Məhkəmə qərarları › İş №2-1(103)-889/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-889/2025

17.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-889/2025 17.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7783/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.1982-ci tarixdən xx.xx.2000-ci il tarixə kimi mərkəzi mühasibatlıq şöbəsində inspektor vəzifəsində işlədiyi illərə görə ona dövlət qulluqçusu kimi təqaüd hesablanması öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, xx.xx.1982-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi Bakı şəhəri X3 İcraiyyə Komitəsinin təhsil şöbəsinin mərkəzləşdirilmiş mühasibatlıq şöbəsinin “inspektor” vəzifəsində işlədiyi dövrlər nəzərə alınmaqla, ona yəni, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1982ci il tarixdən 472 saylı əmrlə mərkəzi mühasibatlıq şöbəsinə inspektor vəzifəsinə işə qəbul olunmuş və orada xx.xx.2000-ci il tarixə kimi işləmişdir. O, təqaüdə çıxdıqda dövlət qulluqçusu kimi çıxmalı olduğu halda ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunmamışdır. Əslində onun 1982-ci il tarixdən işlədiyi vəzifə yəni, inspekor vəzifəsi dövlət qulluğuna aid idi. Ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etsə də, müarciəti Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təmin olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7783/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o xx.xx.1974-cü il tarixdə doldurulmuş əmək kitabçasında qeyd olunduğu kimi Xalq Təhsili Baş İdarəsi; xx.xx.1982-ci il tarixdə Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin XTBİ-nin mərkəzi mühasibatlığına inspektormüfəttiş vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli 349 №li Fərmanına və Respublika Təhsil Nazirliynin 12 iyul 2000-ci il tarixli 697 nömrəli əmrinə əsasən Bakı şəhər Baş Təhsil İdarəsinin ləğvi ilə əlaqədar AR. ƏM-nin 70-ci maddəsinin “a” bəndi ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Onun orada işi nəzarət etməkdən ibarət idi. İnspektor ümumilikdə hər hansı bir sahədə işlərin düzgün aparılması və qanunlara düzgün əməl edilməsi üzərində nəzarət edən vəzifəli şəxs nəzarətçi deməkdir. Dövlət qulluğu haqqında qanunun 14.1-ci maddəsində göstərilir ki, dövlət qulluqçusu bu Qanunla nıüəvvən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. 14.2. Siyasi və ya inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir. 14.3. Deputatlar və hakimlər dövlət qulluqçuları sayılmırlar. 1977-ci ildə qəbul edilən yeni konstitusiyayla Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti Bakı Şəhər X1raq adlandırıldı. Dövlət qulluğu haqqında qanun 2001-ci il sentyabrın 1-i qüvvəyə minib. O isə mərkəzi mühasibatlıq şöbəsində inspektor vəzifəsində xx.xx.1982-ci tarixdən xx.xx.2000-ci il tarixlərdə işləmişədir. Hələ onda bu qanun qüvvəyə minməmişdir. Tərəflərin izahatları : Məhkəmə iclasında iddiaçı apelyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlara (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əlavələr təyin edilir; 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: -(20.11.1) dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; -(20.11.2) dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. -(20.11-1) Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: (xx.xx.2018-ci il tarixədək olan dəyişikliyə qədər) 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 5 il qulluq stajı tələb olunur. Həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsində dövlət qulluğunda iş stajının hansı meyarlar əsasında qiymətləndirildiyi göstərilmişdir. Həmin maddənin (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiya) müddəalarına görə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991- ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18- dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixinədək) Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na əsasən həyata keçirilir. İşin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçı əmək pensiyası yaşına çatdığı üçün ona yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırda dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyinini arzulayır və bunu işlədiyi vəzifənin dövlət qulluğu vəzifələrinə uyğunluğu ilə əsaslandırır. İddiaçı həmin tələb ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, qeyd olunan vəzifə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrnin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmadığından həmin vəzifələr dövlət qulluğu stajına aid edilməmişdir. İddiaçının hazırkı tələbi xx.xx.1982-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi Bakı şəhəri XDS İK-nin təhsil şöbəsinin mərkəzləşdirilmiş mühasibatlıq şöbəsinin “inspektor” vəzifəsinin işlədiyi dövrlər nəzərə alınmaqla, ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və ödənilməsindən ibarətdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etdiyi 2-1(102)-1213/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, vətəndaşların hüquqi maraqlarının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğunu nəzərə alaraq həmin şəxslərin pensiya təyinatı barədə müraciət etməli olduğunu, mübahisənin həllinin isə onların işlədikləri vəzifələrin dövlət qulluğu olması ilə bağlı müvafiq aidiyyəti dövlət orqanlarından həmin dövrün dövlət qulluğu sayılması barədə rəylər alındıqda həllini tapacağı bildirilmişdir. Məhkəmə, Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qəbul etdiyi qərarın qəti olduğunu, qərarda şərh edilən göstərişlərin məcburiliyini, ayrı-ayrı vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması öhdəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzərinə qoyulmasının hakimiyyətlərin bölünməsi prinsipinə və qanunvericiliyə uyğun olmadığını nəzərə alaraq hesab edir ki, cavabdehin istinad etdiyi hallar (aidiyyəti qurumlar tərəfindən verilən müsbət rəylərin sözügedən vəzifələrin uyğunlaşdırılmasına əsas verməməsi və s.) hazırki iddianın təminini istisna etmir. Həmin qərarda Azərbaycan Respublikası Ali Məhkəməsi Dövlət İmtahan Mərkəzinin fəaliyyət sferasını göstərərək vəzifənin dövlət qulluğuna aid olub-olmamasının müəyyən edilməsi zamanı həmin publik hüquqi şəxsin rəyinin zəruriliyini diqqətə çatdırmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2024-cü il tarixli, № 9-3/2-2183/2024 saylı cavab məktubunda göstərilmişdir ki, Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır, lakin Azərbaycan SSR nazirliklərinin yanında fəaliyyət göstərmiş təşkilatlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Eyni zamanda həmin Siyahının 1.20-ci bəndində Bakı Şəhər X3nin İcraiyyə Komitəsinin aparatında və Siyahının 2.14-cü bəndində (xx.xx.1991-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövr) Bakı Şəhər X3nin (Məclisinin) İcraiyyə Komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılsa da, həmin bəndlərdə mərkəzləşdirilmiş mühasibatlıqlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Müvafiq uyğunlaşdırılma aparılmadığından 1982-2000-ci illərdə Bakı şəhəri X3 icraiyyə komitəsinin təhsil şöbəsinin mərkəzləşdirilmiş mühasibatlığında iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Əlavə olaraq Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrində İddiaçı dair hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, № 3-29-59/2-3922/2024 saylı cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.20-ci bəndində Bakı Şəhəri X3 İcraiyyə Komitəsinin Aparatında olan dövlət qulluğu vəzifələrinin adları sırasında “mərkəzləşdirilmiş maliyyə şöbəsində inspektor” vəzifəsi aşkar edilməmişdir. Beləliklə qeyd olunanlara əsasən Kollegiya bildirir ki, iddiaçının 1982-2000-ci illərdə işlədiyi Bakı şəhəri XDS İK-nin təhsil şöbəsinin mərkəzləşdirilmiş mühasibatlıq şöbəsinin “inspektor” vəzifəsi müvafiq Siyahıda dövlət qulluğu vəzifəsi kimi nəzərdə tutulmadığından, həmçinin X2 əldə olunmuş sorğuya cavab məktubunda göstərilən bu hal öz təsdiqi tapdığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Apelyasiya şikayətinin “iddiaçı ilə eyni vəzifədə işləmiş əməkdaşlara dövlət qulluqçusu kimi pensiya təyin olunmuşdur” dəlilinə münasibətdə Kollegiya ilk növbədə qeyd edir ki, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin iddiaçının izahatından məlum olur ki, həmin əməkdaşlar digər şöbənin əməkdaşları ol muşlar. Bu səbəbdəndə Kollegiya sözügedən dəlillə bağlı əlavə araşdırma aparılmasına zərurət olmadığı qənaətinə gəlir. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7783/2024 nömrəli, xx.xx.2024-cü il tarixli tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar