Məhkəmə qərarları › İş №2-1(103)-883/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-883/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-883/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əlilliyin təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 (sədrlik edən və məruzəçi), X14 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X15 və cavabdehin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8042/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. TSEK-in müayinələrə dair məlumatlarına əsasən: xx.xx.2010-cu il tarixdə aparılmış ilkin qiymətləndirmə nəticəsində İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2010- cu il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2014-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2016-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, tam reabilitasiya olması – Səbəb: Tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 3- 17-4/3-3-487/2024 saylı 24 yanvar 2024-cü il tarixli qərarına əsasən Tibbi-Sosial Ekspert Komissiyası 6 nəfər vətəndaşın tibbi-ekspert sənədlərini araşdırmış və aşağıdakıları müəyyən etmişdir: Bakı şəhər sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) xx.xx.2021-ci il tarixli göndəriş əsasında DTSERA-da müayinə olunmuş və ona “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3. bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir (ESDAS: **********8). Vətəndaş 3-17- 4/2-M-31485/2023 nömrəli məktub əsasında əyani komissiyaya dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 1507 nömrəli Qərar verilmişdir. Həmin qərarda Sol baldırın kor qəlpə yaraları. Sol incik sümüyünün yuxarı 1/3-nin açıq qəlpəli sınığı” diaqnozİu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, ‘‘Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baldırda boylama çapıq, əzələ atrofiyası, hərəki məhdudluq aşkar edilmişdir” kimi qeyd olunmuş, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif eşitmə, aşağı ətraflarında olan ağrılardan şikayətlənmişdir. Anamnestik məlumatlarında insulin tələbatı olmayan şəkərli diabet, hepatit xəstəliklərindən əziyyət çəkdiyini, öd kisəsindən cərrahi əməliyyat keçirdiyini bildirmişdir. Müayinə gedişatında sol qulağında eşitmə cihazı olduğu müşahidə edilmiş, lakin eşitməsi ilə bağlı yalnız bir ədəd sənəd təqdim etmişdir (2014-cü il). Müayinə zamanı hər iki baldır nahiyələrində çoxsaylı qəlpə yaralanmalarına uyğun çapıqlar izlənilmişdir. Nevroloji baxış zamanı aşağı ətraflarda əzələ gücü və tonus tam, reflekslər canlı alınmış D=S, hərəkətlər sərbəst və ağrısız olmuş, nevroloji xəstəlik ilə bağlı heç bir müayinə və müalicə sənədi təqdim etməmişdir. X10 və Ortopediya İnstutunun xx.xx.2021-ci il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sağ budun orta 1/3-nin iç, so/ diz oynağının ön, tış, sol baldırın yuxarı-orta 1/3-nin iç, sol diz oynağının ön, tış, iç səthlərində kobud dartıcı çapıq toxumaları, sağ budun orta 1/3-nin iç, sol budun aşağı 1/3-də, baldırın yuxarı 1/3-nin yumşaq toxumalarında çoxsaylı metal qəlpələri, sol diz oynağının artrozu, açıcı-bükücü kontrakturası (açma 170 dərəcə, bükmə 160 dərəcə), sol incik sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, sol incik sinirinin neyropatiyası, pəncənin sallanması, parezi, sol baldır və pəncə əzələlərinin kəskin atrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Mərkəzi Klinikanın xx.xx.2014-cü il tarixli Auidometriya müayinəsinin nəticəsi “Sağ tərəfdə orta dərəcədə, sol tərəfdə xəfif dərəcədə sensonevral tipdə eşitmə azlığı mövcüddur” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Bakı Respublika Endokrinoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli Tibbi rəyində diaqnoz “Şəkərli diabet, tip 2. Subkompensasiya" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X4 xx.xx.2023-cü il tarixli Baldır sümüyünün rentgenoqrafiya müayinəsinin nəticəsi “Baldır sümükləri pr-da yumşaq toxumalarda çoxsaylı metallik qəlpələr kölgəlikləri qeyd olunur. İncik sümüyünün proksimal 1/3-nin köhnə bitişmiş sınığa bağlı kobud deformasiyası qeyd olunur. Diz oynağında, oynaq yarığı mediladan nisbətən daralmışdır, sümük konturları düzgündür” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. X4 xx.xx.2023-cü il tarixli Bel fəqərələrinin rentgenoqrafiya müayinəsinin nəticəsi “L5- S1 fəgərəarası məsafənin nisbətən azalması, fəqərə cisimlərinin ön və yan kənarlarında osteofitik sümük çıxıntıları ilə osteoxondroz əlamətləri qeyd olunur” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. X4 xx.xx.2023-cü il tarixli Qalxanabənzər vəzinin USM müayinəsinin nəticəsi “Sol payda D~6,5 mm ölçüsü olan hipoexogen düyün aşkar edilir. Tərkibində kalsinatla. İstmus: D~2,4 mm. Sağ pay: D~19,4*15,2*40,4 mm. Sol pay: D17,8*16.0*38.8 mm" kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. X4 xx.xx.2023-cü il tarixli Bud sümüyünün rentgenoqrafiya müayinəsinin nəticəsi “Budun orta 1/3-nin arxa medialında, yumşağ toxumalarda dörd ədəd millimetrik metal gəlpələr izlənilir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli X17 müayinəsinin nəticəsi “Pankreas ölçüləri: Normaldır. Exogenliyi artıb. Exostrukturu homogendir. Konturları hamardır. Virsung axarı genişlənməyib (N=120*40 mm), exogenliyi adi, exostrukturu homogendir. Sağ böyrəyin ölçüləri 100*38 mm (Normal uzunluğ ölçüsü 9-14 sm, en ölçüsü 5-7 sm-dir). Parenximanın qalınlığı 14 mm-dir (normal parenxim ölçüsü 14-18 mm), Parenximanın exostrukturası homoqendir, duz kristalları izlənilir. Sol böyrəyin ölçüləri 99*52 mm (Normal uzunluq ölçüsü 9-14 sm, en ölçüsü 5-7 sm-dir). Parenximanın qalınlığı 15 mm-dir (normal parenxim ölçüsü 14-18 mm). Parenximanın exostrukturası homoqendir, duz kristalları izlənilir. Sidik kisəsi-orta dolğundur” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Heyətinin xx.xx.2024-cü il tarixli qərarına əsasən xx.xx.2023-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş 2 nəfər barəsində qüvvədə olan qərarlar ləğv edilsin və “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8042/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspert qarşısında aşağıdakı sual qoyularaq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə edilmişdir: xx.xx.1971-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodları qeyd etməklə və həmin kodlara uyğun göstərilməklə) aşkar olunur? İddiaçı müayinəsi zamanı xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü?

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” publik hüquqi şəxsi tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2024-cü il tarixli məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T404/2024 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir:

1. Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından vətəndaş S.A.Zeynalovun konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, onun adına Bakı Lökbatan Tibb Mərkəzində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0042003AACHY nömrəli Forma 88-də göndərişində qeyd edilmiş diaqnoz: W33- Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş. Odlu silah yaralanmasından sonrakı vəıziyyət. incik sinirinin baldır səviyyəsində travması, sol incik sümüyünün miopatiyası, pəncənin sallanması. Ağırlaşmalar: S71.1- Budun açıq yarası, sağ budun orta l\3-nin, sol diz oynağının ön, tış, sol baldırın yuxarı orta l\3-nin tış, iç, səthlərində kobud dartıcı çapıq toxumaları, sağ budun orta 1\3- nin iç, sol budun aşağı l\3-də baldırın yuxarı l\3-nin yumşaq toxumasında metal qəlpələr. M62.5- Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası, üzülməsi, sol baldır və pəncə əzələlərinin atrofiyası; Ml7.5- Digər ikincili qonartrozlar, sol diz oynağının artrozu; S84.1incik sinirinin baldır səviyyəsində travması, sol incik sümüyünün miopatiyası, pəncənin sallanması. R26.8- Hərəkətin və yerişin digər və dəqiqiləşdirilməmiş pozulmaları, dayaq hərəkət funksiyasının pozulması. M24.5- Oynaqların kontrakturası. Açıcı-bükücü kontrakturası (açıcı- 170dər., bükücü- 160dər.)” diaqnoz şəxsin xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinəsi zamanı diaqnoz öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verə biləcək patoloji, nevroloji pozuntular aşkar edilməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında LOR həkim tərəfindən xx.xx.2024-cü il tarixdə R.İddiaçı müayinə olunmuş və Bera testi audiometriya müayinəsindən sonra ona “İkitərəfli koxlear nevrit, neyrosensor ağıreşitmə İV dərəcə”, xx.xx.2024-cü il tarixdə “X11 və Ortopediya İnstitutu” phş-də müayinəsi zamanı isə həkim komissiyası tərəfindən “Odlu silah yaralanmasından sonra sağ budun orta aşağı l\3-nin iç, sol diz oynağının ön, sol baldırın yuxarı orta l\3-nin tış, iç, orta aşağı l\3-nin ön, iç, tış səthlərində kobud dartıcı çapıq toxumaları, hər iki budçanaq oynağının ikinci dərəcəli koksartrozu, yaxınlaşdırıcı kontrakturası (solda uzaqlaşma - 10dər., sağda - 25dər.), hər iki budun orta 1\3 səviyyəsində yumşaq toxumada bir neçə metal qəlpə, sol diz oynağının İİ dərəcəli osteoartrozu açıcı kontrakturası; (bükmə- 90 dər.), sol incik sinirinin baldır səviyyəsində travması, sol incik sümüyünün miopatiyası, pəncənin sallanması” diaqnozları qoyulsa da, məhkəmə-tibbi müayinədə hər iki bud-çanaq oynağında zəif kontrakura olsa da, sol pəncənin sallanması, aşkar edilməmişdir. Onun aşağı ətraf sinirlərinin müayinəsi zamanı ol bud qamış və peronial sinirin xroniki dövr neyropatiyalarıda aşkar edilmişdir.

2. Əlilliyin təyini ilə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nm 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza Komissiyasının xx.xx.2023-cü il tarixli qərarının “tam reabiltasiya olması” hissəsində ləğv edilməsi və əlilliyinin ləğv edildiyi tarixdən etibarən bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçının ərizəsi əsasında məhkəmənin qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X9-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-487/2024 nömrəli qərarının İddiaçı “tam reabilitasiya olması” hissəsində ləğv edilməsi və onun əlilliyinin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Müharibə zamanı gedən döyüşlərdə ağır yaralanmış və ayaqlarında hələ də çoxsaylı qəlpələr var. Aldığı xəsarətlərin nəticəsi olaraq ona 3-cü qrup əlillik təyin edilmişdir (Diaqnoz: “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş. Odlu silah yaralanmasından sonrakı vəziyyət. İncik sinirinin baldır səviyyəsində travması, sol incik sümüyünün miopatiyası, pəncənin sallanması. Budun açıq yarası, sağ budun orta 1/3-nin, sol diz oynağının ön, tış, sol baldırın yuxarı 1/3-nin tış, iç səthlərində kobud dartıcı, çapıq toxumaları, sağ budun orta 1/3-nin iç, sol budun aşağı 1/3-də baldırın yuxarı 1/3-nin yumşaq toxunmasında metal qəlpələr). Göstərilən diaqnoza əsasən xx.xx.2021-ci il tarixli qərarla əlillik iddiaçıya müddətsiz təyin edildi. Daha sonra müddətsiz əlillik 5 illik müddətli əliliklə əvəz edilmiş və həmin müddət 30 iyun 2026-cı ilə qədər müəyyən edilmişdir. Daha sonra 25 dekabr 2023-ci il tarixdə agentliyə əyani müayinəyə dəvət edilmişdir. Müayinənin nəticəsi olaraq 04 mart 2024-cü il tarixli bildiriş daxil olmuş, həmin bildirişə əsasən bəlli olmuşdur ki, xx.xx.2021-ci il tarixli qərarla göstərilən diaqnoza əsasən təyin edilmiş üçücü qrup əlilliyinin ləğvi barədə qərar qəbul edilmişdir. İddiaçıya ünvanlanmış sözügedən bildirişdə xx.xx.2021-ci il tarixdə təyin edilmiş üçüncü dərəcə əlilliyin ləğvi ilə bağlı heç bir əsas göstərilməmişdir. Bundan sonra e-sosial.az portalında şəxsi kabinet vasitəsilə xx.xx.2023-cü il tarixli qərarla tanış olmuş və çıxarışını əldə etmişdir. Sözügedən qərarın qəbul edilməsinin əsası kimi “Tam reabiltasiya olunmağı” göstərilmişdir. Halbuki, belə bir vəziyyət fakitiki olaraq mövcud deyil və əlillik təyin edilən gündən sağlamlıq vəziyyətində heç bir müsbət dəyişiklik qeydə alınmamışdır. Məhz ilk dəfə əlilliyin müddətsiz olaraq təyin edilməsi, habelə xx.xx.2023-cü il tarixli qərarda əlilliyinə əsasən verən diaqnozun təkrar olaraq öz əksini tapması birmənalı olaraq rebiltasiya olunmaq imkanının mövcud olmadığını təsdiq edir. Bu hallar onu deməyə əsas verir ki, cavabdeh orqanın xx.xx.2023cü il tarixli qərarı tamamilə formal xarakterli olmaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, qeyd olunanlara əsasən hesab edir ki, tibbi sosial ekspertiza komissiyasının xx.xx.2023-cü il tarixli qanunsuz və əsassız qərarı “tam reabilitasiya olması” hissəsində ləğv edilməli, eyni zamanda əlilliyinin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

9. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X6-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Bakı şəhər sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) xx.xx.2021-ci il tarixli göndəriş əsasında DTSERA-da müayinə olunmuş və ona “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3. bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir (ESDAS: **********8). Vətəndaş 3-17-4/2-M-31485/2023 nömrəli məktub əsasında əyani komissiyaya dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 1507 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol baldırın kor qəlpə yaraları. Sol incik sümüyünün yuxarı 1/3-nin açıq qəlpəli sınığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baldırda boylama çapıq, əzələ atrofiyası, hərəki məhdudluq aşkar edilmişdir” kimi qeyd olunmuş, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif eşitmə, aşağı ətraflarında olan ağrılardan şikayətlənmişdir. Anamnestik məlumatlarında insulin tələbatı olmayan şəkərli diabet, hepatit xəstəliklərindən əziyyət çəkdiyini, öd kisəsindən cərrahi əməliyyat keçirdiyini bildirmişdir. Müayinə gedişatında sol qulağında eşitmə cihazı olduğu müşahidə edilmiş, lakin eşitməsi ilə bağlı yalnız bir ədəd sənəd təqdim etmişdir (2014-cü il). Müayinə zamanı hər iki baldır nahiyələrində çoxsaylı qəlpə yaralanmalarına uyğun çapıqlar izlənilmişdir. Nevroloji baxış zamanı aşağı ətraflarda əzələ gücü və tonus tam, reflekslər canlı alınmış D=S, hərəkətlər sərbəst və ağrısız olmuş, nevroloji xəstəlik ilə bağlı heç bir müayinə və müalicə sənədi təqdim etməmişdir. X10 və Ortopediya İnstutunun xx.xx.2021ci il tarixli ********** nömrəli Arayışında diaqnoz "Odlu silahla yaralanmadan sonra sağ budun orta 1/3-nin iç, sol diz oynağının ön, tış, sol baldırın yuxarı-orta 1/3-nin iç, sol diz oynağının ön, tış, iç səthlərində kobud dartıcı çapıq toxumaları, sağ budun orta 1/3- nin iç, sol budun aşağı 1/3-də, baldırın yuxarı 1/3-nin yumşaq toxumalarında çoxsaylı metal qəlpələri, sol diz oynağının artrozu, açıcı-bükücü kontrakturası (açma 170 dərəcə, bükmə 160 dərəcə), sol incik sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, sol incik sinirinin neyropatiyası, pəncənin sallanması, parezi, sol baldır və pəncə əzələlərinin kəskin atrofiyası, daimi ağrı sindromu yə dayaq-hərəkət funksiyasının pozulması" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Mərkəzi Klinikanın xx.xx.2014-cü il tarixli Auidometriya müayinəsinin nəticəsi "Sağ tərəfdə orta dərəcədə, sol tərəfdə xəfif dərəcədə sensonevral tipdə eşitmə azlığı mövcüddur” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Bakı Respublika Endokrinoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli Tibbi rəyində diaqnoz "Şəkərli diabet, tip 2. Subkompensasiya” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X4 xx.xx.2023-cü il tarixli Baldır sümüyünün rentgenoqrafiya müayinəsinin nəticəsi "Baldır sümükləri pr-da yumşaq toxumalarda çoxsaylı metallik qəlpələr kölgəlikləri qeyd olunur. İncik sümüyünün proksimal 1/3-nin köhnə bitişmiş sınığa bağlı kobud deformasiyası qeyd olunur. Diz oynağında, oynaq yarığı mediladan nisbətən daralmışdır, sümük konturları düzgündür” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. X4 xx.xx.2023-cü il tarixli Bel fəqərələrinin rentgenoqrafiya müayinəsinin nəticəsi "L5-S1 fəqərəarası məsafənin nisbətən azalması, fəqərə cisimlərinin ön və yan kənarlarında osteofitik sümük çıxıntıları ilə osteoxondroz əlamətləri qeyd olunub” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. X4 xx.xx.2023-cü il tarixli Qalxanabənzər vəzinin USM müayinəsinin nəticəsi "Sol payda 0-6,5 mm ölçüsü olan hipoexoqen düyün aşkar edilir. Tərkibində kalsinatla. İstmus: D-2,4 mm. Sağ pay: D-19,4*15,2*40,4 mm. Sol pay: D~17,8*16,0*38,8 mm" kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. X4 xx.xx.2023-cü il tarixli Bud sümüyünün rentgenoqrafiya müayinəsinin nəticəsi "Budun orta 1/3-nin arxa medialında, yumşaq toxumalarda dörd ədəd millimetrik metal qəlpələr izlənilir'' kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli X17 müayinəsinin nəticəsi “Pankreas ölçüləri: Normaldır. Exoqenliyi artıb. Exostrukturu homoqendir. Konturları hamardır. Virsunq axarı genişlənməyib (N<2 m m). Törəmə izlənmir. Dalaq ölçüsü 98*52 mm-dir (N=120*40 mm), exoqenliyi adi, exostrukturu homoqendir. Saq böyrəyin ölçüləri 100*38 mm (Normal uzunluq ölçüsü 9-14 sm, en ölçüsü 5-7 sm-dir), Parenximanın qalınlığı 14 mm-dir (normal parenxim ölçüsü 14- 18 mm). Parenximanın exostrukturası homoqendir, duz kristalları izlənilir. Sol böyrəyin ölçüləri 99*52 mm (Normal uzunluq ölçüsü 9-14 sm, en ölçüsü 5-7 sm-dir). Parenximanın qalınlığı 15 mm-dir (normal parenxim ölçüsü 14-18 mm). Parenximanın exostrukturası homoqendir duz kristalları izlənilir. Sidik kisəsi-orta dolğundur” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8042/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya dair tərtib olunan Forma 88-də əks olunmuş və əvvəllər əlillik təyinatına əsas olan xəstəliklər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 6-ci bənd - Sinir sistemi xəstəlikləri – 6.10-ci yarımbənd –“Baldır səviyyəsində sinirlərin travması S84”, həmin meyarlarda 13-cü bənd - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri – 13.4-ci yarımbəndi – “Qonartroz (diz oynağının artrozu) M17” və “Oynağın ankilozu M24.6” ağırlaşmaları ilə əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.

12. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh xx.xx.2021-ci il tarixli göndəriş əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəməyə dəlil təqdim etməmişdir.

13. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8042/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin bildirmək istəyirik ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı tərəfindən təqdim edilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi -Sosial Ekspertiza və X2 Şikayəti tərəfimdən etirazla qarşılanır. Şikayətə əsasən mənim iddia tələbimin təmin edilməsi haqqında Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(112)-8042/2024 nömrəli qərarının ləğvi tələb olunur. Halbuki, məhkəmə praktikasından da məlumdur ki, bu qəbildən olan apellyasiya şikayətləri haqq- ədalətin və qanunçuluğun bərpasına deyil, qərəzli şəkildə vətəndaş süründürməçiliyinə xidmət edir. Hansı ki, bu barədə Ali Məhkəmədə keçirilmiş kollegiyal iclas zamanı da vurğulanmışdır. Qeyd olunmuşdur ki, inzibati orqanlar tərəfindən adətən verilmiş olan apellyasiya və kassasiya şikayətlərinin dəlilləri fərqlənmir, şablonluq xeyli nəzərə çarpır. Elə hazırkı şikayətin dəlilləri də məhz formallığı və şablonluğu ilə diqqəti cəlb edir. Cavabdeh şikayətin dəlili olaraq həmçinin onu qeyd edir ki, ağırlaşmalar olduğu təqdirdə əliliyinin müəyyən edilməsi üçün ağırlaşmalar mövcud olmalıdır. Halbuki, cavabdeh həqiqətən sübut etməyə borclu olmuşdur ki, doğurdan da mənim sağlamlıq vəziyyətimlə bağlı reabiltasiya aktı başa çatmışdır. Bu hal isə sözsüz ki, cavabdeh tərəfindən sübuta yetirilməmiş və qərəzli şəkildə bir çox hallarda olduğu kimi əlilliyimin ləğvi barəsində qanunsuz və əsassız qərar qəbul edilmişdir. Məlumdur ki, bu hal kütləvi xarakter daşıyır və cəmiyyətdə xeyli narazılıqların artmasının bəlli səbəbi də məhz budur. Cavabdeh orqan Azərbaycan Respublikasının ərazi bütövlüyü və vətənimizin müdafiəsi uğurunda canında keçmiş şəxslərə qarşı qərəzli münasibəti ilə seçilir. Bunun nəticəsidir ki, məhkəmələr tərəfindən əksər hallarda cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarlar əsassız və qanunsuz hesab edilərək ləğv edilir. Lakin göründüyü kimi cavabdeh orqan öz arzuolunmaz və anti-milli mövqeyinə sadiq qalaraq bu kimi formal xarakterli şikayətlərlə sadəcə süründürməçilik yaratmaq məqsədini güdür. Odur ki, qeyd edilənlər qərar qəbul edərkən məhkəmə tərəfindən nəzərə alınmalı və əsassız olan şikayət təmin edilməyərək qanuni şəkildə qəbul edilmiş məhkəmə qərarı qüvvəsində saxlanılmalıdır.

d) Prosses iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (2022-ci il iyulun 1-dək olan redaksiya) 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər.... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ...6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

20. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”:

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır:... 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir.

Həmin Meyarların 2.1-ci bəndinə əsasən insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Həmin Meyarların 3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Həmin Meyarların 6.8-ci bəndinə əsasən digər polinevropatiyalar, 13.5.1-ci bəndinə isə boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi orqanizmin funksiyalarının davamlı pozulmasına səbəb olan, yəni əlillik təyin edilməsinə əsas olan xəstəliklər kimi göstərilmişlər.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”:

1. Ümumi müddəalar 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosialekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlarəsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

24. “İnzibati icraat haqqında” Qanunun:

2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.2. Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati icraatla bağlı məlumatlar başqa şəxslərə yalnız maraqlı şəxslərin razılığı əsasında verilə bilər. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nailolduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməkləinzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsindəbilmədiyi halda.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Əvvəla Kollegiya qeyd edir ki, iddiaçınnı hüquqi marağı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza Komissiyasının xxxxxxx0007 nömrəli, xx.xx.2023-cü il tarixli və 3-17-4/3- 3-487/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının İddiaçı aid hissədə ləğv edilməsi və əlilliyinin ləğv edildiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixindən etibarən bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsindən ibarətdir.

35. Kollegiya qeyd edir ki, iddiaçı işin apellyasiya baxışı zamanı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyasının xxxxxxx0007 nömrəli, xx.xx.2023-cü il tarixli və 3-17-4/3-3-487/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının İddiaçı aid hissədə ləğv edilməsi və əlilliyinin ləğv edildiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixindən etibarən bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

36. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-883/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

37. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırkı iddiasında Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0007 nömrəli, xx.xx.2023-cü il tarixli və 3-17-4/3-3-487/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının İddiaçı aid hissədə ləğv olunmasına dair qərar qəbul edilməsi xahiş edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmişdir.

38. İşin hallarından görünür ki, iddiaçının əlilliyi sonuncu dəfə xx.xx.2021-ci il tarixdə müayinə edilərək “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, Odlu silah yaralanmasından sonrakı vəziyyət. İncik sinirinin baldır səviyyəsində travması, sol incik sümüyünün miopatiyası. pəncənini sallanması. Budun açıq yarası, sağ budun orta 1/3-nin, sol diz oynağının ön, tış, sol baldırın yuxarı orta 1/3-nin, tış, iç səthlərində kobud dartıcı, çapıq toxumaları, sağ budun orta 1/3-nin iç, sol budun aşağı 1/3-də baldırın yuxarı 1/3-nini yumşaq toxumasında metal qəlpər.” diaqnozu ilə “2.3. Üçüncü dərəcə əlillik => 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0,G83.2);” meyar əsasında xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirilmə tarixi xx.xx.2026-cı il olaraq qeyd edilmişdir.

39. Cavabdeh tərəfindən iddiaçı xx.xx.2023-cü il tarixdə müayinə edilərək “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, Odlu silah yaralanmasından sonrakı vəziyyət. İncik sinirinin baldır səviyyəsində travması, sol incik sümüyünün miopatiyası, pəncənin sallanması. Budun açıq yarası, sağ budun orta 1/3-nin, sol diz oynağının ön, tış, sol baldırın yuxarı orta 1/3-nin ,tış, iç, səthlərində kobud dartıcı, çapıq toxumaları, sağ budun orta 1/3- nin iç, sol budun aşağı 1/3-də baldırın yuxarı 1/3-nin yumşaq toxumasında metal qəlpələr.” diaqnozu ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, tam reabilitasiya olması – Səbəb: Tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.

40. Belə ki, cavabdeh tərəfindən mütəmadi olaraq, risk qrupuna daxil edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurətinin yaranması əsas gətirilərək iddiaçının əlilliyinin təyin olunmasına əsas olan diaqnozun klinik olaraq öz təsdiqini tapmaması, X4 müayinə nəticələrinin əlillik təyinatına əsas verməməsi səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.

41. Qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi nəticəsində onda mövcud olmuş xəstəliklərin hazırda aşkar olunmaması, üçüncü dərəcə əlillik təyinatına əsas olan diaqnozun klinik olaraq öz təsdiqini tapmaması səbəbindən tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, həmin diaqnozun əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmaması əsas gətirilməmişdir.

42. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” publik hüquqi şəxsi tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2024-cü il tarixli məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T404/2024 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir:

1. Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından vətəndaş S.A.Zeynalovun konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, onun adına Bakı Lökbatan Tibb Mərkəzində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0042003AACHY nömrəli Forma 88-də göndərişində qeyd edilmiş diaqnoz: W33- Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş. Odlu silah yaralanmasından sonrakı vəıziyyət. incik sinirinin baldır səviyyəsində travması, sol incik sümüyünün miopatiyası, pəncənin sallanması. Ağırlaşmalar: S71.1- Budun açıq yarası, sağ budun orta 1\3-nin, sol diz oynağının ön, tış, sol baldırın yuxarı orta 1\3-nin tış, iç, səthlərində kobud dartıcı çapıq toxumaları, sağ budun orta 1\3- nin iç, sol budun aşağı 1\3-də baldırın yuxarı 1\3-nin yumşaq toxumasında metal qəlpələr. M62.5- Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası, üzülməsi, sol baldır və pəncə əzələlərinin atrofiyası; M17.5- Digər ikincili qonartrozlar, sol diz oynağının artrozu; S84.1- incik sinirinin baldır səviyyəsində travması, sol incik sümüyünün miopatiyası, pəncənin sallanması. R26.8-Hərəkətin və yerişin digər və dəqiqiləşdirilməmiş pozulmaları, dayaq hərəkət funksiyasının pozulması. M24.5- Oynaqların kontrakturası. Açıcı-bükücü kontrakturası (açıcı- 170dər., bükücü- 160dər.)” diaqnoz şəxsin xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinəsi zamanı diaqnoz öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verə biləcək patoloji, nevroloji pozuntular aşkar edilməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında LOR həkim tərəfindən xx.xx.2024-cü il tarixdə R.İddiaçı müayinə olunmuş və Bera testi audiometriya müayinəsindən sonra ona “İkitərəfli koxlear nevrit, neyrosensor ağıreşitmə İV dərəcə”, xx.xx.2024-cü il tarixdə “X11 və Ortopediya İnstitutu” phş-də müayinəsi zamanı isə həkim komissiyası tərəfindən “Odlu silah yaralanmasından sonra sağ budun orta aşağı l\3-nin iç, sol diz oynağının ön, sol baldırın yuxarı orta 1\3-nin tış, iç, orta aşağı 1\3-nin ön, iç, tış səthlərində kobud dartıcı çapıq toxumaları, hər iki budçanaq oynağının ikinci dərəcəli koksartrozu, yaxınlaşdırıcı kontrakturası (solda uzaqlaşma - 10dər., sağda - 25dər.), hər iki budun orta 1\3 səviyyəsində yumşaq toxumada bir neçə metal qəlpə, sol diz oynağının İİ dərəcəli osteoartrozu açıcı kontrakturası; (bükmə- 90 dər.), sol incik sinirinin baldır səviyyəsində travması, sol incik sümüyünün miopatiyası, pəncənin sallanması” diaqnozları qoyulsa da, məhkəmə-tibbi müayinədə hər iki bud-çanaq oynağında zəif kontrakura olsa da, sol pəncənin sallanması, aşkar edilməmişdir. Onun aşağı ətraf sinirlərinin müayinəsi zamanı ol bud qamış və peronial sinirin xroniki dövr neyropatiyalarıda aşkar edilmişdir.

2. Əlilliyin təyini ilə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

43. Göründüyü kimi cavabdeh orqan iddiaçıda müəyyən edilmiş diaqnozun əlillik əlaməti təyin etməməsinin əsaslarını sübut edə bilməmişdir.

44. Belə ki, ekspert rəyi ilə təsdiq olunur ki, iddiaçıya dair tərtib olunan Forma 88-də əks olunmuş və əvvəllər əlillik təyinatına əsas olan xəstəliklər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 6-ci bənd - Sinir sistemi xəstəlikləri – 6.10-ci yarımbənd –“Baldır səviyyəsində sinirlərin travması S84”, həmin meyarlarda 13-cü bənd - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri – 13.4-ci yarımbəndi – “Qonartroz (diz oynağının artrozu) M17” və “Oynağın ankilozu M24.6” ağırlaşmaları ilə əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.

45. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından 2021-ci il tarixdən əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına baxmayaraq, həmin diaqnoz əsasında təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir.

46. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında oxşar mövqedən yanaşılmış, qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalı olması göstərilmişdir.

47. Ali Məhkəmənin 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2016-cı il tarixdə 5 il müddətinə əlillik təyin etsə də, həmin diaqnoz əsasında 2021-ci il tarixdə təkrar əlillik təyinindən imtina etmiş və diaqnozun əlillik təyini üçün əsas olmadığını qeyd etmişdir. Halbuki, 2016-cı ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda qeyd edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Cavabdeh isə, bunun əksinə olaraq, eyni mühüm faktiki halların mövcudluğu halında fərqli qərar qəbul edərək əlilliyin təyin edilməsindən imtina etmiş, əvvəlki mövqeyindən fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, bununla da iddiaçının əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik aktlarında təsbit olunmuş hüquqlarını pozmuşdur.

48. Məhkəmə kollegiyası xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, həmin dövrdə qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda isə həmin məsələ konkret olaraq öz həllini tapmışdır ki, istər əsas diaqnoz və ağırlaşmalar nəzərə alınmaqla əlilliyin təyini mexanizmi müəyyənləşdirilmişdir.

49. Göstərilən bütün halları nəzərə aldıqda, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir.

50. Həmçinin, cavabdeh əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının (xx.xx.2021) düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir.

51. Belə olan halda kollegiya hesab edir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadığı halda, cavabdeh qurum iddiaçını əyani müayinəyə cəlb etməkdə haqlı olmamışdır.

52. Eyni zamanda, iddiaçıya təyin edilmiş əlilliyi ləğv edərkən cavabdeh orqan xx.xx.2023-cü il tarixli qərarla iddiaçının müraciəti və tibbi göndəriş olmadığı halda iddiaçını əyani müayinəyə dəvət edərək onun əlillik statusunu ləğv etmişdir. Həmçinin Kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi icraatı zamanı iddiaçının əyani müayinə üçün yoxlanması barədə cavabdeh inzibati orqana özünün müraciət etdiyinə dair sübutları (müraciətinin surətini) təqdim edilməsi tələb edilmiş, lakin cavabdeh buna dair hər hansı sübut təqdim edə bilməmişdir.

53. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

54. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

55. Mübahisəyə dair iş üzrə materiallardan müəyyən edilir ki, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya əlilliyin təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə və etibarlıdır.

56. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

57. Təyin olunmuş əlilliyin ləğvini və ya əlillik təyin olunmuş şəxsin tam reabilitasiya olunmasını şərtləndirən qanunvericilikdə nəzərdə tutulmuş bu və ya digər əsas aşkar edildikdə, cavabdeh inzibati orqan bu qərarın 29-cu bəndində qeyd olunmuş qaydada əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməyə, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində əlilliyin ləğv edilməsinə əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, şəxsə müddətsiz əlilliyin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə əlilliyin ləğv edilməsi və ya əlillik təyin olunmuş şəxsin tam reabilitasiya olunması barədə qərarın qəbulu “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

58. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır

59. Həmçinin, cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki, göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

60. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

61. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur

62. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

63. Bu mənada apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

64. Odur ki, yuxarıda qeyd olunanlar baxımından cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

65. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

66. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8042/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8042/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının nəticədə hissəsində “cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-487/2024 nömrəli qərarının İddiaçı münasibətdə ləğv edilməsi” sözləri qeyd edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar