Məhkəmə qərarları › İş №2-1(103)-885/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-885/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-885/2025 09.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X3 ibarət tərkibdə, Ramiz Vüqar oğlu Əsgərlinin katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12138/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. İddiaçı **********1 saylı VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Hüquqi ünvanı: ünvan 1n növü restoranlar tərəfindən xidmətlərin götərilməsidir.

2. X12 ********** saylı VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Hüquqi ünvanı: ünvan 1n növü restoranlar tərəfindən xidmətlərin göstərilməsidir.

3. “X19nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********2670 nömrəli qərarı ilə, Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Massiv 1 (Badamdar qəs.) ev 502 ünvanda yerləşən “50 Qəpik” restoranında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024 tarixi daxil olmaqla) X19 keçirilməsi qərara alınmışdır;

4. Yoxlamanın keçirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2024-cü il tarixli, KY242111999 nömrəli Çıxarışla qeydə alınmışdır.

5. DVX seriyalı 001059 nömrəli, xx.xx.2024-cü il tarixli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X19nin nəticəsi haqqında akt”dan görünür ki, fərdi sahibkar İddiaçı (VÖEN: **********1) məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Massiv 1 (Badamdar qəs.) ev 502 ünvanda yerləşən “50 Qəpik” restoranında operativ vergi yoxlaması zamanı 15 nəfər fiziki şəxsdən 10 nəfərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmişdir, həmin aktın əlavəsinə əsasən X6, X9, X21, X10, X11, X18, X13, X14, X4 və X15 əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş şəxslər sırasında göstərilmişlər.

6. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********3604 nömrəli qərara əsasən, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2024-cü tarixədək 20.000 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır.

a) Birinci instansiya məhkəməsində icraat.

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********3604 nömrəli qərarının ləğv edilməsi haqqında” qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı bildirir ki, cavabdehin xx.xx.2024-cü il tarixli 001059 saylı aktı əsassız olaraq tərtib olunmuşdur və onun əsasında qəbul olunmuş xx.xx.2024-cü il tarixli **********3604 nömrəli qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, cavabdehin nümayəndələri tərəfindən iddiaçıya “X19nin həyata keçirilməsi haqqında” qərar qanunauyğun şəkildə təqdim edilməmişdir. İddiaçı öz xx.xx.2024-cü il tarixli izahatında da bildirdiyi kimi, “50 qəpik" kafesini özü işlədir, obyektin yeni qeydiyyatı ilə əlaqədar olaraq X12 vergi orqanına müraciət etsə də, ona hələ obyekt kodu gəlmədiyindən obyekti ona təhvil verməmişdir, əgər X12 vergi orqanından obyekt kodu ala bilməsə, onda iddiaçı obyekti ya özünün işlədəcəyini, ya da başqa bir şəxsə təhvil verəcəyini qeyd etmişdir. Vergi Məcəlləsinə əsasən X19ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Lakin burada qərar İddiaçı vaxtında təqdim olunmamışdır. O öz etirazını cavabdehin nümayəndələrinə bildirmişdir. Vergi orqanının əməkdaşları ona X8 məxsus VÖEN-ə operativ yoxlama açıldığını bildirmişlər. Bundan sonra, iddiaçı onların “X19nin həyata keçirilməsi haqqında” qərarının olmadığını və onlardan obyekti tərk etmələrini tələb etsə də, onun bu tələbinə əməl olunmamışdır. Həmçinin sözügedən şəxslər qəsdən obyektdə yubanaraq İddiaçı da adına qərar çıxarılmasını gözləmişlər. Tərtib olunan “X19nin nəticəsi haqqında” olan 001059 sayılı aktda da görünür ki, X19 xx.xx.2024-cü il saat 14:02-də keçirilsə də, həmin X19nin həyata keçirilməsi haqqında **********2670 nömrəli qərar İddiaçı xx.xx.2024-cü il saat 18:11-də təqdim edilmişdir. Bu isə cavabdehin nümayəndələri tərəfindən Vergi Məcəlləsinin maddələrinin açıq-aşkar pozulduğunu göstərir. Həmçinin, Dövlət Vergi Xidmətinin nümayəndələrinin yubanaraq iddiaçının da adına qərar çıxarılmasını gözləmələri və qəbul etdikləri qanunsuz qərar əsasında 10 nəfər işçinin qanunvericiliyin tələblərinə uyğun olmayan qaydada xidmətlərə cəlb edilməsini iddia etmələrinə görə, bu, obyektin fəaliyyətinin dayanmasına və iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirməsinə mane olmuşdur. Nəzarət zamanı Dövlət Vergi Xidmətinin nümayəndələri kamera ilə çəkilişlər aparıblar, işçilərin normal iş gedişatına mane olublar, bu da iaşə obyektində vətəndaşların narazılıq etməsinə səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, “Dövlət vergi orqanları tərəfindən X19 tədbirlərinin həyata keçirilməsi” qaydalarına əsasən (1.14) nəzarət tədbirləri zamanı zərurət yarandıqda, foto və video çəkilişdən istifadə olunmalıdır, lakin bu zaman vergi ödəyicisindən və ya onun səlahiyyətli nümayəndəsindən iltizam alınmalıdır. X32 Xidmətinin əməkdaşları iltizam almadan və iddiaçının etirazlarına məhəl qoymadan çəkiliş aparmış, beləliklə obyektin fəaliyyətinə mane olmuşlar. Baxmayaraq ki, xx.xx.2024-cü il tarixli aktda vergi orqanı nümayəndələri onun etirazından sonra çəkilişi dayandırdıqlarını qeyd edirlər, əslində onlar gizli çəkilişə davam ediblər və tərəflərindən buna hər dəfə yenidən etiraz bildirilib. Həmçinin X19nin həyata keçirilməsi haqqında **********2670 nömrəli qərar iddiaçıya xx.xx.2024-cü il saat 18:11-də təqdim edilmişdir, həmin saatdan əvvəl vergi orqanı nümayəndələri tərəfindən edilən bütün hərəkətlər nəzarət dövrünə aid edilə bilməz. İddiaçı tərəfindən xx.xx.2024-cü il saat 18:11-dək işçilərlə bağlanılan əmək müqaviləsi barədə bildirişlər ƏMAS sisteminə əlavə edilmişdir. Bu hal da cavabdehin xx.xx.2024-cü il tarixli **********3604 nömrəli qərarının qanunsuz olduğunu göstərir. İddiaçı tərəfindən X19nin keçirilməsi dövrünədək vergi qanunvericiliyinin pozulması halları aradan qaldırılmışdır, bu da şəxsin təqsirini istisna edən hallardan biridir.

9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı barəsində X19 tədbiri Vergi Məcəlləsinin 50.2.2-ci maddəsində göstərilmiş əsaslara görə (vergi orqanları tərəfindən mənbəyi bəlli məlumatlar) təyin edilmişdir. Baş İdarənin xx.xx.2024-cü il tarixli **********2670 nömrəli “X19nin həyata keçirilməsi haqqında” Qərarına əsasən sahibkarın fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən "50 QƏPİK” adlı obyektində xx.xx.2024-cü il tarixdə saat 14:02-də keçirilmiş X19 tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması (Vergi Məcəlləsinin 16.1.8-cİ maddəsinin tələbləri pozularaq, yəni obyektdə nəzarət kassa aparatı quraşdırılmaması) və obyektdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 10 (on) nəfər fiziki şəxslərlə əmək müqaviləsi bağlanılmaması faktları aşkar edilərək, nəticəsi xx.xx.2024-cü il tarixli DVX seriyalı 038199 nömrəli və xx.xx.2024-cü il tarixli DVX seriyalı 001059 nömrəli aktlarla rəsmiləşdirilmişdir. İddiaçı X19 tədbiri həyata keçirilən zaman Qərar və çıxarışla tanış olaraq imza etsə də, heç bir əsaslı səbəb göstərmədən tərtib olunmuş aktlara imza etməmişdir. İddiaçı tərəfindən Vergi Məcəlləsinin 58.7-ci maddəsində göstərilən pozuntuya təqvim ili ərzində birinci dəfə yol verildiyi müəyyən olunmuşdur. Tərtib edilmiş aktlar əsasında Baş İdarə tərəfindən xx.xx.2024-cü il tarixli **********3453 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (min) manat məbləğində, xx.xx.2024-cü il tarixli **********3604 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 20000 (iyirmi min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan Qərarlar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamələr xx.xx.2024-cü il tarixli **********960200 və **********781600 nömrəli məktublarla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir. Əmək münasibətlərinin yoxlanılması nəticəsi barədə tərtib olunmuş materialda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1-ci maddəsində (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olmasını nəzərə alaraq, materiallar "Cinayət xarakterli materialların aidiyyəti üzrə göndərilməsi Qaydaları”na uyğun olaraq xx.xx.2024-cü il tarixli **********891800 nömrəli məktubla aidiyyəti üzrə göndərilməsi təmin edilmişdir. Yoxlama materiallarına əsasən 10 nəfər işçinin hər birindən izahat alınmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli yazılı izahatında bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, massiv 1 ünvanında yerləşən “50 QƏPİK” adlı kafeni işlədir. Obyektin yeni qeydiyyatı ilə əlaqədar olaraq vergi orqanına müraciət edən X12 obyekt kodu aldıqdan sonra ona təhvil verəcək. Əgər İnarə xanım obyekt kodu ala bilməsə həmin müddətdən sonra obyekti ya özü işlədəcək, ya da digər bir şəxsə təhvil verəcək. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “X19nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2670 nömrəli qərar iddiaçıya xx.xx.2024-cü il saat 18:11-də təqdim edilmişdir, həmin saatdan əvvəl vergi orqanı nümayəndələri tərəfindən edilən bütün hərəkətlər nəzarət dövrünə aid edilə bilməz, iddiaçı tərəfindən xx.xx.2024-cü il saat 18:11-dək işçilərlə bağlanılan əmək müqaviləsi barədə bildirişlər emas sisteminə əlavə edilmişdir. Qeyd olunanlara münasibətdə bildirilir ki, xx.xx.2024-cü il tarixli **********2248 nömrəli "X19nin həyata keçirilməsi haqqında” qərarının icrası məqsədilə xx.xx.2024-cü il saat 14:30 radələrində video kamera vasitəsilə çəkiliş aparılaraq, ünvan 2 ünvanında yerləşən “50 QƏPİK” adlı obyektə daxil olunmuşdur. Həmin zaman obyektin sahibi X12 olmuş və odur ki, xx.xx.2024-cü il tarixli **********2248 nömrəli “X19nin həyata keçirilməsi haqqında” qərar X12 barəsində çıxarılmışdır. Belə ki, X12 tərəfindən vergi orqanına verilmiş “Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı” barədə ərizəsinə əsasən ünvan 2 ünvanında yerləşən “50 QƏPİK” adlı obyekt xx.xx.2024-cü il tarixdə X7 adına qeydiyyata alınmışdır. X19 tədbirinin həyata keçirilməsi zamanı obyektdə işləyən işçilərdən bir nəfər obyektin rəhbərliyinin X19 tədbirini həyata keçirən əməkdaşlar ilə telefon vasitəsilə danışmaq istədiyini bildirmiş, telefonla danışan şəxs özünün hazırda obyekti işlədən İddiaçı olduğunu və obyektə tərəf gəldiyini bildirmişdir. Telefonla danışarkən İddiaçı video çəkilişə qəti şəkildə etirazı olduğunu bildirmiş və vergi orqanının əməkdaşları tərəfindən kamera çəkilişi dayandırılmışdır. İddiaçı obyektə gəldikdən sonra obyektin X8 hələki heç bir aidiyyətinin olmadığını, obyekti özünün işlətdiyini bildirmişdir. Hansı ki, uçot-baza məlumatlarından görünür ki, ünvan 2 ünvanında yerləşən “50 QƏPİK” adlı obyekt xx.xx.2022-xx.xx.2024-cü il tarixində İddiaçı adına qeydiyyatda olmuş və İddiaçı “Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatdan çıxarılması” barədə ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdə sözügedən təsərrüfat subyekti (obyekti) qeydiyyatdan çıxarılmışdır. Lakin buna baxmayaraq, İddiaçı qanunsuz olaraq obyektdə fəaliyyətini davam etdirmiş, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçiləri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. X19 tədbiri zamanı obyektdə olan işçilər də İddiaçı işçiləri olduqlarını bildirmişlər. Bir müddət sonra İddiaçı adına xx.xx.2024-cü il tarixli **********2670 nömrəli “X19nin həyata keçirilməsi haqqında” Qərar xx.xx.2024-cü il saat 18:10-da vergi orqanının əməkdaşı tərəfindən X19 tədbiri həyata keçirilən obyektə gətirilmiş və X19 tədbirini həyata keçirən vergi orqanının əməkdaşları tərəfindən İddiaçı təqdim edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli **********2570 nömrəli “X19nin həyata keçirilməsi haqqında” Qərarın çıxarılaraq obyektə gətirilməsinədək işçiləri artıq qeydiyyata aldığını bildirmişdir. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən İddiaçı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 10 nəfər işçidən 9-u ilə (X13, X18, X14, X9, X6, X10, X15, X21 və X11 ilə) xx.xx.2024-cü il tarix, saat 15:54 - 17:08 aralığında əmək müqaviləsinin bağlandığı məlum olmuş, xx.xx.2024-cü il tarixdə də əmək müqavilələrinə xitam verilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar bir daha onu göstərir ki, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 10 nəfər işçi həqiqətən də İddiaçı işçiləri olmuş və X19 tədbiri həyata keçirilən zaman həmin şəxslərlə iddiaçı arasında əmək münasibətləri mövcud olmamışdır.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12138/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildildirilmişdir ki, qanunvericiliyə əsasən X19nin nəticələri akt ilə rəsmiləşdirilməlidir. Opeativ vergi nəzarətinin xx.xx.2024-cü ildə keçirilməsinə və həmin tarixdə tərtib edilən akta əsasən qeydiyyata alınmayan işçi sayının 0 (sıfır) kimi qeyd edilməsinə baxmayaraq, Dövlət Vergi Xidməti həmin aktı iddiaçıya oxumaq üçün təqdim etdikdən sonra həmin gün əlindən alınmış, xx.xx.2024-cü ildə isə yeni bir akt tərtib edərək İddiaçı təqdim etmiş, həmin akt ilə xx.xx.2024-cü ildə tərtib olunan aktın məzmunu üst-üstə düşmür və ümumiyyətlə, aktın 3 gün sonra tərtib olunması qanunvericiliyin müddəalarına ziddir. Həmçinin, iddiaçıya 20.000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilərək vergi məsuliyyətinə cəlb olunması qanunsuzdur. Belə ki, qanunvericilikdə, qeyd olunan pozuntulara görə 20.000 manat məbləğində sanksiya nəzərdə tutulmamışdır. Göründüyü kimi, məhkəmə sübutları tam və hərtərəfli araşdırmadan yekun qərar qəbul etmişdir. Operativ vergi nəzarət tədbiri barədə qərar qəbul olunduqdan sonra işçilərlə əmək müqaviləsi bağlanmış idi. Bu da cərimənin tətbiq edilməsi üçün əsasların olmadığını göstərir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

14. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətində qeyd olunanlara uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin edilməsini, cavabdehin nümayəndəsi Nuranə İsmayllı isə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını xahiş etdi.

15. Məhkəmə iclasında xx.xx.2024-cü ildə operativ nəzarət tədbirinin həyata keçirildiyi zaman həyata keçirilmiş videogörüntülərə tərəflərin iştrakı ilə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, videoçəkiliş İddiaçı obyektə gəldiyi vaxtadək davam etdirilmiş və orada olan işçi heyyətinin şəxsiyyəti müəyyən edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

17. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X19ni keçirmək hüquqları vardır. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 50.1-ci maddəsinə əsasən X19 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

22. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

23. İşin faktiki hallarından göründüyü kimi iddiaçı vergi ödəyicisi kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Massiv 1 (Badamdar qəs.) ev 502 ünvanda yerləşən “50 qəpik” kimi adlanan qeyriyayayış obyektini işlədir. Həmçinin, X12 da vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və onun da fəaliyyət ünvanı ünvan 3bdehin xx.xx.2024-cü il tarixli **********2670 nömrəli “X19nin həyata keçirilməsi haqqında” "50 QƏPİK” adlı obyektdə xx.xx.2024-cü il tarixdə saat 14:02-də X19 tədbiri həyata keçirilmiş və nəzarət zamanı obyektə iddiaçı tərəfindən 10 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işlərə cəlb edilməsi aşkar edilmişdir. Nəticədə hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli **********3604 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və ləğv edilməsini xahiş edir.

24. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 və Uçotunun Təşkili Baş İdarəsinə sorğu verilmişdir.

25. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 və Uçotunun Təşkili Baş İdarəsinin 26 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Baş İdarənin “X19nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2670 nömrəli qərarına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Massiv 1 ünvanında yerləşən fərdi sahibkar İddiaçı məxsus obyektdə X19 tədbiri həyata keçirilmişdir. Həmin tədbir nəticəsində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması və fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktları aşkar edilərək xx.xx.2024-cü il tarixli, DVX seriyalı 038199 və xx.xx.2024-cü il tarixli DVX seriyalı 001059 nömrəli aktlarla rəsmiləşdirilmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən həyata keçirilmiş X19 tədbiri zamanı xx.xx.2024-cü il tarixli DVX seriyalı 001059 akta əlavə edilmiş siyahıda adları göstərilən 10 nəfərin izahatı alınmışdır. Belə ki, X11 xx.xx.2024-cü il tarixli yazılı izahatında “50 QƏPİK” adlı obyektdə 20 gündür dəzgahçı olaraq işə başladığını, İddiaçı şəxsiyyət vəsiqəsini təqdim etdiyini və onunla əmək müqaviləsi bağlanıldığının bildirildiyini, əmək haqqının gündəlik 15 manat olaraq İddiaçı tərəfindən nağd şəkildə ödənildiyini, işçilərdən Nicat və Kənanı tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X21 xx.xx.2024-cü il tarixli yazılı izahatında “50 QƏPİK” adlı obyektdə 1 aydır ofisiant olaraq işlədiyini, İddiaçı şəxsiyyət vəsiqəsini təqdim etdiyini və onunla əmək müqaviləsi bağlanıldığının bildirildiyini, əmək haqqının gündəlik 15 manat olaraq İddiaçı tərəfindən nağd şəkildə ödənildiyini, işçilərdən Səməd, Anar və Ramini tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X15 xx.xx.2024-cü il tarixli yazılı izahatında “50 QƏPİK” adlı obyektdə 10 gündür qəlyançı köməkçisi olaraq işlədiyini, İddiaçı şəxsiyyət vəsiqəsini təqdim etdiyini və onunla əmək müqaviləsi bağlanıldığının bildirildiyini, əmək haqqının gündəlik 10 manat olaraq İddiaçı tərəfindən nağd şəkildə ödənildiyini, işçilərdən İlqar, Ramin və Nicatı tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X10 xx.xx.2024-cü il tarixli yazılı izahatında “50 QƏPİK” adlı obyektdə 35 gündür qəlyançı olaraq işlədiyini, İddiaçı şəxsiyyət vəsiqəsini təqdim etdiyini və onunla əmək müqaviləsi bağlanıldığının bildirildiyini, əmək haqqının gündəlik 12 manat olaraq İddiaçı tərəfindən nağd şəkildə ödənildiyini, işçilərdən Əfsanə, Ramin və Muradı tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X5 xx.xx.2024-cü il tarixli yazılı izahatında "50 QƏPİK" adlı obyektdə 6-7 aydır ki, ofisiant olaraq işlədiyini, İddiaçı şəxsiyyət vəsiqəsini təqdim etdiyini və onunla əmək müqaviləsi bağlanıldığının bildirildiyini, əmək haqqının gündəlik 15 manat olaraq İddiaçı tərəfindən nağd şəkildə ödənildiyini, işçilərdən Ramin və Fazili tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X6 xx.xx.2024-cü il tarixli yazılı izahatında “50 QƏPİK” adlı obyektdə 15 gündür ki, aşbaz olaraq işlədiyini, İddiaçı şəxsiyyət vəsiqəsini təqdim etdiyini və onunla əmək müqaviləsi bağlanıldığının bildirildiyini, əmək haqqının gündəlik 20 manat olaraq İddiaçı tərəfindən nağd şəkildə ödənildiyini, işçilərdən Günay vəTəranəni tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X9 xx.xx.2024-cü il tarixli yazılı izahatında “50 QƏPİK” adlı obyektdə 10 gündür ki, aşbaz köməkçisi olaraq işlədiyini, İddiaçı şəxsiyyət vəsiqəsini təqdim etdiyini və onunla əmək müqaviləsi bağlanıldığının bildirildiyini, əmək haqqının gündəlik 20 manat olaraq İddiaçı tərəfindən nağd şəkildə ödənildiyini, işçilərdən Təranə və Raziyyəni tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X14 xx.xx.2024-cü il tarixli yazılı izahatında “50 QƏPİK” adlı obyektdə 10 gündür ki, qabyuyan olaraq işlədiyini, İddiaçı şəxsiyyət vəsiqəsini təqdim etdiyini və onunla əmək müqaviləsi bağlanıldığının bildirildiyini, əmək haqqının gündəlik 15 manat olaraq İddiaçı tərəfindən nağd şəkildə ödənildiyini, işçilərdən Günay və Raziyyəni tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X18 xx.xx.2024-cü il tarixli yazılı izahatında “50 QƏPİK” adlı obyektdə 20 gündür ki, fəhlə olaraq işlədiyini, İddiaçı şəxsiyyət vəsiqəsini təqdim etdiyini və onunla əmək müqaviləsi bağlanıldığının bildirildiyini, əmək haqqının gündəlik 15 manat olaraq İddiaçı tərəfindən nağd şəkildə ödənildiyini, işçilərdən İlqar, Nicat və Anan tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X13 xx.xx.2024-cü il tarixli yazılı izahatında “50 QƏPİK” adlı obyektdə 15 gündür ki, ofisiant olaraq işlədiyini, İddiaçı şəxsiyyət vəsiqəsini təqdim etdiyini və onunla əmək müqaviləsi bağlanıldığının bildirildiyini, əmək haqqının gündəlik 15 manat olaraq İddiaçı tərəfindən nağd şəkildə ödənildiyini, işçilərdən Nicat və Kənanı tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir.

27. Göründüyü kimi, operativ yoxlama tədbirinin keçirilməsi barədə reyesterə məlumat daxil olan vaxt İddiaçı işçiləri ilə əmək müqaviləsi bağlanmamışdır. Belə ki, vergi əməkdaşları xx.xx.2024-cü ildə plandankənar vergi yoxlaması həyata keçirməsi məqsədi ilə obyektə gəlmişlər və orada çalışan əməkdaşlardan izahat almışlar. Nəzarət tədbiri zamanı videoçəkilişdən istifadə olunsa da, İddiaçı etirazından sonra çəkiliş dayandırılmışdır. İşçilərdən alınan izahatlardan məlum olmuşdur ki, onlar həmin obyektdə 15 gündən artıqdır ki, işləyirlər və buna günə günəmuzd əmək haqqı almışlar. Vergi orqanı tərəfindən İddiaçı işçilərlə bağlanmış əmək müqavilələri tələb edilmiş və həmin əmək müqavilələri vergi əməkdaşlarına xx.xx.2024-cü ildə təqdim edilmişdir. Əmək müqavilələrinə nəzərə saldıqda müqavilələrin bağlanma tarixlərinin 22.05xx.xx.2024-cü illəri əhatə etdiyinin müəyyən olunur. Həmin əmək müqavilələrinə bir gün sonra xitam verilməsi haqqında məlumat EMAS sisteminə əlavə edilmişdir. İddiaçının vəkili əmək müqavilələrinə xitam verilməsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü ildə obyekt əsl sahibi olan İnarə xanımın adına qeydiyyata alınmışdır. İddiaçı həmin vaxt obyekti işlətmirdi. Lakin cavabdeh təşkilatın nümayəndələri buna məhəl qoymadan xx.xx.2024-cü ildə akt tərtib etmişdirlər.

28. Vergi ödəyicisinin gətirdiyi arqumentlər ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18:11-dək işçilərlə bağlanmış əmək müqaviləsi barədə bildirişlər EMAS sisteminə əlavə edildiyinə görə X19nin keçirilməsi dövrünədək vergi qanunvericiliyinin pozulması halları aradan qaldırılmışdır. Lakin, iddiaçının yoxlama nəzarəti həyata keçirilən gün işçilərlə əmək müqqaviləsi bağlaması, yoxlama keçirilən günə qədər həmin işçilərin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi faktını aradan qaldırmır. Belə ki, iddiaçı öz iddia ərizəsində operativ vergi nəzarət tədbirinin xx.xx.2024-cü ildə saat 14:02-də keçirilməsini və operativ vergi tədbiri haqqında qərarın ona həmin gün saat 18:11-də təqdim edilməsini bildirmiş, ona görədə göstərilən hərəkətlərin həmin saatdan sonra aşkar ediləcəyi tədqirdə əsaslı olmasına dəlalət etmişdir. Məhkəmə gətiriən arqumentlə razılaşmır. Belə ki, vergi xidmətinin yoxlama aparılan zaman xx.xx.2024-cü il tarixli X19nin həyata keçirilməsi haqqında qərarın vergi ödəicisinə saat 18:11-də təqdim edilməsi həmin saata qədər qeyd olunan qərarın mövcud olmamasına dəlalət edə bilməz.

29. Gizli çəkilişlə bağlı vergi ödəyicisinin gətirdiyi arqumentə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, çəkiliş aparılması ilə bağlı həyata keçirilən pozuntu həmin pozuntunu həyata keçirən vergi məmurunun intizam məsulliyətinə cəlb edilməsi üçün əsasdır.

30. Məhkəmə kollegiyası hesab edir ki, həmin şəxslərlə əlaqədar iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi əsaslıdır.

31. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

32. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

33. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12138/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12138/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali X1 verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar