Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-883/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı hüquqi varisi X1, Ərizəçinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-532/2020 saylı, 05 avqust 2020-ci il tarixli qərarı ilə yekunlaşmış iş üzrə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı ərizəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-532/2020 saylı, 05 oktyabr 2022-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.1975- ci il tarixdən xx.xx.1978-ci il tarixədək texniki peşə məktəbində təhsil aldığı müddət, xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək dövrü güzəştli iş stajı hesab edilməsi, xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixə və xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövürləri sosial siğorta stajına daxil etməklə yaşa görə güzəştli şərtlə əmək pensiyasına hüququ yarandığı tarixdən təyin edilməsi öhdəliynin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 1975-ci ildən 1978-ci ilədək Mingəçevir şəhər 39 saylı orta texniki peşə məktəbində təhsil müddətinin və 04 sentyabr 1981-ci il tarixdən 10 iyun 1992-ci il tarixədək işlədiyi müddətin sosial siğorta stajına daxil edilməklə ona 27 yanvar 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-532/2020 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-202/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 1975-ci ildən 1978-ci ilədək Mingəçevir şəhər 39 saylı orta texniki peşə məktəbində təhsil aldığı müddət və 04 sentyabr 1981-ci il tarixdən 10 iyun 1992-ci il tarixədək işlədiyi müddət onun sosial sığorta stajına daxil edilmiş, İddiaçı 57 yaşdan, yəni 27 yanvar 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 694/2022 №-li qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-202/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-202/2021 nömrəli qərarı icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Lakin, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)-202/2021 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-532/2020 saylı, 05 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakim Ş.Həsənova) yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan ərizəçi tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə Ali Məhkəmənin inzibati Kollegiyasının qərarı 26 aprel 2022-ci il tarixinə aiddir. Lakin araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı 21 dekabr 2021-ci İl tarixində vəfat etmişdir. Buna baxmayaraq vəfat etmiş şəxsə dair inzibati aktın qəbul edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmuşdur. Bu səbəbdən də qeyd olunan məhkəmə qərarının Mərkəzi Filial tərəfindən icrası mümkün olmamışdır. Pensiya hüququ şəxsi hüquqdur, hüquq varisliyi yolu ilə vərəsələrə ötürülmür. “Əmək pensiyaları haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən, əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. Göründüyü kimi, sözügedən maddə yalnız əmək pensiyaçısı olan şəxslərin alınmamış pensiya məbləğinin vərəsələrə ödənilməsi imkanım müəyyən edir. Bu halda isə iddiaçı əmək pensiyaçısı olmadığından sözügedən iş üzrə hüquq varisliyindən söhbət gedə bilməz. Tərəflərin izahatları: Hazırki iş üzrə mərhum İddiaçı həyat yoldaşı X2 iddiaçının hüquqi varisi qismində tanınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsi, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının hüquqi varisi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, inzibati məhkəmə icraatının iştirakçısının izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “yeni açılmış hallarla” bağlı ərizənin rədd edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası İPM-in 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. İPM-in 104.2-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. İPM-in 106.1-ci maddəsinə əsasən məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İPM-in 106.2-ci maddəsinə əsasən icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Həmin Məcəllənin 106-cı maddəsinə görə məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün İPM-in 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir: Qanunvericiliyin tələbindən göründüyü kimi, yeni açılmış hallarla bağlı ərizə əsasında icraat o zaman təzələnə bilər ki, sonradan yeni sübutlar və hallar aşkar olunsun, həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması müəyyən edilmiş olsun. İşin araşdırılmış hallarından müəyyən olunur ki, qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən İddiaçı 1975-ci ildən 1978-ci ilədək Mingəçevir şəhər 39 saylı orta texniki peşə məktəbində təhsil aldığı müddət və 04 sentyabr 1981-ci il tarixdən 10 iyun 1992-ci il tarixədək işlədiyi müddət onun sosial sığorta stajına daxil edilərək ona 57 yaşdan, yəni 27 yanvar 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh inzibati orqan İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etdiyini, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 42.1-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə uyğun olaraq pensiya hüququnun hüquq varisliyi yolu ilə vərəsələrə ötürülə bilməməsini əsas gətirərək həmin halın yeni açılmış hal kimi qiymətləndirilərək icraatın təzələnməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının vəfat etməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsində nəzərdə tutulmuş yeni açılmış hal kimi qiymətləndirilə bilməz. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-532/2020 saylı, 05 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-883/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-883/2023
09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver