Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-891/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs Suraxanı Rayon İcra Hakimiyyəti) qarşı “istismara icazənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10345/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsində Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 269 nömrəli Sərəncamı əsasında inşa olunmuş qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmənin qərardadına əsasən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10345/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsində Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 269 nömrəli Sərəncamı əsasında inşa olunmuş qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi vəzifəsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın dəyişdirilərək, pensiyanın ödənilməsi hissəsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etdi. İşin hazırkı apellyasiya icraatı zamanı xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi ərizə təqdim edərək tərəflər arasında barışıq olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizəni müdafiə edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və iddiaçının ərizəsini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsi geri götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 82,87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10345/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs Suraxanı Rayon İcra Hakimiyyəti) qarşı “istismara icazənin verilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-891/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-891/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver