Məhkəmə qərarları › İş №2-1(103)-885/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-885/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-885/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və piket keçirilməsinə icazə verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və piket keçirilməsinə icazə verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10098/2022 saylı 04 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında piket keçirməyinə icazə verməkdən imtinasının qanunsuz hesab edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında piket keçirməyinə icazə vermək vəzifəsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 09 iyun 2022-ci il tarixdə “Qarabağ qazilərinə dəstək” şüarı adı altında piket keçirilməsi ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinə müraciət edərək, 22 iyun 2021-ci il tarixdə saat 11:00-dan saat 12:00-a qədər olan müddətdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında (ünvan: ünvan 3ağlı xəbərdar etmiş, lakin Bakı Şəhər İcra Hakimiyyətinin 20 iyun 2022-ci il tarixli, Ə-378-e03 saylı cavab məktubunda piketin keçirilməsinin məqsədəuyğun olmaması bildirilib. İşin faktiki hallarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi iştirakçılarına sosial qayğı göstərmir, onların problemlərinin həll edilməsinə çalışmır. Bu səbəbdən də Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında piket keçirməyinə icazə verməsini xahiş etmiş, lakin Bakı şəhər İcra Hakimiyyəti heç bir əsaslandırma aparmadan piketin keçirilməsinə icazə verməyib. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10098/2022 saylı 04 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin cavabdeh icra hakimiyyəti orqanı tərəfindən sərbəst toplaşmaq hüququnun həyata keçirilməsinə icazə verməməsi, nəticə etibarı ilə onun Azərbaycan Respublikası ƏƏSMN qarşısında gələcəkdə piket keçirməyi ilə bağlı tələb irəli sürməyinin absurd olması nəticəsinə gəlməsi qanunsuzdur. Belə ki, inzibati icraatın şərtlərindən biri inzibati orqana müraciət edib imtina barədə qərar alındığı halda məhkəməyə müraciət edilməsi ilə bağlıdır. Hazırkı halda cavabdeh orqana qarşı piket keçirməklə bağlı müraciət və cavabdeh orqandan imtina barədə cavab aldıqdan sonra məhkəməyə müraciət edilməsi məcburi xarakter daşıyır. Belə olan halda gələçəkdə keçirilməsi nəzərdə tutulan piketin tarixinin məlum olmaması iddiaya mahiyyəti üzrə baxılmasından, həmçinin cavabdehin hazırkı imtina qərarının qanuniliyinin yoxlanılmasından imtina üçün əsas deyil. Tərəflərin izahatları xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında tərəflər iştiraklarını təmin etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə oddiaçı İddiaçı və cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin nüməndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyətinin başçsına müraciət edərək qanunvericiliyin tələblərinə uyğun olaraq 22 iyun 2022-ci il tarixdə saat 11:00-dan saat 12:00-a qədər olan müddətdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında (ünvan: ünvan 4lı cavabdeh orqanı xəbərdar etmiş, piketdə ailə üzvlərindən ibarət 5 nəfər iştirak edəcəyini, piketdə səs gücləndirici vasitədən istifadə ediləcəyini, piketin əsas şüarının “Qarabağ qazilərinə dəstək” olacağını bildirmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış Ə-378-003 saylı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, onun Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətinə baxılmışdır. Şikayəti ilə bağlı bildirilmişdir ki, şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir. Belə ki, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara, verilən tapşırıqlara əsasən Vətən uğrunda öz canından keçmiş şəhidlərin ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil və avtomobillərlə təmin olunması, mənzil və məişət şəraitinin yaxşılaşdırılması, övladlarının təhsil haqqından azad edilməsi, məşğulluq problemlərinin aradan qaldırılması, Vətən müharibəsi qazilərinin müayinə, müalicə və reabilitasiya üçün xarici ölkələrə göndərilməsi istiqamətində bir sıra tədbirlər görülmüş və bu istiqamətdə həyata keçirilən tədbirlərin sistemli və ardıcıl xarakter daşıdığı nəzərinə çatdırılır. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında fərmanı ilə təsis edilmiş “YAŞAT” Fondunun fəaliyyətini də xüsusi ilə diqqətinə çatdırılır. Ərizəsində qeyd etdiyi məsələ ilə əlaqədar toplantı keçirmək deyil, narahatlıq doğurduğunu düşündüyü hər hansı halla bağlı məlumatı aidiyyəti qurumlara təqdim etməyi tövsiyə edilmişdir. Yuxarıda qeyd olunanların nəzərə alaraq, 22 iyun 2022-ci il tarixdə planlaşdırdığı piketin keçirilməsi məqsədəuyğun hesab edilməmişdir. Hazırda iddiaçı cavabdehin cavab məktubu ilə razılaşmayaraq iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qeyri-mümkün sayılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konkret halda bu o deməkdir ki, bir qrup insan tərəfindən sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi digərlərinin hüquqlarını pozursa, dövlət ikincilərin də hüquqlarının təmin olunmasına borcludur. Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. (İ) Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. (İİ) “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 1-ci maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Həmin Qanunun 7-ci maddəsinə əsasən sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Bu maddənin İ hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib olmalıdır. Həmin məhdudiyyət qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazımi və kifayət hədləri aşmamalıdır. Bu maddənin İ hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması üçün görülən tədbirlər məhdudiyyətin qoyulmasına səbəb olmuş məqsədə nail olmaq üçün son dərəcə zəruri olmalıdır. Sərbəst toplaşmaq azadlığı yalnız bu maddənin İ hissəsində nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Hazırki işdə iddiaçı hüquqlarının məhz cavabdeh inzibati orqanın qanunsuz hərəkəti və ya qəbul etdiyi qərar əsasında pozulduğunu əsaslandıra bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər iş materialları ilə təkzib olunduğu üçün qəbul edilmir, formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi üçün heç bir əsas yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10098/2022 saylı 04 oktyabr 2022-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10098/2022 saylı 04 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar