Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-885/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X9 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-417/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus ünvan 1 ünvanında yerləşən 88,9 kv.m fərdi yaşayış evinə və üzərində tikinti olan əlavə 23.2 kv.m torpaq sahəsinə İddiaçı adına vahid plan və ölçünün tərtib edilməsi və çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşamaqla qeydiyyatdadırlar. Hal-hazırda birlikdə ünvan 1 ünvanında o, həyat yoldaşı, 4 oğlu və ailələri ilə birlikdə yaşayırlar. Onun adına xüsusi mülkiyyət kimi Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin FM seriyalı 011550 saylı qeydiyyat vəsiqəsi var. xx.xx.2021-ci il tarixində ərizə ilə cavabdeh AR ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında 88,9 kv.m fərdi yaşayış evinə bitişik 23.2 kv.m torpaq sahəsinə vahid əmlak kimi reyestrdən çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən bildirişlə imtina edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, elektron kadastr baza məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi ərazidə 23.2 kv.m əlavə torpaq sahəsi istifadə edilməkdədir və yaşayış evinin köməkçi sahələri artıq torpaq sahəsində inşa edilmişdir. Həmçinin, sözügedən məsələ ilə əlaqədar olaraq ərizəyə hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı tərəfindən təqdim edilən texniki pasport xx.xx.2002-ci il tarixində tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə uyğun olaraq üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport olduğu halda həyata keçirilir. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2021-ci il tarixli **********61 nömrəli, xx.xx.2021-ci il tarixli **********25 nömrəli və xx.xx.2021-ci il tarixli **********35 nömrəli cavab məktubları ünvanlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsi rəhbər tutularaq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 96 kv.m olan fərdi yaşayış evinə dair mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-417/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin olunmuş və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi əlavə 23.2 kv.m sahədə inşa edilmiş tikililərlə birlikdə ümumi sahəsi 96,0 kv.m olmaqla üzərində mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən qeydiyyatdan keçmiş fərdi yaşayış evinin yerləşdiyi ərazidə 23.2 kv.m əlavə torpaq sahəsi istifadə edilməkdədir və yaşayış evinin köməkçi sahələri artıq torpaq sahəsində inşa edilmişdir. Həmçinin, sözügedən məsələ ilə əlaqədar olaraq ərizəyə hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçı tərəfindən əlavə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin təqdim edilməməsini nəzərə almamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM seriyalı 011550 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Nəsimi rayonu, Y.Vəzirov küçəsindəki 3 otaq 44.1 kv.m yaşayış sahəsi, 88,9 ümumi sahəsi olan 5 “q” saylı fərdi yaşayış evi İddiaçı adına xx.xx.2002-ci ildə 307179 qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli, 7-2450/17 nömrəli məktubu ilə göndərilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 800 nömrəli “Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının protokolunun təsdiq edilməsi haqqında” sərəncamına əsasən: Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2001-ci il tarixli, 8 №-li protokolu təsdiq edilmiş, protokola əsasən: 489. BŞİH-nə daxil olmuş xx.xx.2001-ci il tarixli, Ə-1629 №-li ərizə Ermənistan Respublikasından qaçqın düşmüş İddiaçı yaşadığı Nəsimi rayonu, Y.Vəzirov küçəsi, 5 nömrəli özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsi. Müstəsnalığın səbəbi: Evin özbaşına tikili olması. Komissiya qərarı aldı: Razılıq verilsin.” Eyni zamanda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının protokolunun təsdiq edilməsi haqqında” olan xx.xx.2002-ci il tarixli, 168 nömrəli sərəncamı da böyük həcmlidir və həmin sərəncamda vətəndaş İddiaçı adı aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********25 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 5Q saylı fərdi yaşayış evinin bir hissəsi X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmin məktubla göndərilmiş İddiaçı adına olan Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 5Q saylı fərdi yaşayış evinə dair arxiv qovluğunda olan sənədlərdən görünür ki: -Nəsimi rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 94/5 nörməli qərarına əsasən İddiaçı 7 nəfər ailə üzvü ilə birlikdə Y.Vəzirov 5 q ünvanına qeydiyyata alınmasının qeydiyyat orqanına tapşırılması qərara alınmışdır. -Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 800 nömrəli xx.xx.2001-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Bakı Şəhər İcra Hakimiyyət Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının 8 nömrəli, xx.xx.2001-ci il tarixli protokoldan çıxarışa əsasən Nəsimi rayonu, Ermənistan Respublikasından qaçqın düşmüş İddiaçı yaşadığı Nəsimi rayonu, Y.Vəzirov küçəsi, 5 nömrəli özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsi verilməsinə razılıq verilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli, 3-52/2- 330/2023 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 168 nömrəli sərəncamından çıxarışdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2002-ci il tarixli, 3 №-li protokolu təsdiq edilmiş, xx.xx.2002-ci il tarixli 3 nömrəli Protokola əsasən: 207. BŞİH-nə daxil olmuş xx.xx.2001-ci il tarixli, B-840 №-li ərizə- Ermənistan Respublikasından qaçqın düşmüş X8 yaşadığı Nəsimi rayonu, Y.Vəzirov küçəsi 5 №-li özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsi. Müstəsnalığın səbəbi: Evin özbaşına tikili olması. Komissiya qərarı aldı: Razılıq verilsin. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********283 nömrəli məktubu ilə göndərilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 107.8 kv.m ölçüdə fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X3 adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin texniki inventarlaşdırma idarəsinin mərkəzi bürosu tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” 1975-ci ildə tərtib edilmiş X8 (əvvəlki mülkiyyətçi X11) adına texniki pasportun surətindən görünür ki, cəmi tikinti sahəsi ilkin olaraq 125.4, sonra 186,5, daha sonra 147.3 kv.m olaraq, cəmi meydançanın sahəsi ilkin olaraq 184.6, sonra 231,4, daha sonra 200.1 kv.m təşkil etmişdir. Texniki pasportda A və B tikililəri çəkilmiş, texniki pasportun üzərinə Bakı ŞİH-nin xx.xx.2022-ci il tarixli 168 nömrəli sərəncamı ilə xx.xx.2002-ci ildə və Bakı şəhər İH-nin 800 nömrəli sərəncamı ilə xx.xx.2002-ci ildə dəyişiklik edildiyi qeyd edilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Şəxsi mülkiyyət hüqüqu ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid xx.xx.2002-ci il tarixli texniki pasportun surətindən görünür ki, Y.Vəzirov küçəsi, ev 5q İddiaçı adına qeydiyyata alınmışdır. Cəmi tikinti sahəsi 186.5 kv.m, cəmi meydanın sahəsi 231.4 kv.m. Texniki pasportda A və B tikililərinin sxemi öz əksini tapmışdır. - xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən qeydiyyat vəsiqəsinə əsasən 3 otaqlı fərdi yaşayış evi yaşayış sahəsi – 44.1 kv.m, ümumi sahə 88.9 kv.m, razılaşdırılmamış layihəyə əsasən 5 otaq, yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə 117.12 kv.m, ümumi sahə 202.06 kv.m, faktiki yaşayış sahəsi 116.7 kv.m, ümumi sahə 200.6 kv.m. Faktiki artırma sahə ilə birlikdə ərazinin ümumi torpaq sahəsi 120.1 kv.m, bundan 23.2 kv.m artırılıb. Arxiv texniki pasportu və ərizəçinin təqdim etdiyi t/q həmin ünvanda yerləşən eyni nömrəli ərizəçiyə və qonşusu X5 məxsus ayrı-ayrı mülklərə aiddir. Mülklərin hər biri ayrıca ilkin qeydiyyatdan keçmişdir. Mexaniki səhv olaraq qeydiyyat zamanı texniki pasport eyni olduğundan ümumi t/p-da göstərilən sahələr hər iki mülkiyyətçinin qeydiyyat vəsiqəsində öz əksini tapmışdır. Ərizəçiyə aid MQS-də görünməsə də, digər qonşu X3 adına olan mülkün sahələri (ərizəçinin) qonşuya aid olan sahələr daxil edilməklə göstərilib. Arxiv t/p əsasən yalnız 1, 2, 3, 4 saylı yerləşkələr ərizəçiyə aiddir. Bundan əlavə, ərizəçinin torpaq sahəsi 23,2 kv.m ölçüdə artırılmışdır. Həmin torpaq sahəsində 1-ci mərtəbədə köməkçi sahələr inşa olunub və üstündə isə 2-ci mərtəbə inşa edilib (2-ci mərtəbənin bir hissəsi). - Yerli müayinə aktına əlavə edilmiş ünvan 3 ünvanına dair baş plandan görünür ki, faktiki torpaq sahəsi 120.1 kv.m, bundan artırılmış torpaq sahəsi 23.2 kv.m təşkil edir. - ünvan 3 A-tikilisinin planı (2 mər. Binanın 1-ci mərtəbəsi) planından görünür ki, yaşayış otaqları 13.0 kv.m, 13.0 kv.m, 29.2 kv.m, mətbəx 8.6 kv.m, artırılmış torpaq sahəsində inşa olunmuş hissədə isə s/q 4.3 kv.m, 1.8 kv.m, bağlı keçid 21.6 kv.m 3 otaq, yaşayış sahəsi 55.2 kv.m, köməkçi sahə 40.8 kv.m, ümumi sahə 96.0 kv.m təşkil edir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********97 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunmuşdur ki, ərizəçi 23.2 kv.m əlavə torpaq sahəsindən istifadə edir və yaşayış evinin köməkçi sahələri artıq torpaq sahəsində inşa olunub, texniki pasportda öz əksini tapmayıb. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********2 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə 1975-ci ildə tərtib edilmiş texniki pasportda sözügedən 23.2 kv.m torpaq sahəsi öz əksini tapmamışdır. Lakin arxiv texniki pasportda aparılmış qeydlərdə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 800 saylı və xx.xx.2002-ci il tarixli, 68 saylı sərəncamları əsasında fərdi yaşayış evin texniki pasportunda 2002-ci ildə dəyişikliklər edilmişdir. Belə ki, həmin 23.2 kv.m sahə texniki pasporta əlavə edilmişdir. Dəyişikliklər edildikdən sonra fərdi yaşayış evinin ümumi sahəsi 200.1 kv.m olmuşdur. Bundan əlavə, “A” literli tikili və sonradan inşa edilmiş tikililərin yerləşdiyi torpaq sahələri 200.1 kv.m torpaq sahəsinin tərkib hissəsidir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsi X2 ünvanladığı xx.xx.2021-ci il tarixli, **********61 nömrəli məktubunda bildirilmişdir ki, elektron kadastr baza məlumatına əsasən sözügedən fərdi yaşayış evinin yerləşdiyi ərazidə 23.2 kv.m əlavə torpaq sahəsi istifadə edilməkdədir və yaşayış evinin köməkçi sahələri artıq torpaq sahəsində inşa edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Siyahının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar; Siyahının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların qeydiyyatı üçün əsas hesab olunur. Hazırkı işin hallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 5Q ünvanında iki fərdi yaşayış evi yerləşir. Hər iki fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. Belə ki, 107.5 kv.m-dən ibarət fərdi yaşayış evi (texniki pasporta əsasən B tikilisi) ilkin olaraq xx.xx.2002-ci il tarixdə X8 adına qeydiyyata alınmış, digəri 88.9 kv.m olaraq (texniki pasporta əsasən A tikilisi) İddiaçı adına xx.xx.2002-ci ildə qeydiyyatdan keçmişdir. Hazırkı iddiasında İddiaçı qeydiyyat vəsiqəsində fərdi yaşayış evinə mülkiyyət hüququ 88.9 kv.m olaraq qeydə alınsa da, lakin faktiki istifadəsində olan, eləcə də 2002-ci il tarixli texniki pasporta əsasən əlavə 23.2 kv.m sahədə köməkçi tikililər tikildiyindən həmin sahədə yerləşən tikililər də nəzərə alınmaqla fərdi yaşayış evinin 96 kv.m ölçüdə (İ mərtəbə) qeydiyyata alınmasını mübahisələndirir. Cavabdehin mövqeyinə görə iddiaçının faktiki sahibliyində 23.2 kv.m sahədə inşa etdiyi tikililər həmin ölçüdə əlavə torpaq sahəsində tikilmiş, həmin əlavə sahəyə dair isə hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən fərdi yaşayış evləri sonradan Ermənistan Respublikasından qaçqın düşmüş İddiaçı və X8 adlarına müvafiq olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 800 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamı və Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli 168 nömrəli sərəncamı ilə qeydiyyat vəsiqələrinin verilməsi qərara alınmışdır. Qeyd edilməlidir ki, hər iki tikiliyə dair həm 1975ci il tarixdə, həm də 2002-ci ildə vahid texniki pasport tərtib edilmişdir. Beləliklə, arxiv texniki pasportda olan fərdi yaşayış evlərinin hər biri ayrıca ilkin qeydiyyatdan keçmiş, bu zaman A tikilisi iddiaçının adına 88.9 kv.m ölçüdə qeydiyyata alınmışdır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 1975-ci il tarixli arxiv texniki pasportunda A tikilisinin yerləşdiyi həyətyanı sahədə 23.2 kv.m əlavə torpaq sahəsində inşa edilmiş tikili öz əksini tapmasa da, lakin 2002-ci il tarixdə fərdi yaşayış evinə qeydiyyat vəsiqəsinin verilməsi zamanı tərtib edilmiş xx.xx.2002-ci il tarixli texniki pasportda A tikilisinə aid hissədə mübahisəli əlavə 23.2 kv.m sahədə inşa edilmiş köməkçi tikililər öz əksini tapmışdır. Qeyd edilməlidir ki, arxiv texniki pasportun üzərində Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 800 saylı və xx.xx.2002-ci il tarixli, 68 saylı sərəncamları əsasında dəyişikliklər edildiyi qeyd edilmiş və cavabdehin mütəxəssisinin verdiyi yazılı rəydə də məhz dəyişikliklər edildikdən sonra fərdi yaşayış evinin ümumi sahəsinin 200.1 kv.m olduğu və iddiaçıya aid tikili və sonradan inşa edilmiş tikililərin yerləşdiyi torpaq sahələrinin məhz 200.1 kv.m torpaq sahəsi daxilində yerləşdiyi bilavasitə qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 nömrəli Fərmanının 7-8-ci bəndlərinə əsasən (25 may 2006-cı il tarixli 412 nömrəli Fərmanla həmin bəndlər qüvvədən düşmüşdür) Ermənistan Respublikasından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması problemlərinin və bununla bağlı digər məsələlərin həlli məqsədilə aşağıdakılar qərara alınmışdır: -7. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsini təmin etsin. -8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, müvafiq mərkəzi və yerli icra hakimiyyətləri orqanları tərəfindən bu Fərmanın 2-ci bəndində göstərilən torpaq sahələrinin və onların üzərində yerləşən tikililərin digər qanuni mülkiyyətçilərinin olubolmamasının müəyyənləşdirilməsindən sonra həmin torpaq sahələrinin və tikililərin Ermənistan Respublikasından 1988-1992-ci illərdə qovulub çıxarılan və burada daimi yaşayan vətəndaşların mülkiyyətinə verilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin rəsmiləşdirilməsini iki ay müddətində təmin etsin. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli 23.2 kv.m-lik sahə 1975-ci il tarixli texniki pasportda öz əksini tapmasa da sonrakı tarixlərdə həmin sahədə köməkçi tikililər tikilmiş və bu 2002-ci ildə fərdi yaşayış evinin qeydiyyatı zamanı tərtib edilmiş texniki pasporta daxil edilmişdir. Eyni zamanda, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 800 saylı və xx.xx.2002-ci il tarixli, 68 saylı sərəncamları əsasında fərdi yaşayış evinin texniki pasportunda 2002-ci ildə dəyişikliklər edilməsi onu deməyə əsas verir ki, fərdi yaşayış evinin ölçü və yerləşməsində olan dəyişikliklər sırasında həm də sözügedən 23.2 kv.m-lik sahədə olan tikililərin də əlavə edilməsi yer almışdır. Buna baxmayaraq, fərdi yaşayış evinin qeydiyyat vəsiqəsində həmin 23.2 kv.m ölçüdə olan sahə nəzərə alınmamışdır. Həmçinin o da qeyd edilməlidir ki, iddiaçının iddia etdiyi xx.xx.2002-ci il tarixli texniki pasport yuxarıda adıçəkilən 439 nömrəli Fərmanla nəzərdə tutulmuş 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport olmasa da, həmin texniki pasportda olan dəyişikliklərin məhz icra hakimiyyəti orqanının sərəncamları ilə təsdiq edildiyini, eləcə də həmin vaxt qüvvədə olmuş 562 nömrəli Fərmana əsasən 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan, Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin onların mülkiyyətinə verilməsinin nəzərdə tulduğunu və 2002-ci il tarixli qeydiyyatın, eləcə də texniki pasportun məhz həmin Fərmandan irəli gələrək tərtib edildiyini, başqa sözlə, fərdi yaşayış evinin mövcud olan ölçüdə-yəni 23.2 kv.m əlavə sahə ilə birlikdə vahid əmlak olaraq qeydiyyata alınmasının qərara alındığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ünvan 4 ünvanında adına qeydiyyatdan keçmiş fərdi yaşayış evi (İ mərtəbə) əlavə 23.2 kv.m sahədə inşa edilmiş tikili ilə birlikdə ümumi sahəsi 96.0 kv.m olmaqla mülkiyyət hüququnun qeydiyyatını tələb etməkdə haqlıdır Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə əsasən daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan cavabdeh inzibati orqanın imtinası əsaslı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-417/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-885/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-885/2024
21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver