Məhkəmə qərarları › İş №2-1(103)-891/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-891/2020

22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-891/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “xxxxx” Qənnadı Korporasiyası Törəmə Müəssisəsinin cavabdeh Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (hazırda - Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi) qarşı (üçüncü şəxs “xxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinə (X6 “xxxxxxxxxxxxxxx”) “qərarın qismən ləğv edilməsi tələbi barədə” iddiasına dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2017-ci il tarixli qərarından (İş № 2-1(81)-3952/2017) iddiaçı “xxxxx” QK TM tərəfindən verilmiş apellyasiya şikayətinə, iddiaçı “xxxxxxxxxxxxxxx” QSC-nin cavabdeh Dövlət Komitəsinə (Əqli Mülkiyyət Agentliyinə) qarşı “qərarın hissəvi ləğv edilməsi tələbi barədə” iddiasına dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2017-ci il tarixli qərarından (İş № 2- 1(81)-3877/2017) cavabdeh Dövlət Komitəsi və iş üzrə üçüncü şəxs olan “xxxxx” QK TM tərəfindən verilmiş apellyasiya şikayətlərinə, iddiaçı “xxxxxxxxxxxxxxx” QSC-nin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2017-ci il tarixli qərarından (İş № 2-1(81)-734/2017) cavabdeh Əqli Mülkiyyət Agentliyi və iş üzrə üçüncü şəxs olan “xxxxx” QK tərəfindən verilmiş apellyasiya şikayətlərinə, iddiaçı “xxxxxxxxxxxxxxx” QSC-nin cavabdeh Əqli Mülkiyyət Agentliyinə qarşı “qərarın ləğv edilməsi tələbi barədə” iddiasına dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2018-ci il tarixli qərarından (İş № 2-1(81)-822/2018) iş üzrə üçüncü şəxs olan “xxxxx” QK tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə, “xxxxxxxxxxxxxxx” QSC-nin nümayəndəsi Nümayəndəusif oğlunun və vəkilləri X9 və X10, Əqli Mülkiyyət Agentliyinin nümayəndələri X19 və X13, “xxxxx” QK-nin nümayəndəsi və vəkili X14 iştirakları ilə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 2-1(103)-891/2020 saylı iş barədə məlumat: İddiaçı “xxxxxxxxxxxxxxx” QSC xx.xx.2017-ci il tarixdə cavabdeh Dövlət Komitəsinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X3 **********46 E-1390 saylı, xx.xx.2017-ci il tarixli (xx.xx.2017-ci il tarixdə alınmışdır) qərarının “İR 844698 saylı “KOPOBKA KOROVKA” beynəlxalq əmtəə nişanının 30-cu sinif üzrə qeydiyyatına “karamel, şirələnmiş konfetlər içi doldurma ilə, şokolad konfetlər içi doldurma ilə, vaflili konfetlər, sufle (konfetlər) istisna olmaqla xitam verilsin” göstərilməklə 30-cu sinif üzrə əmtəələrin barədə hissəsinin ləğvi “Qənnadı məmulatları, karamel, nabatlar, şokolad, şokolad məhsulları, vafli, kakaolu məhsullar, şirniyyat məhsulları” məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, HŞVDR-in xx.xx.2017-ci il tarixli 2679B/2017 saylı çıxarışla sübut olunur ki, OAO X2 “Krasny Oktyabr”, (RU) hüquqi şəxsi **********618 sayla qeydiyyatdadır. İR 844698 saylı “KOPOBKA KOROVKA” (qeydiyyat tarixi xx.xx.2004-cü il) sözlərindən ibarət əmtəə nişanının qeydiyyata alınması, o, cümlədən Azərbaycan Respublikası ərazisinə şamil edilməsi zamanı, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 5-ci maddəsinin “c” bəndinin əsasları pozulmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3877/17 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə (hakim Ş.Məmmədova) “xxxxx” QK Törəmə Müəssisəsi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. xx.xx.2017-ci il tarixdə iddiaçı “xxxxxxxxxxxxxxx” QSC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh Dövlət Komitəsinin Apellyasiya Şurasının **********46 E-1390 saylı, xx.xx.2017-ci il tarixli qərarının “İR 844698 saylı “KOPOBKA KOROVKA” beynəlxalq əmtəə nişanının 30-cu sinif üzrə qeydiyyatına “karamel, şirələnmiş konfetlər içi doldurma ilə, şokolad konfetlər içi doldurma ilə, vaflili konfetlər, sufle (konfetlər)” istisna olmaqla xitam verilsin” hissəsini ləğv edərək, “İR 844698 saylı “KOPOBKA KOROVKA” beynəlxalq əmtəə nişanının 30-cu sinif – “Qənnadı məmulatları, karamel, nabatlar, şokolad, şokolad məhsulları, vafli, kakaolu məhsullar, şirniyyat məhsulları, tortlar” əmtəələri üzrə Azərbaycan Respublikası ərazisində qüvvədə qalması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3877/17 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə (hakim Ş.Məmmədova) iddia tələbi təmin edilmiş, Standartlaşdırma Metrologiya və Patent Komitəsinin Apellyasiya şurasının **********46, E-1390 saylı, xx.xx.2017-ci il tarixli qərarının “İR 844698 saylı “KOPOBKA KOROVKA” beynəlxalq əmtəə nişanının 30-cu sinif üzrə qeydiyyatına “karamel, şirələnmiş konfetlər içi doldurma ilə, şokolad konfetlər içi doldurma ilə, vaflili konfetlər, sufle (konfetlər)” istisna olmaqla xitam verilsin” hissəsi ləğv edilərək, aşağıdakı kimi: “İR 844698 saylı “KOPOBKA KOROVKA” beynəlxalq əmtəə nişanının 30-cu sinif – “Qənnadı məmulatları, karamel , nabatlar, şokolad, şokolad məhsulları, vafli, kakaolu məhsullar, şirniyyat məhsulları, tortlar” əmtəələri üzrə Azərbaycan Respublikası ərazisində qüvvədə qalmasına dair qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Metrologiya və Patent Komitəsinə həvalə edilməsi qərara alınmışdır. xx.xx.2017-ci il tarixdə üçüncü şəxs “xxxxx” QK Törəmə Müəssisəsi apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3877/17 saylı, xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsini, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurasının “KOPOBKA KOROVKA” (İR 844698) əmtəə nişanına dair xx.xx.2017-ci il tarixli (E-1323 saylı) Qərarının aşağıdakı qaydada dəyişdirilməsini xahiş etmişdir: «İddiaçı “xxxxx” QK TM-nin tələbi tam həcmdə təmin edilsin, bununla əlaqədar Standartlaşdırma Metrologiya və Patent Komitəsinin Apellyasiya Şurasının xx.xx.2017-ci il tarixli E-1390 saylı Qərarının qət hissəsi aşağıdakı şəkildə dəyişdirilsin: 1-ci bənd üzrə - “xxxxx” QK TM-nin maraqlarının təmsil edən, patent üzrə vəkil R.K.Orucovun ƏXBT (Əmtəə və xidmətlərin beynəlxalq təsnifatı) 30, 31 və 33-cü sinif əmtəələrinə aid “KOPOBKA KOROVKA” (İR 844698) əmtəə nişanının beynəlxalq qeydiyyatının ləğv edilməsi haqqında ərizəsi əsaslandırılmış hesab edilsin və “Əmtəə nişanları haqqında....” Azərbaycan Respublikası Qanunu 30-cu maddəsi 1-ci hissəsi tamamilə təmin edilsin” 2-ci bənd aşağıdakı məzmunlu bəndlə əvəz edilsin - “Yuxarıda göstərilən əsasdan başqa ƏXBT-nin 30-cu sinif əmtəələrinə aid şirələnməmiş südlü konfetlərə dair həmin “KOPOBKA KOROVKA” (İR 844698) əmtəə nişanının qeydiyyatı da “Əmtəə nişanları ...” haqqında Azərbaycan Respublikası Qanunu 5-ci maddəsi 1-ci hissə “c” və “ə” bəndləri əsasında ləğv edilsin”. 3-cü bənd tamamilə çıxarılsın, 4-cü və 5-ci bəndlər müvafiq olaraq 3-cü və 4-cü bəndlər hesab edilsin”». Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunun norması düzgün tətbiq edilməmiş, məhkəmənin göstərdiyi dəlillər işin hallarına uyğun olmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar məhkəmə tərəfindən sübut olunmamış, maddi hüquq normaları pozulmuş və ya düzgün təfsir və tətbiq edilməmiş, məhkəmə prosesində mülki prosessual prinsiplər kobud şəkildə pozulmuşdur. xx.xx.2017-ci il tarixdə cavabdeh Dövlət Komitəsi apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3877/17 saylı xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bu apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ancaq iddiaçının mövqeyini nəzərə alaraq “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin 1-ci, 2-ci və 3-cü bəndlərinə istinad etmiş və səhv nəticəyə gəlmişdir. AZS-213-2006 standartının 26-cı səhifəsində konfetlərin adları kimi “Korovka” tipli südlü korpuslu və 27-ci səhifəsində “Korovka” tipli konfetlərin işarələri əks edilmişdir. Bu fakt onu göstərir ki, xx.xx.2016-cı il tarixə kimi Azərbaycan Respublikasında “korovka” söz işarəsi “şirələnməmiş südlü konfetlər” üzrə mühafizə olunmayan element kimi sayılmalıdır. “Korovka tipli şirələnməmiş südlü konfetlərin alınması”na dair “Rospatent” tərəfindən verilmiş bir neçə patentlər barədə məlumatlar məhkəmədə açıqlanmışdır. Yəni bu fakt onu göstərir ki, “Rospatent” əmtəə nişanını qeydiyyata aldıqda “KOPOBKA” sözü mühafizə olunan element kimi sayılır, digər tərəfdən isə üsul kimi OAO “Rot Front”a patent verərək, üsulun adını “Korovka” tipli şirələnməmiş südlü konfetlərin alınması üsulu kimi qoymuşdur. Lakin sübutlara məhkəmə qərarında heç bir qiymət verilməmişdir. İddiaçı “xxxxx” QK Törəmə Müəssisəsi cavabdeh Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə qarşı xx.xx.2017-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin Apellyasiya şurasının xx.xx.2017-ci il tarixli E-1390 saylı qərarını qismən ləğv edərək, iddiaçı “xxxxx” QK-nin iddiasını təmin edib və iş üzrə üçüncü şəxs olan X7 “xxxxxxxxxxxxxxx”-a məxsus olan İR 844698 saylı “KOPOBKA KOROVKA” beynəlxalq əmtəə nişanının 30, 31, 33 siniflər üzrə qeydiyyatına tam xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi cavabdehə müraciət edərək, üçüncü şəxsə məxsus olan “KOPOBKA KOROVKA” (İR 844698) beynəlxalq əmtəə nişanının 30, 31 və 33 sinif əmtəələr üzrə Azərbaycan Respublikasının “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanununun 5-ci maddəsinin “c” bəndini 26, 29 və 30-cu şərtlərini nəzərə alaraq qeydiyyatına vaxtından əvvəl xitam verilməsini xahiş etmişdir. Cavabdeh tərəf İR 844698 saylı “KOPOBKA KOROVKA” beynəlxalq əmtəə nişanının 30-cu sinif üzrə qeydiyyatında “karamel, şirələnmiş konfetlər içi doldurulma ilə, şokolad konfetlər içi doldurulma ilə, vaflili konfetlər, sufle (konfetlər)” hissəsində xitam verməmişdir. Halbuki, iş materiallarında “xxxxxxxxxxxxxxx” QSC tərəfindən Azərbaycan Respublikası hüdudlarında istifadə olunmasına dair hər hansı rəsmi sənəd mövcud deyildir. Belə sübutlar olmadığı üçün qeydiyyat tam ləğv edilməli idi. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddianın tam təmin olunmasını, iddiaçının tələbinin tam edilməsi ilə əlaqədar cavabdeh Dövlət Komitəsinin Apellyasiya Şurasının xx.xx.2017-ci il tarixli E-1390 saylı qərarının nəticə hissəsinin – 1-ci bəndinin «iddiaçı “xxxxx” QK TM-nin maraqlarının təmsil edən, patent üzrə vəkil R.K.Orucovun ƏXBT (Əmtəə və xidmətlərin beynəlxalq təsnifatı) 30, 31 və 33-cü sinif əmtəələrinə aid “KOPOBKA KOROVKA” (İR 844698) əmtəə nişanının beynəlxalq qeydiyyatının ləğv edilməsi haqqında ərizə əsaslandırılmış hesab edilsin və “Əmtəə nişanları haqqında....” Azərbaycan Respublikası Qanunu 30-cu maddəsi 1-ci hissəsi əsasında tamamilə təmin edilsin”, 2-ci bəndinin – “Yuxarıda göstərilən əsasdan başqa ƏXBT 30-cu sinif əmtəələrinə aid şirələnməmiş südlü konfetlərə dair həmin “KOPOBKA KOROVKA” (İR 844698) əmtəə nişanının qeydiyyatı da “ Əmtəə nişanları haqqında....” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi 1-ci hissə “c” bəndi əsasında ləğv edilsin” kimi dəyişdirilməsini, 3-cü bəndin tamamilə çıxarılmasını, 4-cü və 5-ci bəndlərin müvafiq olaraq 3-cü və 4-cü bəndlər hesab edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3952/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə (hakim E.Məmmədov) iddiaçı “xxxxxx” QK TM-nin cavabdeh Dövlət Komitəsinə qarşı iddia tələbinə dair iş üzrə verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin “Əmtəə və xidmətlərin beynəlxalq təsnifatının 30, 31 və 33-cü sinif əmtəələrinə aid “KOROBKA KOROVKA” İR 844698 əmtəə nişanının, nəinki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci hissəsi əsasında, yəni Azərbaycan Respublikası ərazisində istifadə olunması səbəbindən; həm də həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin tələblərinin qeydiyyat zamanı pozulmasına əsasən-həmin nişanın konfet növünün adı olması və onun şirələnməmiş südlü konfetlərə dair fərqləndirmə qabiliyyətinin olmaması səbəbindən-qeydiyyatının ləğv olunması” kimi icraata qəbul edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3952/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə (hakim E.Məmmədov) iddia tələbi rədd edilmişdir. xx.xx.2017-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsini, cavabdeh Dövlət Komitəsinin Apellyasiya Şurasının xx.xx.2017-ci il tarixli, E-1390 saylı qərarının qət hissəsinin – 1-ci bənd “iddiaçı “xxxxx” QK TM-nin maraqlarının təmsil edən, patent üzrə vəkil R.K.Orucovun ƏXBT 30, 31 və 33-cü sinif əmtəələrinə aid “KOPOBKA KOROVKA” (İR 844698) əmtəə nişanının beynəlxalq qeydiyyatının ləğv edilməsi haqqında ərizə əsaslandırılmış hesab edilsin və “Əmtəə nişanları haqqında....” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsi 1-ci hissəsi əsasında tamamilə təmin edilsin”, 2-ci bənd – “Yuxarıda göstərilən əsasdan başqa ƏXBT (Əmtəə və xidmətlərin beynəlxalq təsnifatı) 30-cu sinif əmtəələrinə aid şirələnmiş südlü konfetlərə dair həmin “KOPOBKA KOROVKA” (İR 844698) əmtəə nişanının qeydiyyatı da “Əmtəə nişanları haqqında....” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsi 1-ci hissə “c” bəndi əsasında ləğv edilsin” kimi dəyişdirilməsini, 3-cü bəndin tamamilə çıxarılmasını, 4-cü və 5-ci bəndlərin müvafiq olaraq 3-cü və 4-cü bəndlər hesab edilməsini xahiş etmişdir. xx.xx.2017-ci il tarixdə iş üzrə üçüncü şəxs olan “xxxxxxxxxxxxxxx” QSC-nin patent müvəkkili Nümayəndəusif oğlu apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3952/2017 saylı iş üzrə qəbul etdiyi qərarının ləğv edilərək, cavabdeh Dövlət Komitəsinin Apellyasiya Şurasının **********46 E-1390 saylı, xx.xx.2017-ci il tarixli qərarının “İR 844698” saylı “KOPOBKA KOROVKA” beynəlxalq əmtəə nişanının 30-cu sinif üzrə qeydiyyatına “karamel, şirələnmiş konfetlər içi doldurma ilə, şokolad konfetlər içi doldurma ilə, vaflili konfetlər, sufle (konfetlər)” istisna olmaqla xitam verilməsi” hissəsini ləğv edərək, “İR 844698 saylı, “KOPOBKA KOROVKA” beynəlxalq əmtəə nişanının 30-cu sinif – “Qənnadı məmulatları, karamel, nabatlar, şokolad, şokolad məhsulları, vafli, kakaolu məhsullar, şirniyyat məhsulları, tortlar” əmtəələri üzrə Azərbaycan Respublikası ərazisində qüvvədə qalması barədə qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2017-ci il tarixdə üçüncü şəxs, eyni zamanda digər iş üzrə iddiaçı “xxxxx” QK vəsatət verərək, 2-1(81)-3877/2017 (2-1(103)-2751/17) saylı və 2-1(81)-3952/2017 (2-1(103)-2712/17) saylı işlərin bir məhkəmə icraatında birləşdirilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2751/17 saylı iş üzrə xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə (hakimlər S.Hüseynov, S.Seyidova, V.Məmmədov) üçüncü şəxs “xxxxx” QK-nin vəsatəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının icraatında olan 2-1(103)-2751/17 saylı inzibati iş 2-1(103)-2712/17 saylı işlə bir icraatda birləşdirilmişdir. Daha sonra “xxxxxxxxxxxxxxx” QSC-nin nümayəndəsi apellyasiya şikayətinə əlavə təqdim etmişdir. xx.xx.2017-ci il tarixdə “xxxxx” QK TM birinci instansiya məhkəməsinin 2-1(81)-3877/2017 saylı qərarından apellyasiya şikayətinə dəqiqləşdirmə verərək, məhkəmənin mübahisələndirilən qərarı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsi və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 67.1 və 67.2 maddələrinə əsasən ləğv edilməlidir kimi gəldiyi nəticəsinin tamamilə əsassız və aşkar surətdə qanuna zidd olduğunu bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-116/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qərardadı ilə (hakimlər M.Tağızadə, Ü.Mayılov, K.Abiyeva) üçüncü şəxs “xxxxxxxxxxxxxxx” QSC-nin iddiaçı “xxxxx” QK TM-nin cavabdeh Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3952/17 saylı iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-116/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ilə (hakimlər M.Tağızadə, Ü.Mayılov, K.Abiyeva) iddiaçı “xxxxx” QK TM-nin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3952/17 saylı iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilmiş, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının “KOPOVKA KOROVKA” (İR 844698) əmtəə nişanına dair xx.xx.2017-ci il tarixli, E-1390 saylı qərarı qismən ləğv edilmiş, “xxxxx” QK TM-nin “xxxxxxxxxxxxxxx” QSC-yə məxsus “KOPOVKA KOROVKA” (İR 844698) beynəlxalq əmtəə nişanının qeydiyyatına qarşı tələbi əsaslı olduğundan tam təmin edilmiş, “KOPOVKA KOROVKA” (İR 844698) əmtəə nişanının beynəlxalq qeydiyyatına ƏXBT-nin 30-cu sinifə daxil olan əmtəələr üzrə tam həcmdə ləğv edilməsi haqqında ərizəsi əsaslandırılmış hesab edilmiş və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci hissəsi əsasında, həm də ƏXBT-nin 30-cu sinif əmtəələrinə aid şirələnməmiş südlü konfetlərə dair “KOPOVKA KOROVKA” (İR 844698) əmtəə nişanı qeydiyyatı “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci hissəsinin “c” bəndi əsasında ləğv edilmiş, cavabdeh Dövlət Komitəsinin apellyasiya şikayəti təmin edilmiş, üçüncü şəxs “xxxxx” QK TM-nin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3877/2017 saylı iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qərarı ləğv edilməklə iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçı “xxxxxxxxxxxxxxx” QSC-nin cavabdeh Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə qarşı “qərarın hissəvi ləğv edilməsi” tələbinə dair iddiası təmin olunmamışdır. xx.xx.2018-ci il tarixdə “xxxxxxxxxxxxxxx” QSC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-116/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini “İR 844698 saylı “KOPOBKA KOROVKA” beynəlxalq əmtəə nişanın 30-cu sinif – “Qənnadı məmulatları, karamel, nabatlar, şokolad, şokolad məhsulları, vaflili, kakaolu məhsulları, şirniyyat məhsulları, tortları” əmtəələri üzrə Azərbaycan Respublikası ərazisində qüvvədə qalması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi iş üzrə qəbul etdiyi 2-1(102)- 1404/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə (hakimlər X.Məmmədov, İ.Hüseynov, R.Nəbizadə) “xxxxxxxxxxxxxxx” QSC-nin kassasiya şikayəti qismən təmin etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-116/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarmışdır. İşin təkrar apellyasiya icraatı zamanı xx.xx.2018-ci il tarixdə üçüncü şəxsin nümayəndəsi mütəxəssis cəlb edilməsi, məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi, işdən müəyyən sübutların çıxarılması, hüquqi normanın təfsiri üzrə sorğu verilməsinə dair vəsatətlər vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2441/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə (hakimlər V.Ağayev, A.Nuriyeva, C.Yusifov) iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. xx.xx.2018-ci il tarixdə üçüncü şəxs kompleks məhkəmə əmtəəşünaslıq –marketoloji ekspertizanın təyin edilməsinə dair dəqiqləşdirmə vəsatəti vermişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı tərəfindən ekspert qarşısında qoyulacaq suallar barədə vəsatət təqdim edilmişdir. xx.xx.2018-ci il tarixdə 2-1(103)-2441/2018 saylı iş üzrə ekspert Natiq Pənahovun xx.xx.2018-ci il tarixli zəruri olan məlumatların təqdim olunması barədə vəsatəti məhkəməyə daxil olmuşdur. xx.xx.2019-cu il tarixdə iddiaçının vəkili tərəfindən ekspertə etiraz təqdim edilmişdir. xx.xx.2019-cu il tarixdə ekspert Natiq Pənahovun xx.xx.2018-ci il tarixli zəruri olan məlumatların təqdim olunması barədə vəsatəti məhkəməyə daxil olmuşdur. xx.xx.2019-cu il tarixdə iddiaçının vəkili istehsalçıların olması barədə, normativlərin olubolmaması barədə, sənədlərin surətlərinin verilməsi barədə və mütəxəssis rəyinə dair vəsatətlər verilmişdir. Daha sonra iddiaçının vəkili məhkəmə tərkibinə etiraz təqdim etmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-174/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə V.Ağayev, A.Nuriyeva və C.Yusifovdan ibarət məhkəmə tərkibinə edilmiş etiraz təmin edilmişdir. Eyni zamanda, iddiaçı “xxxxxxxxxxxxxxx” QSC cavabdeh Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə qarşı xx.xx.2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X3 E-1323 № **********27 saylı, xx.xx.2016-cı il tarixli qərarına xitam verilərək, ləğv edilməsini, Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin üzərinə “Madrid Razılaşması və Protokol üzrə Qaydaların (17 (5) bəndinə (Rədd qərarının təsdiqi və ya geri çağrılması) uyğun olaraq Konditerska Korporatsia “xxxxxx” şirkətinin ******* saylı “KOROVKA xxxxxx+şəkil” beynəlxalq əmtəə nişanının 30-cu sinif əmtəələri üzrə beynəlxalq qeydiyyatı son qərarın göndərilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Joint-Stock Company “xxxxxxxxxxxxxxx” (RU) şirkəti tərəfindən Dochirnie Pidpryiemstvo “X4” şirkətinin İR ******* saylı “KORİVKA + şəkil” beynəlxalq əmtəə nişanının 30-cu sinif əmtəələri üzrə beynəlxalq qeydiyyatına qarşı verilmiş xx.xx.2014-cü il tarixli Ərizə-Etiraz Azərbaycan Respublikası Sənaye Mülkiyyətlərinin Ekspertiza Mərkəzi (AzPatent) tərəfindən təmin edilmiş “X8 Qeydiyyatı X17 və Protokolu üzrə Qaydalar”-a (Qaydalar qayda 17 bölmə 3) əsasən Beynəlxalq Büroya xx.xx.2014-cü il tarixli ilkin rədd qərarı göndərilmişdir. “KOPOBKA” və ya “KOROVKA” sözlərindən ibarət nişanların növ adı kimi ümumi şəkildə istifadə olunan nişanlara çevrilməsi barədə fikirlər, “xxxxxx” Şirkətinin nümayəndəsinin və Apellyasiya Şurasının formal və əsassız mülahizəsi olub heç bir əsası yoxdur. “xxxxxxxxxxxxxxx” fabrikinin 1948-ci il üzrə illik hesabatı ilə sübut edilir ki, həmin ildə “KOPOBKA” əmtəə nişanlı məhsul istehsal edilmişdir. “Moskovskaya Pravda” qəzetindən oktyabr inqilabının 39-cu il dönümü ərəfəsində (1956-cı il) dərc olunmuş məqalə ilə sübut olunur ki, “xxxxxxxxxxxxxxx” fabriki 1956-cı ildə “KOPOBKA” əmtəə nişanlı məhsul istehsal etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5247/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə (hakim T.Əsədova) inzibati iş üzrə “xxxxx” QK TM üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2017-ci il tarixdə iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının E-1323 № **********27 saylı xx.xx.2016-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2017-ci il tarixdə cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-734/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə (hakim T.Əsədova) iddia təmin edilmiş, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının E-1323 **********27 saylı, xx.xx.2016-cı il tarixli qərarı ləğv edilmişdir. xx.xx.2017-ci il tarixdə üçüncü şəxs “xxxxx” QK TM-nin Azərbaycan Respublikasındakı rəsmi distribüteri “xxxxxxx” MMC-nin nümayəndəsi vəsatət verərək, “xxxxxxx” MMC-nin iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması, xx.xx.2017-ci il tarixli qərarın ləğv edilməsi və işə onların iştirakı ilə mahiyyəti üzrə baxılmasının bərpa edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. xx.xx.2017-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək, 1 Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-734/2017 saylı xx xxx 2017-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının 3-cü səhifəsində qeyd edilmişdir ki, “X11 öz qərarında “korovka” sözünün artıq növə çevrilməsini 4570-73 № -a, müxtəlif marketlərdən alınan “korovka” adlı konfetlərin market tərəfindən üzərinə vurulan etiketlərlə əsaslandırmışdır. Lakin Apellyasiya şurasının qərarında “müxtəlif marketlərdən alınan “korovka” adlı konfetlərin market tərəfindən üzərinə vurulan etiketlərə” heç bir istinadı mövcud deyil, yəni istinad yoxdur. Eyni zamanda qərarın 3-cü səhifəsində qeyd edilir ki, “Lakin 1993-2014cü illər ərzində Azərbaycan Respublikasının ərazisində “Dövlətlərarası standart” 4570-93”№-li və 4570-2014 №-li qüvvədə olmuşdur (Azərbaycan Respublikası 1995-ci il tarixdə həmin müqavilələrə qoşulmuşdur)”. Bu istinad qeyri-dəqiqdir. Belə ki, “Dövlətlərarası standart” “4570-93” №-li Azərbaycan Respublikası ərazisində şamil edilməmişdir. Məhkəmənin qərardad ilə “xxxxxxx” MMC-nin vəsatəti rədd edilmişdir. xx.xx.2017-ci il tarixdə “xxxxxx” QK apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi Apellyasiya Şurasının “KORİVKA xxxxxx + dizayn” (İR 1216610) əmtəə nişanına dair xx.xx.2017-ci il tarixli Qərarının ləğvi haqqında inzibati iş –“xxxxxxxxxxxxxxx” QSC-nin iddiası üzrə qərarının tamamilə ləğv edilməsini və Apellyasiya şurasının göstərilən (E-1323 saylı) qərarının qüvvədə qalmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında əks olunmuş sübutlar aşkar surətdə birtərəfli, onların mövqeyini qətiyyən təsdiqləməyən və iddiaçının dəlillərini tamamilə təkzib etməyən formada qiymətləndirilmişdir. Bu inzibati iş üzrə məhkəmə araşdırması zamanı tərəflərindən çoxsaylı izahlar verilmiş, tədqiqat üçün sənədli və maddi sübutlar təqdim edilmişdir və sorğular üçün vəsatətlər qaldırılmışdır. Bu sübutların və vəsatətlərin mühüm hissəsi məhkəmə tərəfindən ümumiyyətlə nəzərə alınmamış, məhkəmə iclasında tədqiq edilməmiş və nəticə etibarilə öz qərarında onlara heç bir hüquqi qiymət verilməmişdir. xx.xx.2017-ci il tarixdə “xxxxx” QK-nin Azərbaycan Respublikasındakı rəsmi distribütoru “xxxxxxx” MMC-nin direktoru A.H.Hacıyev (nümayəndəsi R.M.Yusifov vasitəsilə) apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadının ləğv edilməsini və iş üzrə üçüncü şəxs qismində cəlb olunmaları ilə bağlı vəsatətin təmin olunmasını xahiş etmişdir. xx.xx.2017-ci il tarixdə iddiaçı “xxxxxxxxxxxxxxx” QSC-nin apellyasiya şikayətinə etiraz təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2391/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə (hakimlər A.Nuriyeva, V.Ağayev, C.Yusifov) “xxxxxxx” MMC-nin vəsatəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. xx.xx.2017-ci il tarixdə “xxxxxxx” MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2391/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılmasından ötrü həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı kassasiya şikayətinə yazılı etiraz təqdim etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 148/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə (hakimlər İ.Dadaşov, K.Bədəlov, S.Hüseynova) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti təmin olunmamışdır. İddiaçı, xx.xx.2018-ci il tarixdə iş üzrə cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinə yazılı etiraz təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-846/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər A.Nuriyeva, V.Ağayev, C.Yusifov) cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-734/2017 saylı qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-846/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsini və kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2018-ci il tarixdə üçüncü şəxs “xxxxx” QK TM-nin nümayəndəsi vəsatət verərək, iddiaçının kassasiya şikayətinin yolverilməz hesab edilməsini və ona baxılmaqdan imtina edilməsini xahiş etmişdir. Eyni tarixdə üçüncü şəxs iddiaçının kassasiya şikayətinə yazılı etiraz təqdim etmişdir. xx.xx.2018-ci il tarixdə cavabdeh Əqli Mülkiyyət Agentliyi iddiaçının kassasiya şikayətinə yazılı etiraz təqdim etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1786/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova, Z.Quliyev, İ.Hüseynov) iddiaçı “xxxxxxxxxxxxxxx” QSC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. İşin təkrar apellyasiya icraatı zamanı üçüncü şəxsin nümayəndəsi ərizə verərək, 2-1(103)- 2441/2018 və 2-1(103)-398/2019 saylı inzibati işlərin bir icraatda birləşdirilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçının nümayəndəsi üçüncü şəxsin ərizəsinə yazılı etiraz təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-174/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə (hakimlər V.Ağayev, A.Nuriyeva, C.Yusifov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının icraatında olan 2-1(103)-398/2019 saylı inzibati iş 2- 1(103)-174/2019 saylı işlə bir icraata birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2- 1(103)-398/2019 saylı qərarı ilə (sədrlik edən E.Nağıyeva, hakimlər V.Baxışova və H.Həmidov) iş üzrə cavabdeh Əqli Mülkiyyət Agentliyinin və üçüncü şəxs “xxxxx” QK TM-nin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarından apellyasiya şikayətləri təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddiaçı “xxxxxxxxxxxxxxx” QSC-nin cavabdeh Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə qarşı “X3 № **********46 E-1390 saylı, xx.xx.2017-ci il tarixli qərarının “İR 844698 saylı “KOPOBKA KOROVKA” beynəlxalq əmtəə nişanının 30-cu sinif üzrə qeydiyyatına “karamel, şirələnmiş konfetlər içi doldurma ilə, şokolad konfetlər içi doldurma ilə, vaflili konfetlər, sufle (konfetlər)” istisna olmaqla xitam verilsin” hissəsi ləğv edilərək, aşağıdakı kimi: “İR 844698 saylı “KOPOBKA KOROVKA” beynəlxalq əmtəə nişanının 30-cu sinif – “Qənnadı məmulatları, karamel, nabatlar, şokolad, şokolad məhsulları, vafli, kakaolu məhsullar, şirniyyat məhsulları, tortlar” əmtəələri üzrə Azərbaycan Respublikası ərazisində qüvvədə qalmasına dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası təmin olunmamış, cavabdeh Əqli Mülkiyyət Agentliyinin və üçüncü şəxs “xxxxx” QK TM-nin 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarından apellyasiya şikayətləri təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-734/2017 saylı qərarı ləğv edilmiş, iddiaçı “xxxxxxxxxxxxxxx” QSC-nin cavabdeh Dövlət Komitəsinə qarşı “Dövlət Komitəsinin Apellyasiya Şurasının E-1323 № **********27, xx.xx.2016-cı il tarixli qərarının ləğv edilməsi barədə” iddiası təmin edilməmiş, iddiaçı “xxxxx” QK TM-nin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarından apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilərək, Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının “KOPOBKA KOROVKA” (İR 844698) əmtəə nişanına dair xx.xx.2017-ci il tarixli, E-1390 saylı qərarı qismən ləğv edilmiş, “xxxxx” QK TM-nin “xxxxxxxxxxxxxxx” QSC-yə məxsus “KOPOBKA KOROVKA” (İR 844698) beynəlxalq əmtəə nişanının qeydiyyatına qarşı tələbi tam təmin edilmiş, Apellyasiya Şurasının xx.xx.2017-ci il tarixli, E-1390 saylı Qərarının nəticə hissəsi aşağıdakı şəkildə dəyişdirilərək, 1-ci bənd “iddiaçı, “xxxxx” QK TM-nin maraqlarını təmsil edən, patent üzrə vəkil R.K.Orucovun ƏXBT (Əmtəə və xidmətlərin beynəlxalq təsnifatı) 30, 31 və 33-cü sinif əmtəələrinə aid “KOROVKA KOROVKA” (İR 844698) əmtəə nişanının beynəlxalq qeydiyyatının ləğv edilməsi haqqında ərizəsi əsaslandırılmış hesab edilsin və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci hissəsi əsasında tamamilə təmin edilsin” redaksiyada dəyişdirilmiş, 2-ci bənd “Yuxarıda göstərilən əsasdan başqa ƏXBT 30-cu sinif əmtəələrinə aid şirələnməmiş südlü konfetlərə dair həmin “KOROVKA KOROVKA” (İR 844698) əmtəə nişanının qeydiyyatı ləğv edilsin” məzmunlu bəndlə əvəz edilmiş, 3-cü bənd tamamilə çıxarılmış, 4-cü və 5-ci bəndlər müvafiq olaraq 3-cü və 4-cü bəndlər hesab edilsin”. Həmin qərardan iddiaçı QSC-nin verdiyi kassasiya şikayətinə əsasən inzibati işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə (İş № 2-1(102)-3028/2019) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-398/2019 saylı qərarının ləğv edilməsi, işin yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, iddiaçı “xxxxxxxxxxxxxxx” QSC-nin kassasiya şikayətinin qismən təmin olunması qərara alınmışdır. 2-1(103)-361/2020 iş barədə məlumat: İddiaçı “xxxxxxxxxxxxxxx” QSC cavabdeh Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə qarşı “Dövlət Komitəsinin Apellyasiya Şurasının **********71 E-1436 saylı, xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi barədə” iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırkı iddia Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurası tərəfindən “xxxxxx” QK TM-nin (Ukraynanın hüquqi şəxsi) tərəfindən verilmiş etiraz ərizəsinin qismən təmin olunmaqla “xxxxxxxxxxxxxxx” QSC-yə (Rusiyanın hüquqi şəxsi) aid “KOPOBKA+şəkil” ******* saylı beynəlxalq qeydiyyatının: “KOPOBKA” sözü İR ******* saylı beynəlxalq qeydiyyatında “KOPOBKA” tipli konfetlərə dair, məhz karamel, şirələnməmiş südlü konfetlər üzrə növ kimi sayılsın, “KOPOBKA” sözü əmtəə nişanın tərkibində (İR ******* saylı beynəlxalq qeydiyyat) “konfetlər” üzrə mühafizə olunmayan element kimi sayılsın” göstərilməklə üçüncü şəxslər üçün (o, cümlədən “xxxxxx” (UA)) istifadəyə imkan yaratmaq üçün qanunsuz olaraq mühafizənin məhdudlaşdırılmasından irəli gəlir. “xxxxxxxxxxxxxxx” QSC (RU), Azərbaycan Respublikası ərazisində mühafizə olunan 844698 saylı “KOPOBKA KOROVKA” və ******* saylı “KOPOBKA +şəkil” beynəlxalq əmtəə nişanlara müstəsna hüquq əsasında “xxxxxx” (UA) tərəfindən Azərbaycan Respublikası ərazisində qüvvədə olmaq üçün verilmiş ******* saylı “KORİVKA+şəkil” beynəlxalq qeydiyyatına qarşı verilmiş ərizə “Cavabdeh” ARSMP DK ekspertizası tərəfindən təmin edilmiş, xx.xx.2014-cü il tarixində ilkin rədd qərarı verilmişdir. İddia müddəti bitdikdən sonra ******* saylı beynəlxalq qeydiyyatla bağlı son rədd qərarı ARSMP DK-tərəfindən ÜƏMT (WlPO)-ya xx.xx.2015-ci ildə verilmiş, həmin son (rədd) qərarı Beynəlxalq Büro tərəfindən xx.xx.2016-cı ildə dərc edilmişdir. Mübahisə predmeti olmayan 844698 və ******* saylı beynəlxalq qeydiyyatlarla mühafizə olunan “KOPOBKA KOROVKA” və “KOPOBKA əmtəə nişanlarını “Cavabdeh” öz formal mülahizələrinə əsaslanaraq “növ” kimi qiymətləndirmiş, həmin nişanların qanunla mühafizə olduğunu tanımamış, “xxxxxx” (UA) ərizəsini təmin edərək ekspertizanın ******* saylı “KORİVKA+şəkil” beynəlxalq qeydiyyatı ilə bağlı xx.xx.2014-cü il tarixli ilkin rədd qərarını xx.xx.2016-ildə **********27, E 1323 saylı qərarla qismən ləğv etmişdir. “xxxxxxxxxxxxxxx” (RU), iddiası 1 saylı İnzibati-İqtisad məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-734/2017 saylı qərarı ilə (qərarın surəti əlavə olunur) təmin edilmiş, Apellyasiya Şurasının xx.xx.2016-cı il tarixli № **********27, E 1323 saylı qərarı ləğv edilmişdir. Qərarın qüvvəyə minməsi ******* saylı “KORİVKA+şəkil” əmtəə nişanına heç bir hüququ olmayan “xxxxxx” MMC (AZ) vasitəsi ilə məhkəmə çəkişmələri ilə uzadılır. “KORİVKA+şəkil” ******* saylı qeydiyyata ilkin rədd qərarına əsas kimi qarşı qoyulmuş, 844698 saylı (“KOPOBKA KOROVKA”) beynəlxalq qeydiyyatı sonradan “xxxxxx” (UA) tərəfindən mübahisələndirilmiş və onun tələbi “Cavabdeh”-in xx.xx.2017ci il tarixli, **********46 E-1390 qərarı ilə qismən təmin edilmişdir. “Cavabdeh” həmin qərarın təsviri hissəsində öz formal mülahizələrinə əsaslanaraq “KOPOBKA KOROVKA” işarələrini yenidən “növ” kimi qiymətləndirmiş, lakin qərarın nəticə hissəsinə aid etməmişdir. “Cavabdeh”-in xx.xx.2017-ci il tarixli, **********46 E-1390 qərarına (qərarın 2-ci bəndinə aid hissəsi) qarşı “xxxxxxxxxxxxxxx” (RU) tərəfindən Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsinə iddia verilmiş xx.xx.2017 il tarixli, 2-1(81)-3877/2017 saylı qərarı ilə onun iddia tələbi təmin edilmişdir. Eyni qərara (qərarın 2-ci bəndinə aid hissəsinə) qarşı “xxxxxx” (UA) tərəfindən verilmiş iddia üzrə Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)-3952/2017 saylı xx.xx.2017-ci il tarixli qərarla (bu məhkəmə çəkişməsində “xxxxxxxxxxxxxxx” (RU), hüquqi şəxsin mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün imkan yaradılmamıdır) – “xxxxxx” (UA) tərəfindən verilmiş iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. 1 saylı Bakı İnzibati- İqtisad Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-3877/2017 saylı və xx.xx.2017-ci il tarixli 2- 1(81)-3952/2017 saylı qərarları üzrə Bakı Apellyasiya Məhkəməsində İş № 2-1(103)-2715/17 üzrə məhkəmə çəkişmələri davam edir. “Cavabdeh”-in eyni əsaslar üzrə **********46 E-1390 saylı qərarı olduğu halda həmin qərar barədə Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli qərarlarının olması faktı əsasında “xxxxxxxxxxxxxxx” (RU) tərəfindən verilmiş Azərbaycan Respublikasının İnzibati X20 34.1.1 maddəsi -“Ərizə səlahiyyətli inzibati orqan tərəfindən aşağıdakı hallarda baxılmamış saxlanıla bilər... ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə” əsasında ******* saylı beynəlxalq qeydiyyatla qüvvədə olan “KOPOBKA+şəkil” əmtəə nişanının 30-cu sinif əmtəələri üzrə qeydiyyatına vaxtından əvvəl xitam verilməsi ilə bağlı eyni əsaslar- “Əmtəə nişanları və coğrafı göstəricilər haqqında qanunun” 5-ci, 6-cı və 29-cu maddələri üzrə verilmiş etiraz ərizəsinin baxılmamış saxlanılması barədə ərizə “Cavabdeh” tərəfindən nəzərə alınmamış, bu ərizəyə münasibət belə bildirməmişdir. Qeyd edirlər ki, “Cavabdeh”-in **********46 E-1390 saylı qərarı barədə Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-3877/2017 saylı və xx.xx.2017-ci il tarixli 2-1(81)- 3952/2017 saylı qərarları üzrə Bakı Apellyasiya Məhkəməsində (İş № 2-1(103)-2715/17 məhkəmə çəkişmələri davam etməsinə baxmayaraq xx.xx.2017-ci il tarixdə **********71 E-1436 saylı fərqli olan qərar vermişdir. “Cavabdeh”in “KOPOBKA+şəkil” əmtəə nişanının ******* saylı beynəlxalq qeydiyyatı ilə qorunan “KOPOBKA” söz işarəsinin üçüncü şəxslər üçün (o cümlədən “xxxxxx” (UA)) qeydiyyata istifadəyə imkan (şərait) yaratmaq məqsədi ilə mühafizənin məhdudlaşdırılmasının qanunsuz olduğunu əsaslandırmaq üçün “xxxxxxxxxxxxxxx” (RU) hüquqi şəxsi və onun “KOPOBKA” əmtəə nişanları ilə bağlı aşağıdakı sübutları təqdim edirlər: 1. HŞVDR-in xx.xx.2017-ci il tarixli OQRN **********618 İNN/KPP **********/770801001 saylı çıxarışla sübut olunur ki, “xxxxxxxxxxxxxxx” (RU) hüquqi şəxsi qeydiyyatdadır və fəaliyyət göstərir. Moskva vilayəti Baş Arxiv İdarəsi tərəfindən təqdim edilmiş 673 saylı xx.xx.2013-cü il tarixli arxiv arayışı və arxiv materiallarının ksero surətləri sübut kimi təqdim edilir. Sübut kimi təqdim edilmiş tarixi arayışdan görünür ki, Prussiya təbəəsi olan Ferdinant Eynem tərəfindən XİX əsrin qırxıncı illərindən əsası qoyulmuş, 1922-ci ildən “xxxxxxxxxxxxxxx” adı verilmiş və hal-hazırda fəaliyyətdə olan Rusiyanın ən qocaman qənnadı fabriklərindən biri olan “xxxxxxxxxxxxxxx” (RU) 170 ildən artıq müddətdir ki, fasiləsiz fəaliyyət göstərir. Təqdim olunan sənədli sübutlarala təsdiq olunur ki, məhz Moskva Qənnadı fabriki “xxxxxxxxxxxxxxx” tərəfindən “Konfet sexi üzrə Texnoloji qaydalar”-la “KOPOBKA” adı altında məhsula texnologiya (texniki şərt) 1948-ci ildə işlənmişdir. “xxxxxxxxxxxxxxx” fabriki “KOROVKA” adı altında məhsullar 1948-ci ildə 400 kq. olmaqla daim istehsal artmış, 1990-cı ildə 295 ton konfet məhsulu istehsal etmişdir. “xxxxxxxxxxxxxxx” tərəfindən 2003-cü il tarixdən “KOROVKA” əmtəə nişanı altında çeşidlər artırılmış, karamel istehsalına başlanmışdır. “xxxxxxxxxxxxxxx” və onun X21 qeydiyyatdan keçməklə lisenziatları “KOROVKA” əmtəə nişanı altında şokolad, vafli, vafli tortlar, biskvitlər, quru səhər yeməkləri, şokolad pastası, pryaniklər, peçenyelər kimi çeşidlər artırılmış və təqdim edilmiş kataloqdan göründüyü kimi 40-dan çox çeşiddə 4101 ton, 2016-cı ildə isə 25298.8 ton qənnadı məhsulları istehsal edilmişdir. “xxxxxxxxxxxxxxx” (RU) şirkəti Azərbaycan Respublikası ərazisində mühafizə olunan “KOROVKA +şəkil” (baza qeydiyyatı EM, xx.xx.2013, 011780021) ******* saylı beynəlxalq qeydiyyatın sahibidir və “KOROVKA” sözü bu qeydiyyatla disklamasiya olunmamış, təkcə Azərbaycan Respublikasında deyil, Bazis qeydiyyatı ilə Avropa İttifaqında (İttifaqa daxil olan bütün dövlətlərdə), Çində, Gürcüstanda, İrlandiyada, Kırqızstanda, Moldaviyada, Monqolustanda, Tacikistanda, Türkmənistanda və ABŞ-da mühafizə olunur. “xxxxxxxxxxxxxxx” Şirkəti bildirir ki, mənşə ölkəsi olaraq Rusiyada 152452, 199900, 360768, 387797, 476747, 482279, 511541 və 511542 saylı qeydiyyatlarla qüvvədə olan “KOROVKA” və ya “KOROVKA” sözlərindən ibarət olan əmtəə nişanlarına ROSPATENTİN rəsmi saytından çıxarışları təqdim edir, bu nişanlar qüvvədədir və həmin əmtəə nişanlarında “KOROVKA” və ya “KOROVKA” sözləri disklamasiya olunmamış mühafizə olunur. “Cavabdeh” iş üzrə qərarını əsaslandırmaq üçün, “xxxxxxxxxxxxxxx” (RU) hüquqi şəxsin “KOROVKA” sözündən ibarət əmtəə nişanına ilkin hüququnu sübut edən yuxarıda sadalanan sənədləri işdən kənarlaşdırmış, təhrif etmiş -“Apellyasiya şurasına təqdim edilmiş sənədlərdən görünür ki, “korovka” sözü (işarəsi) uzun müddət ərzində (1948-ci ildən başlayaraq) şəkərli qablaşdırılmış süddən hazırlanmış xüsusi şirniyyat məhsulları növü kimi qəbul etmişdir” göstərərək düzgün hüquqi qiymət verməmiş, səhv təfsir və tətbiq etmiş, səhv nəticəyə gəlmişdir. Dövlət Komitəsinin Apellyasiya Şurası qərar verərkən, israrla sübuta yetirməyə çalışmışdır ki, “KOPOBKA+şəkil” əmtəə nişanı beynəlxalq qeydiyyata alınarkən (xx.xx.2013-cü il) və Azərbaycan Respublikası ərazisinə şamil (bildiriş tarixi xx.xx.2014-cü il, ekspertizanın son tarixi xx.xx.2015-ci il) edilməsi zamanı, fərqlənmə qabiliyyəti olmamış, növ adı kimi ümumi şəkildə istifadə olunan nişanlara çevrilmişdir. Lakin, bu dəlillər işin faktiki və hüquqi təfsilatında ziddiyyət yaradır, uyğun gəlmir. Sübut kimi QOST 4570-73-(Konfetlər, Ümumi texniki şərtlər) bağlı “xxxxxxxxxxxxxxx” (RU) rəsmi sorğu məktubu ilə SSRİ Nazirlər Sovetinin Dövlət Standart Komitəsinin hüquqi varisi X15 Nizamlama və Metrologiya üzrə Federal Agentliyinə rəsmi məktubu təqdim edilir. Həmin məktubda göstərilir; “..QOST-da müxtəlif konfet adları qeyd olunur, məsələn: “Start”, “Nevskie”, “Korovka”, “Lujok”, “Zolotoy telyonok”, “Plamya”, “Raketa” və.s. Bu adlar dırnaq işarəsi ilə böyük hərflə qeyd edilib. QOST 4570-73-(Konfetlər, Ümumi texniki şərtlər) verilən yuxarıda göstərilən konfetlərin adları məhsul növünü qeyd etməsi (yəni təsviri olaraq), yoxsa sadəcə onların fantaziyalı adları olması barədə “xxxxxxxxxxxxxxx”a açıqlama verilməsi, yardım göstərilməsi ilə bağlı xahiş edir”. Sübut kimi QOST 4570-73-(Konfetlər, Ümumi texniki şərtlər)- müəllif hüquqi sahibi olan SSRİ Nazirlər Sovetinin Dövlət Standart Komitəsinin hüquqi varisi RF Texniki Nizamlama və Metrologiya üzrə Federal Agentliyinin cavab məktubu təqdim edilir. Həmin məktubda göstərilir: “Məktubda qeyd olunan şokolad konfetlərinin adlarını (“Strela”, ’’Nevskiye”, “Plamya” və digərləri) hazır məhsulun müvafiq xüsusiyyətləri ilə müəyyənləşdirmək mümkün olmadığı üçün QOST 4570-73-də verilən adlar fantaziyalıdır və təsviredici deyildirlər. “Cavabdeh” qərar verərkən “xxxxxxxxxxxxxxx” (RU) hüquqi şəxsin, hər hansı əmtəə nişanın QOST/soraq və ya resept kitabçalarına salınmasının öz-özlüyündə əmtəə nişanının fərqlənmə qabiliyyətinin itirilməsinə, növ adı kimi ümumi şəkildə istifadə olunan nişanlara çevrilməsinə sübut olmaması arqumentlərə qiymət vermir səhv edir, səhv nəticəyə gəlir. “Cavabdeh” əmtəə nişanı anlayışının Azərbaycan qanunvericiliyində (“Əmtəə nişanları haqqında” Qanun SSRİ-də 1988 ildə, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun 1998-ci ildə qüvvəyə minmişdir) nisbətən yeni anlayış olduğu barədə arqumentlərə qiymət vermir, səhv edir, səhv nəticəyə gəlir. SSRİ Nazirlər Sovetinin Dövlət Standart Komitəsinin QOST standartlarının məhsulun eləcə də, qida məhsullarının tərkibini, hazırlanma üsulunu, keyfiyyətini, texniki xassələrini xarakterizə edən normativ sənəd olmaqla, həmin sənəddə verilən fərqləndirmə qabiliyyətli, fantaziyalı sözlərdən ibarət adların adi qrammatik yazılış qaydası ilə, dırnaq işarəsi ilə, böyük hərflə başlayaraq yazılışı barədə dəlilləri qəsdən qəbul etmir, qiymət verərkən ifrata varır, səhf nəticəyə gəlir”. “Cavabdeh” qərar verərkən sübut kimi, “Azərbaycan Standartlaşdırma İnstitutu” X27 xx.xx.2017-ci il tarixli məktubuna istinad etmişdir. “QOST 4570- 73-(Konfetlər, Ümumi texniki şərtlər) dövlətlərarası standartı xx.xx.2014 il tarixdən “QOST 4570- 2014 standartı ilə əvəz olunmuş və Azərbaycan Respublikası tərəfindən səs verilmişdir. AZS213-2006 (DSTU 41354135- 2002 Konfetlər, Ümumi texniki şərtlər standartı) Azərbaycan Respublikasında xx.xx.2006-cı ildə qüvvəyə minmiş və hal-hazırda dövri yoxlama mərhələsindədir. Hər iki QOST-larda “Korovka” tipli konfetlər qeyd edilmişdir”. “Cavabdeh” hətta həmin məktuba istinad edərkən unudur ki, sonuncu “QOST 4570-2014 xx.xx.2014-cü il tarixdən əvəz olunmuş ******* saylı beynəlxalq qeydiyyatı ilə “KOROVKA+şəkil” işarəsinin bildiriş tarixi xx.xx.2014-cü il olduğu üçün ekspertizanın son tarixi xx.xx.2015-ci il tarixdir. Yəni, “KOROVKA +şəkil” əmtəə nişanının ******* saylı beynəlxalq qeydiyyatı üzrə ekspertizanın son tarixi xx.xx.2015-ci il olduğu üçün, qüvvədə olmayan QOST 4570-73- sənədinə istinad qərəzli olmaqla, səhvdir və “Cavabdeh”-in səhv nəticəyə gəlməsinə səbəbdir. Beləliklə, QOST 4570-73 və digər QOST-ların müəllif hüquqi sahibi olan SSRİ Nazirlər Sovetinin Dövlət Standart Komitəsinin hüquqi varisi RF Texniki Nizamlama və Metrologiya üzrə Federal Agentliyinin həmin QOST-larda verilən şokolad konfetlərinin adları “fantaziyalıdır və təsviredici deyildirlər” cavabı ilə ******* saylı beynəlxalq qeydiyyatla qorunan “KOROVKA” sözü bu nişana aid bütün əmtəələr, istənilən qənnadı məhsulları o, cümlədən südlü şirələnməmiş konfetlər üçün fantaziyalı söz olması və “Cavabdeh”-in “KOROVKA” sözünün mühafizədən çıxarılması qərarının əsassız və qanunsuz olması sübuta yetirilir. “xxxxxx” (UA)-nin ərizəsi və onun əsasında verilmiş “Cavabdeh”-in qərarı Azərbaycan Respublikası ərazisində qüvvədə olmayan 2 145 782; 2 229 233; 2 229 233; 2 229 234; 2 229 235; 2229 236; 2 229 237 və 2 229 238 “korovka” adlı südlü konfetin istehsal üsulu” Rusiya Federasiyası (Rospatent) tərəfindən patentlərə verilmiş hüquqi qiymət, “Cavabdeh”-in formal mülahizəsi olmaqla əsassız və qanunsuzdur. “Cavabdeh” əsassız və qanunsuz olaraq səlahiyyətinə aid olmamasına baxmayaraq “Rospatent”-in (RU) fəaliyyətini “təftiş etməyə” çalışır, öz formal mülahizələrinə əsaslanaraq düzgün hüquqi qiymət vermir, səhv nəticəyə gəlir. “xxxxxxxxxxxxxxx” (RU) bildirir ki, “Korovka” adlı südlü konfetin istehsal üsulu üzrə ixtiraların təsviri ixtiraçılar tərəfindən verilir. Həmin patentlərdə ixtiraların təsviri hissəsində verilən “Korovka” söz işarəsi üzərində sərəncam verməyə və istifadəyə Patent sahiblərinə müstəsna hüquq verilməsi Rusiya qanunvericiliyində nəzərdə tutulmur. “xxxxxxxxxxxxxxx" (RU) mənşə ölkəsi olaraq Rusiya Federasiyasında hal-hazırda 152452, 199900, 360768, 387797, 476747, 482279, 511541 və 511542 saylı qeydiyyatlarla “KOROVKA” və ya “KOROVKA” əmtəə nişanları qüvvədədir və həmin əmtəə nişanlarında “KOROVKA” və ya “KOROVKA” sözləri disklamasiya olunmamış mühafizə olunur. Yəni, həmin söz işarəsindən istifadəyə və sərəncam verməyə müstəsna hüquq Rusiya Federasiyası ərazisində “xxxxxxxxxxxxxxx”a (RU) aiddir. “xxxxxxxxxxxxxxx" (RU) Azərbaycan Respublikası ərazisində hal-hazırda “xxxxxx” (UA) tərəfindən mübahisələndirilən Beynəlxalq qeydiyyatlardan başqa “KOROVKA” və ya “KOROVKA” əmtəə nişanlarının digər beynəlxalq qeydiyyatlarınında sahibidir, həmin əmtəə nişanlarında “KOROVKA” və ya “KOROVKA” sözləri disklamasiya olunmamış mühafizə olunur. Yəni, “KOROVKA” və ya “KOROVKA” söz işarələrindən istifadəyə müstəsna hüquq Azərbaycan Respublikası ərazisində “xxxxxxxxxxxxxxx” (RU) aiddir. “xxxxxxxxxxxxxxx” (RU) tərəfindən “KOROVKA” və ya “KOROVKA” söz işarələrindən istifadəyə hüquq yalnız “ROT FRONT” (RU) hüquqi şəxsinə vermişdir, həmin məhsul qanuni olmaqla, kontrafakt məhsul deyildir. “xxxxxx” (UA) tərəfindən ticarət müəssisələrindən alınmış konfetlərin digər istehsalçılarının adına o, cümlədən “xxxxxx” (UA) Azərbaycan Respublikası ərazisində qüvvədə olan “KOROVKA” və ya “KOROVKA” adlı əmtəə nişanı yoxdur. Həmin məhsullar Azərbaycan Respublikası “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun” 34-cü maddəsinə əsasən “Əmtəə nişanları, ... və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir”- kontrafakt məhsullardır. Həmin malları satan və satışa təklif edən ticarət müəssisələri, və ya malları onlara satış üçün təqdim və ya təchiz edən müəssisələrin fəaliyyəti haqsız rəqabətdir, qanun pozuntusudur. Bu qanun pozuntularına qarşı hüquqi hərəkətlər, aparılır və gələcəkdə “xxxxxxxxxxxxxxx” (RU) tərəfindən aparılacaqdır. Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz qərarında bu qanunu səhv təfsir və tətbiq edir və qanun pozuntusuna istinad edərək ******* saylı beynəlxalq qeydiyyatla qorunan “KOROVKA” sözünü mühafizədən çıxarmaqla səhv nəticəyə gəlir. Belə ki, “Sənaye Mülkiyyətinin qorunması haqqında” Paris Konvensiyasında göstərilir: “Mənşə ölkəsində lazımı qaydada qeydiyyata alınan hər bir əmtəə nişanı İttifaqın istənilən digər ölkəsində mühafizə üçün iddia təqdim edilə bilər və bu maddədə “göstərildiyi kimi, təshih olunaraq, olduğu kimi, mühafizə olunur” (maddə 6). Bu ölkələr qeydiyyatın tam həyata keçirənə qədər mənşə ölkəsində qeydiyyatın səlahiyyətli orqan tərəfindən verilmiş şəhadətnaməsini tələb edə bilər. Belə şəhadətnamələrin leqallaşdırılması tələb edilmir. Şərh olunanlar sübut edir ki, ******* “KOROVKA +şəkil” əmtəə nişanı beynəlxalq qeydiyyata alınarkən (xx.xx.2013-cü il) və Azərbaycan Respublikası ərazisinə şamil (bildiriş tarixi xx.xx.2014cü il, ekspertizanın son tarixi xx.xx.2015-ci il), edilməsi zamanı, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun” 5-ci maddəsinin “c” bəndinin əsaslarını pozmamışdır. Azərbaycan Respublikası “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun” 5-ci maddəsinin ikinci abzasında göstərilir: “İddia sənədinin verildiyi tarixədək bu maddənin 1-ci hissəsinin “b”, “c”, “d” bəndlərində göstərilən, lakin istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan əmtəə nişanının qeydə alınmasından imtina edilə bilməz və ya həmin əmtəə nişanı qeydə alınmışdırsa, qeydə alınma etibarsız sayıla bilməz”. “xxxxxxxxxxxxxxx” bildirir ki, “KOPOBKA” əmtəə nişanı altında qənnadı məhsullarının xətti daim genişləndirilmişdir. Qablaşdırmaların dizaynı parlaqlaşır, gözəlləşir, istehlakçılar üçün cəlbedici olmuşdur. “KOROVKA”/“KOROVKA” əmtəə nişanı altında bütün qənnadı məhsullarının istehsalında keyfiyyətli inqridiyentlərdən istifadə olunur, fərqli növ məhsullar üçün yeni resepturalar işlənir, çox qiymətli avadanlıqlar alınır- bütün bunlar “KOPOBKA” əmtəə nişanını istehlakçılar, o cümlədən Azərbaycan Respublikasına istehlakçıları arasında cəlbedici olmuş, tanınması möhkəmləndirilmiş və onun fərqlənmə qabiliyyətini artırmışdır. “xxxxxxxxxxxxxxx” tərəfindən “KOROVKA”/“KOROVKA” əmtəə nişanının fərqli qənnadı məhsulları üzrə uzunmüddətli və intensiv istifadə ilə “KOPOBKA”/“KOROVKA” işarəsi yüksək fərqlənmə qabiliyyətinə malik olub, o cümlədən Azərbaycan Respublikası istehlakçıları arasında etibar qazanmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunmuş və növbəti məhkəmə hazırlıq icraatı iclası xx.xx.2018-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında “xxxxxx” QK TM-nin iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. xx.xx.2018-ci il tarixli məhkəmə hazırlıq icraatında cavabdeh Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əsl cavabdeh Əqli Mülkiyyət Agentliyi ilə əvəz edilməsi qərara alınmışdır. İşə baxmış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə (İş № 2-1(81)-822/2018) iddianın təmin edilməsi, cavabdehin (əvvəlki Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) № **********71 E-1436 saylı xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. İş üzrə üçüncü şəxs olan “xxxxx” QK həmin qərardan apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının ləğv edilməsini, Dövlət Komitəsinin Apellyasiya Şurasının “KOROBKA+dizayn” (İR 1212965) beynəlxalq əmtəə nişanına dair xx.xx.2017-ci il tarixli (E-1436 saylı) Qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, maddi və prosessual hüquq normalarının pozulmasına yol verərək işə birtərəfli və qərəzli baxmış, nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Eyni zamanda, “xxxxx” QK-nin Azərbaycan Respublikasında rəsmi distributoru olan “xxxxxxx” MMC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək, onun üçüncü şəxs qismində işə cəlb edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-822/2018 saylı qərarının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Ərizəyə baxmış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan ərizəçi “xxxxxxx” MMC-nin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)- 776/2019 saylı qərardadı ilə təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019cu il tarixli qərardadından “xxxxxxx” MMC-nin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-1987/2019 saylı qərarı ilə təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. İşlərin bir icraatda birləşdirilməsi məsələsi: Yuxarıda qeyd edilən hər iki iş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatına daxil olmuşdur. Məhkəmə Kollegiyası məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bu işlərin olduğunu müəyyən etdiyindən və həmin işlərin birləşdirilməsini məqsədəmüvafiq olmasını nəzərə alaraq işləri bir icraatda birləşdirmişdir. İşin baxılması ilə bağlı Məhkəmə aşağıdakıları qeyd edir: “xxxxx” QK-nin nümayəndəsi və vəkili Leyla Səfərova apellyasiya baxışı iclasında iştirak edərək “xxxxx” QK-nin apellyasiya şikayətlərinin dəlillərini müdafiə etdi və təmsil etdiyi QK-nin şikayətlərinin, habelə iddia ərizəsinin məzmununa və “xxxxx” QK-nin yuxarıda qeyd edilən mövqeyinə uyğun izahat verdi. “xxxxxxxxxxxxxxx” QSC-nin nümayəndəsi Nümayəndə və vəkilləri Sübhan Məmmədov və Yusif İsmayılov “xxxxx” QK-nin, Dövlət Komitəsinin və Əqli Mülkiyyət Agentliyinin apellyasiya şikayətlərinin dəlillərinə etiraz etdilər, “xxxxxxxxxxxxxxx” QSC-nin iddia ərizələrinin məzmununa və “xxxxxxxxxxxxxxx” QSC-nin yuxarıda qeyd edilən mövqeyinə uyğun izahat verdilər. Apellyasiya baxışı iclasında iştirak edən Əqli Mülkiyyət Agentliyinin nümayəndələri Faiq Əlizadə və Nailə Nəsibova təmsil etdikləri Agentliyin şikayətlərinin dəlillərini müdafiə edərək bu şikayətlərin məzmununa və Agentliyin yuxarıda qeyd edilmiş mövqeyinə uyğun izahat verdilər. Məhkəmə apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq, hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-734/2017 nömrəli qərarı ləğv edilməli, cavabdeh Əqli Mülkiyyət Agentliyi və iş üzrə üçüncü şəxs olan “xxxxx” QK tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-3952/2017 saylı qərarı ləğv edilməli, iddiaçı “xxxxx” QK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3877/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ləğv edilməli, cavabdeh Dövlət Komitəsi və iş üzrə üçüncü şəxs olan “xxxxx” QK tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-822/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə üçüncü şəxs olan “xxxxx” QK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qərarlarının ləğvinə yönəldiyi üçün Məhkəmə qərarların qanuniliyini tam yoxlayır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3877/17 saylı, xx.xx.2017-ci il tarixli və 2-1(81)-3952/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarlarından verilmiş apellyasiya şikayətləri üzrə inzibati işlər əvvəlki apellyasiya icraatı zamanı bir icraatda birləşdirildiyindən və hər iki məhkəmə qərarı ilə Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “KOROVKA” və “KOROVKA” sözlərindən ibarət İR 844698 saylı əmtəə nişanı ilə bağlı xx.xx.2017-ci il tarixli qərarının qanuniliyini mübahisələndirildiyini nəzərə alaraq məhkəmə hər iki məhkəmə qərarına və apellyasiya şikayətlərinə münasibətdə vahid qiymətləndirmə aparılmasını mümkün hesab edərək aşağıdakıları qeyd edir. Qeyd edilən işlər üzrə mübahisənin predmeti ondan ibarətdir ki, “xxxxx” Şirkəti cavabdeh Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edərək “xxxxxxxxxxxxxxx” QSC-nin adına qeydə alınmış 30 (şirniyyat məmulatları: karamel, nabatlar, praline, vaflilər, kakao məhsullar, qənnadı, bişrilmiş krem, marsipan, şokolad əsasında içkilər, qəhvə əsasında içkilər qəhvə, çay, tortlar, 31( sitruslar, fındıq) və 33-cü ( hidromel (bal arağı), şərab, viski, araq, acı cövhərlər, kokteyllər, likörlər, sidr) sinif əmtəələrinə aid “KOROVKA”, “KOROVKA” İR 844698 əmtəə nişanının “ləğv edilməsini xahiş etmişdir. Cavabdeh X3 **********46 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə “xxxxx” QK-nin ərizəsi qismən təmin olunmuş, İR 844698 saylı “KOROVKA KOROVKA” beynəlxalq əmtəə nişanının 30cu sinif üzrə qeydiyyatına “karamel, şirələnmiş konfetlər işi doldurma ilə, şokolad konfetlər işi doldurulma ilə, vafli konfetlər, sufle (konfetlər) istisna olmaqla xitam verilmiş, İR 844698 əmtəə nişanının 31 və 33-cü siniflər üzrə qeydiyyatına xitam verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-734/2017 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə qeyd edir ki, cavabdeh Əqli Mülkiyyət Agentliyi və iş üzrə üçüncü şəxs olan “xxxxx” QK-nın apellyasiya şikayətləri təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Həmin iş üzrə iddianın predmetini Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının xx.xx.2016-cı il tarixli **********24 nömrəli qərarı təşkil edir. İşin hallarından müəyyən olunur ki, “xxxxx” Şirkəti xx.xx.2014-cü il tarixli ərizəsi ilə “KORİVKA” xxxxxx +təsviri” kombinasiyalı İR ******* nömrəli beynəlxalq əmtəə nişanının 30-cu sinif üzrə iddiaçısı olmuş, “xxxxxx” Şirkəti həmin əmtəə nişanının Azərbaycan Respublikası qeydiyyata alınması üçün Azərbaycan Respublikası Sənaye Mülkiyyətlərinin Ekspertizası Mərkəzinə (AzPatent) ərizə ilə müraciət etmiş, həmin ərizə AzPatent tərəfindən xx.xx.2014-cü il tarixli qərarla rədd edilmiş və rədd qərarını qəbul edərkən “xxxxxxxxxxxxxxx”ın iki əmtəə nişanına istinad etmişdir. xx.xx.2014-cü il tarixli qərarın ləğv edilməsi üçün “xxxxxx” şirkəti X5 xx.xx.2015-ci il tarixdə etiraz ərizəsi təqdim etmiş, X11 xx.xx.2016-cı il tarixli **********24 nömrəli qərarla “xxxxxx” şirkətinin ərizəsini qismən təmin edərək “KORİVKA xxxxxx + təsviri” kombinasiyalı əmtəə nişanının 30-cu sinifin əmtəələri üzrə İR ******* nömrəli beynəlxalq qeydiyyatında “KORİVKA” söz işarəsinin “şirələnməmiş südlü konfetlər” üzrə mühafizə olunmayan, “dondurma, ədviyyatla” üzrə mühafizə olunan element kimi sayılmasını qərara almış, X11 mübahisəli qərarı qəbul edərkən hesab etmişdir ki, “KORİVKA xxxxxx + təsviri” əmtəə nişanını 30-cu sinifdə əhatə etdiyi əmtəələrin siyahısında “dondurma və ədviyyatlar” adlı əmtəələr mövcud olmamışdır və 4570-73 nömrəli QOST-a , müxtəlif marketlərdən alınan “korovka” adlı konfetlərin market tərəfindən üzərinə vurulan etiketlərə istinad etmişdir. Birinci instansiya məhkəməsi aşağıdakı hüquqi əsaslara görə hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir: “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun preambulasına görə, Qanun Azərbaycan Respublikasında əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydə alınması, hüquqi mühafizəsi və istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. Həmin Qanunun 1-ci maddəsinə görə, əmtəə nişanı – sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərin fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). Qanunun 4-cü maddəsinə görə, əmtəə nişanı kimi sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması qeydə alına bilər. Qanunun 6-cı maddəsinin birinci hissəsinə görə, Azərbaycan Respublikasında eyni və ya “xxxxxxxxxxxxxxx” QSC və ya xidmətlərə aid başqa şəxsin adına əvvəl qeydə alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları qeydə alınmışdır. Qeyd edilən maddi hüquq normasının tələbinə əsasən AzPatent “KORİVKA xxxxx+təsviri” kombinasiyalı əmtəə nişanının Azərbaycan Respublikasında qeydiyyata alınması barədə ərizələri rədd etmişdir. AzPatent hesab etmişdir ki, daha əvvəllər “xxxxxxxxxxxxxxx” QSC tərəfindən oxşar əmtəə nişanı qeydə alınmışdır. Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurası mübahisəli qərarı qəbul edərkən adıçəkilən Qanunun 5-ci maddəsinin «c» bəndini və 29-cu maddəsini rəhbər tutmuşdur. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun 5-ci maddəsinin “c” bəndinə görə, digər hallarla yanaşı əmtəələrin növünü göstərən nişanlar qeydə alınmır. Həmin Qanunun 29-cu maddəsinə görə, əmtəə nişanı digər hallarla yanaşı 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Eyni zamanda, cavabdehin və üçüncü şəxsin istinad etdikləri QOST-a bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, QOST-larda məhsulun keyfiyyətinə dair tələblər irəli sürülür və həmin məhsulun orda necə adlandırılması əhəmiyyət kəsb etmir. Amma bununla yanaşı qeyd edildiyi kimi, mübahisə olan dövrdə qüvvədə olan “Dövlətlərarası standart” 4570-93 №-li QOST, 4570-2014 №-li QOST və hazırda qüvvədə olan AZS ***-**** nömrəli Standartların heç birində “korovka” şirələnməmiş südlü konfet növü kimi qeyd olunmamışdır. Yuxarıda qeyd edilən Qanunun 3-cü maddəsinin 2-ci abzasına görə, Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Birinci instansiya məhkəmə hesab etmişdir ki, qeydiyyata alınmış əmtəə nişanına, həmçinin geniş tanınmış əmtəə nişanlarına olan xüsusi hüquqların ləğv edilməsi Konstitusiyanın, qanunların pozulması ilə yanaşı sərbəst istifadə ilə nəticələnə bilər, bu da istehsalçı ilə yanaşı istehlakçının da hüquqlarının pozulmasına gətirib çıxara bilər. Qeyd olunanlarla yanaşı birinci instansiya məhkəməsi hesab etmişdir ki, hətta “korovka” sözü artıq növə çevrilmiş olsa belə, mübahisəli qərar qüvvədə qala bilməz. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin bu dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “xxxxx” QK TM iddia edir ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 29-cu maddəsinə görə, əmtəə nişanı bu Qanunun 5-ci maddəsi 1-ci hissəsi “c” və “ə” bəndinin tələblərinin qeydiyyat zamanı pozulması olmuşdur. “KOROVKA” adının hansısa bir konkret istehsalçının mallarının fərdiləşdirilməsi vasitəsi kimi, yəni əmtəə nişanı kimi yox, konfet növlərindən birinin, məhz şirələnməmiş südlü konfetlərin ümumi adı olduğundan, həmçinin Azərbaycanda ticarət fəaliyyətində istifadə olunan və adi dildə çox işlənən ifadə olduğundan həmin ad hüquqi cəhətdən mühafizə oluna bilməz. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 1-ci maddəsinə görə, əmtəə nişanı-sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); Qanunun normasının məzmunundan göründüyü kimi əmtəə nişanının əsas funksiyasıkonkret sahibkarın əmtəə və xidmətlərini fərdiləşdirmək qabiliyyətidir. Qanunun 5-ci maddəsinin “c” bəndinə görə, əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanların qeydə alınmasına yol verilmir. Qanunun 29-cu maddəsinə görə, əmtəə nişanı bu Qanunun 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, tamamilə və ya qismən etibarsız sayıla bilər. Qanunun 31-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı o cümlədən bu Qanunun 29-cu maddəsinə uyğun olaraq qeydiyyat etibarsız sayıldıqda əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verir. Qanunun yuxarıda qeyd olunan müddəalarına əsasən əmtəələrin növünü göstərən nişanlar qeydə alınmır, alındığı təqdirdə isə qeydiyyatın qüvvədə olduğu müddət ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. “xxxxxxxxxxxxxxx” QSC Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının mübahisələndirilən qərarı ilə bağlı qeyd etmişdir ki, Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası xx.xx.1993-cü il tarixdə SSRİ-dən qalan 4570-73 nömrəli QOST əvəzinə Dövlətlərarası Standart kimi 4570-93 nömrəli QOST qəbul edilmişdir. Azərbaycan Respublikası 1995-ci il tarixdən Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın üzvüdür. Qüvvədə olan qanunlara əsasən Azərbaycan Respublikasının 1995-ci il tarixdən Dövlətlərarası Şuranın üzvü olduğu üçün Dövlətlərarası Standart kimi, 4570-93 nömrəli QOST, 1995-ci il tarixdən Azərbaycan Respublikasında qüvvədədir. xx.xx.1992-ci il tarixli “Standarlaşdırma, Metrologiya və Sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətin yürüdülməsi haqqında Razılaşma” keçmiş SSRİ Respublikalarından Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və Ermənistan tərəfindən imzalanmış Azərbaycan Respublikası tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası xx.xx.1992-xx.xx.1995-ci il dövrdə həmin Şuranın üzvü olmamışdır. Azərbaycan Respublikası tərəfindən həmin Razılaşma xx.xx.1995-ci il tarixdə imzalanmışdır. Həmin Razılaşmanın 1-ci maddəsinin 3-cü abzasında göstərilir ki, qüvvədə olan QOCT standartları dövlətlərarası standart kimi tanıyırlar. Keçmiş SSRİyə aid QOCT 4570-73 1993-cü ildə QOCT 4570-93 standartı ilə əvəz edilmiş, xx.xx.1995-ci il tarixdə qüvvəyə minmişdir. Yəni, “QOCT” 4570-73 Azərbaycan Respublikası tərəfindən həmin razılaşma xx.xx.1995-ci il tarixdə imzalanarkən qüvvədə olan “QOCT” standartı olmamışdır. Bununla təsdiq edilir ki, “KOPOBKA” “KOROVKA” 844698 saylı beynəlxalq qeydiyyata (qeydiyyat tarixi xx.xx.2004, bildiriş tarixi xx.xx.2005-ci il) alınarkən və sonradan QOCT 4570-73 qüvvədə olmamışdır, Apellyasiya Şurasının “QOCT” 4570-73 istinadı əsassızdır. Məhkəmə Kollegiyası yuxarıda göstərilənlərlə bağlı qeyd edir ki, 4570-73 “Konfetlər.Ümumi texniki şərtlər” standartında “korovka” adı şirələnməmiş konfet növlərindən biri kimi göstərilmişdir. Patent sahibinin mövqeyinə görə Azərbaycan Respublikası 1995-ci il tarixdən “Dövlətlərarası Şuranın” üzvüdürsə, deməli Azərbaycan Respublikası 4570-93 nömrəli QOST-u avtomatik olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə qəbul edilmiş qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının 4570-93 nömrəli QOST-u qəbul etməsi barədə rəsmi sənəd iş materiallarında mövcud deyildir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının milli standartı AZS ***-**** (“Konfetlər.Ümumi texniki şərtlər”) qəbul olunmuş və Azərbaycan Standartlaşdırma İnstitutu Publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli məktubunda bildirilmişdir ki AZS ***- **** (DSTU 4135-2002 “Konfetlər. Ümumi texniki şərtlər”) standartı Azərbaycan Respublikasında xx.xx.2006-cı ildə qüvvəyə minmiş və hal-hazırda dövri yoxlama mərhələsindədir (işin İİ cildi; iş v. 120-187). “AZS 213-2006” standartın 26-cı səhifəsində konfetlərin adları kimi “korovka” tipli südlü korpuslu və 27-ci səhifəsində “korovka” tipli konfetlər işarəsi əks edilmişdir. Bu hal onu göstərir ki, (“Konfetlər.Ümumi texniki şərtlər”) xx.xx.2006-ci il tarixdə “AZS 213-2006” milli standartında qəbul edərkən hesab etmişdir ki, “korovka” tipli südlü konfetlər ifadəsindən istifadə edilməklə bu növdə südlü konfetlər olduğu qəbul edilmişdir. “Dövlətlərarası standart” 4570-93 saylı , 4570-2014 saylı QOST standartları adlı sənəd hazırda Azərbaycan Respublikası ərazisində qüvvədə olmasa da bu sənədlər “Korovka” adlı konfetlərin ən azı 1995-ci ildən keçmiş SSRİ ərazisində və Azərbaycan Respublikası ərazisində istehsal edildiyini, məhz şirələnməmiş südlü konfetlərə aid olduğunu təsdiq edir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “xxxxxxxxxxxxxxx” QSC-nin BQ 844698 saylı “KOPOBKA KOROVKA” əmtəə nişanının xx.xx.2004-cü ildə qeydiyyatdan keçdiyindən “Mənşə ölkəsində” lazımı qaydada qeydiyyata alınan hər bir əmtəə nişanı İttifaqın istənilən digər ölkəsində mühafizə üçün iddia təqdim edilə bilər və bu maddə də göstərildiyi kimi, təshih olunaraq, olduğu kimi, mühafizə olunur. Bu ölkələr qeydiyyatın tam həyata keçirənə qədər mənşə ölkəsində qeydiyyatın səlahiyyətli orqan tərəfindən verilmiş şəhadətnaməsini tələb edə bilər. Belə şəhadətnamələrin leqallaşdırılması tələb edilmir. “Sənaye Mülkiyyətinin qorunması haqqında” Paris Konvensiyasının 6-cı maddəsinə istinad etmiş və belə qənaətə gəlmişdir ki, 844698 saylı beynəlxalq qeydiyyatla qorunan “KOROVKA KOROVKA” sözləri bu nişana aid bütün əmtəələr, istənilən qənnadı məhsulları o, cümlədən südlü şirələnməmiş konfetlər üçün fantaziyalı sözdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən qənaəti ilə razılaşmır. Paris Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş “Mənşə ölkəsində lazımı qaydada qeydiyyata alınan əmtəə nişanının İttifaqın istənilən digər ölkəsində olduğu kimi, mühafizə olunur ifadəsi” cümləsi onu ifadə edir ki, əmtəə nişanı mənşə ölkəsində lazımı qaydada qeydiyyatdan keçmişdirsə ittifaqa daxil olan istənilən ölkə həmin əmtəə nişanının hər hansı modifikasiyasını(dəyişdirilməsini) tələb edə bilməz və həmin nişanı mənşə ölkəsində olduğu formada, növdə, yəni “olduğu kimi” mühafizə etməlidir. Mübahisə edilən “KOROVKA” “KOROVKA” əmtəə nişanı bu normaya uyğun olaraq Azərbaycanda da “olduğu kimi”, yəni onun modifikasiyasına qarşı hər hansı tələb olmadan qeydiyyatdan keçmişdir. Paris Konvensiyasının adı çəkilən həmin maddəsinin “B” bəndinə görə, baxılan maddənin qüvvəsi altına düşən ölkə, əmtəə nişanlarının qeydiyyatının rədd edilməsi, yaxud etibarsız hesab edilməsi ancaq aşağıdakı hallarda ola bilər: İşarələr hər hansı bir fərqləndirici əlamətlərdən məhrumdursa, yaxud işarələr ticarətdə məhsulların növünü, keyfiyyətini, miqdarını, təyinatını, qiymətini, mənşə yerini yaxud hazırlanma vaxtını göstərən adi dildə qəbul edilmiş və mühafizə xahiş olunan ölkənin ticarət adətlərində səmimi və qəbul edilmiş işarə və göstərişlərdən ibarətdirsə. Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası qənnadı məhsulları istehsalçıları tərəfindən “KOROVKA” söz işarəsinin hər hansı qənnadı məhsulunun sadə adı kimi istifadə edilməsi barədə sübut təqdim edilməmiş, bu hal araşdırılmamışdır. Buna görə də, “KOROVKA” işarəsinin qənnadı məhsulunun sadə adı kimi istifadə edilməsi və araşdırma zamanı mühafizə qabiliyyətini itirməsi, “növə” çevrilməsi sübut olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əmtəə nişanının fərqlənmə qabiliyyətini itirməsi və “növə” çevrilməsinin əsasları və mexanizmi ilə bağlı heç bir metodiki göstəriş və qaydalar, normativ sənəd mövcud deyil. Lakin kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, beynəlxalq təcrübəyə əsasən işarəni xarakterizə edən əlamətlərin ümumi istifadə olunan işarələrə, əmtəələrin müəyyən növünə çevrilməsinin meyarları aşağıdakılardır: işarə (nişan) müvafiq istehsal sahəsinin mütəxəssisləri, ticarət işçiləri və istehlakçılar tərəfindən əmtəənin sadə adı kimi istifadə edilir; işarə (nişan) başqa-başqa istehsalçılar tərəfindən hər hansı eyni əmtəənin və ya əmtəələrinin sadə adı kimi qəbul olunur, işarə uzun müddət istifadə olunur. Müəyyən olunur ki, yalnız yuxarıda göstərilən bütün əlamətlərin məcmusunun eyni zamanda mövcud olması halında işarənin (nişanın) əmtəənin ümumi istifadə olunan adına, kateqoriyasına – “növ” ə çevrilməsi və mühafizə qabiliyyətini itirməsi mümkün ola bilər. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı “xxxxxxxxxxxxxxx” QSC tərəfindən xx.xx.2016-cı il tarixdə irəli sürülmüş iddia ərizəsində “xxxxxxxxxxxxxxx” fabrikinin 1948-ci il üzrə illik hesabatında həmin ildə “KOROVKA” adlı məhsulun istehsal edildiyi qeyd edilmiş, o cümlədən ayrı-ayrı illərdə istehsal edilmiş konfetlərin qablaşdırılmasının təsvirləri iş materiallarına əlavə edilmişdir (işin İ və İİ cildləri). Keçmiş Sovet respublikaları tərəfindən “Korovka” konfetlərinin uzun illər bundan əvvəl keçmiş Sovet Respublikaları ərazisində istehsal edildiyi mübahisə doğurmadığından və bu məhsulun adının QOST standartlarına daxil edilməsi bu halı təsdiq etdiyindən bununla bağlı məhkəmə tərəfindən əlavə araşdırma aparılması zəruri hesab edilmir. Göründüyü kimi, “Korovka” sözlə ifadə olunan nişan hər hansı, konkret istehsalçını fərqləndirən əmtəə nişanı olmaqdan çıxmışdır, bu nişan şirələnməmiş südlü konfet növünün ümumi adı kimi qəbul olunmaqdadır. “xxxxx” QK apellyasiya şikayətində cavabdeh inzibati orqanın mübahsiələndirilən qərarının 2-ci bəndinin dəyişdirilərək “KOROVKA KOROVKA” (İR 844698) əmtəə nişanının qeydiyyatının “Əmtəə nişanları haqqında ...” Azərbaycan Respublikası Qanunu 5-ci maddəsi 1-ci hissə “c” bəndi ilə yanaşı “ə” bəndi əsasında ləğv edilməsini xahiş etmişdir. Əmtəə nişanının qeydiyyatının etibarsız hesab edilməsinin əsasları “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” Qanunun ilə tənzimlənir. Belə ki, həmin Qanunun 29-cu maddəsinin 2-ci hissəsinə görə, əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə əmtəə nişanının qeydiyyatı etibarsız hesab edilir. İstinad edilən normadan göründüyü kimi, əmtəə nişanının mühafizə qabiliyyətini itirməsi əsasları qanunla tənzimlənir. Hazırki iş üzrə məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 31622 nömrəli əqli mülkiyyət obyektlərinin ekspertizası nəticəsində verilmiş rəy alınmışdır. Həmin rəydə aşağıdakılar göstərilir: “1. Rəyin “Tədqiqat prosesinin təsviri”-nin 1-2-ci bəndində qeyd olunanlara əsasən “KOROVKA” (“KOROVKA”) sözü istehlakçıların qavrayışında (anlayışında) konfet növlərindən birinin (tipinin)-məhz şirələnməmiş südlü konfetlərin, sadə adı kimi qəbul edilir.

2. Rəyin “Tədqiqat prosesinin təsviri”-nin 1-2-ci bəndinə əsasən “KOROVKA” (“KOROVKA”) sözü ticarət işçilərinin qavrayışında konfet növlərindən birinin (tipinin)- məhz şirələnməmiş südlü konfetlərin, sadə adı kimi qəbul edilir.

3. Rəyin “Tədqiqat prosesinin təsviri”-nin 1-2-ci bəndinə əsasən “KOROVKA” (“KOROVKA”) sözü qənnadı sahəsi mütəxəssislərinin qavrayışında (anlayışında) konfet növlərindən birinin (tipinin)-məhz şirələnməmiş südlü konfetlərin, sadə adı kimi qəbul edilir.

4. Əmtəə nişanı əmtəənin növü kimi aşağıda qeyd olunan hallarda qəbul olunur: istehsalın müvafiq sahəsinin mütəxəssisləri, ticarət işçiləri və istehlakçıları tərəfindən nişandan əmtəənin adı kimi istifadə edildikdə; eyni əmtəənin və ya fərqli (bir-birindən asılı olmayan) istehsalçılar tərəfindən buraxılan həmin növ əmtəənin adında nişan istifadə olunduqda və həmçinin, həmin nişan uzun müddət və dəfələrlə istifadə edildikdə.

5. Azərbaycan Respublikasında əmtəənin növ kimi qəbul edilməsinin şərtləri “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin “ə” bəndində, həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 1999-cu il tarixli qərarı ilə təsdiqedilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertiza Qaydaları”nın 4-cü bəndinin “e” yarımbəndində göstərilmişdir. Bununla yanaşı, iş materiallarında olan “xxxxxx” MMC-nin daxil olduğu xxxxxx qrupun mütəxəssisinin rəyinə görə “Korovka” sözü qənnadı sahəsinin mütəxəssislərinin qavramında “şirələnməmiş südlü konfetlər” kimi anlaşılır. İş materiallarında olan “xxxxx” MMC-nin baş texnoloqunun və “X16” MMC-nin texnologiya, keyfiyyətə nəzarət və laboratoriya departamentinin müdirinin rəyində də “korovka” sözünün qənnadı sahəsinin mütəxəssislərinin qavramında “şirələnməmiş südlü konfetlər” mənasını kəsb etməsi aydın görünür. “TEC Social and X22” MMC-nin keçirdiyi sorğu və tədqiqatların nəticəsinə görə Azərbaycanın iri şəhərləri olan Bakı, Gəncə və Sumqayıt şəhərlərində 480 istehlakçı arasında 73,2 faiz, 20 ticarət işçisi arasında 80 faiz “korovka” sözünü şirələnməmiş südlü konfetlərin növü kimi qəbul edir. Bunlardan əlavə, iş materiallarında müxtəlif istehsalçıların adına qeydiyyatdan keçmiş və tərkibində “korovka” sözünü daşıyan nişanlar mövcuddur. Məhkəmə “xxxxxxxxxxxxxxx” QSC-nin sözügedən əmtəə nişanın Ukrayna Respublikasında “xxxxx” şirkəti tərəfindən əmtəənin növü kimi deyil, fərqlənmə qabiliyyətinə malik əmtəə nişanı kimi qeydiyyata alınması barədə dəlilinə münasibət bildirərək hesab edir ki, hazırkı halda məhkəmə irəli sürülmüş iddia tələblərinə Azərbaycan Respublikası qanunvericiliyi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə və sazişlərə uyğun hüquqi qiymət verməli olduğundan Ukrayna və digər Respublikaların qanunvericliyinə əmtəə nişanının mühafizə qabiliyyətini itirməsi əsaslarının nəzərdə tutulub-tutulmadığının araşdırılması zəruri hesab edilmir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Qanunun 26-cı maddəsinə görə, əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Bu baxımdan, “xxxxxxxxxxxxxxx” QSC-nin əmtəə nişanından istifadəsini yalnız istehsalla bağlamaq düzgün deyil, istifadəyə satış, ixrac, idxal, reklam və s. də daxildir. QSC, öz məhsulunu Azərbaycan Respublikası ərazisində birbaşa satmaqla, ixrac etməklə, reklam etməklə və s. üsullarla istifadə edə bilərdi. Lakin iş materiallarında QSC tərəfindən əmtəə nişanından Azərbaycanda birbaşa istifadə edilməsi və ya hər hansı üçüncü şəxsə istifadə hüququnu verdiyini təsdiq edən mötəbər sübut yoxdur. “xxxxxxxxxxxxxxx” QSC-nin sübut olaraq təqdim etdiyi QSC ilə “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 13/118-22 saylı və xx.xx.2015-ci il tarixli, 15/162- 28 saylı müqavilələrdə qənnadı məlumatlarının adları, növləri, kateqoriyaları barədə heç bir məlumat yoxdur. Bundan əlavə, təqdim edilmiş gömrük bəyannamələrindən idxal olunmuş malların kateqoriyaları və üzərində hansı əmtəə nişanını daşımasını müəyyən etmək mümkün deyil. MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Apellyasiya instansiyası qeyd edilənlərə əsasən belə bir nəticəyə gəlir ki, “Korovka” adı ilə konfetlərin müxtəlif istehsalçılar tərəfindən şirələnməmiş südlü konfet kimi istehsal edilməsi və istehsal edilən məhsulun sadə adı kimi qəbul olunması bu sözün konkret hər hansı istehsalçını fərqləndirən əmtəə nişanı olmaqdan çıxdığı və növə çevrildiyini iddia etməyə əsas verir. İşdə olan sübutlar və ekspert rəyi ilə müəyyən olunur ki, əmtəə nişanının tərkibində olan “korovka” sözü və onun müxtəlif transliterasiyaları, əmtəənin sadə adını və növünü göstərən sözə çevrildiyinə görə mühafizə qabiliyyətini itirmişdir. Belə olan halda “KOROVKA KOROVKA” sözlərindən ibarət əmtəə nişanı şirələnməmiş südlü konfetlərə münasibətdə hüquqi cəhətdən mühafizə oluna bilməz. Buna görə də Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının qərarı mübahisələndirilən hissədə qismən ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, “KOROVKA+təsviri” kombinasiyalı əmtəə nişanı X28 “Krasnyj Octyabr” (ünvan: Malaya Krasnoselskaya 7, str.24; RU-107140 Moscow (RU)) adına X8 Təsnifatının 30-cu sinif əmtəələri üzrə İR ******* nömrəsi ilə xx.xx.2013-cü il tarixdə beynəlxalq qeydiyyata alınmışdır. xx.xx.2014-cü il tarixdən bu qeydiyyat Azərbaycan Respublikasının ərazisinə şamil edilir. 2006 0986 nömrəsi ilə 30-cu sinifin əmtəələri üzrə qeydiyyata alınmış “X29” əmtəə nişanı “xxxxxx” QK TM-yə məxsusdur. xx.xx.2017-ci il tarixdə “xxxxxx” QK TM-nin nümayəndəsi tərəfindən “xxxxxxxxxxxxxxx” QSC-yə məxsus kombinasiya edilmiş əmtəə nişanının beynəlxalq qeydiyyatına qarşı Apellyasiya şurasına etiraz ərizəsi daxil olmuşdur. Apellyasiya şurası “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” xx.xx.1998-ci il tarixli, 504-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 29-cu maddələrinin, xx.xx.1883-cü il tarixli “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 6- quınquıes maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 166 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının 4-cü və 29-cu maddəsinin tələbləri nəzərə alınaraq etiraz ərizəsini əsaslı hesab edərək qismən təmin olunması ilə bağlı qərar qəbul etmişdir. Qərara əsasən İR ******* saylı beynəlxalq qeydiyyatdan “KOROVKA” sözü “KOPOBKA” tipli konfetlərə dair şirələnməmiş südlü konfetlər üzrə növ hesab edilərək, konfetlər üzrə mühafizə olunmayan element hesab edilmişdir. Apellyasiya şurası əmtəə nişanının ekspertizası mərhələsində yuxarıda qeyd edilən Qanunun 5-ci maddəsinin V bəndini, qeyd edilən Qaydaların 4 və 29-cu bəndlərini, həmçinin 4570-73 nömrəli Dövlət Standartının (QOST) nəzərə alınmadığını, qeyd edilən Konvensiyanın 6-quınquıes maddəsinə düzgün istinad edilmədiyini əsas tutaraq “KOROVKA KOROVKA” və ya “KOROVKA” sözünün mühafizə olunan element kimi qeydə alınmasını düzgün hesab etməmiş, bu sözlərin “şirələnməmiş südlü konfetlər” üzrə növ olduğu üçün mühafizə olunmayan element hesab edilməsini müəyyənləşdirmişdir. Bununla da, həmin sözlər kombinasiya edilmiş əmtəə nişanının tərkibində mühafizə olunmayan element sayıla bilər qənaətinə gəlmişdir. İş materiallarından göründüyü kimi “KOROVKA” adlı əmtəə nişanı 30-cu sinif əmtəələri üzrə xx.xx.2013-cü il tarixdə ******* sayla beynəlxalq qeydiyyata alınmış, “X1 X17- Protokolun”qaydalarına müvafiq olaraq bir il (xx.xx.2014-xx.xx.2015) müddətində ilkin rədd qərarı verilə bilməsi üçün bildiriş verilmiş, lakin həmin müddətdə üçüncü şəxslər tərəfindən etiraz olmamış, eyni zamanda Azərbaycan Respublikası Patent İdarəsi tərəfindən nə ilkin rədd qərarı, nə də son rədd qərarı göndərilməmişdir. Bu səbəbdən də, “KOROVKA” adlı əmtəə nişanı 30-cu sinif əmtəələri üzrə ******* sayla beynəlxalq qeydiyyata alınmış, həmin müddətdə heç bir ilkin və ya son qərar göndərilmədiyi üçün “X1 X12-Protokolun” 5-ci maddəsinə əsasən avtomatik qüvvəyə minmişdir. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurasının (Hazırda: Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin) **********71 E-1436 saylı, 25.09. 2017-ci il tarixli qərarı ilə “xxxxxx” şirkətinin ərizəsi qismən təmin olunaraq, “KOROVKA” sözü İR ******* saylı beynəlxalq qeydiyyatında “KOROVKA” tipli konfetlərə dair, məhz karamel, şirələnməmiş südlü konfetlər üzrə növ kimi sayılması, “KOROVKA” sözü əmtəə nişanın tərkibində (İR ******* saylı beynəlxalq qeydiyyat) “konfetlər” üzrə mühafizə olunmayan element kimi sayılması qərara alınmışdır. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədlərinin verilməsi və ekspertizası Qaydaları”nın (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 Oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmişdir) 29.1.-ci bəndinə görə, mütləq əsaslar üzrə qeydiyyata etiraz üçün iddia olunan nişan (işarə) yoxlanılan zaman, onun bu Qaydaların 4-cü bəndində göstərilən nişandan (işarədən) ibarət olub-olmaması və ya həmin nişanı (işarəni) özünə daxil etməsi müəyyənləşdirilir. İddia olunan nişan (işarə) yalnız bu Qaydaların 4-cü bəndində göstərilən nişandan (işarədən) ibarət olarsa, onun əmtəə nişanı kimi qeydə alınmasına yol verilə bilməz. Həmin Qaydaların 4-cü bəndinə görə, Azərbaycan Respublikası “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 5-ci maddəsinin uyğun olaraq “əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri, tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar (işarələr). Onlara xüsusən aşağıdakılar aiddir: əmtəələrin sadə adı, kateqoriya işarələri, əmtəələrin xassəsinə göstərişlər (o cümlədən təriflər), materialın və ya xammalın tərkibinə göstəriş, əmtəənin qiymətinə, həcminə, çəkisinə göstəriş, əmtəənin istehsal tarixi, istehsalatın yaranma tarixinə dair məlumatlar, müəssisənin istehsal yönümü, istehsalçının və vasitəçi firmanın (yalnız yazı işarəsindən ibarət) ünvanı kimi, nişanların qeydə alınmasına yol verilmir Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının mübahisələndirilən Qərarı ilə hesab etmişdir ki, göstərilən şərtlərə görə “KOROVKA” adını tərkibində saxlayan əmtəə nişanında onların mühafizə olunan element kimi, qeydə alınmasına yol verilməməlidir. Bununla bağlı birinci instansiya məhkəməsi hesab etmişdir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurası mübahisələndirilən Qərarı qəbul edərkən “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədlərinin verilməsi və ekspertizası Qaydaları”-nın yuxarıda qeyd olunan tələblərinə “KOROVKA” sözünün ******* saylı beynəlxalq qeydiyyatının cavab verməməsini əsaslandıra bilməmişdir, yalnız formal mülahizələrə istinad etmişdir. Lakin Məhkəmə yuxarıda qeyd edilən mövqeyindən və gəldiyi nəticələrə əsasən, birinci instansiya məhkəməsinin 2-1(81)-822/2018 saylı iş üzrə də gəldiyi nəticəni əsassız hesab edir. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən Məhkəmə iş üzrə belə nəticəyə gəlir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3877/17 saylı xx.xx.2017-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi apellyasiya şikayəti tam və üçüncü şəxs “xxxxx” QK TM-nin apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin həmin qərarı ləğv edilməli və “xxxxxxxxxxxxxxx” QSC-nin iddia tələbi təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3952/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarından iddiaçı “xxxxx” QK TM tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin həmin qərarı ləğv edilməli və “xxxxx” QK-nin iddia tələbi təmin edilməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-734/2017 saylı qərarından cavabdeh Əqli Mülkiyyət Agentliyi və üçüncü şəxs “xxxxx” QK TM-nin apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin həmin qərarı ləğv edilməli və “xxxxxxxxxxxxxxx” QSC-nin iddia tələbi təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)- 822/2018 saylı qərarından üçüncü şəxs “xxxxx” QK TM-nin apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin və üçüncü şəxs “xxxxx” Qənnadı Korporasiyasının Törəmə Müəssisəsinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3877/2017 saylı xx xxxxxxxx 2017-ci il tarixli qərarından apellyasiya şikayətləri təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3877/2017 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2017-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı “xxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin (X6 “xxxxxxxxxxxxxxx”) cavabdeh Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (hazırda - Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi) qarşı Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent Komitəsinin Apellyasiya şurasının № **********46 E-1390 saylı, xx.xx.2017-ci il tarixli qərarının “İR 844698 saylı “КОРОВКА KOROVKA” beynəlxalq əmtəə nişanının 30-cu sinif üzrə qeydiyyatına “karamel, şirələnmiş konfetlər içi doldurma ilə, şokolad konfetlər içi doldurma ilə, vaflili konfetlər, sufle (konfetlər)” istisna olmaqla xitam verilsin” hissəsi ləğv edilərək, aşağıdakı kimi: “İR 844698 saylı “KOPOBKA KOROVKA” beynəlxalq əmtəə nişanının 30-cu sinif – “Qənnadı məmulatları, karamel, nabatlar, şokolad, şokolad məhsulları, vafli, kakaolu məhsullar, şirniyyat məhsulları, tortlar” əmtəələri üzrə Azərbaycan Respublikası ərazisində qüvvədə qalmasına dair qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent Komitəsinə həvalə edilməsi barədə iddiası təmin olunmasın. Cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin və üçüncü şəxs “xxxxx” Qənnadı Korporasiyası Törəmə Müəssisəsinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-1(81)-734/2017 saylı qərarından apellyasiya şikayətləri təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-1(81)-734/2017 saylı qərarı ləğv edilsin. İddiaçı “xxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə qarşı Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının E-1323 **********27 saylı, xx.xx.2016-cı il tarixli qərarının ləğv edilməsi barədə iddiası təmin edilməsin. İddiaçı “xxxxx” Qənnadı Korporasiyası Törəmə Müəssisəsinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3952/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qərarından apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3952/2017 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2017-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının “КОРОВКА KOROVKA” (İR 844698) əmtəə nişanına dair xx xxxxx 2017-ci il tarixli E-1390 saylı qərarı qismən ləğv edilsin. “xxxxx” Qənnadı Korporasiyası Törəmə Müəssisəsinin “xxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “КОРОВКА KOROVKA” (İR 844698) beynəlxalq əmtəə nişanının qeydiyyatına qarşı tələbi tam təmin edilsin. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Apellyasiya Şurasının xx.xx.2017-ci il tarixli E-1390 saylı Qərarının qət hissəsi aşağıdakı şəkildə dəyişdirilsin: 1-ci bənd aşağıdakı redaksiyada verilsin: “İddiaçı, “xxxxx” Qənnadı Korporasiyası Törəmə Müəssisəsinin maraqlarını təmsil edən, patent üzrə vəkil R.K.Orucovun ƏXBT (Əmtəə və xidmətlərin beynəlxalq təsnifatı) 30, 31 və 33-cü sinif əmtəələrinə aid “КОРОВКА KOROVKA” (İR 844698) əmtəə nişanının beynəlxalq qeydiyyatının ləğv edilməsi haqqında ərizəsi əsaslandırılmış hesab edilsin və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci hissəsi əsasında tamamilə təmin edilsin”. 2-ci bənd aşağıdakı məzmunlu bəndlə əvəz edilsin: “Yuxarıda göstərilən əsasdan başqa ƏXBT (Əmtəə və xidmətlərin beynəlxalq təsnifatı) 30cu sinif əmtəələrinə aid şirələnməmiş südlü konfetlərə dair həmin “КОРОВКА KOROVKA” (İR 844698) əmtəə nişanının qeydiyyatı ləğv edilsin”. 3-cü bənd tamamilə çıxarılsın, 4-cü və 5-cü bəndlər müvafiq olaraq 3-cü və 4-cü bəndlər hesab edilsin”. Üçüncü şəxs “xxxxx” Qənnadı Korporasiyası Törəmə Müəssisəsinin 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(81)-822/2018 saylı qərarından apellyasiya şikayətləri təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(81)-822/2018 saylı qərarı ləğv edilsin. İddiaçı “xxxxxxxxxxxxxxx” QSC-nin cavabdeh Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə qarşı Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının E-1436 № **********71, xx.xx.2017-cı il tarixli qərarının ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qərardan, qərar təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Hakimlər Məmməd Məmmədov Şeyda Məhərrəmova

Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar