Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-891/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, Məmmədov Vidadi Məmməd oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin N0.N2.2020-ci il tarixli 2-N(NN2)-3N90/2020 saylı qərarından cavabdehin nümayəndəsi E.Quliyeva tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin N0.N2.2020-ci il tarixli 2-N(NN2)-3N90/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, iddiaçının “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim E.Əliyev). Həmin qərardan cavabdehin nümayəndəsi E.Quliyeva tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı dörd ildən artıq hərbi xidmətini,ağır döyüşlərdə iştirakını və evə getmək barədə bəraət verici hospital epikrisini və verilmiş bütün əmr və çıxarışları nəzərdən keçirib, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, , iddiaçı N992-ci il 20 iyun tarixində Ağdam Hərbi komisarlığından həqiqi hərbi xidmətə cagrılmışdır. N saylı batalyonda təlim keçdikdən sonra N saylı Hərbi hissəyə təhvil verilmişdir. N992-ci il sentyabr ayından N994-cü ilin may ayına qədər Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N994-cu ildə Hərbi hissə döyüş bölgəsindən çıxarılaraq Sanqaçal qəsəbəsinə köçürüldü. N994-cu il N3 iyulda əməliyyat olunmaq üçün hərbi hissənin hospitalına yerləşdirilmişdir. 26 iyulda N994-cü ildə hospitalda çıxıb hərbi hissəyə qayıtmışdır. N iyul N994-cü ildə əməliyyat olunduğuna görə epiqrisi əsasında N5 günlük evə məzuniyyətə buraxılmışdır. Məzuniyyətdə olarkən 8 avqust N994 tarixində Ağdam Dördyol postunda saxlanaraq reyd şəraitində N saylı hərbi hissənin intizam batalyonuna gətirilmişdir. Orda hərbi xidmətini davam edib, N996-cı il noyabrın N5-də ordu sıralarından təxris olunmuşdur. N999-cu ilin may ayında hərbi prokurorluğa çağırılmışdır. Ona bildirildi ki, N994-cü ildə hərbi hissəni özbaşına tərk etdiyinə görə haqqında cinayət işi açılıb. Hərbi Prokurorluğun onun epikriz əsasında məzuniyyətə getməsindən və N saylı hərbi hissədə reyd zamanı saxlanılaraq hərbi xidmət keçməsindən xəbərsiz idi. İddiaçını bir neçə gün nəzarətxanada saxladılar və qardaşı XN verərək hərbi hospitalda olması barədə və N saylı hərbi hissədə xidmət keçməsi barədə sorğuya cavab gətirməsini tapşırdılar. Prokurorluqdan bildirdilər ki, həqiqətən də hospitalda əməliyyat olunması haqqında sorğuya cavab və N saylı hərbi hissədə xidmət keçməsi öz əksini taparsa, haqqında açılmış cinayət işi ləğv ediləcək. XN2 N saylı hərbi hissədən əmr və çıxarışları Prokurorluğa təqdim etdi. Həmin dövrdə hərbi hospital sorğuya cavab vermədiyi üçün ona amnistiya tətbiq etdilər evə buraxıldı. Bu yaxınlarda əməliyyat olduğu 25N saylı hərbi hospitalda oldu və evə getmək haqqında bəraətverici olan epikrizi ona təqdim etdilər. O vaxt həmin epikrizi təqdim edə bilmədiyi üçün haqqında cinayət işi açılıb və amnistiya qərarı tətbiq olunmuşdur. Müharibə veteranı adı və vəsiqəsi almaq üçün bu günədək dəfələrlə cavabdeh Müdafiə Nazirliyinə müraciət etsə də haqqında aministiya qərarı tətbiq edildiyindən ona imtina etmişlər. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən iddiaçının izahatı: Məhkəmə kollegiyasının iclasında izahat verən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, İPM-nin 85.2-ci maddəsinə istinad edərək, apellyadsiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçının nümayəndəsi İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. İş materiallarından görünür ki, Müdafiə Nazirliyi iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir: “Hərbi xidmət zamanı hərbi hissəni özbaşına tərk etdiyiniz üçün, Bakı Qarnizonu Hərbi Prokurorluğu tərəfindən barənizdə cinayət işi qaldırıldığından və sonradan Amnistiya qərarı tətbiq edilərək cinayət işinə xitam verildiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 09.N995-ci il tarixli 2N6 N-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi mümkün deyildir.” İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N3.N2.20N8-ci il tarixli məktubunda göstərilmişdir: “Sizin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə ünvanladığınız 05.NN.20N8-ci il tarixli N/Ə-N04N6 N-li sorğunuza cavab olaraq bildiririk ki, N N-li hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli N28 N-li əmrilə X4 (əsas: § 5, sıra 6. səh 4, əmrdə soyadı Əskərov və atasının adı Fəhrad yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) 3N.08.N992-ci il tarixdən tədris batalyonunun tərkibinə daxil edilmişdir. N N-li hərbi hissə komandirinin 3N avqust N992-ci il tarixli N02 N-li əmrilə X4 (əsas: § 2, bənd b, sıra 40, səh N3, əmrdə soyadı Əskərov və atasının adı Fəhrad yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) N5.08.N992-ci il tarixdən tədris batalyonunun siyahısından çıxarılaraq N N-li hərbi hissəyə göndərilmişdir. Ş.Mirzəyev adına Ağdam tədris batalyonundan həqiqi hərbi xidmətini başa çatdırmaq üçün göndərilmiş X5 N N-li hərbi hissə komandirinin N6 avqust N992-ci il tarixil N60 N-li əmrilə (əsas: § N, sıra 40, səh 8N, əmrdə soyadı Əskərov yazılmışdır, hərbi rütbəsi göstərilməyib) hərbi hissənin ştatdan kənar siyahısına daxil edilərək sürücü elektrik vəzifəsinə təyin olunmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün mühəndis-yol bölüyünün hərbi qulluqçusu, sıravi X5 N N-li hərbi hissə komandirinin N avqust N994-cü il tarixli 238 Ne-li əmrilə (əsas: § 8, sıra 3, səh 96, əmrdə soyadı Əskərov yazılmışdır, vəzifəsi göstərilməyib) hərbi hissənin ştat cədvəlindən kənar saxlanılmışdır. N N-li hərbi hissə komandirinin N sentyabr N994-cü il tarixli 248 N-li əmrilə X5 (əsas: § N7, sıra N, əmrdə soyadı Əskərov yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) N-ci MAT-un şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təchizatla təmin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 30.09.N996-cı il tarixli müvafiq əmrinə əsasən N-ci MAT-un nömrə hesablayıcısı, sıravi X5 N N-li hərbi hissə komandirinin N5 noyabr N996-cı il tarixli 320 N-li əmrilə (əsas: § NN, sıra N2, səh 29, əmrdə soyadı Əskərov yazılmışdır) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Ağdam RHK-nın sərəncamına göndərilmədir. Qeyd edirik ki, N N-li hərbi hissənin avqust-sentyabr N994-cü il və noyabr N996-cı il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəllərində İddiaçı pul təminatı ilə təmin olunması barədə məlumat aşkar olunmamışdır. Bildiririk ki, N N-li hərbi hissənin N992-N994-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri Mərkəzi Arxivə daxil olmamışdır.” İş materiallarından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin N2.07.20N8-ci il tarixli 758 nömrəli Arayışnda göstərilmişdir: “Verilir N974-cü il təvəllüdlü İddiaçı Fəhrad oğluna ondan ötəri ki, o həqiqətən 20.06.N992-ci ildən N992-ci ilin avqust ayına qədər N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. N992-ci ilin avqust ayından N5.NN.N996-cı ilə qədər N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası MN-nin N94 nömrəli 30.09.N996-cı il tarixli əmrinə əsasən ehtiyata buraxılıb.” İş materiallarından görünür ki, Müdafiə Nazirliyi məhkəmənin sorğusuna cavab olaraq N9.N0.2020-ci il tarixli məktubla bildirmişdir: “N () №-li hərbi hissə komandirinin 3N 08.N992-ci il tarixli N02 N-li əmrilə (əsas: N3, sıra 40, əmrdə atasının adı Fəhrad yazılmışdır) tədris batalyonunda təlim almış İddiaçı Fəhrad oğlu N5.08.N992-ci il tarixdən N N-İi hərbi hissəyə verildiyi üçün tədris batalyonun tərkibindən çıxarılmışdır. N () №-İi hərbi hissə komandirinin 28.09.N992-ci il tarixli N28 №-İi əmrilə (əsas: səh 4. § 5, əmrdə atasının adı Fəhrad yazılmışdır) İddiaçı Fəhrad oğlu 3N.08.N992-ci il tarixdən tədris batalyonunun şəxsi heyətinin siyahısına daxil edilmişdir. N №-İi hərbi hissə komandirinin 07.09.N994-cü il tarixli 248 №-İi əmrilə (əsas: §N7, sıra N) İddiaçı N MAT-ın şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə nazirinin 30.09.N996-cı il tarixli müvafiq əmrinə əsasən N974-cü il təvəllüdlü nömrə hesablayıcısı sıravi X5 N N-li hərbi hisə komandirinin N5.NN.N996-cı il tarixli 320 №-İi əmrilə (əsas: səh 24, § NN, əmrdə soyadı Əskərov yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üşün Ağdam RHK-nın sərəncamına göndərilmiş və N5.NN. N996-cı il tarixə kimi döyüş bölgəsində xidmət etdiyi üçün həmin tarixə kimi məvacibi üç qat ödənilmişdir. NN0 №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-İi hərbi hissənin 04.03.N992-ci ildən N0.05.N994-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır.” İş materiallarından görünür ki, Hərbi Prokurorluğun 04.02.20N9-cu il tarixli məktubuna əsasən İddiaçı oglu barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və yaxud təqsirləndirici material yoxdur. İş materiallarından görünür ki, Bakı Hərbi Məhkəməsinin 22.N0.20N8-ci il tarixli Arayışına əsasən İddiaçı təqsirləndirilməsinə dair Bakı hərbi məhkəməsinin icraatına hər hansı bir material daxil olmamış və məhkum olunmağınıza dair məhkəmənin arxivində məlumat qeydə alınmamışdır. İş materiallarından görünür ki, 26.07.N994-cü il tarixli Çıxış epikrizinə əsasən İddiaçı, hərbi hissə 859, N3.07.N994-cü il tarixindən 26.07.N994-cü il tarixinədək sıxılmış sağtərəfləri çəpinə qasıq yırtığı diaqnozu ilə cərrahiyə şöbəsində olmuşdur. Kafi vəziyyətə hərbi hissəyə buraxılır. 26.07.N994-cü ildə hissəyə gəlməli. N5 gün müddətinə hərbi vəzifələrini icra etməkdən azad olunur. İş materiallarından görünür ki, Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatına əsasən İddiaçı Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə (Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə səbəbi ilə) N9.03.N999-cu il tarixdə həbs edilmişdir. Hökm barədə məlumat qeyd edilməmişdir. İş materiallarından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsi məhkəmənin sorğusuna cavab olaraq iddiaçının qeydiyyat kartasının təsdiq olunmuş surəti (hərbi xidmətə münasibətə dair məlumatlar qeyd olunmaqla) məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə cavabdeh orqan öz imtinasını iddiaçının hərbi xidmət zamanı hərbi hissəni özbaşına tərk etməsi ilə əsaslandırsa da, iddiaçı barəsində Hərbi Prokurorluqda hər hansı bir cinayət işi və yaxud təqsirləndirici materialın olmaması və Hərbi Məhkəmənin icraatında hər hansı bir materialın daxil olmaması və məhkum olunmasına dair məhkəmənin arxivində məlumatın qeydə alınmaması, həmçinin iddiaçının N3.07.N994-cü il tarixindən 26.07.N994-cü il tarixinədək əməliyyat olunması və müalicə alması iş materialları ilə öz təsdiqini tapmamışdır. Həmçinin, iddiaçı barəsində cinayət işinin başlanılması iş materialları ilə öz təsdiqini tapsa da, cinayət işi ilə bağlı hər hansı qərarın qəbul edilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır və yuxarıda qeyd edilən ziddiyyətli məqamlar cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı tam və hərtərəfli araşdırılmadan, iddiaçının müraciəti təmin edilməmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünü dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciəti ilə bağlı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına müvafiq olaraq aparılmalı olan inzibati icraat cavabdeh inzibati orqan tərəfindən tam və hərtərəfli aparılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qəldiyi nəticə ilə razılaşmır, iddiaçının müraciətinin cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı tam və hərtərəfli araşdırılmaması dəlillərini qəbul etmir. Belə ki, iş materiallarında olan AR Müdafiə Nazirliyinin İddiaçı ünvanlandığı N2.N2.20N9-ci il tarixli, N/Ə-N7684 saylı məktubda təkrar olaraq bildirilmişdir ki, “Müharibə veteranı” adının və vəsiqənin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 2N.N2.20N8-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Hərbi xidmət zamanı hərbi hissəni özbaşına tərk etdiyiniz üçün, Bakı Qarnizonu Hərbi Prokurorluğu tərəfindən barənizdə cinayət işi qaldırıldığından və sonradan Amnistiya qərarı tətbiq edilərək cinayət işinə xitam verildiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 N-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi mümkün deyildir.” İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, İddiaçı Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi səbəbi ilə) N9.03.N999-cu il tarixdə həbs edilmişdir və Bakı Qarnizonun 30.05.N999-cu il tarixli Qərarı ilə Milli Məclisin N7.N0.N997-ci il tarixli “amnistiya” Qərarının N.6-cı bəndinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin “qeyd” hissəsinə əsasən bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi E.Quliyevanın apellyasiya şikayətində göstərilən dəlilləri ilə razılaşır və hesab edir ki, inzibati orqan tərəfindən iddiaçının müraciəti qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılaraq qərar qəbul edilmişdir və həmin qərarda “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtinanın səbəbləri konkret əsaslandırılmışdır. Məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin N0.N2.2020-ci il tarixli 2-N(NN2)-3N90/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdehin nümayəndəsi E.Quliyeva tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin N0.N2.2020-ci il tarixli 2-N(NN2)-3N90/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Vidadi Məmmədov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-891/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-891/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver