Məhkəmə qərarları › İş №2-1(103)-892/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-892/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-892/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5166/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilədək, xx.xx.1992ci ildən 16.12. 1996-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində “N” saylı hərbi hissələrdə həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda ön mövqedə döyüş əməliyyatlarında yaxından iştirak etmiş, AğdamAğdərə istiqamətində gedən qanlı döyüş əməliyyatlarının birində ağır yaralanmış,kəlləbeyin travması almışdır. Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli,580 saylı qərarı ilə təsdiq olunur ki, aldığı xəsarət “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Hazırda iddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon dairəsində hərbi qeydiyyatdadır, ona aid bütün zəruri hərbi xəstəlik sənədləri orada saxlanılır. O, “vüharibə veteranı” adının və vəsiqəsinin verilməsiüxüy ğfdfçltoz çoxsaylı müraciətlər etsə də, təmin edilməmişdir (Sonuncu müraciəti üzrə cavabdeh xx.xx.2020-ci il tarixli cavab məktubu ilə müsbət qərar qəbuledilmədyindən sənədləri geri qaytarılmışdır) Cavabdeh iddia ərizəsinə dair etirazında iddianı qəbul etməmiş, rədd edilməsini xahiş etmişdir. Etiraz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı,silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə onunla əsaslandirmışdır ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılmasını) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz.Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 1/1370 nömrəli məktubunda iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N nömrəli hərbi hissədə bölük komandirinin müavini, xx.xx.1992ci il tarixdən xx.xx.1995-ci il tarixədək N nömrəli hərbi hissədə bölük komandiri olmuş və xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək N nömrəli hərbi hissə komandirinin sərəncamında olmuşdur. Müdafiə Nazirinin xx.xx.1995-ci il tarixli müvafiq əmri ilə İddiaçı törətdiyi cinayətə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.Bakı Hərbi Məhkəməsinin təqdimatına əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmri ilə İddiaçı baş leytenant hərbi rütbəsi əsgər hərbi rütbəsinədək aşağı salınmışdır. İddiaçı barəsində xx.xx.1995-ci il tarixli və xx.xx.1996-cı il tarixli Bakı Hərbi Məhkəməsinin hökmləri mövcuddur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5166/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “Müharibə veteranı” adının və “Müharibə veteranı” vəsiqəsinin verilməsi vəzifəsi Cavabdehnə həvalə edilmişdir.. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 580 nömrəli,17 oktyabr 2014-cü il tarixli qərarında qeydolunanlar iddiaçıya müharibə veteranı adının verilməsinə əsas əsas vermir.İddiaçı barəsində Bakı Qarnizonunun Hərbi Tribunalının xx.xx.1995-ci il tarixli 483 nömrəli və xx.xx.1996-cı il tarixli hökmləri mövcuddur.. Birinci hökmlə iddiaçı təqsirli bilinərək mülkiyyət və hərbi xidmət əleyhinə cinayətlər törətdiyin üçün 8 il müddətinə azadlıqdan məhrum olunmuş, ikinci hökmlə isə həmin növdən olan cinayət əməllərinə görə 11 il azadlıqdan məhrum etməyə məhkum olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə müəyyən edilən qayda hərbi cinayətlərə görə məhkum edilmiş şəxslərə şamil edilmir. Məhkəmə müvafiq araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qərar qəbuletmişdir Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Belə ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin: 1-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir... Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. «Veteranlar haqqında» Qanundan və Əsasnamənin adıçəkilən qeydlərindən göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilməz. Konkret halda da, məhz, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı T.Baxşiyev Bakı Qarnizonunun Hərbi Tribunalının xx.xx.1995-ci il tarixli 483 nömrəli və xx.xx.1996-cı il tarixli hökmü ilə, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17, 171-ci maddələrinin 1-ci hissəsi, 147-ci maddəsinin 3-cü hissəsi, 255-ci maddəsinin «a» bəndi, 170-ci maddəsinin 2-ci hissəsi, 17,171-ci maddəsinin 2-ci hissəsi və 15,147-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək, ona cəzaların birləşdiriliğb daha ciddi cəza ilə həatə olunmaqla 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Qeyd olunmalıdır ki, həmin hökmlə iddiaçı T.Baxşiyev Cinayət Məcəlləsinin qeydolunan 255-ci maddəsinin «a» bəndində nəzərdə tutulan hərbi xidmət əleyhinə cinayət əməli törətdiyinə görə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Eyni zamanda, işdən görünür ki, iddiaçı T.Baxşiyev Bakı Qarnizonunun Hərbi Tribunalının xx.xx.1996-cı il tarixli digər bir hökmü ilə, AR Cinayət Məcəlləsinin 255-ci maddəsminin «a» bəndində nəzərdə ttuluan hərbi xidmət əleyhinə törətdiyi cinayətə görə bir daha, 4 il müddətinə və Məcəllənin digər maddələri ilə də təqsirli bilinərək, ümumilikdə o, 11 il müddətinə azalıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. İşə əlavə olunmuş - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasmal Rayon İdarəsinin 19 oktyabr 2020-ci il tarixli arayışına, habelə, DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin «Tələbnamə» üzrə məlumatlarına əsasən müəyyən olunur ki, iddiaçı T.Baxşiyevin cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqədar Müdafiə Nazirinin 01913 saylı xx.xx.1995-ci il tarixli əri ilə ehtiyata buraxılmış və onun törətdiyi həmin cinayətlər barədə məlumat infformasiya sitemində mövcuddur. Beləliklə də tədqiq olunan sübutlarla, müəyyən olunan hallar onu deməyə əsas verir ki, iddiaçı 1992-1995-ci illərdə törətdiyi, hərbi xidmət əleyhinə cinayət əməllərinə görə məhkum olunaraq, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Belə olan halda, «Veteranlar haqqında» Qanunun,eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin qeyd olunan tələbləri, ona Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxs kimi müharibə veteranı adı və vəsiqəsi verilməsini istisna edir. Bu baxımdan, qeyd olunanlara əsasən, prosessual qənaət prinsipini nəzərə alan məhkəmə kollegiyası, iş üzrə digər sənədlərin araşıdrılması zəruri hesab etmir. Beləliklə də, tədqiq olunan sübutlarla müəyyən edilən hallar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi işdə olan sübutlara maddi hüquq normaları baxımından düzgün hüquqi qiymət verməmiş, əsassız olaraq iddiaçının tələbini təmin edərək, ona müharibə veteranı statusu verilməsini cavabdehə həvalə etmişdir. Halbuki, İPM-nin 73.1-ci maddəsinin tələbinə görə o halda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Konkret halda isə cavabdeh tərəfindən iddiaçının hüquqlarını pozan qanunsuh hərəkətləri və qərarı mövcud deyil. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5166/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5166/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar