik avadanlıqlarının təmirinin keyfiyyəti üzrə rəy vermək, yanacaq və sürtgü materiallarının, enerjinin sərf normalarına riayət olunmasına nəzarəti həyata keçirmək; Yanacaq-energetika ehtiyatlarının qənaəti üzrə tədbirlərin işlənməsində iştirak etmək; Yanğına qarşı sistemlərin siqnal hissəsinə nəzarət etmək; Vaxt jurnallarında gündəlik qeydlərə nəzarət etmək. Elektrik avadanlığı üzrə böyük mexanik SOCAR tərəfindən təsdiq oulnmuş “Azərbaycan neft sənayesində əməyin mühafizəsini X9”ni, Neftqazçıxarma Sənayesində təhlükəsizlik qaydalarını tələblərini rəhbər tutur. SOCAR “X11” Tresti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubda aşağıdakılar qeyd edilmişdir: “İddiaçı işlədiyi (Nəzarətölçü cihazları (NÖC) və avtomatika üzrə çilingər, elektrik avadanlığı üzrə mexanik) vəzifələri dənizdə neftin qazılması ilə birbaşa bağlıdır. Özül və qurğularda (buruqlarda) “elektrik avadanlığı üzrə mexanik" vəzifəsinin funksiyaları aşağıdakılardır: Qazma avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarının və etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edilməsi; Qəza generatoruna texniki baxışın həyata keçirilməsi, generator akkumulyatorunun balonlarında turşunun səviyyəsinin və sıxlığının yoxlanılması; Özül və qurğularda (buruqlarda) qazmaya xidmət edən elektrik avadanlıqlarının daim işlək vəziyyətdə olması; Mexanik tərəfindən elektrik avadanlıqlarının vaxtından əvvəl aşınma səbəblərinin aşkar edilməsi məqsədilə avadanlığın, ayrı-ayrı hissə və qovşaqlarının iş şəraitinin öyrənilməsi üzrə, aşınmış və mənəvi köhnəlmiş avadanlıqların vaxtında dəyişdirilməsi üzrə tədbirlərin görülməsi; Gündəlik olaraq generatorun işə salınaraq səs adekvatlığına nəzarət edilməsi, kabel birləşmələrində boşluqların olmamasına nəzarət edilməsi; Avadanlıqların quraşdırılması keyfiyyətinə nəzarət edilməsi, alınan yeni qurğuların komplektliliyinə nəzarət edilməsi və elektrik avadanlıqlarının cari təmirinin təşkil edilməsi; Qazma avadanlıqlarında baş vermiş qəzaların səbəblərinin araşdırılmasında və onların qarşısının alınması üzrə tədbirlərin işlənməsində iştirak etmək; Qazma avadanlıqlarının təmiri sexində dəzgahların elektrik hissələrinin texniki baxışının həyata keçirilməsi, maqnit işəsalanlarının, relelərin, diodların, qoruyucuların işlək vəziyyətdə olmasına nəzarət edilməsi; Qaldırıcı kranların texniki baxışın həyata keçirilməsi, torpaqlanmanın, mühərrikin izolyasiyasının yoxlanılması, kabel təsərrüfatına baxış keçirilməsi; Avadanlıqların vaxtlı-vaxtında təmir edilməsini planlaşdırılması və onları təmir edən işçilərə rəhbərlik edilməsi. Qeyd olunan işlər qazma prosesində, mənimsəmə işlərində, əsaslı təmir işlərində, ümumiyyətlə quyuların qazılması üzrə istehsalat proseslərində icra edilir. SOCAR “X11” Tresti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı işlədiyi elektrik avadanlığının təmiri ilə məşğul olan mexanik vəzifəsi dənizdə və quruda quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində birbaşa bağlıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iş yerindən təqdim etdiyi arayışlardan və məhkəmə sorğusu ilə əldə edilmiş vəzifə təlimatlarından müəyyən edilir ki, iddiaçının işlədiyi və cavabdeh tərəfindən xüsusi staja daxil edilməyən “nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər” və “elektrik avadanlığı üzrə mexanik” vəzifəsi dənizdə neftin qazılması ilə birbaşa bağlı olmaqla, işlər qazma prosesində, mənimsəmə işlərində, əsaslı təmir işlərində, ümumiyyətlə quyuların qazılması üzrə istehsalat proseslərində icra edildiyindən 1 nömrəli Siyahının X bölməsindəki peşələrə uyğunlaşdırılma ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti əsaslıdır. Belə ki, iddiaçının xx.xx.1990- xx.xx.1999-cu il və xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində işlədiyi “nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər” və “elektrik avadanlığı üzrə mexanik” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısının 10-cu bölməsinin “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) Qazma bəndinin (1) fəhlələr yarımbəndinə (a) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdir (1100000a-18494) şifrinə və rəhbərlər və mütəxəssislər yarımbəndində (b) quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər (1100000b-23485) vəzifələri şifrinə uyğundur. Ona görə də iddiaçının SOCAR “X7” müxtəlif idarələrində xx.xx.1990xx.xx.1999-cu və xx.xx.2000-xx.xx.2003-cü illərdə işlədiyi “nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər” vəzifəsi onun güzəştli iş stajına daxil edilməlidir. Bu halda isə iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etmək üçün qanunla tələb olunan 10 ildən artıq xüsusi iş stajı yaranmış olur (11 il, 03 ay, 24 gün). Göstərilənlərə əsasən, məhkəmə kollegiyası cavabdehin dəlilini əsaslı saymır və belə nəticəyə gəlir ki, iddiaçıya məxsus əmək kitabçası və iş yerindən təqdim edilmiş arayışla onun cavabdeh tərəfindən mübahisələndirilən vəzifələr üzrə işlədiyi öz təsdiqini tapdığından və təqdim olunan arayışdakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən sübut təqdim olunmadığından həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. Odur ki, iddiaçı 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi, 10 ildən artıq güzəştli əmək stajına malik olduğundan ona 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası təyin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 2- 1(112)-4059/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-882/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-882/2024
01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver