Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-886/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X10 (fərdi qaydada fəaliyyət göstərən vəkil), Cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrinin İdarəetmə Birliyinin 1 №-li Şəhər Poliklinikasının nümayəndəsi və vəkili X8 (Bakı şəhəri 18 saylı Vəkil Bürosu), nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1961-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrinin İdarəetmə Birliyinin 1 №-li Şəhər Poliklinikasına qarşı “iddiaçının övladının ölümü haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5353/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 06.07.2020-ci il tarixdə cavabdehlər Bakı şəhəri Baş Səhiyyə İdarəsinə və Bakı şəhəri Səbail rayonu 1 saylı Şəhər Poliklinikasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X6 4 may 2020-ci il tarixində vəfat etməsi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçının övladı X13 23 mart 1986-cı il tarixdə doğulmuşdur. Doğulduğu vaxtdan məruz qaldığı psixi xəstəliyinə görə 1992-ci ildən Bakı şəhəri X18 Dispanserində qeydiyyatda olmuşdur. 2001-ci ildə müvafiq yaşa çatması ilə əlaqədar onun qeydiyyatı Bakı Şəhər Ruhi X5 keçirilmişdir . Bu zaman tərtib edilmiş 23 mart 2001-ci il tarixli epiqrizdə (xəstəlik tarixçəsindən çıxarışda) qoyulmuş diaqnoz bir daha təsdiq edilmişdir. 2001-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı X4 Əmircanovla bağlı Ambulator Məhkəmə-Psixiatriya Ekspertizası keçirilmiş və 27 noyabr 2001-ci il tarixli, 698 №-li rəy verilmişdir. O, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2 1970/01 №-li iş üzrə 28 dekabr 2001-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 07 fevral 2002-ci il tarixli, 64 nömrəli Sərəncamı ilə iddiaçı X7 himayəçisi təyin edilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının 21 sentyabr 2006-cı il tarixli, 522 nömrəli müayinə aktına əsasən verilmiş arayışdan görünür ki, Rəşid Əmircanova müddətsiz 1-ci qrup əlillik dərəcəsi müəyyən edilmişdir. 4 may 2020-ci il tarixdə o, yuxarıda göstərilən xəstəliyin doğurduğu səbəblər nəticəsində vəfat etmişdir və bu hal Təcili və X12 Stansiyasının həkimi M.Əkbərov tərəfindən tərtib edilmiş 4 may 2020-ci il tarixli, 0728 №-li “ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndə təsdiq edilmişdir. Bakı şəhəri Nəsimi rayon prokurorunun böyük köməkçisi tərəfindən 17 may 2020-ci il tarixində X6 yaşadığı mənzildə ölməsi ilə əlaqədar toplanmış 173-C-20 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı 5 iyun 2020-ci il tarixdə 1 saylı Şəhər X1 ölüm hadisəsini təsdiq edən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. 1 saylı Şəhər Poliklinikasının 5 iyun 2020-ci il tarixli, 479 saylı cavab məktubu ilə “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən imtina edilmişdir. Hazırda ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsindən “ölüm haqqında şəhadətnamə”nin alınmasında çətinlik yaranmışdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.1-ci bəndində göstərilmişdir ki, «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 39 və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və Qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin Qaydanın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə” mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik, stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5353/2020 nömrəli qərardadı ilə iddia cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsinə münasibətdə mümkün sayılmamışdır. Qərardaddan apellyasiya şikayəti verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5353/2020 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, İddiaçı mərhum övladı 23 mart 1986-cı il tarixdə doğulmuş X6 vəfatı ilə əlaqədar “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Səbail rayonu 1 saylı Şəhər Poliklinikasının üzərinə qoyulması qərara alınmışdır. 14.12.2020-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5353/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmircanov Rəşid 1 saylı şəhər poliklinikasında qeydiyyatda olmadığından ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunması haqlı qərar olmuşdur. Eyni zamanda onun hansı səbəbdən 1-ci qrup əlillik dərəcəsinin doğurduğu xəstəlikdənmi yoxsa hər hansı səbəbdən ölməsi məlum deyildir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili və cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdilər. Əlavə olaraq apellyasiya şikayətinin təmin olunmaması üçün iki əsasın olduğunu, Birinci əsas kimi 1 saylı Bakı şəhər Poliklinikasının inzibati orqan olmadığını, hüquqi şəxs olduğunu, bu tip iddianın mülki mühakimə icraatı qaydasında qaldırılmalı olduğunu və rayon şəhər məhkəməsində baxılmalı olduğunu, Bakı İnzibati Məhkəməsinin iddia tələbini qəbul etməsinin və mahiyyəti üzrə baxmasının prosessual pozuntu olduğunu, ikinci əsas kimi həmin şəxsin 2006-cı ildə əlilliyinin digər poliklinika tərəfindən təsdiq olunduğunu və o əlillik aldığını, şəxsin digər poliklinikada qeydiyyatda olduğunu, belə olan halda şəxsin ölüm haqqında şəhadətnaməsinin qeydiyyatda olduğu poliklinika tərəfindən verilməli olduğunu bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5353/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan : - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1970/01 saylı, 28 dekabr 2001-ci il tarixli qətnaməsi ilə (hakim G.F.Tağızadə) 23 mart 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 7 fevral 2002-ci il tarixli, 64 nömrəli sərəncamı ilə İddiaçı Ramazan qızı X6 himayəçisi təyin edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Psixiatriya Xəstəxanasının 27 noyabr 2001-ci il tarixli, 698 saylı rəyində qeyd olunmuşdur ki, X13 “öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu surətdə idarə etmək qabiliyyətinə malik deyil, buna görə də onu faəliyyət qabiliyyəti olmayan hesab etmək lazımdır”. - Bakı şəhəri Səbail rayonu 1 saylı Şəhər Poliklinikası tərəfindən X13 barəsində aşağıdakı məzmunda qısa epiqriz verilmişdir: - X13 1 saylı Şəhər Poliklinikasında ambulator qeydiyyatda olmayıb, xəstəliklə əlaqədar müraciət daxil olmadığından, ölümə səbəb verilmir. - Bakı şəhəri Nəsimi rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri Elşən Məmmədovun qəbul etdiyi 17 may 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən X6 yaşadığı mənzildə ölməsi ilə əlaqədar toplanmış 173-c-20 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, iddiaçının mərhum oğlu Rəşid Əmircanov anadangəlmə ensefalopatiya hipertenziya və qıcolma xəstəliyindən əziyyət çəkmiş və bununla bağlı Bakı şəhər 1 saylı poliklinikada qeydiyyatda olmuşdur. Oğlunun ölümünə xəstəliyi səbəb olmuş və onun həyatına qəsd edilməmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən patoloji-anotomik yarmanın aparılmasının məcburi hesab edildiyi hallar zorakı ölüm barəsində şübhə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar olmadıqda, ölənin ailə üzvlərinin qohumlarının və ya qanuni nümayəndlərinin rəsmi xahişi ilə patoloji-anotomik müayinə aparılmaya bilər. X6 xəstəliyi nəticəsində ölməsi və onun ölməsində cinayət hadisəsinin olmaması müəyyən edildiyindən, toplamış material üzrə cinayət işinin başlanması rədd edilməlidir. - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş SER TSE-01 024648 nömrəli arayışın surətindən görünür ki, 1986-cı il təvəllüdlü X13 uşaqlıqdan birinci qrup əlil olmuşdur. -MediClub Medical Service Company şirkətinin md_129866 nömrəli, 03.05.2020-ci il tarixli təcili tibbi yardımın qeydiyyat vərəqəsinə (H.Q.Rüstəmov tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, şikayətlər-xəstə huşsuzdur, ətraflarda qıcolma qeyd edilir, xırıltılı nəfəs alır, yaxınlarının bildirməsinə görə bir saatdan çoxdur ki, bu vəziyyətdədir, ümumi halı-ağırdır, hərarəti-38. - Təcili və X12 Stansiyasının Ölüm haqqında 04.05.2020-ci il tarixli, 0728 nömrəli Xəbərdarlıq vərəqəsinə (həkim M.Əkbərov və tibb bacısı K.Burcəliyeva tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, xəstənin yanına gəlmə vaxtı-08 saat 24 dəqiqə, ünvan-D.Əliyeva 251a, mənzil 13, xəstənin S.A.A-X15, yaşı-34, həkim yanında ölüm. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 1 nömrəli şəhər poliklinikasının 28.07.2020-ci il tarixli, 137 nömrəli məktubuna (baş həkim K.T.Cabarova tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, D.Əliyeva 251a mənzil 13-də qeydiyyatda olan 23.03.1986-cı il təvəllüdlü X13 1 nömrəli şəhər poliklinikasında ambulator qeydiyyatda deyil və hər hansı xəstəliklə əlaqədar müraciəti olmayıb. Ölüm şəhadətnaməsinin verilməsində ölümün səbəbi diaqnozu barəsində hər hansı məlumatları yoxdur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»na görə : - (8.1-ci bənd) Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır; - (8.5-ci bənd) Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 iyul 2015-ci il tarixli 52 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair Təlimat”a əsasən: - (2-ci bənd) Ölüm haqqında tibbi şəhadətnamə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələri, stamotoloi istisna olmaqla, mülkiyyət formasından asılı olmayaraq bütün stasionar və ya sanator-kurort müalicəsi aparan tibb müəssisələri və patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. İnsanın ölüm anını tibb işçisi təsdiq edir; - (3-cü bənd) Ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X12 Stansiyasının həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsinə qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu Təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir. Yaşayış yerində zorakı ölüm barəsində şübhə olduqda, həmçinin ölüm hadisəsi ictimai yerlərdə, küçələrdə və s. qeyri-yaşayış yerlərində baş veribsə TTTYS-in həkimi hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir; - (4-cü bənd) Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu yerdə yaşamadığı halda isə, faktiki yaşadığı ərazi üzrə ambulator tibb müssisəsi tərəfindən verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqqında» 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 9.1-ci bəndində aşağıdakılar qeyd olunmuşdur: - «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 39 və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik, stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. İş materiallarından göründüyü kimi 1986-cı il təvəllüdlü X6 ölümü ilə əlaqədar AR Səhiyyə Nazirliyinin Təcili və X12 Stansiyasının həkimi tərəfindən 4 may 2020-ci il tarixdə “Xəbərdarlıq vərəqəsi” tərtib edilmiş, eləcə də hadisə ilə əlaqədar aidiyyəti hüquqmühafizə orqanının cinayət hadisəsinin baş verməməsini müəyyən etmiş müvafiq qərarı mövcuddur. İşdə olan digər sənədlərlə isə, adıçəkilən şəxsin fəaliyyət qabiliyyətsiz olması təsdiqlənir və tibbi kartının surətinin müvafiq tibb müəssisəsində saxlandığı təkzib olunmur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Bakı şəhəri Səbail rayonu 1 saylı Şəhər Poliklinikası İddiaçı mərhum övladı 23 mart 1986-cı il tarixdə doğulmuş X6 vəfatı ilə əlaqədar “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən imtinası əsassız və qanunsuz olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5353/2020 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrinin İdarəetmə Birliyinin 1 №-li Şəhər Poliklinikasının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5353/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-886/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-886/2021
04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver