Məhkəmə qərarları › İş №2-1(103)-895/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-895/2023

26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-895/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı Ağaşirin oğlunun cаvаbdеhlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinə (və ya Vergilər Nazirliyi), Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlarla İş Departamentinə və Qaradağ rayon Vergi Xidmətinə qarşı iş üzrə QƏRARDAD Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı cаvаbdеhlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinə (və ya Vergilər Nazirliyi), Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamentinə və Cavabdeh3nə qarşı NEÖV“-in, bəyannamələrin, hesabatların ləğv edilməsi və işlə təmin olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2900/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təsviri hissə

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinə (və ya Vergilər Nazirliyi), Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 Departamentinə və Cavabdeh3nə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlərin üzərinə iddiaçını bu zamana kimi xəbərdar etmədən, yəni 2020-ci ilin aprel ayından Esosial.az-dan gələn cavab mesaj vasitəsi ilə xəbər tutduğu 2018-ci ildən adına əsassız və qərəzli halda aşılmış VÖEN-i ləğv edilmə öhdəliyinin, iddiaçıya VÖEN barəsində xəbərdar etmədən adına açılmış VÖEN-ə görə sahibkarlıq fəaliyyəti olmadan adına açılmış bəyannamələri, hesabatları ləğv edilmə öhdəliyinin və cavabdehlərin əməlləri sayəsində, əsassız VÖEN sayəsində iddiaçıya dövlətin təyin etdiyi kompensasiyalarından, işsizlik müavinətlərindən və VÖEN-ə görə işdən məhrum olduğu üçün cavabdeh orqanların üzərinə iddiaçını və yoldaşını işlə təmin olunmaq öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-2900/2021 saylı qərardadı ilə (hakim M.C.Qarayeva) iddia mümkün sayılmamışdır.

3. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2-1(103)-304/2022 nömrəli qərardadı ilə (sədrlik edən A.Ə.Hüseyn, hakimlər A.S.Hüseynov və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-2900/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2-1(103)-304/2022 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1512/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2- 1(103)-304/2022 nömrəli qərardadı qismən, iddia tələbinin “iddiaçının adına açılmış VÖEN-in ləğv edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2- 1(103)-304/2022 nömrəli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Tərəflərin izahatları:

7. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə, habelə məhkəmə iclasına gəlmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə

8. Məhkəmə Kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1512/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına müvafiq olaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2900/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı iddiaçının apellyasiya şikayətinə əsasən, iddia tələbinin “iddiaçının adına açılmış VÖEN-in ləğv edilməsi” hissəsində yoxlanılır.

9. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti yoxlanılan hissədə təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən, iddia tələbinin “iddiaçının adına açılmış VÖEN-in ləğv edilməsi” hissəsində ləğv edilməli, inzibati iş həmin hissədə sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

11. Birinci instansiya məhkəməsi iddiaçının birinci tələbinə (adına açılmış VÖEN-in ləğv edilməsi) münasibətdə qeyd etmişdir ki, iddiaçının məcburi qaydada vergi uçotuna alınması ilə bağlı olduğu ünvan üzrə vergi orqanına vergi uçotunun ləğvi ilə bağlı şikayət vermək, şikayəti təmin edilmədiyi halda isə məhkəməyə aidiyyəti inzibati orqanı cavabdeh qismində cəlb etməklə hərəkətini mübahisələndirmək hüququ var. Eyni zamanda, hazırkı iddia tələbi ilə qanuniliyi mübahisələndirilən VÖEN-lə əlaqədar bəyannamələrin, hesabatların ləğv edilməsi inzibati aktı səciyyələndirilən əlamətləri özündə ehtiva etmədiyindən həmin sənədlərin məhkəmədə mübahisələndirilməsi yolverilməzdir və belə iddia mümkün sayılmamalıdır.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1512/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 24-cü bəndində göstərir ki, hazırkı iş üzrə iddiaçı onun adına açılmış VÖEN-in ləğvini tələb edir ki, inzibati orqan da müvafiq akt əsasında iddiaçını məcburi qaydada uçota almışdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından məlumdur ki, vergi orqanı tərəfindən həyata keçirilmiş operativ nəzarət tədbirləri zamanı iddiaçı barəsində 2 may 2018-ci il tarixli 007178 seriyalı “Vergi Məcəlləsinin 33.4-cü və ya 34.3-cü maddələrində göstərilən müddətdə müvafiq ərizənin və ya məlumatın verilməməsinin aşkar edilməsi barədə Akt” tərtib edilməsinə və aktda vergi orqanında uçota alınması məqsədilə müvafiq ərizənin aidiyyəti üzrə təqdim edilməsi barədə qeyd aparılmasına baxmayaraq, iddiaçı vergi orqanında uçota alınmamışdır. Bununla əlaqədar olaraq Vergi Məcəlləsinin 33-cü maddəsinə əsasən iddiaçının 22 may 2018-ci il tarixindən məcburi qaydada vergi uçotuna alınması vergi orqanı tərəfindən təmin edilmişdir.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); (-) 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);

14. Həmin normaların məzmunundan, eləcə də Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında formalaşdırdığı hüquqi mövqeyə görə inzibati orqana müraciət etmək tələbi öhdəliyin icrası növündə inzibati mübahisələrə şamil olunsa da, mübahisələndirmə haqqında iddialara belə tələb şamil olunmur. Odur ki, iddiaçının hazırkı tələblə inzibati orqana müraciət etməməsi onun iddiasının mümkün sayılmaması üçün əsas hesab oluna bilməz.

15. Ali Məhkəmə 2-1(102)-1512/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 27-ci bəndində göstərir ki, nəticə etibarilə, iddiaçının sözügedən tələbi mübahisələndirmə haqqında iddialara aid olduğundan, bu növ iddialara isə inzibati orqana müraciət şərti şamil olunmadığından, iddiaçının müvafiq tələblə inzibati orqana müraciət etməməsi əsası ilə onun tələbinin mümkün sayılmaması qanunvericiliyin yuxarıda göstərilən normaların pozulmasına səbəb olmuşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddianın mümkünlük şərtlərini qiymətləndirərkən qanunvericiliyin tətbiqində səhvə yol vermiş, prosessual hüquq normasını işin hallarına düzgün tətbiq etməmiş, eyni zamanda, işin hallarını tam, hərtərəfli araşdırmayaraq İPM-in 12-ci maddəsinin tələblərini pozmuşdur.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Nəticə

17. Göstərilənlərə əsasən, iddiaçının apellyasiya şikayəti yoxlanılan hissədə təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2900/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı qismən, iddia tələbinin “iddiaçının adına açılmış VÖEN-in ləğv edilməsi” hissəsində ləğv edilməli, inzibati iş həmin hissədə sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

18. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

İddiaçının apellyasiya şikayəti yoxlanılan hissədə təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2900/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı qismən, iddia tələbinin “iddiaçının adına açılmış VÖEN-in ləğv edilməsi” hissəsində ləğv edilsin. İş həmin hissədə sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar