Məhkəmə qərarları › İş №2-1(103)-891/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-891/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-891/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-309/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəmələrində aparılan icraatlar: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərenerjiinşaat” Tikinti Quraşdırma İstehsalat Birliyinin “Şirvanenerjiinşaat” Tikinti İdarəsində 1985-ci ildən 1991-ci ilə kimi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində 1974-cü ildən 1975-ci ilin may ayına kimi işlədiyi illərin iş stajı kimi nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-5652/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(103)- 1251/2021 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-5652/2020 saylı qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-309/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, “Azərenerjiinşaat” Tikinti Quraşdırma İstehsalat Birliyinin “Şirvanenerjiinşaat” Tikinti İdarəsində 1985-1991-ci illərdə, “Azərbaycan qadını” jurnalı redaksiyasında xx.xx.1974- xx.xx.1975-ci illərdə işlədiyi müddət sığorta stajı kimi nəzərə alınmaqla İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinini qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 01.01,2006-cı il tarixədək ümumi sosial sığorta stajı 08 il 09 ay 08 gün təşkil etdiyindən (xx.xx.1973-xx.xx.1974-cü il tarixlərdə, xx.xx.1977-xx.xx.1983-cü il tarixlərdə, xx.xx.1975-xx.xx.1977-ci il tarixlərdə olan iş stajı) və xx.xx.2006-xx.xx.2018-ci il tarixlərdə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından qanunla tələb edilən 25 il sosial sığorta stajı və ya pensiya kapitalı tələbi (28.800 manat) ödənilmir. Lakin birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərim pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, iddia tələbinin təmin edilməməsini, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinin əsassız və qanunsuz olduğunu, bu səbəbdən də təmin edilməməsini, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir.. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdeh orqan tərəfindən müvafiq tələbinə dair imtina aldıqdan sonra hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən, Hər kəsin sosial təminat hüququ vardır. ... Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2018-ci il tarixdən 30 iyun 2019-cu il tarixədək kişilərin pensiya yaşı 64 yaş müyyən edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş, beləliklə, xx.xx.2019-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. Birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə araşdırması zamanı iddiaçı əmək kitabçasındakı qeydlər, hərbi xidmət dövrüdə nəzərə alınmaqla ümumilikdə 25 ildən artıq sığorta stajına malik olduğu müəyyən edilmişdir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ikinci şərt isə fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Bununla bağlı Kollegiya bildirir ki, iddiaçıya münasibətdə zəruri olan yaş şərti və 25 il iş stajı şərti ödəndiyindən, qanunvericiliyin tələblərinə əsasən, fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ona yaşa görə əmək pensiyasının təyin edilməsində nəzərə alınmır. Lakin inzibati orqanın imtina məktubundan və apelyasiya şikayətindən də aydın olur ki, cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeyd olunmayan dövrlərin onun iş stajına daxil edilməli olmaması qənaətindədir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, yuxarıda sadalanan qanunvericilik normalarından da aydın olur ki, iş stajının təsdiqi üçün əsas götürülən sənəd ilk növbədə əmək kitabçasıdır. Lakin, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar və s.. nəzərə alınır. İş materiallarında olan: - iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin xx.xx.2012-ci il tarixli 141 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində saxlanılan maliyyə sənədlərinə əsasən müəyyən edilmişdir ki, X5 Azərbaycan KP MK-nin “Kommunist" nəşriyyatının 11 dekabr 1974-cü il tarixli 504 saylı əmrinə əsasən “Azərbaycan qadını” jurnalı redaksiyasına kuryer vəzifəsinə qəbul edilmiş, 6 may 1975-ci il tarixli 107 saylı əmrinə əsasən işdən azad edilmişdir. İddiaçı 1974- cü ilin dekabr ayından 1975-ci ilin may ayına kimi - 1974-cü ilin dekabr, 1975-ci ilin yanvarmay ayları üzrə əmək haqqı almışdır (rubl ilə). İddiaçı 1975-ci ilin aprel ayı 10 rubl mükafat almışdır. Əsas: Fond 11149, siy.1, iş 58,59; siy.4, iş 102,103. - “Azərinşaat” Tikinti Quraşdırma İstehsalat Birliyinin “Şirvanenerjiinşaat” Tikinti İdarəsinin xx.xx.2012-ci il tarixli 30 nömrəli əmək haqqının ödənilməsi cədvəlindən görünür ki, X5 1985-1990-cı illərdə əmək haqqı almışdır. - “Bakı Tikiş Evi” ATSC-nin xx.xx.2012-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən Volodarski adına Tikiş fabrikində işləyib, xx.xx.1977-ci il tarixdə 680 nömrəli əmrlə 3-cü dərəcəli çilingər qəbul edilib, xx.xx.1983-cü ildə 56 nömrəli əmrlə işdən azad edilmişdir. - "xxxx" MMC-nin arayışından görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə 7 nömrəli əmrlə "xxxx" MMC-də mühəndis vəzifəsinə təyin olunub və xx.xx.1998-ci il tarixdə 4 nömrəli əmrlə öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. 1991-ci ilin dekabr, 1992ci ilin yanvar-dekabr, 1993-cü ilin yanvar-dekabr, 1994-cü ilin yanvar-dekabr, 1995-ci ilin yanvar-dekabr, 1996-cı ilin yanvardekabr, 1997-ci ilin yanvar-dekabr, 1998-ci ilin yanvarsentyabr ayları üzrə əmək haqqı almışdır. - “X6” MMC-nin arayışından görünür ki, İddiaçı oğlıı xx.xx.1998-ci il tarixdə 4 nömrəli əmrlə “X6” MMC-də texniki nəzarətçi vəzifəsinə təyin olunub və xx.xx.2002-ci il tarixdə 8 nömrəli əmrlə öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. 1998-ci ilin dekabr, 1999cu ilin yanvar-dekabr, 2000-ci ilin yanvar-noyabr, 2001-ci ilin yanvar-dekabr, 2002-ci ilin yanvarnoyabr ayları üzrə əmək haqqı almışdır. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Slavyan Universitetinin 133 saylı, xx.xx.2012-ci il tarixli arxiv arayışından görünür ki, Bakı Slavyan Universitetinin arxiv fondunun sənədlərindən aydın olur ki, İddiaçı həqiqətən 1973-cü il M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutuna xx.xx.1973-cü il tarixli, 37/l əmrinə əsasən dülgər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1973-cü ildə 166/l əmrinə əsasən qarderob işçisi vəzifəsinə keçirilmişdir və xx.xx.1974-cü ildə öz xahişi ilə 105/l əmrinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. Əsas: fond İV, sax. Vaxt 10, siyahı 1974-cü il. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin Şirvan filialının 252 saylı, xx.xx.2021-ci il tarixli iddiaçıya ünvanlanmış arxiv arayışından görünür ki, X10 filialında mühafizə olunan Əli Bayramlı DRES-nin Tikinti Quraşdırma idarəsinin 1985-1988-ci illərə aid əmrlər kitabında X3 işləməsi barədə xx.xx.1985-ci il tarixli, 30 nömrəli, xx.xx.1987-ci il tarixli, 32 nömrəli, xx.xx.1988-ci il tarixli, 54 k nömrəli məzuniyyət əmrləri vardır. X10 filialında mühafizə olunan Əli Bayramlı DRESnin Tikinti Quraşdırma idarəsinin 1985-1988-ci illərə aid əmək haqqı hesablama kitabına əsasən X5 1985-1990-cı illərin yanvar-dekabr və 1991-ci ilin yanvar-iyun ayları üzrə əmək haqqı almışdır. Filialda mühafizə olunan Əli Bayramlı “Şirvanenerjiinşaat Tikinti idarəsinin 1991-ci ilə aid əmək haqqı hesablanma cədvəllərində son olaraq iyun ayında adınıza əmək haqqı vardır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixə olan uçot məlumatlarına əsasən, "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2005-ci il tarixdə uçota alınması, fəaliyyətinin xx.xx.2009-cu il tarixdən xx.xx.2010- cu il tarixədək dayandırılması, xx.xx.2010-cu il tarixdən bərpa olması, xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək dayandırılması, xx.xx.2016-cı il tarixdən bərpa olması, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılması, xx.xx.2020-ci il tarixdən bərpa olması, xx.xx.2020-ci il tarixdən xx.xx.2025ci il tarixədək dayandırılması və hal-hazırda fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılmış vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, “X7” MMC-nin (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə uçota alınması, fəaliyyətinin xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək və xx.xx.2011- ci il tarixdən xx.xx.2016-cı il tarixədək dayandırılması, xx.xx.2014-cü il tarixdən bəyannamə ilə aktivləşməsi və hal-hazırda fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində hüquqi ünvanı AZ1001, ünvan 4dud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) xx.xx.2005-ci il tarixdə 0105-P159-44000 nömrə ilə və hüquqi ünvanı AZ1073, ünvan 5əti aktiv olan “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə 0104-P50-39817 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim etdiyi arayışa əsasən uçot məlumat bazasında "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixdən fəaliyyətinin dayandırılması barədə qeyd aparılmışdır. - İddiaçı məxsus 075866 nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildə Bakı Slavyan Universitetinə dülgər vəzifəsinə qəbul edilmiş, xx.xx.1973-cü ildə qarderob vəzifəsinə keçirilmiş, xx.xx.1974-cü ildə işdən azad edilmiş, xx.xx.1977-ci ildə Volodarski adına Tikiş fabrikində 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü ildə işdən azad edilmiş, xx.xx.1991-ci ildə "xxxx" MMC-yə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmiş, xx.xx.1998-ci ildə “X6” MMC-yə texniki nəzarətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2002-ci ildə işdən azad edilmişdir. Yuxarda qeyd olunan iş materiallarından görünür ki, iddiaçının hərbi xidmət, əmək kitabçasında qeyd edilən və arxiv arayışlarında göstərilən dövlər nəzərə alındıqda iddiaçı 26 il 9 ay 25 gün sosial sığorta stajına malik olmuşdur. Beləliklə, Kollegiya qeyd edilənləri nəzərə alaraq bildirir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçıya münasibətdə tələb olunan bütün şərtlər ( yaş və sığorta stajı ) mövcuddur, yəni iddiaçının pensiya təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmış və ümumilikdə 25 ildən artıq sığorta stajına malik olmuşdur. ((xx.xx.1973xx.xx.1974) + (xx.xx.1974-xx.xx.1975)+(xx.xx.1975-xx.xx.1977) + (xx.xx.1977xx.xx.1983)+(xx.xx.1985-xx.xx.1990)+(xx.xx.1991-xx.xx.1998) + (xx.xx.1998-22.11.02) Yuxarıda sadalanan hallardan da göründüyü kimi, cavabdeh orqanın imtinası qanunsuz və əsassız olmuşdur. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi tərəfindən iddianin təmin edilməsinə dair yekun nəticəyə gəlinərkən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, işin halllarına aid olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-309/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir (1) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar