Məhkəmə qərarları › İş №2-1(103)-889/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-889/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-889/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “1985-ci ilin mart ayından 2000-ci ilin may ayınadək daxili işlər orqanında işlədiyi müddət ərzində istifadə etmədiyi əsas məzuniyyətə görə sonuncu tutduğu vəzifə və rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavələr nəzərə alınmaqla, kompensasiyanın hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Elmira Eyvaz qızı Nağıyevadan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “1985-ci ilin mart ayından 2000-ci ilin may ayınadək daxili işlər orqanında işlədiyi müddət ərzində istifadə etmədiyi əsas məzuniyyətə görə sonuncu tutduğu vəzifə və rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavələr nəzərə alınmaqla, kompensasiyanın hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1933/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 1985-ci ilin mart ayından 1993-cü ilin mart ayınadək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsində taqım komandiri vəzifəsində, 1993-cü ilin aprel ayından 2008-ci ilin may ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət X8 müxtəlif vəzifələrdə işləmişdir. X5 işlədiyi 24 il ərzində cəmi 8 il üzrə məzuniyyətdə olmuşdur. 2000-2008-ci illər üzrə məzuniyyətdə olmasa da, həmin illərin məzuniyyətinə görə kompensasiyalar ona ödənilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət X12 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçı 1999, 2005, 2006 və 2007-ci illər üzrə məzuniyyətdən istifadə etmişdir. 2000, 2001, 2002, 2003, 2004 və 2008-ci illərdə məzuniyyətdən istifadə etmədiyinə görə müvafiq kompensasiya almış və bu barədə Bakı şəhər BPİ-nin Maliyyə Plan şöbəsində müvafiq qeydiyyat aparılmışdır. 1993-1998-ci illərdə sənədlərin ləğv olunması ilə əlaqədar məzuniyyətdən istifadə edilib-edilməməsi barədə arayışın verilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, 2005-ci ilə qədər əməkdaşlar məzuniyyətə çıxarkən müavinət pulu ödənilmədiyi üçün şəxsi vərəqələrində bununla bağlı qeydiyyat aparılmamışdır. İddiaçının 1985-ci ildən 1993cü ilədək Binəqədi RPİ DYPŞ-nin taqım komandiri vəzifəsində işlədiyi müddətdə məzuniyyətdən istifadə edib-etmədiyi barədə arayışın verilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin xx xxxx 2019-cu il tarixli məktubunda qeyd edilmişdi ki, sabiq polis əməkdaşı X4 2008-ci ildə istifadə olunmayan məzuniyyətlərə görə şəxsi əmək haqqı vərəqəsində 2008-ci il üçün 408 manat, 2000 2004-cü illərə görə 2.044,5 manat pul kompensasiyası ödənilmişdir. 2005 – 2007-ci illərin məzuniyyətlərindən istifadə etmiş və ona müvafiq olaraq pul kompensasiyası ödənilmişdir. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 xx xxxx 2019-cu il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş «Polis əməkdaşının maddi və sosial təminatı ilə bağlı Qaydaları»nın müddəalarına əsasən istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə əlavə nəzərə alınmaqla hesablanaraq ödənilir. İddiaçı müraciəti ilə bağlı son xidmət yeri olan Bakı ŞBPİ-yə sorğu göndərilmişdir. Baş İdarənin xx xxxx 2019-cu tarixli 043-255-1219 nömrəli məktubu ilə İddiaçı şəxsi-hesab vərəqəsində aparılan qeydlərə əsasən 2000 – 2004-cü illərdə istifadə etmədiyi məzuniyyətlərə görə 2008-ci ildə əmək haqqına uyğun olaraq (ərzaq payı əvəzi verilən kompensasiya istisna olmaqla) ona 2.044,50 manat məbləğində pul kompensasiyası ödənildiyi bildirilmişdir. Həmçinin, 2005 – 2007-ci illərdə məzuniyyətlərdən istifadə etdiyinə görə İddiaçı müvafiq məzuniyyət müavinəti verilmişdir. Ona xidmətdən xaric olunduğu 2008-ci ildə cari ilin məzuniyyətindən istifadə etmədiyinə görə isə 408,90 manat məbləğində pul kompensasiyası ödənilmişdir. Bakı Şəhər Baş Polis İdarəsinin xx xxxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, sabiq polis əməkdaşı İddiaçı DİO-da xidmət etdiyi dövrdə 1985 – 2000-ci illər üçün nəzərdə tutulmuş bütün növ ödənişlər Bakı Şəhər Baş X6-plan şöbəsində saxlanılan şəxsi vərəqəsinə əsasən tam aparılmışdır. İddiaçı X5 xidmət müddətində istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyasının ona ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliiyə-Plan İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 027-12311X3219 saylı xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, şəxsi-hesab vərəqəsində aparılmış qeydlərə əsasən 2000-2004-cü illərdə (5 il) istifadə etmədiyi məzuniyyətlərə görə 2008-ci ildə sonuncu tutduğu vəzifəyə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla (cəmi 408.9 manat), 2044.50 manat məbləğində pul kompensasiyası ödənilmişdir. Həmçinin 2005-2007-ci illərdə məzuniyyətlərdən istifadə etdiyinə görə müvafiq məzuniyyət müavinəti verilmişdir. Xidmətdən xaric olunduğu 2008-ci ildə məzuniyyətdən istifadə etmədiyinə görə isə 408.90 manat məbləğində pul kompensasiyası ödənilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı hazırki iddia ilə müratiət edərək 1985-ci ilin mart ayından 2000-ci ilin may ayınadək daxili işlər orqanında işlədiyi müddət ərzində istifadə etmədiyi əsas məzuniyyətə görə sonuncu tutduğu vəzifə və rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavələr nəzərə alınmaqla kompensasiyanın hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdeh həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2001-ci il tarixdə qəbul olunmuş «Azərbaycan Respublikası X5 xidmət keçmə haqqında» Əsasnamənin 78-ci maddəsinə əsasən daxili işlər orqanlarının əməkdaşlarına əsas məzuniyyət 30 gün müddətinə verilir. Həmin Əsasnamənin 88-ci maddəsinə əsasən polis əməkdaşı müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq, ödənilir. O, 1985-2000-ci illərdə istifadə edilən əsas məzuniyyətlərə görə dəfələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Nazirliyin Maliyyə-Plan İdarəsinə müraciət etsə də, müxtəlif bəhanələr gətirilərək məsələnin həllindən imtina olunmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindın iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1933/2019 saylı xx xxxxxx 2019-cu qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı 1994-2000-ci illər üzrə istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın qismən, idianın qismən təmin edildiyi hissədə ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının son xidmət yeri olan Bakı şəhəri Baş Polis İdarəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən müvafiq sənədlər rəsmi olaraq tələb edilmədən, araşdırma aparılmadan və cavabdehin iştirakı təmin olunmadan iddianın qismən təmin edilməsi barədə qərar çıxarılması faktiki olaraq maddi və prosessual normaların pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə prosesində cavabdehin nümayəndəsinin iştirakı olmadığından, iddianı təkzib edən rəsmi məlumatlar mövcud olmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, 2004-cü ilə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlum qərarı yox idi. O vaxta kimi məzuniyyətə görə müavinətlər əmək haqqının tərkibində verilirdi. Bu barədə nə ərizə, nə də məzuniyyətə buraxılma barədə əmr olmuşdu. Dövlət büdcəsindən hər bir polis əməkdaşına məzuniyyət müavinətləri köçürülmüşdür. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının qismən, iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsini və həmin hissədə də iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdi ki, iddia tələbinin təmin edildiyi hissə üzrə, yəni 1994-2000-ci illərdə məzuniyyətə buraxılmamış, bu barədə nə onun müvafiq ərizəsi, nə də idarənin əmrləri olmuşdur. Həmçinin ona həmin illərə görə məzuniyyətlə bağlı müavinətlər də ödənilməmişdir. Bununla bağlı iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə cavabdeh apellyasiya şikayəti verdiyi üçün birinci instansiya məhkəməsinin qərarı iddianın cavabdehə qarşı təmin olunduğu hissədə yoxlanılır. Belə ki, məhkəmə qərarı iddianın təmin olunmadığı hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Buna görə də hazırki apellyasiya baxışının hədlərini məhkəmə qərarının iddianın təmin edildiyi hissədə qanuniliyi və əsaslılığının yoxlanılması təşkil edir. Hazırki işdən müəyyən olunur ki, iddiaçı 1985-ci ilin mart ayından 2000-ci ilin may ayınadək daxili işlər orqanında işlədiyi müddət ərzində istifadə etmədiyi əsas məzuniyyətə görə sonuncu tutduğu vəzifə və rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavələr nəzərə alınmaqla kompensasiyanın hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdeh həvalə edilməsini istəyir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının X5 xidməti dövründə 1985-2000-ci illər üzrə istifadə etmədiyi məzuniyyətlərə görə ona kompensiyanın ödənildiyi bildirilsə də, bunu təsdiq edən hər hansı sübutun məhkəməyə təqdim edilməməsinə istinad edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edildiyi hissədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə «Azərbaycan Respublikasının X5 xidmət keçmə haqqında Əsasnamə» təsdiq edilmişdir. Həmin Əsasnamənin 76-cı bəndində nəzərdə tutulmuşdur ki, daxili işlər orqanları əməkdaşları üçün əmək haqqı və digər təminatlar saxlanılmaqla aşağıdakı məzuniyyət növləri müəyyən edilir: hər il verilən əsas məzuniyyət (bundan sonra əsas məzuniyyət), qısamüddətli, xəstəliyə görə, tətilə çıxmaqla əlaqədar (müdavimlər üçün), Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrini bitirməklə əlaqədar, əlavə (xidmət illərinə, xüsusi şəraitdə vəzifələrin icrasına, əlahiddə xidmətə görə). Əsasnamənin 77-ci bəndinə əsasən daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulan digər məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Əsasnamənin 78-ci bəndinə görə əsas məzuniyyət daxili işlər orqanları əməkdaşlarına 30 təqvim günü müddətində verilir. Əsas məzuniyyət təqvim ili ərzində müvafiq cədvələ uyğun olaraq verilir. Əsasnamənin 79-cu bəndinə əsasən ümumi müddəti 40 təqvim günü və daha çox olan əsas və əlavə məzuniyyət götürmək hüququ olan daxili işlər orqanları əməkdaşlarına onların öz arzusu ilə məzuniyyət iki hissəyə bölünərək verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında» xx xxxxx 2000-ci il tarixli 73 nömrəli Qərarının 1-ci bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin polis əməkdaşına xidmət xüsusiyyətlərindən asılı olaraq, məharət dərəcəsinə, şifrlə daimi işləməyə, post-patrul xidmətində itlərlə xidmət aparanlara, itlərə qulluq və təlim keçirilməsinə, suvari-nizami hissələrdə atlara və ləvazimatlara qulluğa, ayıltma məntəqəsində işləməyə, sürücü əməkdaşlara dərəcəyə görə, xidmət sahəsi ilə əlaqədar işi gediş-gəliş xarakteri daşıyanlara gündəlik yemək xərci əvəzinə, vəzifədən azad edilərək müvəqqəti sərəncamda saxlanmaya, xidmətdən tərxis olunmaya görə, xəstəlik, təhsil, məzuniyyət vaxtı verilən əlavələr, ödənişlər və respublika qanunvericiliyində nəzərdə tutulmuş digər əlavələr, müavinətlər, ödənişlər verilir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. İşə birinci instansiya qaydasında baxılarkən müəyyən olunmuşdu ki, cavabdeh inzibati orqan iddiaçıya 1985-2000-ci illər üzrə məzuniyyətlərə görə kompensasiyanın ödənildiyini bildirsə də, bunu təsdiqləyən heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu səbəbdən apellyasiya baxışı zamanı İddiaçı 1994-cü ildən 2000-ci ilə qədər işlədiyi müddət ərzində istifadə etmədiyi əsas məzuniyyətə görə bütün haqların tam ödənilib-ödənilməməsi barədə məhkəməyə məlumat verilməsi və bu barədə müvafiq sənədlərin təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı Bakı şəhər Polis İdarəsinə xx.xx.2020-ci il tarixli sorğu məktubu göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Polis İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş sorğuya cavab məktubundan görünür ki, 2000-ci ilə qədər polis əməkdaşlarına məzuniyyət müavinətlərinin hesablanması və ödənilməsi həmin ayın əmək haqqı ilə əvəz olunurdu. İddiaçı göstərilən illərdə müvafiq qaydada ödəmələr aparılmış, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 44 nömrəli xx.xx.2008-ci il tarixli qərarına əsasən iddiaçıya 2000-2004-cü illər üşün istifadə etmədiyi məzuniyyətə görə 20044.50 manat kompensasiya ödənilmişdir. Həmçinin eyni məzmunlu sorğu məktubları xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinə də göndərilmişdir. Həmin İdarədən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş sorğuya cavab məktubundan görünür ki, 2000-ci ilə qədər polis əməkdaşlarına məzuniyyət müavinətlərinin hesablanması və ödənilməsi həmin ayın əmək haqqı ilə əvəz olunurdu. Əfqan Xamədova göstərilən illərdə müvafiq qaydada ödəmələr aparılmış, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 44 nömrəli xx.xx.2008-ci il tarixli qərarına əsasən iddiaçıya 2000-2004-cü illər üçün istifadə etmədiyi məzuniyyətə görə 20044.50 manat kompensasiya ödənilmişdir. Qeyd olunanlarla bağlı inzibati orqanlar tərəfindən yalnız müvafiq sorğulara formal cavablar verilib, bu cavab məktublarını əsaslandıran müvafiq sübutlar məhkəməyə təqdim olunmadığı üçün məhkəmə kollegiyası tərəfindən İddiaçı 1994-cü ildən 2000-ci ilə qədər işlədiyi düvrü əhatə edən şəxsi vərəqənin, həmçinin həmin dövrlərdə ona aylıq ödənilən əmək haqqı və məzuniyyət haqqları ilə bağlı təfərrüatlı arayışın təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə xx.xx.2020-ci il tarixli sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq İdarə tərəfindən bildirilmişdi ki, iddiaçının 1994-2000-ci illərə görə Bakı şəhər Baş X6-Plan şöbəsində saxlanılan şəxsi vərəqəsinə əsasən aldığı əmək haqqı və məzuniyyət müavinəti İddiaçı tam ödənilmişdir. Əməkdaşların əmək haqqı məzuniyyətlərə görə kompensasiyanın ödənilməsi barədə qeydiyyatlar onlara məzuniyyətə görə müavinət ödənildiyi ildən, yəni 2005-ci ildən aparılır. 2005-ci ildən əvvəlki illərdə isə hər ay müvafiq olaraq iş illərinin, məzuniyyət ayları da daxil olmaqla bütün növ ödənişlər verilmişdir. Belə olan halda məhkəmə kollegiyası tərəfindən İddiaçı 1994-cü ildən 2000-ci ilə qədər işlədiyi dövr üzrə məzuniyyətə çıxması ilə bağlı illər üzrə verilmiş əmrlərin, əmr kitabından çıxarışın və şəxsi vərəqənin əsillərinin, eyni zamanda onların təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə xx.xx.2020-ci il tarixli sorğu məktubu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Polis İdarəsi tərəfindən bildirilmişdi ki, iddiaçı tərəfindən 1994-2000-ci illərə görə Bakı şəhər Baş X6-Plan şöbəsində saxlanılan şəxsi vərəqəsinə əsasən aldığı əmək haqqı və məzuniyyət müavinəti İddiaçı tam ödənilmişdir. Əməkdaşların məzuniyyətə çıxması ilə bağlı tərtib edilmiş sənədlərin saxlanılması 3 il müddətinə nəzərdə tutulub və əməkdaşların şəxsi vərəqələrində məzuniyyətə görə kompensasiyanın ödənilməsi barədə qeydiyyatlar onlara məzuniyyətə görə müavinət ödənildiyi ildən, yəni 2005-ci ildən aparılır. Qeyd olunan tarixdən əvvəlki illərdə isə hər ay müvafiq iş illərinin, məzuniyyət ayları da daxil olmaqla bütün növ ödənişlər İddiaçı verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 Plan şöbəsini arayışından görünür ki, 1994-cü ilin fevral ayından 2000-ci ilin dekabr ayınadək İddiaçı məvacibi cəmi 13252116 manat məbləğində olmuşdur. Beləliklə, iş materiallarından və sorğulara cavab məktublarının məzmunundan aydın olur ki, cavabdeh inzibati orqan iddiaçıya daxili işlər orqanında xidmət ediyi 1994- 2000-ci illər üzrə ona istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiyasının ödənildiyini dəfələrlə bildirsə də, hətta bu barədə iddiaçıya məxsus şəxsi vərəqənin mövcudluğuna istinad etsə də, nəinki həmin şəxsi vərəqəni, həmçinin iddiaçının sözügedən illərdə məzuniyyətlərə göndərilməsini təsdiq edən sənədləri (iddiaçının bu barədə ərizələrini və idarənin əmrlərini) və ya həmin məzuniyyətlərə görə ona müvafiq müavinətlərin (kompensasiyaların) həqiqətən ödənildiyini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona X5 xidmət etdiyi 1994-2000-ci illər üzrə istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiyasının ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə «Azərbaycan Respublikasının X5 xidmət keçmə haqqında Əsasnamə»də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında» xx xxxxx 2000-ci il tarixli 73 nömrəli Qərarında və digər əlaqədar normativ hüquqi aktlarda DİO-nun əməkdaşlarına istifadə olunmayan məzuniyyətlərə görə kompensasiyanın hesablanıb ödənilməsinə dair müddəalar mövcud deyil. Eləcə də DİO əməkdaşları və hərbi qulluqçuların aidiyyəti orqanlarla “istifadə olunmayan məzuniyyətlərə görə kompensasiya ödənilməsi” ilə bağlı münasibətləri səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə eynilik təşkil edir. Bu halda birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, həmin oxşar münasibətlərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə» xx xxxxxx 2014-cü il tarixli 399 nömrəli Qərarının müddəalarının “analogiya” üzrə tətbiqi yolveriləndir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci hissəsinin 20-ci abzasında göstərilmişdir ki, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 121-ci maddəsinin 2-ci hissəsinə əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 iyun tarixli 281 nömrəli (Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1005-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında) Fərmanının 1.3-cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasını və məbləğini müəyyən etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair xx xxxx 2014-cü il tarixli Qərarında göstərmişdir ki, qanunla müəyyən edilmiş istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya almaq hüququ Konstitusiyadan irəli gələn pozulmuş məzuniyyət hüququnun əvəzlənməsi məqsədini daşıyır. Buna müvafiq olaraq istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya hərbi qulluqçunun statusunun saxlanılmasına görə deyil, hərbi qulluqçunun bu statusda olduğu dövrdə növbəti məzuniyyəti almaq hüququnun istifadə olunmamasına görə ödənilir. Həmin Qərarla; 1. «Hərbi qulluqçuların satusu haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin 20-ci abzasında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququ 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istehfaya buraxılmış hərbi qulluqçulara da şamil olunmuş; 2. Bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istehfaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə» xx xxxxxx 2014-cü il tarixli 399 nömrəli Qərarının 1ci bəndinə görə həqiqi hərbi xidmətdən ehtiyata və istehfaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması üçün 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək dövr əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, . . qanunverici dövlət – hakimiyyətini səmərəli həyata keçirmək üçün Konstitusiyanın 94-cü maddəsində öz əksini tapmış məsələləri tənzimləyərkən, onların ən mühüm və əsaslı xarakter daşıyan tərəflərini müəyyən etməklə artıq qanunvericilik qaydasında nizamlanmış normaları konkretləşdirmək və həyata keçirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanına qaydalar müəyyən etmək səlahiyyəti verə bilər. Konstitusiya ilə nəzərdə tutulan əsas hüquqların həyata keçirilməsi qaydasının tənzimlənməsi və ya bu hüquqların həyata keçirilməsində məhdudiyyətlərin müəyyən edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini nəzərdə tutan qanun norması aydın və dəqiq olmalıdır. Qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərin aydın və ya birmənalı olmadığına istinad etməklə şəxsin əsas hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Konstitusiyanın 149cu maddəsinin 5-ci hissəsinin məzmununa, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair xx xxxxxx 2008-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Konstitusiyaya norma və prinsiplərinə, hamılıqla qəbul edilən ümumi prinsiplərə, qanunlara və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Buna müvafiq olaraq qanunların icrası ilə əlaqədar qəbul edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin qanunun məqsədlərinə uyğun olmalı, məzmununu dəyişməməli, qanunda müəyyən edilən məsələləri tənzimləməlidir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunu və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə, nə də Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2010-cu il tarixli Fərmanı ilə hərbi qulluqçuya xidmətdə olduğu dövrün təqvim illərində növbəti məzuniyyətdən istifadə etmədikdə kompensasiya ödənilməsi hər hansı tarix (zaman, vaxt) ilə məhdudlaşdırılmamış, həmin normativ hüquqi aktlarda digər təqvim illəri üçün də istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi açıq və aydın dildə tənzimlənmiş, bu kompensasiyanın yalnız məbləği ödənilməsi qaydasının müəyyənləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə həvalə olunmuşdur. Konstitusiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli Qərarı ilə məsələyə dair verilmiş şərh də bu qənaətin qanuniliyinə dəlalət edir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.6 və 2.7-ci maddələrinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə, qanun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir. Qeyd olunanlarla məhkəmə kollegiyası razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edildiyi hissə ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1933/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1933/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Elmira Nağıyeva Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar