Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-883/2022 17.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Baxışova Vüsalə Ələkbər qızı və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı İmamverdıyev Heydər İmamverdi oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestrı Xıdmətınin 1 saylı Baki Ərazi İdarəsınə (üçüncü şəxslər: X5, "xxxx" MMC) qarşı çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1904/2021 nömrəli iş üzrə 09.09.2021-ci il tarixli qərarından üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürməsi barədə ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşma və X1 Departamentinin nizamnaməsi əsasında fəaliyyət göstərən X3 və İstismarı Birliyinin 12 oktyabr 2005-ci il tarixli Sərəncamının 266 №-li protokolu əsasında “Ləhiş” bağlar massivi ərazisində 0,12 ha torpaq sahəsi olan 5138 “p” №-li bağ sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi vəzifəsinin cavabdeh ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1904/2021 nömrəli iş üzrə 09.09.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Üçüncü şəxs "xxxx" MMC apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırkı apellyasiya mərhələsində məhkəmə iclasında iştirak edən "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək apellyasiya şikayətinin geri götürdüklərini bildirmiş, bu barədə ərizəsini məhkəməyə təqdim etmiş və şikayət üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məjəlləsinin («İPM») 88.1-ci maddəsinin tələbinə görə şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, apellyasiya şikayətini geri götürmək işdə iştirak edən şəxsin qanunla müəyyən edilən hüququdur və konkret halda, üçüncü şəxs "xxxx" MMC tərəfindən apellyasiya şikayətinin geri götürülməsi digər şəxslərin hüquqlarını pozmur, işdə iştirak edən şəxslərin mənafeyinə uyğundur. İPM-in 86.4-cü maddəsinin məzmunundan görünür ki, şikayətin geri götürüldüyü hallarda, həmin şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilir. Prosessual qanunvericiliyin qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiysı belə nəticəyə gəlir ki, iddiaçının ərizəsi təmin olunmalı, apellyasiya şikayəti geri qaytarılmalı və apellyasiya icraatına xitam verilməlidir. Eyni zamanda, İPM-in 88.3-cü maddəsinin tələbinə müvafiq olaraq üçüncü şəxs "xxxx" MMC-yə izah edilir ki, apellyasiya şikayətinin geri götürülməsi ilə birinci instansiya məhkəməsinin qərarı ona münasibətdə qüvvəyə minir və həmin qərardan yenidən şikayət vermə imkanını istisna edir. Beləliklə də qeyd edilənlərə əsasən və İPM-in 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1904/2021 nömrəli iş üzrə 09.09.2021-ci il tarixli qərarından "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılsın. Şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Vüsalə Baxışova Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-883/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-883/2022
17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver