Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-884/2022 08.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İdidaçı İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işəbərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5418/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Cavabdehnə qarşı əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cavabdeh tərəfindən onun xidmətdən xaric edilməsi barədə qəbul edilmiş 10.03.2021-ci il tarixli əmrinin ləğv olunması, onun həmin vaxtdan əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma üçün ona əmək haqqının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5418/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təkcə 2020-ci il ərzində 4 dəfə xidmət etdiyi sahə dəyişdirilmiş və o, müxtəlif sahələrə nəzarət etmişdir. Belə ki, 2020-ci ilin əvvəllərində Binəqədi rayonu ərazisində, 2020-ciilin fevral ayından etibarən Abşeron rayonu ərazisində, 2020-ci ilin iyul ayından etibarən Qaradağ rayonu ərazisində, 2020-ci lin sentyabr ayından sonra isə yenə də Binəqədi rayonu ərazisində xidmət etmişdir. Barəsində yoxlama aparılarkən aşkar edilən sənədlər yalnız onun fəaliyyət müddətində deyil, ondan əvvəl tərtib edilmiş qovluqlar olmuşdur. Yoxlama isə həmin ondan öncə tərtib edildiyini və həmin tərtib etmiş şəxs tərəfindən doldurulmalı olduğunu, onun isə cəmi 4 ay müddətində həmin ərazidə xitmət etdiyini nəzərə almamışdır. Onun orqandan xaric edilməsi barədə əmrdə onun yanğın-texniki müayinələr zamanı obyektlərdə ciddi nöqsanlar aşkar edilməsinə baxmayaraq cavabdeh şəxslər barədə inzibati xəta haqqında protokol tərtib etmədiyi qeyd edilir. Bununla bağlı məhkəmənin diqqətinə çatdırırq ki, onun tərəfindən 2020-ci il ərzində cəmi 38 (otuz səkkiz) obyektdə yanğın-texniki müayinə keçirilmiş, keçirilən yanğın-texniki müayinələr zamanı 6 (altı) obyekt rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Xidməti fəaliyyəti yoxlanılan zamanı həmin fakt əsassız olaraq pozuntu kimi qiymətləndirilmişdir. Qeyd etmək lazımdır ki, X5 Xidməti tərəfindən obyektlərdə yoxlamalar həyata keçirilərkən aşkar edilən pozuntular 2 qrupa ayrılır: 1) Rejim xarakterli pozuntular; 2) Kapital xarakterli pozuntular. Rejim xarakterli pozuntular aşkar edilərkən əgər onlar obyekt rəhbəri tərəfindən aradan qaldırılarsa bu halda onlar məsuliyyətə cəlb edilmir. Əgər müəyyən edilmiş müddətdə aradan qaldırılmazsa bu zaman obyekt rəhbəri məsuliyyətə cəlb edilə bilər. 2-ci növ pozuntular isə, yəni kapital xarakterli pozuntular olduqda isə onların aradan qaldırılması üçün kapital tələb edildiyindən, dövlət müəssisələrində həmin kapital xarakterli pozuntulara görə rəhbər şəxslər məsuliyyətə cəlb edilmir. Bu səbəbdən, 2020-ci il ərzində cəmi 38 (otuz səkkiz) obyektdə yoxlamanın aparıldığını nəzərə alsaq, cəmi 6 obyekt barəsində inzibati protokol tərtib etməsi pozuntu kimi qiymətləndirilə bilməz. Bunun üçün əvvəlcə digər 32 obyektdəki pozuntuların rejim və ya kapital xarakterli olması müəyyənləşdirilməli, əgər rejim xarakterlidirsə aradan qaldırılıb-qaldırılmaması müəyyən edilməli idi. Digər tərəfdən 2020-ci ildə nə üçün cəmi 38 obyektdə yoxlamaların aparılması sualına gəldikdə isə, 2020-ci ildə bütün dünyada, eləcə də ölkəmizdə baş verən epidemiya və karantin rejimi səbəbindən, göstəriş əsasında 2020-ci ilin mart ayından sentyabr ayına qədər bütün obyektlərdə yoxlamalar dayandırılmışdır. Bu səbəbdən də onun tərəfindən cəmi 38 obyektdə yoxlama aparılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1980-ci ildə doğulmuşdur. Əmir Səmədov, Elnur Zeynallı və Rauf Ələsgərov tərəfindən tərtib olunmuş və imzalanmış 02.02.2021-ci il tarixli aktda qeyd olunmuşdur ki, Cavabdeh X5 Xidmətinin X5 işinin təşkili şöbəsinin böyük inspektoru, daxili xidmət polkovnik-leytenantı Əmir Səmədov, Xüsusi nəzarət şöbəsinin inspektoru, daxili xidmət kapitanı Elnur Zeynallı və 1-ci ərazi Dövlət Yanğın nəzarəi idarəsinin DYNŞ-nin rəis müavini, daxili xidmət polkovnik-leytenantı Rauf Ələsgərov ilə birlikdə 1-ci ərazi X5 idarəsinin X5 şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru İddiaçı tərəfindən 2020-ci il və cari ilin yanvar ayı ərzində görülmüş işlər yoxlanılmış, böyük inspektor kimi təhkim olunmuş sahələrə aid olan sənədləri (əraziyə təyin olunması barədə əmr, inspektorun aylıq “iş planları” ərazinin dislokasiyası, dərs jurnalı və yanğın nəzarət müşahidə” qovluqlarını”) təqdim etmişdir. Həmin inspektorun xidməti fəaliyyətini yoxlayan zaman aşağıdakılar müəyyən olunmuşdur: 2020-ci il Binəqədi rayon üzrə təhkim olunduğu 4, 5, 6 və 7 saylı xidməti sahələr üzrə nəzərdə tutulmuş dislokasiya 22 dövlət 93 özəl obyekt mövcud olmuşdur. Təhkim olunduğu yanvar, fevral aylarında 25 obyektdə yanğın texniki müayinə keçirmişdir. 2020-ci ilin mart ayından 21, 22 və 23-cü sahələrə təhkim olunduğu müddətdə 13 obyektdə yanğın-texniki müayinə keçirmişdir. İyul ayından 26, 27 və 28-ci sahələrə, sentyabr ayından isə 11,12,13-cü sahələrə təhkim olunmuşdur. 2020-ci ilin “iş planlar”rı təqdim olunmuş, lakin aylıq “İş planla”rda icra barəsində qeydlər aparılmamışdır. Təqdim olunmuş Yanğın nəzarət-müşahidə” qovluqlarının içərisində obyektdə aid sənədlər tam doldurulmamış, obyektdə 2020-ci il ərzində cəmi 38 obyektdə yanğın-texniki müayinə keçirilmiş, 6 obyekt rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Böyük inspektor bir çox böyük dövlət obyektlərində keçirilən yanğın-texniki müayinə zamanı yanğına qarşı nöqsanlar aşkar edilməsinə baxmayaraq obyekt rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib etməmişdir. Dərs jurnalı mövcuddur, qeydlər aparılmayıb. Böyük inspektor 2021-ci il üzrə 11,12,13 saylı xidməti sahələrə təhkim edilmişdir. Cari ilin yanvar ayı ərzində tərtib edilmiş iş planına əsasən 11 dövlət obyektində diqqətli yanğın-texniki müayinənin keçirilməsi nəzərdə tutulmuşdur. Həmin obyektlərdə diqqətli yanğın-texniki müayinənin keçirilməsi nəzərdə tutulmuşdur. Həmin obyektlərdə keçirilən yanğın-texniki müayinə zamanı iki obyekt rəhbəri barəsində yanğın təhlükəsizliyinin pozulması səbəbindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. 19.01.2021-ci il tarixdə "xxxx" MMC-yə məxsus sexdə Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən təqdim edilmiş “Çıxarış”a əsasən planlı yanğıntexniki müayinə keçirilsə də sözügedən obyekt cari ilin yanvar ayı üzrə tərtib edilmiş iş planında nəzərdə tutulmamışdır. Binəqədi rayon X1 və 11 saylı şəhər Poliklinikasında yanğın-texniki müayinə keçirilən zaman tərtib edilmiş “Tələbnamə” məktubunda aidiyyəti üzrə nəzərdə tutulmuş imza xanaları boş qalmışdır. İş materiallarından görünür ki, qeyd olunan halların araşdırılması ilə bağlı Azərbaycan Respublikası Cavabdeh X5 Xidmətinin Xüsusi Nəzarət Şöbəsinin inspektoru daxili xidmət kapitanı Elnur Zeynallı tərəfindən 02, 04 və 12 fevral 2021-ci il tarixlərdə İddiaçı yazılı izahatları alınmışdır. Xüsusi nəzarət şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Nazim Hacıyev tərəfindən X5 Xidmətinin rəisi, daxili xidmət genral-mayoru Hikmət Abbasova ünvanladığı 08 fevral 2021-ci il tarixli təqrirdə qeyd olunmuşdur ki, 07 fevral 2021-ci il tarixdə şöbənin əməkdaşları tərəfindən ərazi DYNİ-də təyin olunmuş növbətçilər xidməti yerlərində yoxlanılmışlar. Yoxlanış zamanı məlum olmuşdur ki, saat 16:30-da 1-ci ərazi DYNİ-nin növbətçi olan əməkdaş xidmət yerində olmamış, digər 2-ci, 3-cü və 4-cü ərazi DYNİ-nin növbətçiləri xidməti yerlərində olmuşdur. Xüsusi nəzarət şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Nazim Hacıyev tərəfindən X5 Xidmətinin rəisi, daxili xidmət genral-mayoru Hikmət Abbasova ünvanladığı 1-ci ərazi DYNİ-nin DYNŞ-nin böyük inspektoru İddiaçı barəsində aparılmış araşdırmay dair 08 fevral 2021-ci il tarixli arayışda qeyd olunmuşdur ki, 1-ci ərazi DYNİ-nin DYNŞ-nin böyük inspektroları barədə daxil olmuş 19 noyabr 2020-ci il tarixli, 37/14877 nömrəli təqrir Xidmətin Xüsusi nəzarət şöbəsində araşdırılmışdır. Təqrirdə, 1-ci ərazi DYNİ-nin DYNŞnin böyük inspektorlarının xidməti fəaliyyətlərinin zəif olduğu qeyd olunmuşdur. 1-ci ərazi DYNİ-nin DYNŞ-nin böyük inspektoru İddiaçı xidməti fəaliyyəti yoxlanılan zaman onun 2020-ci il üzrə təqdim olunmuş “İş planları”nda icra barəsində qeydlər aparmadığı, təqdim etdiyi “yanğın nəzarət-müşahidə” qovluqlarının içərisində obyektə aid sənədlər tam doldurmadığı, 2020-ci il ərzində cəmi 38 (otuz səkkiz) obyektdə yanğın-texniki müayinə keçirdiyi, keçirilən yanğıntexniki müayinələr zamanı 6 (altı) obyekt rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib etdiyi, dərs jurnalında qeydlər aparmadığı, bir çox yüksək risk qrupuna aid dövlət obyektlərində yanğın-texniki müayinə keçirən zaman, yanğına qarşı nöqsanları aşkar etməsinə baxmayaraq cavabdeh şəxslər barəsində inzibati xəta haqqında protokol tərtib etmədiyi aşkar olunmuşdur. Daxili xidmət mayoru İddiaçı 2021-ci ilin yanvar ayı üçün tərtib edilmiş “iş planı”na əsasən 11 (on bir) dövlət obyektində planlı yanğın-texniki müayinə keçirməsi nəzərdə tutulmuşdur. Həmin obyektlərdə keçrilən yanğın-texniki müayinə zamanı iki obyektin cavabdeh şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. 19.01.2021-ci il tarixdə "xxxx" MMC-yə məxsus şəxsdə Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış” Çıxarış”a əsasən planlı yanğın-texniki müayinə keçirsə də sözügedən obyektin cari ilin yanvar ayı üzrə tərtib edilmiş iş “planı”nda yoxlanılması nəzərdə tutulmamışdır. Şöbənin əməkdaşları tərəfindən seçmə yolu ilə İddiaçı yanvar ayının “iş planı” üzrə planlı yanğın-texniki müayinə keçirməli olduğu obyektlərdə olarkən müəyyən olunmuşdur ki, Bakı şəhər Baytarlıq İdarəsində, X1 və 11 saylı uşaq poliklinikasında planlı yanğın-texniki müayinə keçirmədən həmin obyektlərin “yanğın nəzarət müşahidə” qovluğuna imza xanası boş olan “Tələbnamə” məktubları əlavə etmişdir. Aşkar olunmuş nöqsanlarla bağlı əməkdaşın izahatı alınaraq, X5 işinin təşkili şöbəsinin böyük inspektoru, daxili xidmət polkovnik-leytenantı Əmir Səmədov və 1ci ərazi DYNİ-nin DYNŞ-nin rəsi müavini, daxili xidmət polkovnik-leytenantı Rauf Ələsgərovun iştirakı ilə tərtib olunmuşdur. İddiaçı izahatında xidməti fəaliyyətində yol veridiyi nöqsanlarını etiraf edərək gələcəkdə belə nöqsanlara yol verməyəcəyinə söz vermişdir. Daxili xidmət kapitanı İddiaçı xidməti vəzifələrinin icrası zamanı yol verdiyi nöqsanlara görə xidmət rəisinin 29.12.2019-cu il tarixli, 0236/ş nömrəli əmrilə “Xəbərdalıq” elan edilmişdir. Toplanmış materiallara əsasən belə qənaətə gəlmək olur ki, daxili xidmət mayoru İddiaçı “X2 xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.1ci “X5 orqanlarının işinin təşkilinə dair Təlimat”ın və “İnzibati Xətalar Məcəlləsi”nin 101.1-ci maddəsinin tələblərini pozmuşdur. Araşdırmanın nəticəsinə əsasən və gələcəkdə bu kimi halların qarşısını almaq məqsədilə 1-ci ərazi DYNİ-nin DYNŞ-nin böyük inspektoru, daxili xidmət mayoru İddiaçı barəsində müvafiq qərar qəbul etməyi xahiş etmişdir. 1-ci ərazi DYNİ-nin DYNŞ-nin böyük inspektoru daxili xidmət mayoru İddiaçı 1-ci əraz DYNİ-nin rəisi daxili xidmət polkovnik leytenantı İsmayıl Haşımova verdiyi 11.02.2021-ci il tarixli yazılı izahatda qeyd olunmuşdur ki, 07.02.2021-ci il tarixdə idarədə növbədə olarkən saat təxminən 15:50 radələrində özünü narahat hiss etmişdir. İdarəni tərk edərək, yaxınlıqdakı “ELMED” tibb mərkəzinə müraciət etmişdir. Arterial təzyiqinin yüksək olduğuna görə dərman qəbul etmişdir. Həkim məsləhəti ilə 16:35-də iş yerinə qayıtmışdır. Xüsusi nəzarət şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Nazim Hacıyev tərəfindən X5 Xidmətinin rəisi, daxili xidmət genral-mayoru Hikmət Abbasova ünvanladığı DYXN-nin ərazi idarələrində növbətçiliyin yoxlanılması barədə 12 fevral 2021-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, Xidmətin Xüsusi nəzarət şöbəsi tərəfindən 07 fevral 2021-ci il tarixdə ərazi 1-ci, 2-ci, 3-cü və 4-cü ərazi DYNİ-nin təyin olunmuş növbətçi əməkdaşları xidmət yerlərində yoxlanılmışdır. Yoxlama zamanı məlum olmuşdur ki, 07 fevral 2021-ci il tarixdə saat 16:30-da 1-ci ərazi DYNİ-nin növbətçi əməkdaş xidməti yerində olmamışdır. Araşdırma zamanı 1-ci ərazi DYNİ-nin DYNŞ-nin böyük inspektoru, daxili xidmət mayoru İddiaçı növbətçi olduğu məlum olmuşdur. Bununla bağlı daxili xidmət mayoru İddiaçı izahatı alınmışdır. İzahatında o, 07 fevral 2021-ci il tarixdə özünü nasaz hiss etdiyindən xidməti yerini tərk edərək, İdarə rəhbərliyinə məlumat vermədən “ELMED” tibb mərkəzinə getdiyini bildirmişdir (tibb mərkəzinin arayışı materiala əlavə olunur). 1-ci ərazi DYNİ-nin DYNŞ-nin inspektoru daxili xidmət mayoru İddiaçı xidməti vəzifələrinin icrası zamanı yol verdiyi nöqsanlara görə Xidmət rəisinin 29.12.2019-cu il tarixli, 0236/ş nömrəli əmri ilə “Xəbərdarlıq” elan edilmişdir. Hal-hazırda üzərində intizam tənbehi mövcud deyil. Toplanmış materiallara əsasən belə qənatə gəlmək olur ki, daxili xidmət mayoru İddiaçı intizam qaydalarına riayət etməyərək, “X2 xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.10-cu maddəsinin tələblərini pozmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və gələcəkdə bu kimi halların qarşısını almaq məqsədilə 1-ci ərazi DYNİ-nin DYNŞ-nin böyük inspektoru, daxili xidmət mayoru İddiaçı barəsində qərar qəbul etməyi xahiş etmişdir. “Nazirliyin X5 Xidmətinin əməkdaşı İddiaçı barədə inzitam tənbehinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Cavabdeh 10 mart 2021-ci il tarixli 0316/Ş №-li əmrdən çıxarışın surətindən müəyyən olunur ki, Nazirliyin X5 Xidmətinin 1-ci ərazi X5 idarəsinin X5 şöbəsinin böyük inspektoru daxili xidmət mayoru İddiaçı xidməti fəaliyyətinin yoxlanması zamanı vəzifələrinin icrasına səhlənkar yanaşaraq “Yanğın nəzarət müşahidə” qovluqlarında obyektə aid sənədləri tam toplanmadığı, yanğın-texniki müayinələr zamanı obyektlərdə ciddi nöqsanlar aşkar edilməsinə baxmayaraq cavabdeh şəxslər barədə inzibati xəta haqqında protokol tərtib etmədiyi, bəzi obyektlərdə planlı yanğın-texniki müayinə keçirmədən “Tələbnamə” məktubları tərtib etdiyi müəyyən edilmiş və bununla da o, “X2 xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 10.0.1-ci maddəsinin tələblərini kobud şəkildə pozulmuşdur. Göstərilənləri nəzərə alaraq, “X2 xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8-ci və 33.1.12-ci maddələrinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidnetinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndini rəhbər tutaraq vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiyinə görə Nazirliyin X5 Xidmətinin 1-ci ərazi X5 idarəsinin X5 şöbəsinin böyük inspektoru daxili xidmət mayoru İddiaçı X2n xaric edilməsi əmr edilmişdir. Əsas; X5 Xidmətinin 19.02.2021-ci il tarixli 37/01-01044 nömrəli məktubu və Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin rəisinin 03.03.2021-ci il tarixli 31/03780 nömrəli təqriri. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cavabdeh X5 Xidmətinin 1-ci ərazi X5 idarəsinin X5 şöbəsinin böyük inspektoru daxili xidmət mayorunun vəzifəsindən azad edilməsi barədə Azərbaycan Respublikası Cavabdeh 10 mart 2021-ci il tarixli əmrinin ləğv olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsini tələb edir. AR İPM-in 87.8-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. “X2 Xidmətkeçmə Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fövqəladə hallar orqanlarının əməkdaşları: 10.0.1. qanunvericiliyin tələblərinə riayət etməyə; 10.0.10. etik davranış və intizam qaydalarına əməl etməyə borcludurlar. Həmin Qanunun 31.1.8-ci maddəsinə əsasən Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində X2n xaric etmə intizam tənbehi tətbiq oluna bilər. Həmin Qanunun 33.1.12-ci maddəsinə əsasən X2n xaric edildikdə Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə xitam verilir: Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamənin 10.10.22-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Nazirlik sisteminə daxil olan strukturların işçiləri barədə bütün intizam tənbehi tədbirlərini tətbiq edir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsinə dair yekun nəticəsini əsaslandırarkən yuxarıda qeyd edilən qanun normalarının tələblərini işin hallarına düzgün tətbiq etmiş və qeyd etmişdir ki, “... iddiaçının X2n xaric olmasının səbəbi vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verməsi olmuşdur. Beləliklə, iddiaçının öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir.” İddiaçı apelyasiya şikayətində işdən azad edilmə barədə əmrdə qeyd edilən halların pozuntu kimi qiymətləndirilməməli olduğunu bildirmiş, inzibati xəta protokollarının tərtib edilməməsinin səbəbi kimi, inzibati xətaların növünün müəyyən edilməli olmasını, həmçinin faəliyyət dövrü karantin dövrünə təsadüf etdiyindən yoxlamaların sayının az olduğunu bildirmişdir. AR İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. AR Cavabdeh tərəfindən məhkəməyə iddiaçının xidməti fəaliyyətinin yoxlanması və işdən azad edilməsinə dair inzibati icraat materialları məhkəməyə təqdim edilmiş, öyrənilmişdir. Həmin materiallara İddiaçı da daxil olmaqla AR Cavabdeh X5 Xidmətinin X5 şöbəsinin böyük inspektorlarının faəliyyətinin keyfiyyəti və yoxlanması vəziyyətinə dair təqrirlər, iddiaçının böyük inspektor qismində müvafiq sahələrə təhkim edilməsi barədə əmrlər, faəliyyətinə dair arayışlar, izahatlar, tələbnamələr və akt daxil edilmişdir. Həmçinin, yoxlanılan xidməti fəaliyyəti dövründə iddiaçıya təhkim olunan ərazilər üzrə obyektlərin siyahısı da məhkəməyə təqdim edilmişdir. Həmin materiallardan görünür ki, iddiaçının yoxlanılan fəaliyyətinin 2021-ci il dövrü üzrə onun nəzarətində olan sahələrdəki 11 obyekdə inzibati xətalar aşkarlanmış və tərtib edilməli 11 protokol olmuşdur. Lakin, hazırda həmin protokollardan yalnız üçünün qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyi müyyən olunur. Belə ki, cavabdehin nümayəndəsinin müvafiq materiallara dair izahatlarından aydın olmuşdur ki, müvafiq obyektlərə dair idarədə saxlanılan qovluqlarda aşkarlanmış inzibati xətalar barədə tələbnamələr mövcud olsa da, həmin tələbnamələrin bəziləri lazımi qaydada rəsmiləşdirilməmiş, tələbnamələr əsasında tərtib edilməli olan inzibati xəta protokolları tərtib edilməmişdir. Əslində isə xəta aşkarlanan zaman cərimə tətbiq edilməli və protokol əsasında dövlət büdcəsinə ödəniş edilməlidir. Yalnız tərtib edilmiş 3 protokol üzrə cərimələr büdcəyə ödənilmişdir. İddiaçının apelyasiya şikayətindəki mövqeyini ilk olaraq onunla əsaslandırılmışdır ki, yoxlanılan dövr üzrə təkcə 2020-ci ildə 4 dəfə xidmət yerini dəyişmiş, yoxlama aparılarkən aşkar edilən sənədlər yalnız onun fəaliyyət müddətində deyil, ondan əvvəl tərtib edilmiş qovluqlar olmuşdur. Lakin qeyd edilən dəlilinin əsaslılığını sübut edən hər hansı sənəd məhkəməyə təqdim etməmişdir. Bunun əksinə, məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində iddiaçının xidməti yerdəyişmələri olduğunu təsdiqləmiş, lakin aparılan yoxlamanın sadəcə iddiaçının böyük inspektor qismində özünün əvvəlcədən tərtib etdiyi görüləcək işlər barədə müvafiq iş planları əsasında aparıldığını, yalnız onun fəaliyyət dövrünü əhatə etdiyi bildirmişdir. Bundan başqa o, ifadəsində iddiaçı tərəfindən yol verilmiş xidməti pozuntular barədə məlumat vermiş, qeyd edilənlərdən əlavə olaraq qeyd etmişdir ki, İddiaçı iş planına daxil edilmiş 93 özəl obyekt barədə ümumiyyətlə hər hansı hərəkət icra edilməmiş, sənədləşdirilmə aparılmamışdır. Həmçinin inzibati xəta aşkarlanan müxtəlif obyektlərə dair tələblərin fərqli olmasına baxmayaraq, göstəriş məktubları şablon xarakterli tərtib edilmiş, nəticədə aylıq hesabatların tərtibində də yalnışlığa yol verilmişdir. Həmçinin inzibati icraat materiallarından müəyyən edilir ki, yoxlama nəticəsində müəyyən edilmiş pozuntulara dair İddiaçı 02.02.2021 və 12.02.2021-ci il tarixlərdə izahatlar alınmış, həmin izahatlarda yol verilən pozuntuların mövcudluğunu qəbul edərək, təkrar yol verilməyəcəyini bildirmişdir. İşin hallarından və izahatlardan göründüyü kimi, iddiaçı tərəfindən xidməti vəzifəsi yerinə yetirilən zaman yol verilmiş pozuntuların mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapır. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən, diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Odur ki, birinci instansiya məhkəməsinin də müəyyən etdiyi kimi, İddiaçı xidməti vəzifələrinin icrası zamanı kobud pozuntulara yol vermiş olduğundan X2n xaric olunmasına dair inzibati akt - 11.03.2021-ci il tarixli əmr qanuni və əsaslı olaraq qəbul edilmişdir. Yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verən kollegiya bu nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti əsassız olmaqla, əksini sübut edən hər hansı dəlil şikayətə əlavə edilməmiş, məhkəməyə təqdim edilməmişdir. Apelyasiya baxışı nəticəsində birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının ləğvi üçün əsas müyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5418/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-884/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-884/2022
08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver