Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-884/2023 27.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X9 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X8 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9550/2022 saylı xx.xx.2022-ci il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, **********47916 №li qərarının qismən yəni, İddiaçı MMC-yə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 35 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 70.000 (yetmiş min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “ Cavabdeh Dövlət Vergi Xidmətinin 09 fevral 2022-ci il tarixli, **********6623 №li qərarına əsasən, "xxxx" MMC-də (indiki adı İddiaçı MMC) 10 fevral 2022-ci il tarixində operativ vergi yoxlaması aparılmış, nəticəsinə dair 10 fevral 2022-ci il tarixli, DVX seriyalı 002623 nömrəli akt tərtib edilmiş, lakin həmin aktın tərtib edilməsi barəsində həmin gün vergi ödəyicisinə hec bir məlumat verilməmişdir. Bu barədə yalnız 15 fevral 2022-ci il tarixində AVİS sistemi vasitəsi ilə elektron qaydada akt klinikaya göndərilmişdir. Klinika tərtib edilmiş aktla razı olmadığından cavabdeh idarəyə şikayət məktubları göndərmiş, 31 mart 2022-ci il tarixində müəssisənin rəhbərliyi BŞLGBİ-yə dəvət olunmuş, həmin görüşdə vergi rəhbərliyinə tərtib edilmiş 10 fevral 2022-ci il tarixli aktın əsassız olduğu bildirilmiş və bu aktın əsassızlığını təsdiq edən ilkin sənədlər vergi əməkdaşlarına tərəflərindən təqdim edilmişdir: "xxxx" MMC (VÖEN: **********) və fiziki şəxs X7 (VÖEN: **********) ilə bağlanmış "xəstə baxıcısı" kurslarının dinləyicilərinin klinikada təcrübə keçmələri barədə müqavilələrinin surətləri, 35 nəfər kurs dinləyicilərindən aldıqları izahatlar, elektron qaimələr, bank ödəniş sənədləri və s.). 10 fevral 2022-ci il tarixli aktda adları "muzdlu işci" kimi qeyd edilmiş 40 nəfərin heç birindən yoxlama aparan vergi əməkdaşları tərəfindən həmin gün müvafiq izahatlar alınmamışdır. Bu səbəbdən akt klinikaya daxil olduqdan sonra "xxxx" tərəfindən 28 nəfər və fiziki şəxs X7 tərəfindən 7 nəfər klinikaya müqavilə əsasında təcrübəyə göndərilmiş cəmi 35 nəfərdən tərəflərindən müvafiq izahatlar alınaraq, cavabdehə təqdim edilmişdir. Aktda adları göstərilən 40 nəfərdən 35 nəfəri yuxarıda qeyd etdiyi müqavilələr əsasında "xəstə baxıcısı" kursları dinləyicilərindən ibarətdir ki, yoxlama keçirilən müddətdə klinikada təcrübə keçmək məqsədi ilə klinikada olmuşdular. Bu barədə yoxlama günü vergi yoxlaması aparan səlahiyyətlilərə məlumat verilmişdir. Dinləyicilər "xxxx" MMC və fiziki şəxs X7 ilə bağlanmış rəsmi müqavilələr əsasında klinikada "xəstə baxıcısı" kimi təcrübə keçmişlər. Həmin müqavilələrə əsasən klinika tərəfindən dinləyicilərin təcrübə keçməsinə görə elektron qaimələr tərtib edilərək sifarişçilərə, yəni "xxxx" MMC və fiziki şəxs X5 təqdim edilmişdir. Təqdim edilmiş elektron qaimələrə əsasən dinləyicilərin klinikada təcrübə keçməsinə görə sifarişçilər tərəfindən bank hesabları vasitəsi ilə müvafiq olaraq ödənişlər aparılmışdır. Daxil olunmuş vəsaitlər qanuna uyğun olaraq əlavə dəyər vergisinə və mənfəət vergisinə cəlb edilərək aidiyyatı hesabatlar vergi orqanına teqdim edilmişdir. Yoxlama aparılan zaman dinləyicilərin boyunlarından asılan kimliklər onların dinləyici olduğunu təsdiq yetirirdi. Lakin vergi əməkdaşları dinləyicilərin klinikanın daxili qaydalarına əsasən ağ xalatda olduqlarına əsas gətirərək onların adlarını akt-da "muzdlu işçi" kimi qeyd edərək, heç bir əlavə araşdırma aparmamış və dinləyicilərdən izahat almamışlar. Yoxlama zamanı vergi əməkdaşlarına "xxxx" MMC və fiziki şəxs X7 ilə bağlanmış müqavilələrin surətləri təqdim edilmişdir. Klinika tərəfindən kifayət qədər təsdiqedici sənədlər BŞLGBİ-yə rəsmi qaydada təqdim edilməsinə baxmayaraq, vergi orqanı tərəfindən bu sənədlərə əhəmiyyət verilməmiş, heç bir araşdırılma aparılmamışdır. Yalnız 31 mart 2022- ci il tarixində qərarın çıxarılması üçün klinika rəhbərliyi ilə görüşdə vergi əməkdaşları kurs dinləyicilərini klinikaya təcrübə məqsədi ilə göndərən "xxxx" və fziki şəxs X1 təşkil edilməsi üçün xüsusi icazələrinin (Lisenziyalarının) olmamasını əsas gətirərək, klinikanın məsuliyyətə cəlb ediləcəyi barədə şifahi məlumat vermişlər. 01 aprel 2022-ci il tarixində Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7916 nömrəli qərar qəbul edərək , "xxxx" MMC 80.000,00 (səksən min) manat cərimə edilmişdir. Həmin qərar əsasında klinikanın bank hesablarına sərəmcamlar qoyulmuş, bank hesabları dondurulmuşdur. Klinikanın bank hesablarına sanksiya tətbiq edildiyindən klinikanın fəaliyyəti faktiki olaraq dayandırılmışdır. Belə ki, tibbi ləvazimatların, dərmanların alına bilməməsi səbəbindən klinikanın fəaliyyəti iflic olmuşdur. BŞLGBİ-nin 01 aprel 2022ci il tarixli qərarından 04 aprel 2022-ci il tarixində Dövlət Vergi Xidmətinə klinika tərəfindən şikayət məktubu göndərilmişdir. Ümumilikdə bu barədə vergi orqanına cəmi 10 şikayət ərizəsi ilə birlikdə 35 nəfər dinləyici barədə bütün təsdiqedici sənədlər (şəxsiyyət vəsiqəsi, kimlikləri, bağlanmış müqavilələr, dinləyicilərin izahatları, dinləyicilərin davamiyyət jurnalı və s.) təqdim edilmişdir. Eyni zamanda, Dövlət Vergi Xidməti tərəfindən "xxxx" MMC və fiziki şəxs X2 və dinləyicilərin hər birindən müvafiq izahatlar alınmışdır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, "xxxx" MMC və fiziki şəxs X7 doviət və qeyri-dövlət təhsil müəssisələrinə aid olmadığından və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi vermədiyindən, sözügedən şəxslərin istehsalat təcrübəsinin keçməsi mümkün deyildir. "xxxx" MMC və fiziki şəxs X3 lisenziyası olmadığı halda, “Tibb bacısı” ixtisaslı kadrların yetişdirməsi qanunun tələblərinə ziddir. Yuxanda qeyd olunanlardan bir daha aydın olur ki, "xxxx" MMC və fiziki şəxs X7 qanunvericiliyin tələblərinə uyğun olaraq peşə təhsil müəssisəsi hesab edilmədiyi üçün, hər hansı şəxsin istehsalat təcrübəsi keçməsi üçün göndərmək səlahiyyəti olmamışdır. İddiaçı tərəfindən Dövlət Vergi Xidmətinə keçirilmiş operativ nəzarət tədbirləri ilə əlaqədar inzibati şikayət edilmiş və xx.xx.2022-ci il tarixli **********984200 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9550/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********47916 №li qərarı qismən yəni, İddiaçınə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 35 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 70.000 (yetmiş min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: İddiaçı tərəfindən nə operativ vergi nəzarəti zamanı, nə də məhkəmə baxışı zamanı Qaydalarda nəzərdə tutulmuş məlumat forması, fiziki şəxslərlə əmək müqaviləsinin hüquqi qüvvəyə minməsini təsdiq sənədələr təqdim edilməmişdir. Sənədlərin operativ vergi nəzarəti tədbiri zamanı təqdim edilməməsi, izahatların verilməsindən imtina edilməsi, iddiaçı tərəfindən araşdırmaya təqdim edilmiş davamiyyət kitabındakı imzaların bir hissəsi kurs dinləyicilərinə aid olmaması, həmçinin elektron qaimə- faktura və ödənişlərin nəzarət tədbirindən sonra təqdim edilməsi kursun tələbələri olduğu iddia edilən şəxslərin iddiaçı tərəfindən əmək müqaviləsi bağlamadan işə cəlb edilməsinə dəlalət edir. Ali və orta ixtisas təhsilinin heç bir tələblərinə cavab verməyən, müvafiq lisenziyası olmayan "xxxx" MMC və fərdi sahibkar G.Niftəliyeya İddiaçı MMC-də hüquqi əsası və qanunvericiliyin tələblərinə uyğun olmayan tibbi təcrübə keçirilməsi barədə bağladıqları müqavilə ilə yol verdikləri qanun pozuntusuna hüquqi əsas yaratmağa çalışmışlar. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən normaların tələblərini nəzərə almaması əsassız qərarın qəbul edilməsinə səbəb olmuşdur. Verginin hesablanması üçün əsas olan sənədlərin mötəbərliyinə dair şübhə söhbət mövzusu ola bilməz. Bu baxımdan da bildiririk ki, məhkəmə tətbiq edilməli olmayan və işin müəyyən olunmuş hallarına uyğun olmayan maddi hüquq normalarını tətbiq etmişdir.Nəticədə məhkəmə təhrif olunmuş qənaətini əsaslandırmaq üçün əsassız olaraq və hər hansı bir araşdırma aparmadan qeyd olunan maddi hüquq nomrasını tətbiq etmişdir Məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək, sadəcə qərarda etibarsız müqaviləyə isdinad etməklə kifayətləndmiş, qərarın əsası kimi istinad olunan əsas işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Əfəndiyev apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, iddiaçının nümayəndəsi Q.Soltanov isə onunla razılaşmamış, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia vasitəsilə xx.xx.2022-ci il tarixli, **********47916 №li qərarının qismən yəni, İddiaçı MMC-yə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 35 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 70.000 (yetmiş min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv olunması barədə qərar çıxarılmasıbarədə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəilə razılaşır. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti zamanı həyata keçirilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İş materiallarından görünür ki, cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********6623 №-li qərarı ilə “X14 MMC-də nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi (ləri) üzrə xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Cavabdehin operativ vergi nəzarətinin nəticələrinə dair qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7916 №-li Qərarı ilə MMC-yə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 40 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 80000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir (İddiaçının həmin qərardan şikayət instansiyası Dövlət Vergi Xidmətinə verdiyi şikayətləri sonuncunun xx.xx.2022-ci il, xx.xx.2022-ci il xx.xx.2022- ci il və xx.xx.2022-ci il tarixli qərarları ilə təmin olunmamışdır). Vergi Məcəlləsinin qərarda qeyd olunan normasında istinad edilən Azərbaycan Respublikası Əmək Məcəlləsi,o cümlədən, 49.1-ci maddəsi isə nəzərdə tutur ki, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İşin konkret halda, mübahisələndirilən hallarına görə iddiaçı cavabdeh vergi orqanının onu vergi məsuliyyətinə cəlb edən qərarını qismən, "xxxx" MMC-nin iddiaçı klinkada təcrübə keçən 35 nəfər fiziki şəxsinə münasibətdə, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyi nə görə klinikaya 70.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək onun vergi məsuliyyətinə cəlb edilməsi hissəində qanunsuz hesab edərək həmin hissədə qərarın ləğv edilməsini tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə iddiaçı tələbində haqlıdır. Birincisi, Vergi Məcəlləsinin 53.3-cü maddəsinin 3-cü hissəsinin, habelə, İPM-in 14.1-ci maddəsinin tələbi baxımından operativ vergi nəzarəti zamanı həmin 35 nəfər şəxsin iddiaçı ilə əmək münasibətlərində olması faktının sübuta yetirilməsi cavabdeh inzibati orqanın üzərinə düşür. İşin iş materiallarından görünən halları isə ondan ibarətdir ki, "xxxx" MMC (Sifarişçi) ilə “X14” MMC (İcraçı) arasında xx.xx.2022-ci il tarixdə 01 №-li müqavilə bağlanmışdır ki, həmin müqavilənin də 1-ci bəndi nəzərdə tutur ki, “Sifarişçi”nin təqdim etdiyi siyahılar üzrə “İcraçı” müqavilələrin klinikada tibbi təcrübə keçməsini (bundan sonra “Xidmətlər” adlandırılacaq) öhdəsinə götürür (1.1). Təcrübədən keçəcək müdavimlərin siyahısı bu müqavilənin 1 saylı əlavəsində göstərilir (1.2). İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli EBBR seriyalı, 286046 №-li elektron qaimədən də görünür ki, qeyd olunan müqavilə şərti ilə bağlı "xxxx" MMC MMC tərəfindən “X14” MMC-yə 800,04 manat ödənilmişdir. X7 (Sifarişçi) ilə X14” MMC(İcraçı) “ arasında xx.xx.2022-ci il tarixdə 02/22 №-li digrə bir müqavilə bağlanmışdır ki,həmin müqavilənin də 1-ci bəndində əsasən “Sifarişçi”nin təqdim etdiyi siyahılar üzrə “İcraçı” müqavilələrin klinikada tibbi təcrübə keçməsini (bundan sonra “Xidmətlər” adlandırılacaq) öhdəsinə götürür (1.1). Təcrübədən keçəcək müdavimlərin siyahısı bu müqavilənin 1 saylı əlavəsində göstərilir (1.2). İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli EBBR seriyalı, 286712 №-li elektron qaimədən də görünür ki,həmin müqavilə üzrə də X7 tərəfindən İddiaçı MMC –yə 300,02 manat pul ödənilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən belə anlaşılır ki, "xxxx" MMC-nin müvafiq lisenziyası olmadan təhsil-təlim fəaliyyəti ilə məşğul olmaq səlahiyyətinə malik olmaması əsası ilə iddiaçıya məxsus təsərrüfət subyektində (klinikada) təcrübə keçən təlimçilərin iddiaçı ilə əmək münasibətlərində olması faktı kimi qiymətləndirilmişdir. Birincisi, cavabdeh vergi orqanının sözügedən lisenziyanı vermək və ya onu ləğv etmək və belə lisenziyanın olmamasına görə maliyyə sanksiyayası tətbiq etmək səllayiətinə malik olan orqan deyildir. Konkret halda, vergi orqanı olaraq cavabdehin vəzifəsi iddiaçı tərəfindən vergi öhdəliklərini qanunvericiliyə uyğun yerinə yetirməməsinə nəzarət edilməsi və vaxtında vergilərin ödənilməsini təmin edilməsinə qanunla müəyyən olunan üsul və vasitələrlə nail olmaqdan ibarətdir. Başqa sözlə konkret halda, lisenziyanın olub-olmaması məsələsi, mübahisəli operativ vergi nəzarətitinin predmetini təşkil edə bilməz. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqavilədən göründüyü kimi, həmin müqavilə şərtlərindən irəli gələrək icraçı (yəni, iddiaçı) sifarişçinin ("xxxx" MMC) təqdim etdiyi siyahılar üzrə klinikada şəxslərin tibbi təcrübə keçməsini, sifarişçi isə göstərilən bu xidmətlərə görə elektron qaimə əsasında həmin xidmətin dəyərinin icraçıya (iddiaçıya) ödənilməsini öz öhdəsinə götürmüş və sonuncu üzərinə düşən həmin öhdəliyini yerinə yetirərək icraçıya (iddiaçıya) 800 manat məbləğində xidmət haqqı (elektron qaimə faktura) ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Müqavilənin 441.4-cü maddəsi isə nəzərədə tutur ki, əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. İddiaçı da məhz, mülki qanunvermciliyin qeyd olunan tələbləri qaydasında, müqavilədən irəli gələn qarşılıqlı öhdəliyi çərçivəsində sifarişçi tərəfindən ona xidmət haqqı ödənildiyi təqdirdə, müqavilə ilə üzrərinə düşən öhdəliyini icra edərək, "xxxx" MMC tərəfindən təqdim olunmuş siyahı üzrə təcrübəyə cəlb edilmiş 35 nəfər şəxsə müvafiq tibbi xidməti göstərməyə borclu olmuşdur. Beləliklə də təlim-tədris fəaliyyəti ilə məşğul olması üçün "xxxx" MMC-nin lisenziyasının olub-olmaması iddiaçının marağı xaricində olmuş və tibbi xidmət sahəsində kommersiya fəaliyyəti çərçivəsində həmin müqavilə bağlamaqla məqsədi, göstərdiyi müqavilə şərtinə uyğun göstərdiyi xidmətin əvəzində gəlir əldə etməkdən ibarət olmuşdur. Əldə etdiyi həmin gəlir isə hər bir halda vergitutma obyektidir. Göründüyü kimi, tərəflər qarşılıqlı olaraq bir-biri qarşısında müqavilə öhdəlikləri daşımış, iddiaçı da, məhz, müqavilə tərəfi kimi üzərinə düşən öhdəliyini icra etmişdir. Müqavilə üzrə göstərdiyi xidmətə görə ona ödənilən xidmət haqqının təsdiqi olaraq isə işə əlavə olunmuş elektron qaimənin mövcudluğu çıxış edir. Həmin sənəd forması isə normativ hüquqi aktların tələblərinə görə ciddi hesabat blankı hesab olunur ki, bu da onunla "xxxx" MMC arasında müqavilə münasibətlərinin mövcudluğunun təsdiqidir. Belə ki, Vergi Məcəlləsinin 71-1.1.3- cü maddəsi nəzərədə tutur ki, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətind elektron qaimə-fakturanı təqdim (tərtib) edilməlidir. Beləliklə də, iddiaçının, əmək müqaviləsi olmadan əmək fəaliyyətinə cəlb edilməsi mübahisələndirilən 35 nəfər şəxsin, onunla müqavilə münasibətlərində olan "xxxx" MMC tərəfindən təcrübəyə cəlb edilən şəxslər olduğu sübuta yetirilir. Belə olan halda, həmin şəxslərin iddiaçı tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunması kimi qiymətləndilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin mübahisələndirilən qərarı - iddiaçıya, 35 nəfər həmin 35 nəfərə münasibətdə 70000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunması hissəsində əsassız hesab edilməlidir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normalarına uyğun olaraq iddianın təmin olunması və mübahisələndirilən qərar 35 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 70.000 (yetmiş min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv olunması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də qeyd olunanları nəzərə alan cavabdehin apellyasiya şikayətinin həmin qərarın işin hallarına zidd olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9550/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 70, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9550/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı yoxlanılan hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-884/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-884/2023
27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver