Məhkəmə qərarları › İş №2-1(103)-893/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-893/2022

14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-893/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə (üçüncü şəxslər "xxxx"xxxx"xxxx" ASC) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-749/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A68-7 saylı, 05 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən hüquqi şəxsdir. Cəmiyyət şirniyyat və qənnadı məhsullarının istehsalı və satışı ilə məşğul olur. OOO "xxxx" və “OOO Konditerskaya Firma TAKF” Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına Etiraz verərək iddiaçının adına 2017 1141 sayla qeydiyyata (Ərizə 2017 00232, ilkinlik tarixi 15.03.2017) alınan “Cepeжкa KAPTOШKA Шоколад tokay” əmtəə nişanının 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə qeydiyyatının etibarsız sayılması haqqında qərar verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A68-7 saylı 05 noyabr 2019-cu il tarixli qərarı ilə etiraz ərizəsinin təmin edilmiş 2017 1141 qeydiyyat nömrəli “Cepeжкa KAPTOШKA Шоколад tokay” əmtəə nişanının ƏXBT-nin 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər”ə dair İddiaçı MMC-nin adına aparılmış qeydiyyatı etibarsız sayılmış və əmtəə nişanının qeydiyyata alınması haqqında (iddia sənədinin nömrəsi 2017 00232) Patent və X2 05.10.2017-ci il tarixli qərarı ləğv edilmişdir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının qərarı tamamilə qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. İddiaçı MMC-yə məxsus “Cepeжкa KAPTOШKA Шоколад tokay” kombinasiya edilmiş əmtəə nişanı 30-cu sinif “konfetlər” 35-ci sinifin “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” xidmətləri üzrə 30.10.2017-ci il tarixində Dövlət reyestrində qeyd olunmaqla "xxxx" MMC-nin adına Azərbaycan Respublikasında 2017 1141 nömrə ilə qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi - 15.03.2017-ci il). İkincisi, İddiaçı MMC-yə məxsus “Cepeжкa KAPTOШKA Шоколад tokay” kombinasiya edilmiş əmtəə nişanı olduğu halda, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının qərarında OOO "xxxx"un və “OOO Konditerskaya Firma TAKF” adına qeydə alınmış nişanların kombinsiya edilməmiş nişan olduğu halda, həmin nişanı kombinasiya edilmiş nişan kimi qəbul etmişdir. Beləliklə, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası işə birtərəfli qaydada yanaşmışdır. Əks təqdirdə belə bir qərar qəbul edə bilməzdi. Üçüncüsü, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının qərarında İddiaçı MMCyə məxsus “Cepeжкa KAPTOШKA Шоколад tokay” kombinasiya edilmiş əmtəə nişanında oval çərçivəsinin içərisində yazılmış “Tokay” söz işarəsi ilə OOO "xxxx"un üç künc həndəsi fiqurun içərisində yazılmış “РотФронт” söz işarələrini heç bir əsası olmadığı halda eyniləşdirmişdir. Dördüncüsü, qeyd olunan kombinasiya edilmiş əmtəə nişanın Azərbaycan Respublikasının Patent və X3 İddiaçı MMC-nin adına qeydiyyata alınan zaman həmin kombinasiya edilmiş əmtəə nişanın ilkin ekspertizası aparılmışdır. Həmin vaxt “Cepeжкa KAPTOШKA Шоколад tokay” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyatına məhdudiyyət və maneçilik törədən hər hansı bir hal mövcud olmamışdır. Əgər həmin vaxt belə bir hal möcud olmuş olsaydı sözü gedən əmtəə nişanın İddiaçı MMC-nin adına qeydiyyata alınmazdı. Bundan başqa “Cepeжкa KAPTOШKA Шоколад tokay” adlı kombinasiya edilmiş əmtəə nişanı ilkin olaraq Azərbaycan Respublikasında İddiaçı MMCnin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası bu halları nəzərə almamışdır. Beşincisi, iddiaçılar təfindən qeyd olunan əmtəə nişanı ilə bağlı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına verilən həmin etiraza baxılan zaman tərəflərin iştirakı ilə araşdırmış, iddiaçıların iddia etdikləri “Антошка КАРТОШКА” adlı əmtəə nişanının yalnız sözdən ibarət olduğu və hal-hazırdada iddia etdikləri təsvirin qeydiyyatının mövcud olmadığı müəyyən olunmuşdur. Lakin, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası “Qeydiyyatın əsaslılığı prezumpsiyası”nın tələblərini kobud surətdə pozmuşdur. Altıncısı, OOO "xxxx" və “OOO Konditerskaya Firma TAKF” Rusiya Federasiyasının şirkətləri ilə Azərbaycan Respulikasının İddiaçı şirkəti arasında heç bir tanışlıqları, münasibətləri və əlaqələri mövcud olmamışdır. Lakin, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası bu hala qiymət verməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası işə birtərəfli qaydada yanaşmışdır. Əks təqdirdə belə bir qərar qəbul edə bilməzdi. Yeddincisi, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası hazırkı iş üzrə qərarının əsaslandırıcı hissəsində “X11 TAKF” şirkəti ilə fərdi sahibkar X4 arasında məhsulların dizaynın işlənməsi haqqında 25 mart 2011-ci il tarixdə 16 nömrəli müqavilə imzalandığını, həmin müqavilə üzrə “Антошка КАРТОШКА шоколад” və “Антошка КАРТОШКА ваниль” qablaşdırma materiallarının dizaynın işlənməsi üzrə tapşırığın verildiyi, 16 nömrəli müqaviləyə əlavələrdə “Антошка КАРТОШКА шоколад” və “Антошка КАРТОШКА ваниль” qablaşdırma materiallarının dizaynın işlənməsi və hüquqların verilməsinin qeyd olunduğu göstərilir. Lakin, bu halları tam araşdırmamış və obyektiv qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası həmin qablaşdırma materiallarının dizaynın nə vaxt hazılayıb təhvil verdiyi və qablaşdırma materiallarının dizaynın nədən ibarət oluduğu qeyd olunmur. Səkkizincisi, etirazçılar tərəfindən qeyd olunan “Антошка КАРТОШКА ваниль” adlı kombinasiya edilmiş əmtəə nişanı nə mənşə ölkəsində, nə də Azərbaycan Respublikasında qeydiyyata alınmamışdır. “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın tələbinə görə əmtəə nişanın əvvəla, mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmələrinin zəruriliyini və mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş nişanların başqa ölkələrdə qeydiyyatdan keçmiş nişanlardan asıllılığın olmamasını şərtləndirir. Beləliklə, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası hazırkı qərarında “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın tələbləri kobud surətdə pozulmuşdur. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “Cepeжкa KAPTOШKA шоколад tokay” təsviri əmtəə nişanı 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” üzrə 30.10.2017-ci il tarixində Azərbaycan Respublikasında 2017 1141 nömrə ilə qeydiyyata alınmışdır. Əmtəə nişanında “шоколад və конфеты” söz işarələri hüquqi mühafizə obyekti deyildirlər (iİkinlik tarixi-15.03.2017-ci il). X11 "xxxx" tərəfindən “AНТОШКА КАРТОШКА” əmtəə nişanı 30-cu sinif “karamel [konfetlər]; konfetlər [konfetlər]; vafli; peçenye: şokolad; bulkalar; kiçik dördkünclər [pirojna] yeni il küknarlarının bəzəmək üçün qənnadı məmulatları: tortlar; halva” əmtəələri üzrə 14.11.2014-cü il tarixdə beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı 05.02.2015-ci ıl tarixdə Azərbaycan Respublikasında iddia edilmiş və nişan Azərbaycan Respublikası ərazisində qüvvədədir. X11 "xxxx" şirkəti ilə "xxxx" MMC arasında “qənnadı məmulatlarının tədarükü” barədə 24.02.2016-cı il tarixdə 777 nömrəli müqavilə imzalanmışdır və müqavilə 31.12.2016-ci il tarixinədək qüvvədə olmuşdur. Apellyasiya şurası hesab etmişdir ki, nişan İddiaçı MMC-nin adına qeydiyyata alınan zaman qeydə alınmış 30-cu sinif əmtəələri üstüstə düşdüyündən, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Republikasının Qanununun 6-cı maddəsinin birinci hissəsinin “b” bəndinə əsasən X11 "xxxx" şirkətinə daha ilkin üstünlüklə (05.02.2015) məxsus olan “AНТОШКА КАРТОШКА” əmtəə nişanının mühafizə olunduğu nəzərə alınmamışdır. Belə ki, hər iki nişanda 30-cu sinif əmtəələri üzrə fərqləndirici element “КАРТОШКА” sözüdür. Söz birləşməsi olaraq nişanların birində “AНТОШКА”, digərində “CEPEЖKA” işlənsə də, hər iki halda klassik rus adları kiçiltmə, əzizləmə formasında işlədilmişdir. Qeyd edilənlər istehlakçılarda şübhəsiz ki, eyni istehsalçıya (sahibkara) məxsus əmtəələr olduğu təsəvvürü yarada bilər. Müqayisə edilən nişanlar yuxarıda qeyd edilən Qaydalara əsasən, istər qrafiki (görünüşlü) və səs üzrə (fonetik) (bütün əlamətlər üzrə), istərsə də məna etibari ilə (ideya uyğunluğu) oxşardırlar, ərizəçinin təqdim etdiyi müqayisə əsaslıdır. Qeyd edilən əsaslar nişanın qeydiyyatının etibarsız hesab edilməsi üçün yetərli olduğundan Apellyasiya şurası ərizəçinin təqdim etdiyi digər arqumentlərin araşdırılıb qiymət verilməsinə lüzum bilməmiş və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6, 29 və 31-ci maddələrini rəhbər tutaraq, etiraz ərizəsini əsassız hesab etmiş və təmin olunmaması barədə qərar qəbul etmişdir. Cavabdeh qeyd olunanlara əsasən Apellyasiya şurasının qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxslərin nümayəndəsi etiraz təqdim edərək bildirmişdir ki, Apellyasiya şurası OOO "xxxx" (RU/ hüquqi şəxs tərəfindən “АНТОШКАКАРТОШКА şokolad” məhsuluna Azərbaycan Respublikasında məhsuluna hüquqların daha əvvəl ilkinliklə qanunla qorunmasına aşağıdakı sübutlar araşdırılmışdır. 1. 14.11.2014-cü il tarixli ilkinliklə ******* beynəlxalq qeydiyyatla kirill hərfləri böyük hərflərlə verilmiş “АНТОШКА- КАРТОШКА” sözlərindən ibarət əmtəə nişanı 30-cu sinif “karamel [konfetlər]; konfetlər [konfetlər]; vafli; peçenye; şokolad; bulkalar; kiçik dördkünclər [pirojna] yeni il küknarlarının bəzəmək üçün qənnadı məmulatları; tortlar; halva” əmtəələri üzrə Azərbaycan Respublikası ərazisində mühafizə olunması sübut olunmuşdur. 2. “АНТОШКА-КАРТОШКА şokolad” məhsulu üzərində RU, 26.10.2005, 297292 Bazis qeydiyyatına lisenziya əsasında istifadə olunan, qırmızı və sarı rənglərin çalarlarında üçkünc oval təsviri üzərində verilmiş firma adından ibarət kombinə edilmiş əmtəə nişanı "xxxx" şirkətinin adına 26.12.2005-ci il tarixli ilkinliklə 877577 (Bazis qeydiyyatı RU, 26.10.2005, 297292) beynəlxalq qeydiyyatla 30-cu sinif əmtəələri üzrə Azərbaycan Respublikası ərazisində mühafizə olunması sübut olunmuşdur. 3. 12.08.2016-ci il tarixli ilkinliklə ******* (Bazis qeydiyyatı RU, 18.10.2006, 315208) beynəlxalq qeydiyyatla qırmızı və sarı rənglərin çalarlarında üçkünc oval təsviri üzərində verilmiş firma adından ibarət “РотФронт” əmtəə nişanı 35-cu sinif- İdxal-ixrac agentlikləri xidmətləri, başqalarına faydalı alış, təchizat xidmətləri [başqalarına faydalı biznes xidmətləri] üzrə Azərbaycan Respublikası ərazisində mühafizə olunması sübut olunmuşdur. 4. "xxxx" ilə fərdi sahibkar X5 arasında məhsullların dizaynının işlənməsi haqqında 25 mart 2011-cu il tarixli 16 müqavilə; №16 müqavilə üzrə “Антошка КАРТОШКА” вкус Шоколад və “Антошка КАРТОШКА” вкус Ваниль qablaşdırma materiallarının dizaynın işlənməsi üzrə Tapşırıq №1; № 16 müqavilə üzrə Əlavə №2, № 16 müqavilə üzrə 25 aprel 2011-ci il tarixli “Антошка КАРТОШКА” вкус Шоколад və “Антошка КАРТОШКА” вкус Ваниль qablaşdırma materiallarının dizaynın işlənməsi və hüquqların verilməsi barədə Akt №1; “Антошка КАРТОШКА” вкус Шоколад və “Антошка КАРТОШКА” вкус Ваниль qablaşdırma materiallarının dizaynın işlənməsi və hüquqların verilməsi barədə 25 aprel 2011-ci il tarixli Akt N°1 əlavə 1. Göstərilən sənədlər “Антошка КАРТОШКА” вкус Шоколад qablaşdırma dizaynın 2011-cu ildə işləndiyini sübut olunmuşdur. 5. OOO "xxxx" ilə "xxxx" MMC (direktor X7) arasında bağlanmış 24 fevral 2016-cı il 777 nömrəli müqavilə; 777 nömrəli müqaviləyə 16.05.2016- cı il tarixli əlavə razılaşma; “Антошка КАРТОШКА Şokolad” nişanlı məhsullar Azərbaycan Respublikası ərazisinə ixrac edilmiş 13.10.2016-cı il tarixdə gömrük nəzarətindən keçməsini təsdiq edən sənədlərlə sübut olunmuşdur. 6. www.takf.uniconf.ru saytından 2012, 2014, 2016 və 2018ci illər üzrə çıxarışlarla “Антошка КАРТОШКА” вкус Ваниль məhsullarının reklam olunması sübut olunmuşdur. 7. İddiaçı MMC /ünvan: AZ1096, ünvan 1APTOШKA шоколад) kombinə edilmiş əmtəə nişanı 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” üzrə 30.10.2017-ci il tarixində Azərbaycan Respublikasında 2017 1141 nömrə ilə qeydiyyata alınmışdır (İddia sənədinin nömrəsi 2017 00232). Əmtəə nişanında “шоколад və конфеты” söz işarələri hüquqi mühafizə obyekti deyildirlər. Əmtəə nişanının ilkinlik tarixi-15.03.2017-ci il; rənglər: qəhvəyi, qızılı, sarı, qırmızı, ağ. 8. bolmart Supermarket Satış çeki ECR Çek № 24849, Çek nömrəsi № 113 alınmış "xxxx" şirkətinin “Антошка КАРТОШКА Şokolad” və İddiaçı MMC şirkətinin (Cepeжкa KAPTOШKA шоколад) məhsullarının fantiklərinin oxşarlığı Apellyasiya şurasında kifayət qədər sübut olunmuşdur. Apellyasiya şurası öz qərarını əsaslandırarkən düzgün hüquqi qiymət vermişdir: “ƏXBT-nin 30-cu sinfin “konfetlər” əmtəəsi üzrə X11 "xxxx" (RU) məxsus “АНТОШКАКАРТОШКА” (1233814) əmtəə nişanının ilkinliyi (05.02.2015-ci il) İddiaçı MMC-yə məxsus (Сережка КАРТОШКА шоколад) əmtəə nişanının (2017 1141) ilkinliyindən (15.03.2017-ci il) öncədir. Apellyasiya şurası hesab edir ki, İddiaçı MMC-nin adına /ünvan:AZ1096, ünvan 2əə nişanı (2017 1141) qeydiyyata alınan zaman qeydə alınmış 30-cu sinif əmtəələri üst-üstə düşdüyündən, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Republlkasının Qanununun 6-cı maddəsinin birinci hissəsinin “b” bəndinə əsasən X11 "xxxx" şirkətinə daha ilkin ilkinliklə (05.02.2015) məxsus olan “АНТОШКА-КАРТОШКА” (1233814) əmtəə nişanının mühafizə olunduğu nəzərə alınmamışdır. Belə ki, hər iki nişanda 30-cu sinif əmtəələri üzrə fərqləndirici element “КАРТОШКА” sözüdür. Söz birləşməsi olaraq nişanların birində “АНТОШКА”, digərində “CEPEЖKA” işlənsə də, hər iki halda klassik rus adları kiçiltmə, əzizləmə formasında işlədilmişdir. Qeyd edilənlər istehlakçılarda şübhəsiz ki, eyni istehsalçıya (sahibkara) məxsus əmtəələr olduğu təsəvvürü yarada bilər. Müqayisə edilən nişanlar yuxarıda qeyd edilən Qaydalara əsasən, istər qrafiki (görünüşlü) və səs üzrə (fonetik) (bütün əlamətlər üzrə), istərsə də məna etibari ilə (ideya uyğunluğu) oxşardırlar, ərizəçinin təqdim etdiyi müqayisə əsaslıdır. 2017 1141 nömrəli qeydiyyat üzrə ƏXBT-nin 35-ci sinfi müstəqil olmamaqla 30-cu sinifdən asılı olaraq - “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər» kimi qeydiyyata alınmışdır, odur ki, bu qərarın nəticəsi həmin sinif üzrə qeydiyyatı da əhatə etməlidir”. Qeyd edilən əsaslar nişanın qeydiyyatının etibarsız hesab edilməsi üçün yetərli olduğundan Apellyasiya şurası qeyd edir ki, ərizəçinin təqdim etdiyi digər arqumentlərin araşdırılıb qiymət verilməsinə zərurət qalmır. Qeyd edilən dəlil İddiaçı MMC-yə məxsus mübahisələndirilən əmtəə nişanının (2017 1141) qeydiyyatının etibarsız hesab edilməsi üçün kifayətdir. Qeydiyyat etibarsız hesab edildiyindən 2017 00232 nömrəli iddia sənədi üzrə əmtəə nişanının qeydiyyatı ilə bağlı qəbul edilmiş qərar da ləğv edilməlidir”. Apellyasiya şurası aşağıda göstərilən digər arqumentlərin araşdırılıb qiymət verilməsinə zərurət görməmiş yuxarıda göstərilən dəlillərin İddiaçı MMC-yə məxsus mübahisələndirilən əmtəə nişanının N 2017 1141 qeydiyyatının etibarsız hesab edilməsi üçün kifayət olduğu qənaətinə gəlmişdir. Eyni zamanda yuxarıda göstərilən sənədli sübutlarla Apellyasiya şurasında kifayət qədər sübut olunmuşdur ki, İddiaçı MMC 15.03.2017-cu il tarixli 2017 00229 nömrəli iddia sənədini verərkən başqasına - OOO "xxxx" (RU) şirkətinə aid olan, Azərbaycan Respublikasının ticarət dövriyyəsinə daha əvvəl buraxılmaqla, geniş ticarət şəbəkəsində satılmaqla və istehlakçılar arasında tanınmış “AНТОШКА КАРТОШКА шоколад” nişanlı məhsulu ilə bağlı sənaye və ticarət fəaliyyətinin qarışdırıla bilməsinə (istelakçını çaşdıra bilməsinə) səbəb olan, hərəkətlər etmiş, başqasının tanınmış məhsulun dizaynına hüquq əldə etmək, qazanılmış nüfuzdan yararlanmaq, əsassız varlanmaq məqsədi güdmüşdür. İddiaçı MMC (AZ) 15.03.2017-ci il tarixli 2017 00232 saylı iddia ərizəsi əsasında 30.10.2017-ci il tarixdə N2017 1141 sayla “Cepeжкa KAPTOШKA Шоколад” əmtəə nişanını qeydiyyata almaqla Azərbaycan Respublikasının qoşulduğu Sənaye mülkiyyətinin qorunması üzrə Paris Konvensiyasının” 10bis (Haqsız rəqabət) maddəsinin əsaslarını pozmuşdur. "xxxx"xxxx"xxxx", Rusiya, şirkətləri tərəfindən təqdim edilən sənədli sübutlarla Apellyasiya şurasında kifayət qədər sübut olunmuşdur ki, İddiaçı MMC hüququ şəxsin adına “Cepeжкa KAPTOШKA Шоколад” əmtəə nişanının 30 və 35-ci sinif əmtəə və xidmətlərii üzrə 2017 1141 saylı qeydiyyatı Paris Konvensiyasının 10bis (Haqsız rəqabət) maddəsinin və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun” 5-ci maddəsinin (f) bəndinin əsaslarını pozulmaqla qeydə alındığı üçün, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun ”29-cu maddəsinə - “5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, tamamilə və ya qismən etibarsız sayıla bilər” əsasında da etibarsız sayılmalıdır. Təqdim edilən sənədli sübutlarla Apellyasiya şurasında kifayət qədər sübut olunmuşdur ki, "xxxx", Rusiya şirkətinin istehsalı olan əlavədə verilən “Антошка КАРТОШКА Шоколад” məhsulunun 30-cu sinifə aid “konfetlər” əmtəələri istehsal olunaraq Azərbaycan Respublikası ərazisində daha əvvəl ticarət dövriyyəsinə çıxarılaraq geniş və uzunmüddətli satışla istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış, məlum olan məhsulu ilə qarışdırılacaq dərəcədə oxşar “Cepeжкa KAPTOШKA Шоколад” əmtəə nişanının onun adına qeydiyyata alınması ilə, eyni zamanda “eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişan”ı kimi “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun” 6-cı maddəsinin (ç) bəndinin də əsaslarının pozulduğu da sübuta yetirilir. Məhz bu səbəbdən də, İddiaçı MMC tərəfindən “Cepeжкa KAPTOШKA Шоколад” əmtəə nişanının 30 və 35-ci sinif əmtəələri üzrə 2017 1141 sayla onun adına qeydiyyata alması ilə, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun” 6-ci maddəsinin (ç) bəndinin əsaslarının da pozulduğu sübuta yetirilir və həmin qanunun 29-cu maddəsinə - “6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər” əsasında da etibarsız sayılmalıdır. Təqdim edilən sənədli sübutlarla Apellyasiya şurasında kifayət qədər sübut olunmuşdur ki, "xxxx" ilə fərdi sahibkar X5 arasında məhsullların dizaynının işlənməsi haqqında 25 mart 2011-cu il tarixli 16 müqavilə əsasında işlənmiş “Антошка КАРТОШКА” вкус Шоколад” qablaşdırma materiallarının (fantikin) dizaynın işlənməsi üzrə başqasına aid müəlliflik hüququ da İddiaçı MMC, tərəfindən “Cepeжкa KAPTOШKA Шоколад” əmtəə nişanına 15.03.2017-cü il tarixli 2017 00229 saylı ərizəni verərkən pozulmuşdur. "xxxx", Rusiya bildirir ki, İddiaçı MMC (AZ)“-“Cepeжкa KAPTOШKA Шоколад” əmtəə nişanının 30 və 35-ci sinif əmtəələri üzrə 15.03.2017-ci il tarixli 2017 00232 saylı iddia ərizəsini ona aid müəlliflik hüququnu pozmaqla verdiyi üçün, 2017 1141 saylı qeydiyyat “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun” 6-ci maddəsinin ikinci hissəsinin (b) bəndinin əsaslarını pozmaqla qeydiyyata alındığı əsasında və həmin qanunun 29-cu maddəsinə - “6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər” əsasında da etibarsız sayılmalıdır. Təqdim edilən sənədli sübutlarla Apellyasiya şurasında kifayət qədər sübut olunmuşdur ki, "xxxx" və 24 fevral 2016-cı il 777 nömrəli müqavilə həmin müqaviləyə 16.05.2016-cı il tarixli əlavə razılaşma ilə işgüzar əlaqəsi olan "xxxx" MMC (VÖEN **********-direktor X7) eyni zamanda, İddiaçı MMC (VÖEN **********-direktor X7) ilə işgüzar əlaqəsi vardır. Sənaye Mülkiyyəti Rəsmi X6 № 2,30.06.2014-ci səhifə 12-dərc edilmiş 2014 0526 nömrəli qeydiyyatla İddiaçı əmtəə nişanı "xxxx" MMC-nin adına qeydiyyatdadır. Azərbaycan Respublikası “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun” 29-cu maddəsinin ikinci hissəsində göstərilir: Əmtəə nişanının qeydiyyatı “əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə” etibarsız hesab edilə bilər” əsasında da etibarsız sayılmalıdır. Üçüncü şəxslərin nümayəndəsi göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-749/2021 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsi qərarında işin faktiki hallarına və işdəki sübutlara düzgün qiymət verməmiş, işə birtərəfli qaydada yanaşmış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir. Əvvəla, İddiaçı MMC-yə məxsus “Сережка Картошка шоколад tokay” əmtəə nişanı 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə 30.10.2017-ci il tarixdə Azərbaycan Respublikasında "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır (İlkinlik tarixi-15.03.2017-ci il). Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A68-7 saylı 05 noyabr 2019-cu il tarixli qərarı ilə 2017 1141 qeydiyyat nömrəli “Сережка Картошка шоколад tokay” əmtəə nişanının ƏXBT-nin 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər”ə dair İddiaçı MMC-nin adına aparılmış qeydiyyatı etibarsız sayılmış və əmtəə nişanının qeydiyyata alınması haqqında (iddia sənədinin nömrəsi 2017 00232) Patent və X2 05.10.2017-ci il tarixli qərarı ləğv edilmişdir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının qərarı tamamilə qanunsuz və əsassız olduğu üçün ləğv olunmasına dair qərar qəbul edilməsi üçün tərəfimizdən birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurası həmçinin birinci instansiya məhkəməsi işə bir tərəfli qaydada yanaşmışdır. Əks təqdirdə belə bir qərar qəbul edə bilməzdi. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının qərarında İddiaçı MMC-yə məxsus “Сережка Картошка шоколад tokay” kombinasiya edilmiş əmtəə nişanında oval çərçivəsinin içərisində yazılmış “Tokay” söz işarəsi ilə OOO "xxxx"un üç künc həndəsi fiqurun içərisində yazılmış “РотФронт” söz işarələrini heç bir əsası olmadığı halda eyniləşdirmişdir. Qeyd olunan kombinasiya edilmiş əmtəə nişanın Azərbaycan Respublikasının Patent və X3 İddiaçı MMC-nin adına qeydiyyata alınan zaman həmin kombinasiya edilmiş əmtəə nişanın ilkin ekspertizası aparılmışdır. Həmin vaxt “Сережка Картошка шоколад tokay” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyatına məhdudiyyət və maneəçilik törədən hər hansı bir hal mövcud olmamışdır. Əgər həmin vaxt belə bir hal möcud olmuş olsaydı sözü gedən əmtəə nişanın İddiaçı MMC-nin adına qeydiyyata alınmazdı. Bundan başqa “Сережка Картошка шоколад tokay” adlı kombinasiya edilmiş əmtəə nişanı ilkin olaraq Azərbaycan Respublikasında İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası və həmçinin Birinci İnstansiya Məhkəməsi bu hallan nəzərə almamışdır. Qeyd olunan əmtəə nişanı ilə bağlı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına verilən həmin etiraza baxılan zaman tərəflərin iştirakı ilə araşdırmış, iddiaçıların iddia etdikləri “Антошка КАРТОШКА” adlı əmtəə nişanının yalnız sözdən ibarət olduğu və hal-hazırda da iddia etdikləri təsvirin qeydiyyatının mövcud olmadığı müəyyən olunmuşdur. Lakin, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası “Qeydiyyatın əsaslılığı prezumpsiyası”nın tələblərini kobud surətdə pozmuşdur və həmçinin birinci instansiya məhkəməsi məhkəmə araşdırması zamanı işə bir tərəfli yanaşaraq qeyd olunan halı obyektiv araşdırmamış və nəticədə qanunsuz qərar qəbul etmişdir. ООО "xxxx" və “000 Konditerskaya Firma TAKF” Rusiya Federasiyasının şirkətləri ilə Azərbaycan Respulikasının İddiaçı şirkəti arasında heç bir tanışlıqları, münasibətləri və əlaqələri mövcud olmamışdır. Əlavə olaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası hazırkı iş üzrə qərarının əsaslandırım hissəsində “X11 TAKF” şirkəti ilə fərdi sahibkar X4 arasında məhsulların dizaynın işlənməsi haqqında 25 mart 2011-ci il tarixdə 16 nömrəli müqavilə imzalandığını, həmin müqavilə üzrə “Антошка КАРТОШКА шоколад” və “Антошка КАРТОШКА ваниль” qablaşdırma materiallarının dizaynın işlənməsi üzrə tapşırığın verildiyi, 16 nömrəli müqaviləyə əlavələrdə “Антошка КАРТОШКА шоколад” və “Антошка КАРТОШКА ваниль” qablaşdırma materiallarının dizaynın işlənməsi və hüquqların verilməsinin qeyd olunduğu göstərilir. Lakin, bu hallar tam araşdırılmamış və obyektiv qiymət verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası həmin qablaşdırma materiallarının dizaynın nə vaxt hazılayıb təhvil verdiyi və qablaşdırma materiallarının dizaynın nədən ibarət oluduğu qeyd olunmur. Həmçinin birinci instansiya məhkəməsi də məhkəmə araşdırması zamanı qeyd olunan hala düzgün qiymət verməmiş, tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Eyni zamanda “Антошка КАРТОШКА ваниль” adlı kombinasiya edilmiş əmtəə nişanı nə mənşə ölkəsində, nə də Azərbaycan Respublikasında qeydiyyata alınmamışdır. “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın tələbinə görə əmtəə nişanın əvvəİa, mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmələrinin zəruriliyini, və mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş nişanların başqa ölkələrdə qeydiyyatdan keçmiş nişanlardan asıllılığın olmamasını şərtləndirir. Beləliklə, birinci instansiya məhkəməsinin hazırkı qərarında “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın tələbləri kobud surətdə pozulmuşdur. Həmçinin, birinci instansiya məhkəməsinin qərarında “Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern konvensiyası”nın 2-ci madəsinin 1-ci bəndinə və həmin maddənin 6-cı bəndinə istinadı da əsaslı hesab edilməməlidir. Belə ki, həmin konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinə görə “Ədəbi və bədii əsərlər” termini ifadə olunma üsulu və formasından asılı omayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: kitab, broşura, başqa yazılı əsərləri: mühazirə, müraciət, nitq və başqa bu tipli yaradıcılıq əsərlərini: dram, musiqili-dram əsərlərini: xoreoqrafiya əsərlərini və pantomimaları: mətnli və ya mətnsiz musiqili əsərləri: kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya anoloji üsullarla ifadə olunan əsərlər onlarla bərabər tutulur: rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltaraşlıq, qrafika və litoqrafiya işlərini: fotoqrafiya əsərlərini, fotoqrafiyaya anoloji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini; coğrafiya, topoqrafiya, memarlıq və elmə aid olan illustrasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir. Konvensiyanın qeyd olunan bu maddəsi ədəbi və bədii əsərlərin dairəsini konkretləşdirmiş və əmtəə nişanlarını bu konvensiyanın predmeti kimi nəzərdə tutmamışdır. Belə olan halda birinci instansiya məhkəməsinin həmin maddənin 6cı bəndinə istinadı da əsaslı hesab olunmamalıdır. Birinci instansiya məhkəməsinin qərarında “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə istinad edilməsi də əsaslı hesab oluna bilməz. Belə ki, həmin qanunun 4-cü maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent - lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimdi əsaslı hesab edilməməlidir. Qeyd olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işə birtərəfli qaydada yanaşaraq iddiaçının mənafeyinə xidmət edən qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz təqdim edərək, etirazın dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə iddiaçı, cavabdeh və 3-cü şəxs "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının, cavabdehin və digər 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 25 mart 2011-ci il tarixli, 16 nömrəli müqavilənin, həmin müqaviləyə əlavə olunmuş 25 mart 2011-ci il tarixli, 1 nömrəli tapşırığın və 25 aprel 2011-ci il tarixli 1 nömrəli aktının təsdiq olunmuş surətlərinə əsasən, fərdi sahibkar Çijov A.A.(icraçı) və "xxxx" şirniyyat firması” ASC (sifarişçi) arasında “Антошка-картошка” вкус Шоколад və “Антошкакартошка” вкус Ваниль konfetlərin qablaşdırma materialların dizaynın hazırlanmasına dair müqavilə bağlanılmış və icraçı tərəfindən hazırlanmış dizaynların nümunələri sifarişçi tərəfindən qəbul edilmişdir. “Romarin” X1 məlumat bazasından əldə olunmuş 877577 saylı qeydiyyatın məlumatlarına əsasən, "xxxx" nişanı 26.12.2005-ci il tarixdə qeydiyyata alınmış, qeydiyyatın sahibinin adı isə X9 Company "xxxx"dır. “Romarin” X1 məlumat bazasından əldə olunmuş ******* saylı qeydiyyatın məlumatlarına əsasən, "xxxx" nişanı 12.08.2016-cı il tarixdə qeydiyyata alınmış, qeydiyyatın sahibinin adı isə X9 Company "xxxx"dur. “Romarin” X1 məlumat bazasından əldə olunmuş ******* saylı qeydiyyatın məlumatlarına əsasən, “AНТОШКА КАРТОШКА” nişanı 14.11.2014-cü il tarixdə qeydiyyata alınmış, qeydiyyatın sahibinin adı isə X11 "xxxx"dır. Nişan “Antoshkakartoshka” sözlərindən ibarətdir, sözlər qara rənqdə, böyük kiril hərfləri ilə yerinə yetirilib. "xxxx" şirkətinin məhsuları üzrə müxtəlif illərə aid olan kataloqların çıxarışlarda “Антошка-картошка” вкус Шоколад və “Антошка-картошка” вкус Ваниль konfetlərin fotoşəkilləri əks olunmuşdur. 24 fevral 2016-cı il tarixli, 777 nömrəli müqavilənin və bəyannamələrin təsdiq olunmuş surətlərinə əsasən, "xxxx" Qənnadi firması ASC ilə "xxxx" MMC arasında qənnadı məhsullarının tədarükü barədə müqavilə imzalanmış və “Антошка-Картошка” вкус ваниль və “Антошка-Картошка” вкус шоколад adlı mallar Azərbaycana idxal olunmuşdur. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının 05 noyabr 2019-cu il tarixli, A68-7 nömrəli qərarına əsasən, İddiaçı MMC-yə məxsus 2017 1141 qeydiyyat nömrəli “Cepeжкa KAPTOШKA шоколад tokay” əmtəə nişanının ƏXBTnin sinif “konfetlər” və 35-ci sinif “30- cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” üzrə qeydiyyatına qarşı X9 Compant "xxxx" və X11 "xxxx" adından patent müvəkkili Nümayəndə tərəfindən verilmiş etiraz ərizəsi təmin edilmiş, 2017 1141 qeydiyyat nömrəli “Cepeжкa KAPTOШKA шоколад tokay” əmtəə nişanının ƏXBT-nin 30- cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər”ə dair İddiaçı MMCnin adına aparılmış qeydiyyatı etibarsız sayılması, əmtəə nişanının qeydiyyata alınması haqqında (iddia sənədinin nömrəsi 2017 00232) Patent və X2 05.10.2017-ci il tarixli qərarın ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyatı və Reyestr Şöbəsinin 27.10.2020-ci il tarixli çıxarışın surətinə əsasən İddiaçı MMC-yə məxsus olan “Cepeжкa KAPTOШKA шоколад» əmtəə nişanı 30.10.2017-ci il tarixdə N 2017 1141 nömrəsi ilə qeydiyyata alınmış, Apellyasiya Şurasının A68-7 saylı 05.11.2019-cu il tarixli qərarına əsasən əmtəə nişanının qeydiyyatı etibarsız sayılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 15 iyul 2021-ci il tarixli “Konditerskaya Firma "xxxx" ASCnin nümayəndəsinə ünvanlanmış məktubunda bildirmişdir: “Konditerskaya Firma "xxxx" ASC-nin “AНТОШКА-КАРТОШКА” əmtəə nişanından İddiaçı MMC tərəfindən qanunsuz istifadə edilməsi barədə müraciətlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən İddiaçı barəsində “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci və dördüncü abzaslarının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrə 21.02.2020-ci il tarixli FA-04 nömrəli iş qaldırılmışdır. İşə mahiyyəti üzrə baxılmış və 25.06.2021-ci il tarixində yekun Qərar qəbul edilmişdir. Həmin Qərar əsasında gələcək fəaliyyətində digər bazar subyektlərinə məxsus əmtəə nişanlarından, o cümlədən “AНТОШКА-КАРТОШКА” əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verməməsi üçün müvafiq tədbirlər görülməsi barədə İddiaçı MMC-yə 01.07.2021-ci il tarixli Göstəriş verilmişdir. Eyni zamanda “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci və dördüncü abzaslarının tələblərinin pozduğuna görə İddiaçı MMC-yə maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin Qərarda İddiaçı MMC-yə məxsus kommersiya sirli məlumatlar olduğu üçün X10 təqdim edilməmişdir.” Cavabdeh tərəfindən məhkəməyə inzibati işinin surəti, bundan başqa “Bolmart” supermarketdə 01.11.2020-ci il tarixdə (satış çeki №172) alınmış "xxxx" şirkətinin “Антошка КАРТОШКА вкус Шоколад” və İddiaçı MMC şirkətinin (Cepeжкa KAPTOШKA Шоколад tokay) konfetlərin konfet kağızları təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanlar; b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar; ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları; d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar; e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar; ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları; f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları; g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra— “Paris Konvensiyası” adlandırılacaqdır) 6ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları; ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları. Həmin Qanununun 6-cı maddəsinə əsasən aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər; e) qeydə alınmış sertifikat nişanları. Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri; b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentləri; c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr. Tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda həmin işarələr Azərbaycan Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi olmalıdır. Həmin Qanunun 25-ci maddəsinə əsasən əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Həmin Qanunun 29-cu maddəsinə əsasən əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. Əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanına aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, bu cür əmtəə nişanının qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən, qüvvədə olduğu müddət ərzində verilə bilər. Həmin Qanunun 31-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum aşağıdakı hallarda əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verir: bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müddətin qurtarması ilə əlaqədar; şəhadətnamə sahibi qeydiyyatdan imtina etdikdə; bu Qanunun 29-cu maddəsinə uyğun olaraq qeydiyyat etibarsız sayıldıqda; bu Qanunun 30-cu maddəsinə uyğun qəbul olunmuş qərara əsasən; coğrafi göstərici qüvvədən düşdükdə; hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs sahibkarlıq fəaliyyətini dayandırdıqda; coğrafi göstəricinin mənşə ölkəsində hüquqi mühafizəsinə xitam verildikdə. Əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən haqsız rəqabət-bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətlərdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.10.1999-cu il tarixli 166 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.4-cü bəndinə görə eynilik və oxşarlıq yoxlanarkən, aşağıdakı hərəkətlər həyata keçirilir: eyni və oxşar nişanların məlumat axtarışı aparılır; məlumat axtarışı zamanı tapılan nişanın iddia olunan nişanla oxşarlıq dərəcəsi müəyyən edilir; iddia edilən əmtəələrin və ya xidmətlərin, qeydə alınmış (iddia edilmiş) eyni və ya oxşar əmtəə nişanının (işarənin) şamil edildiyi əmtəələrlə və ya xidmətlərlə eyniliyi müəyyən edilir. Həmin Qaydaların 29.9.1-ci bəndinə əsasən əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. Həmin Qaydaların 29.9.2-ci bəndinə əsasən əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. Qaydaların 29.3-cü bəndinə əsasən, bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. 14 sentyabr 1995-ci ildə Azərbaycan Respublikasının qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6-cı maddəsinin 3-cü bəndində qeyd edilir ki, İttifaqın hər hansı ölkəsində lazımi şəkildə qeyd edilmiş işarə mənşə ölkəsi də daxil olmaqla başqa ölkələrdə qeyd edilmiş işarələrdən asılı olmayan kimi nəzərdə tutulur. Həmin Konvensiyanın 6 bis maddəsinin 1-ci bəndinə əsasən İttifaq ölkələri məlum ölkənin qanunvericiliyi imkan verirsə, ya müdiriyyətin təşəbbüsü ilə, ya da marağı olan şəxsin ərizəsi əsasında əmtəə nişanının qeydiyyatını etibarsız hesab edib onun tətbiqini qadağan edə bilər. Bu o halda mümkündür ki, əmtəə nişanı başqa nişanın təzələnməsi, təqlidi, yaxud tərcüməsi olmuş olsun və qeydiyyat ölkəsinin yaxud tətbiq olunan ölkənin səlahiyyətli orqanının müəyyən etdiyinə görə artıq bu konvensiyanın üstünlüyündən istifadə edən şəxsin məlum olan və eyni, yaxud oxşar işarəsi ilə qarışıq düşmək imkanı yaratmış olsun. Bu vəziyyət o halda mümkündür ki, işarənin əhəmiyyətli tərkib hissəsi elə məlum işarənin təzələnməsi, yaxud təqlidi olsun ki, nəticədə bu onunla qarışıq düşmək imkanı yaratmış olsun. Həmin Konvensiyanın 6-septies maddəsində qeyd edilir: (l) Əgər agent, yaxud İttifaq ölkələrindən birində olan işarə sahibinin nümayəndəsi sahibin icazəsi olmadan şəxsən öz adından bir və ya bir neçə belə ölkədə bu işarənin qeydiyyata mane olan, yaxud onun ləğv olunması hüququna malikdir, ya da bu ölkənin qanunvericiliyi icazə verirsə və agent yaxud nümayəndə özlərinin hərəkətini doğruldan sübutlar təqdim edə bilmirlərsə qeydiyyatı öz xeyrinə çevirib rəsmiləşdirə bilər. (2) İşarə sahibi (1) bəndi ilə nəzərdə tutulmuş şərtlər daxilində agent, yaxud nümayəndə tərəfindən işarənin istifadə olunmasına, əgər o bu istifadə üçün razılıq verməmişsə, mane olmaq hüququna malikdir. (3) İşarə sahibinin bu maddədə nəzərdə tutulmuş hüquqlardan istifadə etməsi üçün milli qanunvericilik tərəfindən ədalətli müddət təyin oluna bilər. Həmin Konvensiyanın 10 bis maddəsinin 1-ci bəndinə görə, sənaye və ticari əlaqələrdə qəbul edilmiş adətlərə zidd olan rəqabət aktı haqsız rəqabət aktı hesab olunur. Xüsusilə, rəqibin müəssisəsi, məhsulları, yaxud sənaye və ya ticari fəaliyyətiylə bağlı hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər qadağan olunur. 27 noyabr 1998-ci ildə Azərbaycan Respublikasının qoşulduğu “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində “Ədəbi və bədii əsərlər” termininin anlayışı verilmişdir. Həmin anlayışa görə, “Ədəbi və bədii əsərlər” termini hansı üsulla və formada ifadə olunmasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: kitab, broşura, başqa yazılı əsərləri; mühazirə, müraciət, nitq və başqa bu tipli yaradıcılıq əsərlərini; dram, musiqili-dram əsərlərini; xoreoqrafiya əsərlərini və pantomimaları; mətnli və ya mətnsiz musiqili əsərləri; kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini; coğrafiya, topoqrafiya, memarlıq və elmə aid olan illüstrasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir. Eyni maddənin 6-cı bəndinə əsasən, bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2-ci maddəsinin 2.0.1-ci bəndinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2-ci maddəsinin 2.0.2-ci bəndinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2-ci maddəsinin 2.0.3-ci bəndinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin 67.1.-ci bəndinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, üçüncü şəxsə məxsus “Антошка КАРТОШКА шоколад” əmtəə nişanı ilə iddiaçının adına qeydiyyata alınmış “Cepeжкa KAPTOШKA Шоколад tokay” adlı kombinasiya edilmiş əmtəə nişanı qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır. Müqayisə edilən əmtəə nişanlarının ümumi kompozisiyası eynilik təşkil edir. Konkret halda, mübahisələndirilən hər iki məhsulun işdə olan təsvirləri müqayisəli təhlil olunduqda görünür ki, xarici görünüşünə görə bir-birindən fərqləndirilməsi mümkün olmayan dərəcədə oxşar görünüşə və formaya malikdir. Adi gözlə vizual olaraq baxdıqda, hər iki məhsul tamamilə eyni təsəvvür yaradır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisələndirilən qərarda hər iki məhsulun adlarının yanında olan foto ilə əks olunmuş təsvirlərə görə əmtəə nişanlarının ümumi kompozisiyası eynilik təşkil edir. Əmtəə nişanları xarici forması, eyni simmetriyasının mövcud olması, dizayn quruluşu və görünüşü ilə qarışdırılacaq qədər oxşardır. Cavabdeh 05 noyabr 2019-cu il tarixli, A68-7 saylı qərarı qəbul edərkən qanunvericiliyin müddəalarını düzgün tətbiq etmişdir. Odur ki, iddiaçı iddia tələbində haqlı deyildir. Qeyd edilməlidir ki, iş üzrə materiallara əlavə olunmuş, eləcə də məhkəməyə təqdim olunmuş əmtəə nişanı və şokoladların foto-təsvirlərinin vizual müqayisəsi zamanı həmin təsvirlərin tam olaraq eynilik təşkil etdiyi, görünür. Başqa sözlə, təsvirlərdəki eyniliyin müəyyən olunması üçün onların vizual müayinəsi kifayət edir və müayinə zamanı çaşdırıcı, yanıldıcı vəziyyət yaradan əlamətlər adi gözlə də aydın şəkildə müşahidə olunur. Bununla bağlı nəzərə almaq lazımdır ki, MPM-in 97.1-ci maddəsinə görə, yalnız xüsusi bilik tələb olunan sualların izah olunması zərurəti yarandığı hallarda məhkəmə tərəfindən ekspertiza təyin edə bilər. Hazırkı mübahisəyə münasibətdə belə bir zərurətin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 1999-cu il tarixli, 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29-cu maddəsinə görə, iddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması zamanı, məna etibarı ilə (semantik) oxşarlıq nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi kimi əlamətlər əsasında müəyyən edilir Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-749/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar