Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-885/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə X7 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4832/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 22.08.1982-ci ildən 17.07.1998-ci ilədək Salyan Elektrik X4 təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları kateqoriyasında işlədiyi təsdiq edilməklə onun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə barədə qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4832/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni 28.06.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə 22.08.1982- 17.07.1998-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının “Salyan X5 Zavodu”nda qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi onun işlədiyi peşə yuxarıda qeyd olunan təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları peşəsinə uyğun deyil. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. - İddiaçıya məxsus 18.01.1983-cü il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı 22.10.1982-ci ildə “Azərelektroterm” X6 Elektrik X4 tədarük sahəsinə kontakt-qaynaq maşınları üzrə qaynaqçının şagirdi qəbul olunmuşdur. 02.12.1982-ci ildə ixtisas komissiyasının qərarı ilə həmin sahədə kontakt-qaynaq maşınları üzrə 1-ci dərəcəli qaynaqçı verilmiş, 01.07.1984-cü ildə kontakt-qaynaq maşınları üzrə 3cü dərəcəli qaynaqçı verilmiş, 24.03.1986-cı ildə kontaktqaynaq maşınları üzrə 5-ci dərəcəli qaynaqçı verilmiş, 13.03.1990-cı ildə kontakt-qaynaq maşınları üzrə 5-ci dərəcəli qaynaqçı verilmiş, 17.07.1998-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. 20.07.1998-ci ildə Azərbaycan DDY Salyan işarəvermə və rabitə distansiyası Hava rabitə bərpa sexində 4-cü dərəcəli elektrik montyoru rabitə üzrə işinə qəbul edilmişdir. 03.05.1999-cu ildə həmin sexdə 5-ci elektrik montyoru işinə keçirilmiş, 10.05.2000-ci ildə həmin dərəcə ilə Yerli ATS sexinə keçirilmiş, 01.10.2002-ci ildə həmin sexdə elektrik mexaniki vəzifəsinə keçirilmişdir. "xxxx" QSC-nin sədri A.Əsgərovun 21/N nömrəli 12.03.2010-cu il tarixli əmri əsasında Salyan işarəvermə və rabitə distansiyasının adı dəyişdirilərək "xxxx" QSC İDM6 Salyan işarəvermə və rabitə sahəsi adlandırılmışdır. 04.10.2013-cü ildə Rels dövriyyəsi sahəsinə Böyük elektrik mexanik vəzifəsinə keçirilmiş, 24.02.2016-cı ildə işdən azad edilmişdir. 24.02.2016-cı ildə "xxxx" QSC İD6 Salyan işarəvermə və rabitə sahəsinin Rels dövriyyə sexində Böyük Elektromexanik işinə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 28.10.1979-cu ildə hərbi xidmətə çağırılmış, 28.10.1981-ci ildən tərxis edilmişdir. - Б № 471091 nömrəli diploma əsasən İddiaçı 01.09.1987-ci ildə Salyan şəhəri 76 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 30.06.1988-ci ildə məktəbi əl ilə elektrik qaynaqçısı peşəsi üzrə bitirmişdir. - Salyan X5 Zavodunun verdiyi 18.06.2021-ci il tarixli, daxil olma nömrəsi HŞ-7181 olan arayışda bildirilmişdir ki, İddiaçı əmək kitabçasında göstərdiyi kimi X8 X2 sahədə (1 №-İi sexdə) yarımavtomat qaynaq maşınında, yəni kontakt qaynaq maşınında 6-cı dərəcəli qaynaqçı işləmişdir. Transformatorların TD-306 və TD-102 karkaslarının, belə demək olarsa, gövdələrinin qaynaq edilməsi ilə məşğul olmuşdur. TD-306 və TD-102-nin karkasının hazırlamaq üçün metal lövhələr ölçülərə uyğun olaraq kəsilir, yan tərəflər (390 mm x 310 mm - 2 ədəd, qarşı tərəflər 390 mm x 470 mm - 2 ədəd) kontakt qaynaq maşınında qaynaq edilir, hazır olduqdan sonra qaynaq olunan yerlər Lağunda ilə şlakdan təmizlənir və maşına yüklənib rənglənməsi üçün rəngləyıcı sexə rənglənmə kamerasına göndərilir. Tərkibində 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələr: Karbon, Bronza və Mis. Bu da ona təsdiq olunan siyahı üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993- cü il 21 iyun tarixli 320 saylı 2 №-lı siyahısının Vl bölməsinə metal məmulatlarının istehsal bölməsində kod: ******* a-18338 kontakt (pres qaynağı maşınlarının) qaynaqçıları əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verilir. Qeyd: Salyan X5 Zavodu elektrotexniki avadanlığın istehsalı, təmir və daşınması ilə məşğul olmuş və istehsal etdiyi məhsullar (yüksək keyfiyyətli) keçmiş Sovet İttifaqının bütün bölgələrinə, o cümlədən Əfqanıstana ixrac edilirdi. Su qızdırıcıları və Transformatorlar TD-306, TD-102 baklar, çaxır daşıyan çənlər. Onların keyfiyyətinə, quraşdırılmasına, təmir olunmasına mühəndislərimiz, texnoluqlarımız, OTK-lar və həmçinin fəhlələr də cavabdeh idilər. Onlar da məsuliyyət daşıyırdılar. Bunun üçün göndərilən məkana ezam olunurdular. - “Salyan X5” ASCnin verdiyi 27.08.2021-ci il tarixli, 02 nömrəli “Salyan X5” ASCnin idarə heyətinin sədri Vahidov H.İ və baş mühasib Səlimova P.Ə tərəfindən imzalanmış və “Salyan X5” ASC-nin möhürü ilə təsdiqlənmiş məktubda bildirilmişdir ki, İddiaçı 22.10.1982-ci il (əmr. 135/RŞ.22.10.82) ildən 17.07.1998-ci il (əmr.№7/RŞ. 17.07.98) ilə kimi X8 X2 sahədə kontakt qaynaq maşınında 6-cı dərəcəli qaynaqçı işləmişdir. Yəni TD306 və TD102 transformatlarının karkaslarının kontakt qaynaq maşınında qaynaq edilməsi ilə məşğul olmuşdur. TD306 və TD102-nin karkaslarının hazırlanması üçün metal lövhələr ölçülərə uyğun olaraq kəsilir: yan tərəflər - 390 mm x 310 mm 2 ədəd qarşı tərəflər 390 mm x 470 mm 2 ədəd, sonra tərəflər kontakt qaynaq maşınında qaynaq edilir, hazır olduqdan sonra qaynaq olunan yerlər laqonda ilə şlaklardan təmizlənir və maşına yüklənib rənglənməsi üçün rəngləyici sexə rəngləmə kamerasına göndərilir. İşlədiyi zərərli maddələr: bronza, mis. İşlədiyi mühit karbon qazı ilə əhatə olunur. Bu da ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sında kontakt qaynaqçıları (press qaynağı maşınlarının qaynaqçıları) sahəsinə yə və vəzifə kodu - 18338 uyğun gəldiyi üçün əmək şəraitinə görə güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verir. Həmin məktubla göndərilmiş sənədlərdən görünür ki: - “Salyan X5” ASC-nin idarə heyətinin sədri Vahidov H.İ və baş mühasib Səlimova P.Ə tərəfindən imzalanmış və “Salyan X5” ASC-nin möhürü ilə təsdiqlənmiş 27.08.2021-ci il tarixli, 02 nömrəli güzəştli aktda göstərilmişdir ki, verilir Salyan X1ynaqçısı: 6-cı dərəcəli kontakt maşınları qaynaqçısı İddiaçı, ondan ötəri ki, o, həqiqətən: 1) 22.10.1982-ci (əmr.№ 139 R/Ş.22.10.82) ildən 2) 01.07.1984-cü (əmr.№134 R/Ş.28.06.84) ilə kimi 1-ci dərəcəli qaynaqçı; 3) 01.07.1984-cü (əmr.№134.28.06.84) ildən 4) 24.03.1986-cı (əmr.53.i/s.28.3.86) ilə kimi 3-cü dərəcəli; 5) 24.03.1986-cı (əmr.53.i/s.28.03.86) ildən 13.03.1990-cı (əmr. 19.i/ş. 13.03.90) ilə kimi 5-ci dərəcəli; 6) 13.03.1990-cı (əmr.R/Ş.13.03.90) ildən 17.07.1998-ci (əmr№7 R/Ş. 17.07.97) ilə kimi 6-cı dərəcəli kontakt qaynaqçısı işləmişdir ki, bu da ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sında kontakt qaynaqçıları (press qaynağı maşınlarının) bölməsinə əsasən vəzifə kodu 18338 - güzəştli şərtlərlə yaşa görə dövlət təqaüdü hüququ verir. - “Salyan X5” ASC-nin idarə heyətinin sədri Vahidov H.İ və baş mühasib Səlimova P.Ə tərəfindən imzalanmış və “Salyan X5” ASC-nin möhürü ilə təsdiqlənmiş 27.08.2021-ci il tarixli, 02 nömrəli arayışda göstərilmişdir ki, verilir Salyan X1ynaqçısı İddiaçı ondan ötəri ki, o, həqiqiətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarının (press qaynağı maşınlarının qaynaqçıları) bölməsinə əsasən vəzifə kodu 18338 - aşağıdakı vəzifələrdə işləmişdir ki, bu da ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə dövlət təqaüdü hüququ verir: 1. 22.10.1982-ci ildən Salyan Elektrik 17.07.1998-ci ilə kimi X4 kontakt qaynağı maşınında qaynaqçı işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 11.02.2021-ci il tarixli, **********1 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə 22.08.1982-17.07.1998-ci il tarixləri arasındakı dövr ərzində “Salyan X5 Zavodu”nda qaynaqçı peşəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz peşə yuxarıda qeyd olunan təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları peşəsinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Bundan sonra İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Həmin Qaydaların 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Sadalanan normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Apelyasiya şikayətindən də göründüyü kimi, cavabdeh orqan iddiaçının 22.08.1982- 17.07.1998-ci illərə aid olan iş stajını güzəştli olmasını mübahisələndirərək, iddiaçının qeyd edilən illərdə işlədiyi vəzifənin adının güzəştli peşələrin müvafiq siyahısında qeyd edilən təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları peşəsinə uyğun olmaması ilə əsaslandırır. Apelyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Məhkəmə kollegiya bildirir ki, iş materiallarında olan 27.08.2021-ci il tarixli güzəştli arayış və aktda iddiaçının işlədiyi iş yeri işlədiyi peşənin aid olduğu sahə və kodu dəqiq göstərməklə yanaşı istinad etdiyi sahə və kodla bağlı əsaslandırma da təqdim etmiş, bildirmişdir ki, “... həqiqətən: 1) 22.10.1982-ci (əmr.№ 139 R/Ş.22.10.82) ildən 2) 01.07.1984-cü (əmr.№134 R/Ş.28.06.84) ilə kimi 1-ci dərəcəli qaynaqçı; 3) 01.07.1984-cü (əmr.№134.28.06.84) ildən 4) 24.03.1986-cı (əmr.53.i/s.28.3.86) ilə kimi 3-cü dərəcəli; 5) 24.03.1986-cı (əmr.53.i/s.28.03.86) ildən 13.03.1990-cı (əmr. 19.i/ş. 13.03.90) ilə kimi 5-ci dərəcəli; 6) 13.03.1990-cı (əmr.R/Ş.13.03.90) ildən 17.07.1998-ci (əmr№7 R/Ş. 17.07.97) ilə kimi 6-cı dərəcəli kontakt qaynaqçısı işləmişdir ki, bu da ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sında kontakt qaynaqçıları (press qaynağı maşınlarının) bölməsinə əsasən vəzifə kodu 18338 - güzəştli şərtlərlə yaşa görə dövlət təqaüdü hüququ verir.” Göründüyü kimi, iddiaçının 22.08.1982-17.07.1998-ci illərdə işlədiyi kontakt qaynaq maşınları üzrə qaynaqçı peşəsinin AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 sayli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır elan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı. XXXİİİ. Metal məmulatların istehsalı bölməsində qeyd edilən kod: 2070100a-18338 kontakt (press qaynağı maşınlarının) qaynaqçıları peşəsinə uyğun olması faktı məhkəmə araşdırması ilə öz təsdiqini tapır. Eyni zamanda işdən müəyyən olunur ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olub və 57 yaşının tamam olduğu 28.06.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi tarixdə isə 57 yaşı tamam olmuşdur. 20.02.1980-ci il tarixdən 01.01.2006-cı il tarixə qədər, hərbi xidmət və təhsil dövrü də daxil edilməklə, iddiaçının ümumilikdə 26 il 11 gün sığorta stajı mövcuddur, ((04.11.1981 – 28.10.1979 = 2 il 06 gün) + (30.06.1988 – 01.09.1987 = 09 ay 29 gün) + (17.07.1998 - 22.10.1982 = 15 il 08 ay 25 gün) + ( 01.01.2006 – 20.07.1998 = 7 il 05 ay 11 gün) = 26 il 11 gün)) İddiaçı əmək fəaliyyətinin 15 il 08 ay 25 gününü isə əmək şəraiti zərərli və ağır olan işlərdə (30 iyun 1982-ci il tarixdən 17 iyul 1998-ci il tarixə kimi kontakt (press qaynağı maşınlarının) peşəsi üzrə (kod: 2070100a-18338 uyğundur) işləmişdir. (17.07.1998 - 22.10.1982 = 15 il 08 ay 25 gün) Birinci instansiya məhkəməsi də “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin müddəalarına uyğun hüquqi qiymətləndirmə aparmış və iddiaçıya 57 yaşının tamam olduğu 28.06.2018ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməli olması nəticəsinə gəlmişdir. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 15 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4832/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-885/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-885/2022
04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver