Məhkəmə qərarları › İş №2-1(103)-883/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-883/2020

09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-883/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqənin verilməsi tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 20N-cu il tarixli, 2-1(82)-2637/20N saylı qərarından cavabdehin nümayəndəsi N.Abbaszadə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20N-cu il tarixli, 2-1(82)- 2637/20N saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardan cavabdehin nümayəndəsi N.Abbaszadə tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, o, xx xxxx N65-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Qarabağ müharibəsi dövründə döyüşlərdə iştirak etmişdir, N saylı hərbi hissəyə təhkim olunmuşdur. Müharibə veteranı kimi əvvəllər Nizami rayonunda “Veteranlar Birliyi”ndə qeydiyyatda olmuşdur. Əvvəllər verilmiş veteranlıq vəsiqəsinin vaxtı bitdiyi üçün o, yeni vəsiqənin verilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin cavabdeh təşkilat məsələnin həllindən imtina etmişdir. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən iddiaçının izahatı: Cavabdehin nümayəndəsi N.Abbaszadə verdiyi apellyasiya şikayətində göstərmişdir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N-cu il tarixli 9/7-10182 nömrəli arayışında 703(730) nömrəli hərbi hissə komandirinin mart, iyul N92-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatları kitabında iddiaçının xidmətləri barədə məlumatlar olmadığı bildirilmişdir. Müdafiə Nazirliyinin aparat nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya məhz bu əsasla iddiaçıya müharibə adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. bununla da birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan xüsusatları qərarın əsaslandırıcı hissəsində - 5-ci səhifədə sadalansa da, nəzərə alınmamış, iş üçün əhəmiyyətli olan sübutlar tam, hərtərəfli və obyektiv qiymətləndirilməmiş, nəticədə iddia tələbi əsassız olaraq təmin edilmişdir. Nümayəndə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına onun nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin ücüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 saylı xx xxxxxxxx N95-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N91-ci il oktyabrın 9-dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin sözügedən bəndinin “Qeyd” hissəsində göstərilmişdir ki, Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istehfaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin İddiaçı ünvanlanmış xx xxx 20N-cu il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - N nömrəli hərbi hissə komandirinin xx xxxxx N92 – x xxxxxx N93-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında xidməti barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.20N-cu il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirlıiyi aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”nın xx xxx 20N-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən, təqdim olunmuş sənədlər geri qaytarılır. Mərkəzi arxivin xx xxx 2016-cı il tarixli 9/2-2109 nömrəli arayışına əsasən hərbi xidməti tam təsdiqlənmədiyindən Sizə “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. İPM-in 33-cü maddəsinə əsasən vətəndalar arzuladığı inzibati aktın qəbulundan inzibati orqan tərəfindən imtina edildiyi hallarda, həmin aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə məcburetmə haqqında iddia ilə ərazi inzibati-iqtisadi məhkəməsinə müraciət etmək hüququna malikdir. İş materiallarında surəti olan N saylı hərbi hissə komandirinin arayışında aşağıdakılar bildirilmişdir: - Verilib İddiaçı, ondan ətəri ki, 0, xx xxxx N92-ci il tarixdə N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. Döyüş zamanı İddiaçı özünü çöx çalışqan, təşəbbüskar və vicdanlı döyüşçü kimi göstərmişdir. Çətin hallarda düzgün çıxış yolu tapmağa qadirdir. Yuxarı Qarabağ hissəsinin alınması zamanı fəal iştirak etmişdir. İş materiallarında olan İddiaçı məxsus НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, həmin sənədin 17 və 18-ci qrafalarında aşağıdakı qeydlər aparılmışdır: - (17-ci qrafa) N saylı hərbi üzrə xx xxxx N92-ci il tarixli 8 nömrəli əmrlə hissəyə qəbul, x xxxx N92-ci il tarixli 49 nömrəli əmrlə hissədən çıxma, vəzifəsi – minomyot doldurma bölüyü sıravi. - (18-ci qrafa) Döyüşlərdə iştirakı – Buzluq yüksəkliyi, Yuxarı Ağcakənd, Gülüstan, Ağdərə. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məhkəmənin müvafiq sorğusuna cavab məktubunda aşağıdakılar bildirilmişdir: - xx xxxx N65-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı məhkumluğu barədə AR DİN Baş Əməliyyat və X1 məlumat yoxdur. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı N92-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarına iştirakı təsdiqini tapdığından, müharibə veteranı statusu alınmasına yol verilməyən (Veteranlar haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş) hallar ona münasibətdə mövcud olmadığından, habelə onun döyüş əməliyyatlarında iştirakını təkzib edən hallara dair məhkəməyə cavabdeh tərəfindən heç bir sübut təqdim edilmədiyindən, arxiv sənədlərində onun xidməti barədə məlumatın olmaması iddiaçının «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən müharibə veteranı sayılmasına mane ola bilməz. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası (hərəkətləri) qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli, 216 nömrəli tarixli Qərarına dəyişikliklər edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 422 nömrəli Qərarına əsasən Əsasnamənin birinci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrinə sübüt edən hərbi hissələrin nizami həssə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. AR Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N-cu il tarixli, 9/2-6869 nömrəli arayışında N nömrəli hərbi hissə komandirinin xx.xx.N92-xx.xx.N93-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumatın olmadığı barədə bildirilmişdir. Məktubda əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixində 9/2-1566 nömrəli və xx.xx.2016-cı il tarixində 9/2-2109 nömrəli məktublarla cavab göndərilmişdir. AR Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının iddiaçıya ünvanlandığı xx.xx.20N-cu il tarixli, 1/7-7257 saylı məlktubunda Mərkəzi Arxivin xx.xx.2016-cı il tarixli, 9/2-2109 nömrəli arayışına əsasən hərbi xidməti tam təsdiqlənmədiyindən müharibə veteranı adının və vəsiqənin verilməsi məqsəuyğun hesab edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi N.Abbaszadənin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olmasına istinad olunan dəlilləri ilə razılaşır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20N-cu il tarixli, 2- 1(82)-2637/20N saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdehin nümayəndəsi N.Abbaszadə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20N-cu il tarixli, 2-1(82)- 2637/20N saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqənin verilməsi barədə iddia tələbi rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1N3-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar