Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-894/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X7 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil2, cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin mərhum X16 məxsusluğu haqqında arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6125/2022 saylı, 29 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Bakı İnzibati məhkəməsinə müraciət edərək Bakı şəhəri, Mərdəkan bağlar sahəsində yerləşən 246 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 2489 saylı bağ sahəsinə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X20 ilə 11 noyabr 1986-cı ildə rəsmi nikaha daxil olmuşdur. X14 05 may 2021-ci il tarixdə Türkiyə Respublikasının Ankara şəhərində vəfat etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 inkişafı və İstismarı Birliyi tərəfindən 48 saylı orderlə X17 16 dekabr 1993-cü il tarixli 2022 saylı qərarına əsasən Mərdəkan bağlar sahəsində 246 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi 2489 saylı bağ sahəsi ayrılmışdır Qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdi. Cavabda bildirilmişdir ki, ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, qeyd edilən ünvana fərqli ərazidə yerləşən bağ sahəsi göstərilmişdir. Qeyd edilən bağ sahəsinin faktiki yerləşməsi arxiv cizgisi və bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin təqdim edilən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 2022 saylı sərəncamından çıxarışda bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. Həmçinin qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən əraziyə digər fiziki şəxsin müraciəti qeydə alınmışdır. Hesab edir ki, Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin müraciətindən 19 yanvar 2022-ci il tarixli imtinası əsassızdır. 16 dekabr 1993-cü il tarixli 2022 saylı qərarına əsasən Mərdəkan bağlar sahəsində 246 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi 2489 saylı bağ sahəsinə dair onun mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Məhkəmənin İPM-nin 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsinə əsasən xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubuna əsasən iddiaçı iddia tələbini Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağlar sahəsində BTK nəzdində 0,12 ha olan torpaq sahəsi olan 2489 saylı bağ sahəsinin X17 məxsusluğu haqqında arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi kimi dəyişdirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6125/2022 saylı, 29 avqust 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağlar sahəsində 246 saylı BTK nəzdində 0,12 ha sahəsi olan 2489 saylı bağın mərhum X16 məxsusluğu haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, elekton kadastr baza məlumatlarına əsasən göstərilən bağ sahəsi digər fiziki şəxsin (X4) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Qeyd olunan səbəbə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 Mehman Əli oğlundan miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən "2489" nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, qeyd edilən ünvana təkrar müraciətində iddiaçı tərəfindən fərqli ərazidə yerləşən bağ sahəsi göstərilmişdir. Qeyd edilən bağ sahəsinin faktiki yerləşməsi arxiv cizgisi və bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin, təqdim edilən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 2022 nömrəli sərəncamından çıxarışda bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən əraziyə digər fiziki şəxsin, X8 müraciəti qeydə alınmışdır. Qeyd olunan səbəbə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Məlumat üçün bildiririk ki, qeyd olunan bağ sahəsi sxematik xəritəyə əsasən 22 saylı bağın ərazisinə düşür və X8 xx.xx.2021-ci il tarixdə İdarəyə müraciəti zamanı İdarənin mütəxəssisləri tərəfindən müvafiq bağ sahəsinə texniki baxış keçirilərkən torpaq sahəsində 1 mərtəbəli yaşayış evi və həyət tikilisinin mövcud olduğu müəyyən edilmişdir. Qeyd olunan bağ sahəsində mövcud olan tikililərinin kim tərəfindən inşa edilməsi məlum olmamışdır və göründüyü kimi torpaq sahəsi İddiaçı qanuni istifadəsində deyildir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, müvafiq ünvanda ekspertiza keçirilməmiş və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçının arayış verilməsini tələb etdiyi torpaq sahəsi başqa şəxslərin adına özəlləşdirilmiş və həmin şəxslərə hüquqların dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda nümayəndə-vəkil bildirmişdir ki, torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsindədir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati işin araşdırılmış hallarından müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli Sərəncamdan 2022 nömrəli çıxarışa əsasən 55 nömrəli protokoluna əsasən Mərdəkan bağlar sahəsində 246 nömrəli BTK nəzdində bağ sahəsi X17 ayrılmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Apparatının X3 və İstismarı Birliyinin 48 saylı orderinə əsasən Mərdəkan bağlar sahəsində 246 nömrəli BTK nəzdində X17 ayrılan torpağın sahəsi 0,12 ha olmaqla 2489 saylı bağdır. X20 ilə İddiaçı arasında nikah bağlanmışdır. X20 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İddaçı İddiaçı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətindən imtina olunmuşdur. İmtinanın əsası kimi qeyd olunmuşdur ki, göstərilən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, qeyd edilən ünvana fərqli ərazidə yerləşən bağ sahəsi göstərilmişdir. Qeyd edilən bağ sahəsinin faktiki yerləşməsi arxiv cizgisi və bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin təqdim edilən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 2022 saylı sərəncamından çıxarışda bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. Həmçinin qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən əraziyə digər fiziki şəxsin müraciəti qeydə alınmışdır. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 Əli Mehman oğlundan miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəəsəbəsində yerləşən 2489 nömrəli bağ sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh yenədə müraciətdən imtina etmişdir. İmtinanın əsası kimi qeyd etmişdir ki, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, qeyd edilən ünvana fərqli ərazidə yerləşən bağ sahəsi göstərilmişdir. Qeyd edilən bağ sahəsinin faktiki yerləşməsi arxiv cizgisi və bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin təqdim edilən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 2022 saylı sərəncamından çıxarışda bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. Həmçinin qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən əraziyə digər fiziki şəxsin X8 müraciəti qeydə alınmışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. Belə ki, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir. İddiaçının qaldırdığı iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, əmək pensiyalarını tənzimləyən qanunvericiliyin maddi normativ tələblərini ödədiyi üçün yarandığı irəli sürülən əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və bundan sonra həyata keçirilməsi məqsədilə qanunla səlahiyyət verilmiş inzibati orqanın inzibati akt qüvvəli hüquqi akt qəbul etməsi tələb olunur («Əmək pensiyaları haqqında» AR Qanununun 30-cu maddəsi). Yalnız bu qaydada qərar qəbul edildikdən sonra əmək pensiyası hüququ realizə edilə bilər. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci ilin mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərinin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsinə məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan RespublikasıMülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. X24 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X24 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2019-cu il tarixli arxiv arayışına əsasən xx.xx.1993-cü il tarixli Sərəncamdan 2022 nömrəli çıxarışa əsasən 55 nömrəli protokoluna əsasən Mərdəkan bağlar sahəsində 246 nömrəli BTK nəzdində bağ sahəsi X17 ayrılmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Apparatının X3 və İstismarı Birliyinin 48 saylı orderinə əsasən Mərdəkan bağlar sahəsində 246 nömrəli BTK nəzdində X17 ayrılan torpağın sahəsi 0,12 ha olmaqla 2489 saylı bağdır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə İddiaçı arasında nikah bağlanmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bakı şəhəri 23 saylı Notariat ofisinin 22 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti əsasında 08 may 2021-ci ildə ölmüş X15 adına vərəsəlik işi açılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində 2489 saylı bağ sahəsinin dövlət reyestrində qeydiyyatdan keçməsinə dair məlumat idarənin arxivində aşkar edilməmişdir. Habelə bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində 2489 saylı bağ sahəsinin X15 adına ayrılmasına dair 48 nömrəli orderin surəti İdarənin arxivində mövcuddur. Sorğu ilə əlaqədar order təqdim edilmişdir: - Bakı şəhər İcra Hakimiyyəti X2 İnkişafı və X6 bağlar sahəsindəki 246 nömrəli kooperativinin 48 nömrəli orderinə əsasən X17 0,12 ha torpaq sahəsi olan 2489 nömrəli bağ ayrılmışdır. Kollegiya hesab edir ki, iddiaçıya məxsus Mərdəkan qəsəbəsindəki 2489 saylı bağ sahəsinə dair order idarənin arxiv qovluğunda mövcud olduğundan iddiaçının hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Torpaq sahəsinə dair digər şəxsin müraciəti ilə əlaqədar birininci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh qurum tərəfindən X8 adına olduğu qeyd edilən Mərdəkan qəsəbəsindəki 3/427 nömrəli sahədir, bu bağ sahəsi “22” saylı bağ sahəsinin ərazisinə uyğun gəlir, mərhum Mehman Zeynalova məxsus torpaq sahəsinin cizgisi ilə müqayisə etdikdə aşkar şəkildə görünür ki, həmin torpaq sahəsi ilə əlaqəsi yoxdur, həmin bağlar üst-üstə düşmür, Mərdəkan qəsəbəsində ayrı-ayrı ərazilərdə yerləşir. Belə ki, mərhuma məxsus torpaq sahəsi cizgiyə əsasən üç tərəfdən 2488, 2491, 2492, 2490 nömrəli bağ sahələri və bir tərəfdən yol ilə əhatə olunmuş, X13 aid edildiyi qeyd edilən torpaq sahəsinin isə sahəsi 750 kv.m. olmaqla iki tərəfdən bağlarla, iki tərəfdən yol ilə əhətə olunub. Apellyasiya icraatı zamanı da cavabdeh tərəfindən məhkəməyə sənədlər təqdim edərək qeyd edilmişdir ki, iddiaçının mərhum ərinə verilmiş torpaq sahəsi ilə üst-üstə düən torpaq sahələri özəlləşdirilmiş və həmin torpaqlara çıxarış verilmişdir. Bununla bağlı Kollegiya bildirir ki, hazırki inzibati işin predmeti iddiaçının mərhum əri X16 verilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağlar sahəsində 246 saylı BTK nəzdində 0,12 ha sahəsi olan 2489 saylı bağın sonuncuya məxsusluğu haqqında arayışın verilməsidir. Qeyd edilən torpaq sahəsinin X16 ayrılmasını təsdiq edən Bakı şəhər İcra Hakimiyyəti X2 İnkişafı və X6 bağlar sahəsindəki 246 nömrəli kooperativinin 48 nömrəli orderi idarənin özünün arxivində aşkar olunduğundan və inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında uyğunsuzluğu aradan qaldırmaqla mərhum X15 Mərdəkan bağlar sahəsindəki 246 saylı BTK nəzdində 2489 saylı bağ sahəsinə dair hüquqlarının qeydiyyatı təmin edilməklə həmin bağ sahəsinin ona məxsusluğuna dair arayış verilməsi barədə birici instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən gələcəkdə vərəsəlik hüququnun tanınacağı halda və qeyd edilən torpağa çıxarışın verilməsi barədə cavabdehə müraciət olunacağı halda cavabdeh tərəfindən qeyd edilən torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşmə məsələsinə baxıla bilər. Yəni iş materiallarında olan sənədlərlə mərhum X16 ayrıldığı təsdiq olunan torpaq sahəsininin ona məxsusluğu barədə arayışın verilməsindən həmin torpaq sahəsinin başqa torpaq sahələri ilə üst-üstə düşməsi əsası ilə imtina əsassızdır. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası iş üzrə araşdırma nəticəsində hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6125/2022 saylı, 29 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6125/2022 saylı, 29 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova