Məhkəmə qərarları › İş №2-1(103)-892/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-892/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-892/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “məxsusluq barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2- 1(112)-5495/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən “Şuşa” restoranı əmlak kompleksi kimi müəssisənin mərhum X2 məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın (37 saylı forma üzrə) verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə vəzifə kimi qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi mərhum atası X2 məxsus olmuşdur. Əmlak kompleksi üzərində olan hüquqları təsdiq edən sənəd - Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 3 nömrəli reyestr kitabının 41-ci səhifəsində 000673 nömrəli qeydiyyatla qeydə alınmış xx.xx.2007-ci il tarixli Şəhadətnamə mövcuddur. xx.xx.2019-cu il tarixdə atası X3 ölmüşdür. Onun ölümündən sonra vərəsəliyin rəsmiləşdirilməsi üçün 1 saylı Bakı “ASAN Xidmət” Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Notariat Ofisi tərəfindən vərəsələr dairəsi müəyyən edilərək, hal-hazırki iddia ərizəsi üzrə cavabdeh təşkilata ünvanlanmış məktub verilmişdir. Məktubda mərhum X1 vəfat etdiyi və onun vərəsələrinin dairəsinin müəyyən edildiyi bildirilərək, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5.1-1-ci maddəsinin tələblərinə əsasən ünvan 1 ünvanda yerləşən “Şuşa” restoranına dair sənədin verilməsi xahiş edilmişdir. Bu məktub əsasında cavabdeh təşkilata ********** saylı, xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən “Şuşa” restoranının (əmlak kompleksi kimi müəssisə) mərhum atası X3yna məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsini xahiş etmişdir. Lakin ərizəsinin təmin edilməsi əvəzinə, xx.xx.2023-cü il tarixli **********825 saylı məktubla müraciəti təmin edilməkdən imtina edilmişdir. Məktubda isə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi, qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyəti olduğu nəzərə çatdırılmaqla, Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsinin məqsədəuyğun olduğu bildirilmişdir. Hesab edir ki, bu cavab məktubu qanunvericilik normalarına zidd olmaqla onun vərəsəlik hüquqlarının məhdudlaşdırılması, daha doğrusu vərəsəlik hüquqların həyata keçirilməsinin qarşısının alınması məqsədi daşıyır. Onun müraciəti torpaq sahəsinə dair hüquqların qeydiyyatı ilə bağlı deyil. Torpaq sahəsi ilə bağlı müraciət etməsi məqsədəuyğun bilinən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həmin torpaq sahəsində tikilmiş qeyri-yaşayış təyinatlı daşınmaz əmlaka dair xx.xx.2007-ci il tarixdə Şəhadətnamə verilmişdir. Şəhadətnamədə, onun obyekt üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verildiyi göstərilmişdir. Bu qeydiyyatın aparılmasının yerləşdiyti torpaq sahəsi ilə bağlılığı, qeydiyyatın torpaq sahəsindən asılı edilməsinə dair nə Şəhadətnamədə, nə də hər hansı bir qanunvericilik normasında göstəriş yoxdur. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan torpaq sahəsi dövlət mülkiyyəti olduğundan Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi məqsədəuyğundur. Bundan başqa elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazi və tikililərin yerləşdiyi sahələr Şəhriyar adına parkın ərazisi olmaqla, iddia olunan qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 357 nömrəli, xx.xx.2015-ci il tarixli sərəncamı əsasında “ADA” Universiteti üçün ayrılmış torpaq sahəsinə dair tərtib edilmiş Ayrıc aktının hüdudları daxilində yerləşir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 291 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-1(112)-5495/2024 saylı qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən “Şuşa” restoranı əmlak kompleksi kimi müəssisənin mərhum X2 məxsus olması (mülkiyyət hüququ ilə) haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmaqlarına baxmayaraq cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş çıxarışı və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin **********08-06301 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 3554,80 kv.m sahəsi olan qeyri-yaşayış binasının 3/1 hissəsi xx.xx.2025-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Göründüyü kimi, hazırkı iddianın verilməsinin əsasını təşkil edən – çıxarışın alınması üçün məxsusluq barədə arayışın verilməsi cavabdeh tərəfindən təmin edildiyindən (iddiaçının mülkiyyət hüquqlarını təsdiq edən sənəd (çıxarış) verilmişdir) artıq tərəflər arasında mübahisə mövcud deyildir. İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsində deyilir ki, İPM-in 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan, bununla əlaqədar tərəflər arasında mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 87 və 90 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “məxsusluq barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar