Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-888/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12996/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı barəsində əlilliyin təyin olunmasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli əlil və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə dair cavabına əsasən diaqnozu əlillik əlaməti təyin etməməsi səbəbindən və ya müalicə olunmağı zərurəti ilə əlilliyin əlamətləri müəyyən olunmadığından imtina olunmuşdur. Diaqnoz oynaqların kontrakturası, sağ diz oynağında posttravmatik açıcı bükücü kəskin kontraktura, sol diz oynağında açıcı kontraktura, ətrafların digər qazınılma deformasiyaları, sağ diz oynağının qüsurlu fıbro, ankilozu, sağ baldırın, pəncənin varus deformasiyası kəskin ağrı sindromu ilə müəyyən olunmuşdur. Lakin xəstəliyinə dair ətraflı məlumat əks olunmamışdır. Diaqnozları M17.2, M24.5, M24.6, M62.5, M80, M41, M42, M54.1, G54.1, R26, R26.8 və digər xəstəlikləri mövcuddur. Göstərilənlərə əsasən hesab edir ki, əlilliyin təyin olunması Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-12996/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı barəsində əlilliyin təyin olunmasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini «qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi» kimi dəyişdirmişdir. İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Oynaqların kontrakturası, Sağ diz oynağında posttravmatik açıcı-bükücü kəskin kontraktura, sol diz oynağında açıcı kontraktura. Ətrafların digər qazınılma deformasiyaları, Sağ diz oynağının qüsurlu fibroz ankilozu. Sağ baldırın, pəncənin varus deformasiyası kəskin ağrı sindromu ilə. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Birinci instansiya məhkəməsində sözügedən mübahisəyə dair öz münasibətini bildirmək üçün xüsusi biliklərə malik həkim-mütəxəssisin etirazında qeyd edilmişdir ki, - «diaqnoz sağ diz oynağının post-travmatik açıcı-bükücü kəskin kontraktura, sağ diz oynağının fibroz ankilozu qeyd olunub. Deməli, vətəndaş xəstəliklə bağlı 2017-ci ildən ümumi xəstəlik ilə əlillik almışdır. Vətəndaşın problemi diz oynağındadır. Belə ki, onun problemi diz oynağının bağ aparatı ilə əlaqədardır. Ankiloz diz oynağının hərəkət etməməsi, oynağın birləşməsi deməkdir. Vətəndaşın müayinəsi zamanı ankiloz müəyyən olunmayıb, kəskin hərəkət məhdudluğu müəyyən olunmuşdur. Nazirlər Kabinetinin 187 nömrəli qərarında qeyd olunmuşdur ki, diz oynağının funksional yararsız vəziyyətdə ankilozuna 80% müddətsiz əlillik təyinatı aparılır. Normalda diz oynağının 15-35 dərəcə duruşu yararlı vəziyyəti bildirir. 30-35-dən yuxarı vəziyyətdə duruşu isə yararsız vəziyyəti bildirir. İddiaçıda isə hal-hazırda tam yararlı vəziyyətdə yararlı kəskin kontraktura mövcuddur və əlillik təyinatına əsas vermir. Qeyd olunanları nəzərə alaraq, bu halda iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlillik təyinatı aparılması mümkün deyildir». Eyni zamanda hakim məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib-vermədiyini aşkara çıxarmaq məqsədilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmiş və ekspertiza təyin etməmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskression səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan əlillik altsistemindən çıxarışlardan görünür ki: - iddiaçının əlillik vəziyyəti xx.xx.2017-cı ildə qiymətləndirilmiş, səbəbi ümumi xəstəlik ilə əlaqədar, ilkin, müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Diaqnozun mətni: Budun çıxığı, Sağ bud-çanaq oynağının qazanılma çıxığı. Oynaqların kontrakturası, Sağ bud-çanaq və diz oynağının kontrakturası. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Axsamaq ilə yeriş funksiyasının mühüm dərəcədə pozulması, ağrı sindromu ilə. Aşağı ətrafın çıxığının, gərilməsinin və deformasiyasının, Sağ aşağı ətrafın 8 sm qısalığı. Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz (transmural miokard infarktı) Stenokardiyanın digər formaları, ÜİX, stabil gərginlik stenokardiyası İİİ f.s. (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik [-yi], Arterial hipertenziya İİİ dərəcə, çox yüksək əlavə risk, tez-tez hipertonik krizlərlə fəsadlaşan. Durğunluq ürək çatmamazhğı, Ürək çatmamazhğı İİİ f.s. Perikardial (qeyri-iltihabi) eksudat, Hidroperikard. Dəqiqləşdirilməmiş xroniki hepatit. Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya. Ekstrasistolik aritmiya. Digər dəqiqləşdirilmiş plevra zədələnmələri, Sol tərəfli hidrotoraks. Ağciyərin dəqiqləşdirilməmiş, kəskinləşmə ilə müşahidə olunan xroniki obstruktiv xəstəliyi. Xroniki obstruktiv bronxit. Xroniki xolesistit. - iddiaçıya xx.xx.2022-ci il tarixdə əlilliyin təyinindən imtina edilmişdir. Diaqnoz: Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, Hər iki baldır sümüklərinin proksimal metafizinin sümük deffekti, qeyri-düzgün bitişmiş sınığı. TH 11 fəqərə cisminin bitişmiş kompression sınığı, pazvari deformasiyası. Oynaqların kontrakturası, Hər iki diz oynağının kontrakturası. İmtina səbəbi - Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicə müddəti yetərli deyil, əlavə ixtisaslı müalicə olunmaq məsləhət görülür. - iddiaçıya xx.xx.2022-ci il tarixdə əlilliyin təyinindən imtina edilmişdir. Diaqnoz: TH11 fəqərə cisminin bitişmiş kompresion sınığı, davamlı kökcük ağrı sindromu, yeriş funksiyasının pozulması, Hər iki bud-çanaq oynağının osteoartriti. R26.8 Hər iki aşağı ətrafın dayaq-hərəki funksiyasının pozulması, Hər iki diz oynağının kontrakturası, Sağ diz oynağının qüsurlu fibroz, ankilozu R52.2 Bel və hər iki aşağı ətrafda ağrı sindromu, Onurğanın döş hiperkifozu, Hər iki baldır sümüklərinin proksimal metafizinin sümük deffekti, qeyri-düzgün bitişmiş sınığı.(lizarov üsulu ilə osteosintezdən sonrakı vəziyyət) TH11 fəqərə cisminin bitişmiş kompresion sınığı, pazvari deformasiyası. İmtina səbəbi - Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müayinə və müalicənin davam etdirilməsi. - iddiaçıya xx.xx.2022-ci il tarixdə əlilliyin təyinindən imtina edilmişdir. Diaqnoz: Əsas diaqnoz Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sağ qamış sümüyünün proksimal nahiyəsinin deffekli sınığına (xx.xx.2021 görə “iliak qanaddan allorgat köçürmə + diz oynaq debridmanı” (xx.xx.2022-ci il) aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. İmtina səbəbi - Göndərişin natamam doldurulması - Səbəb: Ağırlaşmalar dəqiqləşdirilsin. Qeyd olunan ağırlaşmaların XBT kodları üzrə meyarlar tapılmadı. - iddiaçıya xx.xx.2022-ci il tarixdə əlilliyin təyinindən imtina edilmişdir. Diaqnoz: TH11 fəqərə cisminin bitişmiş kompresion sınığı, davamlı kökcük ağrı sindromu, yeriş funksiyasının pozulması, Hər iki bud-çanaq oynağının osteoartriti. R26.8 Hər iki aşağı ətrafın dayaq-hərəki funksiyasının pozulması, Hər iki diz oynağının kontrakturası, Sağ diz oynağının qüsurlu fibroz, ankilozu R52.2 Bel və hər iki aşağı ətrafda ağrı sindromu, Onurğanın döş hiperkifozu, Hər iki baldır sümüklərinin proksimal metafizinin sümük deffekti, qeyri-düzgün bitişmiş sınığı.(lizarov üsulu ilə osteosintezdən sonrakı vəziyyət) TH11 fəqərə cisminin bitişmiş kompresion sınığı, pazvari deformasiyası. İmtina səbəbi - Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicənin davam etdirilməsi qərarı verilmişdir. - iddiaçıya xx.xx.2023-cü il tarixdə əlilliyin təyinindən imtina edilmişdir. Diaqnoz: Oynaqların kontrakturası, Sağ diz oynağında posttravmatik açıcı bükücü kəskin kontraktura, sol diz oynağında açıcı kontraktura. Ətrafın digər qazanılma deformasiyaları, Sağ diz oynağının qüsurlu fibroz, ankilozu. Sağ baldırın, pəncənin varus deformasiyası kəskin ağrı sindromu ilə. İmtina səbəbi - Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkəmənin qərardadına əsasən İddiaçı əyani müayinə olunmuş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X3 xx.xx.2024-cü il tarixli T579/2024 saylı ekspert rəyində qeyd edilir: İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “Oynaqların kontrakturası, sağ diz oynağında posttravmatik açıcı-bükücü kəskin kontraktura, sol diz oynağında açıcı kontraktura, ətrafların digər qazanılma deformasiyaları, sağ diz oynağının qüsurlu fibroz, ankilozu. Sağ baldırın, pəncənin varus deformasiyası kəskin ağrı sindrom ilə” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu, səmərəliliyi qənaətbəxş olmuş və şəxsin əyani müayinəsində əlillik təyinatına əsas verən funksional pozuntu aşkarlanmadığından ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 №li qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrindən hər hansı birini aid etmək mümkün olmadı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə «Əlilliyin müəyyən olunması meyarları» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2017-cı ildə ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir (Diaqnoz: Budun çıxığı, Sağ bud-çanaq oynağının qazanılma çıxığı. Oynaqların kontrakturası, Sağ bud-çanaq və diz oynağının kontrakturası. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Axsamaq ilə yeriş funksiyasının mühüm dərəcədə pozulması, ağrı sindromu ilə. Aşağı ətrafın çıxığının, gərilməsinin və deformasiyasının, Sağ aşağı ətrafın 8 sm qısalığı. Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz (transmural miokard infarktı) Stenokardiyanın digər formaları, ÜİX, stabil gərginlik stenokardiyası İİİ f.s. (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik [-yi], Arterial hipertenziya İİİ dərəcə, çox yüksək əlavə risk, tez-tez hipertonik krizlərlə fəsadlaşan. Durğunluq ürək çatmamazhğı, Ürək çatmamazhğı İİİ f.s. Perikardial (qeyri-iltihabi) eksudat, Hidroperikard. Dəqiqləşdirilməmiş xroniki hepatit. Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya. Ekstrasistolik aritmiya. Digər dəqiqləşdirilmiş plevra zədələnmələri, Sol tərəfli hidrotoraks. Ağciyərin dəqiqləşdirilməmiş, kəskinləşmə ilə müşahidə olunan xroniki obstruktiv xəstəliyi. Xroniki obstruktiv bronxit. Xroniki xolesistit). Daha sonra iddiaçıya xx.xx.2022-ci il tarixdə əlavə müalicəyə ehtiyacın olması səbəbilə əlilliyin təyinindən imtina edilmişdir (Diaqnoz: Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, Hər iki baldır sümüklərinin proksimal metafizinin sümük deffekti, qeyridüzgün bitişmiş sınığı. TH 11 fəqərə cisminin bitişmiş kompression sınığı, pazvari deformasiyası. Oynaqların kontrakturası, Hər iki diz oynağının kontrakturası). Daha sonra iddiaçıya xx.xx.2022-ci il tarixdə əlavə müalicəyə ehtiyacın olması səbəbilə əlilliyin təyinindən imtina edilmişdir (Diaqnoz: TH11 fəqərə cisminin bitişmiş kompresion sınığı, davamlı kökcük ağrı sindromu, yeriş funksiyasının pozulması, Hər iki bud-çanaq oynağının osteoartriti. R26.8 Hər iki aşağı ətrafın dayaq-hərəki funksiyasının pozulması, Hər iki diz oynağının kontrakturası, Sağ diz oynağının qüsurlu fibroz, ankilozu R52.2 Bel və hər iki aşağı ətrafda ağrı sindromu, Onurğanın döş hiperkifozu, Hər iki baldır sümüklərinin proksimal metafizinin sümük deffekti, qeyri-düzgün bitişmiş sınığı.(lizarov üsulu ilə osteosintezdən sonrakı vəziyyət) TH11 fəqərə cisminin bitişmiş kompresion sınığı, pazvari deformasiyası). Daha sonra iddiaçıya xx.xx.2022-ci il tarixdə göndərişin natamam doldurulması səbəbilə əlilliyin təyinindən imtina edilmişdir (Diaqnoz: Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sağ qamış sümüyünün proksimal nahiyəsinin deffekli sınığına (xx.xx.2021 görə “iliak qanaddan allorgat köçürmə + diz oynaq debridmanı” (xx.xx.2022-ci il) aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət). Daha sonra iddiaçıya xx.xx.2022-ci il tarixdə əlavə müalicəyə ehtiyacın olması əlilliyin təyinindən imtina edilmişdir (Diaqnoz: TH11 fəqərə cisminin bitişmiş kompresion sınığı, davamlı kökcük ağrı sindromu, yeriş funksiyasının pozulması, Hər iki bud-çanaq oynağının osteoartriti. R26.8 Hər iki aşağı ətrafın dayaq-hərəki funksiyasının pozulması, Hər iki diz oynağının kontrakturası, Sağ diz oynağının qüsurlu fibroz, ankilozu R52.2 Bel və hər iki aşağı ətrafda ağrı sindromu, Onurğanın döş hiperkifozu, Hər iki baldır sümüklərinin proksimal metafizinin sümük deffekti, qeyri-düzgün bitişmiş sınığı.(lizarov üsulu ilə osteosintezdən sonrakı vəziyyət) TH11 fəqərə cisminin bitişmiş kompresion sınığı, pazvari deformasiyası). Daha sonra iddiaçıya xx.xx.2023-cü il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbilə əlilliyin təyinindən imtina edilmişdir (Diaqnoz: Oynaqların kontrakturası, Sağ diz oynağında posttravmatik açıcı bükücü kəskin kontraktura, sol diz oynağında açıcı kontraktura. Ətrafın digər qazanılma deformasiyaları, Sağ diz oynağının qüsurlu fibroz, ankilozu. Sağ baldırın, pəncənin varus deformasiyası kəskin ağrı sindromu ilə). Bununla bağlı qərarın (nəticənin) iddiaçıya nə zaman təqdim edildiyi müəyyən edilmir və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilməmişdir. Yəni qeyd edilən müddət ərzində iddiaçının mütəmadi olaraq əlilliyin təyin edilməsi ilə bağlı müraciətləri olmuş (münasibətlər davamlı xarakter daşımış), odur ki, iddiaçının qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən əlilliyin təyin olunmasını tələb etmək hüququ vardır. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5- M24.6,M25.6,M67.1,M99.0); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavə: 6.4.1.1 ... diz və bud-çanaq oynağında qarışıq, aşıq-baldır oynağında ayaqların gərilməsi ilə kontraktura; aktiv hərəkətlərin həcminin fizioloji amplitudadan (normadan) 30% azalması (1/3-i qədər); passiv hərəkətlərin fizioloji amplitudaya uyğun olması; cüzi statodinamik pozuntular, 6.4.1.2 ... bud-çanaq oynağında qarışıq kontraktura, diz və aşıq-baldır oynağında bükücü kontraktura; hərəkətlərin həcminin fizioloji amplitudadan (normadan) 50% azalması (1/2-i qədər); dayanıqlı mülayim statodinamik pozuntular, 6.4.1.3 ... diz və bud çanaq oynaqlarında qarışıq, aşıq-baldır oynağında açıcı-bükücü kontraktura; aktiv hərəkətlərin həcminin fizioloji amplitudadan (normadan) 65% azalması (2/3-i qədər); yaş və sosial vərdişlərin formalaşmasının pozulması; dayanıqlı təzahür edən statodinamik pozuntular;... 6.4.2.1 ... diz oynaqlarında qatlayıcı kontraktura, aşıq-baldır oynağında bükücü-açıcı kontraktura; pəncələrin deformasiyası, mürəkkəb hərəkətlərin çətinləşməsi; oynaqlarda hərəkətin fizioloji amplitudadan (normadan) 50% azalması (1/2-i qədər); yaş və sosial vərdişlərin mümkünlüyü; mülayim statodinamik pozuntular. Göründüyü kimi, iddiaçıya xx.xx.2017-ci ildə müddətsiz üçüncü dərəcə əlillik təyin edilsə də, daha sonra heç bir əsas olmadan cavabadeh tərəfindən bir neçə dəfə diaqnoz əlillik əlaməti təyin etməməsi və əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıda əlilliyin təyin olunmasına əsas verən qeyd olunan xəstəliklərin olmasına və həmin xəstəliklərlə bağlı illər ərzində stasionar (o cümlədən ixtisaslaşdırılmış tibb müəssisələrində) və mütəmadi olaraq ambulator müalicələrdə olmasına baxmayaraq, əlilliyin xx.xx.2022-ci il tarixdən təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan başqa, məhkəmə tərəfindən hazırki iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X3 xx.xx.2024-cü il tarixli T579/2024 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “Oynaqların kontrakturası, sağ diz oynağında posttravmatik açıcı-bükücü kəskin kontraktura, sol diz oynağında açıcı kontraktura, ətrafların digər qazanılma deformasiyaları, sağ diz oynağının qüsurlu fibroz, ankilozu. Sağ baldırın, pəncənin varus deformasiyası kəskin ağrı sindrom ilə” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının bu günədək qeyd olunan xəstəliklərlə bağlı stasionar, o cümlədən ixtisaslaşdırılmış tibb müəssisəsində (Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun arayışları iş materiallarına əlavə edilmişdir) müalicə olunmasına və diaqnozun şəxsin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilməsinə dair nəticəyə gəlməsinə baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X3 xx.xx.2024-cü il tarixli T579/2024 saylı ekspert rəyində “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrindən hər hansı birini iddiaçıya aid etməyin mümkün olmaması qeyd edilmişdir. Halbuki iddiaçı həmin xəstəliklərlə bağlı bu günədək müalicə alır, iddiaçıya xx.xx.2017-ci ildə müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilməsinə baxmayaraq, daha sonra ümumiyyətlə əlillik təyin edilməmişdir. Həmçinin qeyd olunan ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial eksperti X4 da iştirak etmişdir. İddiaçı əvvəllər də onun müayinəsi zamanı X1 iştirak etdiyini bildirmiş, cavabdehin nümayəndəsi də bu faktı təsdiq etmişdir. Lakin ekspertizanın təyin edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadında ekspertiza tədqiqatının İddiaçı müayinəsində əvvəl iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşlarının və mütəxəssislərinin (həkimlərinin) iştirakı olmadan keçirilməsi göstərilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən məhkəmənin qərardadında göstərilən tələbə əməl edilməmiş, iddiaçının müayinəsində əvvəl iştirak etmiş cavabdehin nümayəndəsi məhkəmə tibbi ekspertizasının keçirilməsində iştirak etməklə rəy verilmişdir. Göstərilənlərə əsasən iddiaçıda müəyyən edilmiş diaqnozun ona əlilliyin təyin edilməsi üçün əsas olmaması ilə bağlı qeyd olunan ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, cavabdeh tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Bu səbəbdən də cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci bəndinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci bəndinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12996/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-888/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-888/2024
25.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver