Məhkəmə qərarları › İş №2-1(103)-897/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-897/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-897/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2-1(112)-6246/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. O, xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1997-cı il tarixindən xx.xx.1997-ci il tarixədək H.Z.Tağıyev adına Neft Qazçıxarma İdarəsinin 3 N-li neft mədənində, xx.xx.1998-ci il tarixdən xx.xx.2001 -ci il tarixədək 2 Nli neft mədənində quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator, 2 N-li neft qazçıxarma sexində xx.xx.2001-ci il tarixindən xx.xx.2002-ci il tarixədək quyuların yeraltı təmiri üzrə operator və xx.xx.2002-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək əmtəə operatoru, 1 saylı neft və qazçıxarma sahəsinin neftin yığılma və nəqli xidmət sahəsində xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək əmtəə operatoru, ElmiTəhqiqat və istehsalat işləri sahəsinin lay sularının utilizasiyası xidmət sahəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək lay təzyiqinin saxlanılması üzrə operator və 1 saylı neft və qazçıxarma sahəsinin neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2018- ci il tarixindən xx.xx.2022-ci il tarixinədək əmtəə operatoru peşəsində işləmişdir. Socardan aldığı SOCAR**********10210033B00498 saylı arayışda yalnız onun xx.xx.1997-ci ildən xx.xx.2001-ci ilədək işlədiyi quyuların əsaslı təmiri üzrə operator peşəsi, xx.xx.2001 -ci ildən xx.xx.2002-ci il tarixədək işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsi və xx.xx.2016-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək işlədiyi lay təzyiqinin saxlanması üzrə operator peşəsi zərərli iş hesab edilib. İşlədiyi əmtəə operatoru peşəsini Socar şirkəti zərərli iş hesab etməyib. Bugünə kimi zərərli işlərdə işlədiyi iş stajı 26 gün, 3 ay, 26 il təşkil edir. 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi xahişi ilə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Cavabdehin xx.xx.2023- cü il tarixli il tarixli **********7 nömrəli məktubu ilə onun xahişindən imtina olunmuş və imtina onunla əsaslandırılmışdır ki, güzəştli pensiya hüququ verən 12 il 6 ay güzəştli iş stajı yoxdur və guya ki, onun cəmi 6 il 7 ay 5 gün güzəştli iş stajı var. Halbuki, 1 saylı neft və qazçıxarma sahəsinin neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2018-ci il tarixindən bugünə kimi işlədiyi əmtəə operatoru peşəsi zərərli iş sayılır. Bu peşənin zərərli iş olması səbəbi ilə ona hər ay əlavə ödənişlər olunur. Bildirir ki, “əmtəə operatoru” peşəsi zərərli işdir. Həmin işdə o, yerdən çıxan nefti digər kimyəvi maddələrdən ayrılması ilə məşğul olur. İlk xam və çirkli nefti o, qarşılayıb ayırır. “Əmtəə operatoru” peşəsi birmənalı olaraq zərərli işdir. Halhazırda da, həmin vəzifədə çalışır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdehin ona verilən cavabını, yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmamasını haqsızlıq hesab edir. Müraciətinə verilən cavablar tam əsassızdır. Bütün yuxarıda qeyd etdiklərini, işlədiyi əmək şəraitinin xüsusilə ağır olmasını, 25 ildən artıq əmək stajının olmasını və həmin illərin hamısının zərərli işlərdə işlədiyini nəzərə alaraq düşünür ki, cavabdehin müraciətini imtina cavabı ilə cavablandırması ona qarşı haqsızlıqdır və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmaması qanunsuzluqdur və onun hüquqlarını pozur. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi filialın cavab məktubuna əsasən ərizəçinin əmək kitabçasında qeyd olunan dövrlər ərzində müxtəlif vəzifələrdə işlədiyinə dair aparılmış qeydlər güzəştli arayışlar əsasında təsdiq olunaraq müvafiq sənədlər Filiala təqdim olunduqdan sonra yenidən baxılacağı bildirilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı ünvanlanan cavab məktubunda da qeyd olunduğu kimi, iddiaçının əmək kitabçasında qeyd olunan dövrlər ərzində müxtəlif vəzifələrdə işlədiyinə dair aparılmış qeydlərin güzəştli arayışlar əsasında təsdiq olunması ilə bağlı müvafiq sənədlər Filiala təqdim olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1 -ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə yeraltı işlər,incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Qeyd edirlər ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iş yerindən güzəştli iş stajı barədə arayış təqdim edilməlidir. Arayış iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi təqdirdə, məhkəmə İPM-nin 12.1-ci maddəsinə əsasən öz təşəbbüsü ilə arayışı tələb etməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu təsdiqləməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Belə olan halda, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2-1(112)-6246/2023 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan dövrlər ərzində müxtəlif vəzifələrdə işlədiyinə dair aparılmış qeydlərin güzəştli arayışlar əsasında təsdiq olunması ilə bağlı müvafiq sənədlər Filiala təqdim olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Hazırda qüvvədə olan sadalanan qanunvericilik normalarının təhlilindən göründüyü kimi, iddia tələbi üzrə 60 yaşdan Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - tələb olunan yaş həddinə çatmalı, - azı 25 il sığorta stajı olmalı - stajının 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir.-fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması, ümumi iş stajının və tələb olunan pensiya kapitalının mövcud olması işin mübahisələndirilməyən halıdır. İş materiallarından məlum olur ki, xx.xx.1961-ci il təvəllüdlü iddiaçının xx.xx.2021-ci il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. İddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək stajı aşağıdakı kimi olmuşdur: xx.xx.1979-xx.xx.1979, xx.xx.1979-xx.xx.1981 (hərbi xidmət), xx.xx.1982-xx.xx.1982, xx.xx.1983-xx.xx.1983, xx.xx.1983-xx.xx.1984, xx.xx.1989- xx.xx.1990, xx.xx.1990-xx.xx.1991, xx.xx.1991-xx.xx.1991, xx.xx.1991xx.xx.1994, xx.xx.1997-ci ildən hal-hazıradək. Əmək kitabçasına əsasən iddiaçının Qanunla tələb olunan 25 ildən artıq ümumi iş stajı mövcuddur. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələbi üzrə də cavabdeh mübahisə açmır. İşin mübahisəli halı tələb olunan xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. İş materiallarından görünür ki, iddiaçının xx.xx.1997-xx.xx.2002-ci il, xx.xx.2016xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər 6 il 7 ay 5 güzəştli iş stajının olması cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Cavabdeh apellyasiya şikayətində iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının əmək kitabçasında qeyd olunan dövrlər ərzində müxtəlif vəzifələrdə işlədiyinə dair aparılmış qeydlərin güzəştli arayışlar əsasında təsdiq olunması ilə bağlı müvafiq sənədlər Filiala təqdim edilməməsinə istinad edir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İş materiallarında olan “Azneft” İB tərəfindən verilmiş 05 noyabr 2022-ci il tarixli SOCAR**********10210033B00498 nömrəli məktuba əsasən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, o, H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin 3 №-li neft mədənində xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək və 2 №-li neft mədənində xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator, 2 №-li neft və qazçıxarma sexində xx.xx.2001-ci il tarixdən 05.11 2002-ci il tarixədək quyuların yeraltı təmiri üzrə operator və xx.xx.2002-ci il tarixdən xx.xx.2015-ci il tarixədək əmtəə operatoru, 1 sayiı neft və qazçıxarma sahəsinin neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək əmtəə operatoru, Elmi-tədqiqat və istehsalat işləri sahəsinin lay sularının utilizasiyası xidmət sahəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək lay təzyiqinin saxlanması üzrə operator və 1 saylı neft və qazçıxarma sahəsinin neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmtəə operatoru peşəsində işləmişdir. Onun H.Z.Tağıyev adma Neft və Qazçıxarma İdarəsində xx.xx.1997ci il tarixdən xx.xx.2001-ci il tarixədək (03 il 06 ay 06 gün) işlədiyiniz quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa, görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfnm 10-cu «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 10.2-ci «Neft, qaz və qaz kondensatının hasilatı» yarımbölməsində qeyd edilmiş «quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar» peşəsi ilə, xx.xx.2001 -ci il tarixdən 05.11,2002-ci il tarixədək (01 il 06 ay 06 gün) işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsi həmin yarımbölmədə qeyd edilmiş «quyuların yeraltı təmiri üzrə operatorlar» peşəsi ilə, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək (01 il 06 ay 25 gün) işlədiyi lay təzyiqinin saxlanması üzrə operator peşəsi həmin yarımbölmədə qeyd edilmiş «laylarda təzyiqin saxlanması üzrə operatorlar» peşəsi ilə eynilik təşkil edir. Məhkəmənin sorğusuna əsasən “Azneft” İstehsalat Birliyi tərəfindən verilmiş 14-2- 1/2-613/2023 nömrəli 30 mart 2023-cü il tarixli cavab məktubuna əsasən, sorğu məktubunda və SOCAR-ın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmiş 26 oktyabr 2022ci il tarixli SOCAR**********80020123X00340 nömrəli arxiv arayışındakı qeydlərə əsasən İddiaçı “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin 1 saylı neft və qazçıxarma sahəsinin neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2018ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmtəə operatoru peşəsində işləmişdir. İddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin 1 saylı neft və qazçıxarma sahəsinin Neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2- ci “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan peşə və vəzifələrlə eynilik təşkil etmir. Lakin, 1 saylı neft və qazçıxarma sahəsinin Neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (03 il 11 ay 07 gün) işlədiyi əmtəə operatoru peşəsində yerinə yetirdiyi işlərin xüsusiyyətləri həmin qərarın 10.5-ci “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” yarımbölməsinin 1-ci bəndində nəzərdə tutulmuş “İstehsalatda neft xammalının hazırlanmasında məşğul olan əmtəə operatorları" peşəsinin işinin xüsusiyyətlərinə uyğundur. Belə ki, Neft və qazçıxarma sahəsinin Neftin yığılması və nəqli xidmət sahəsində işləyən əmtəə operatorları aşağıdakı işləri yerinə yetirirlər: Neft məhsulunun (quyu məhsulunun) tərkibində olan mexaniki qarışıqların və suyun neftdən ayrılması. Neft məhsullarının rezervuarlarda, sistemlərdə ölçülməsi. Nümunə götürülməsi. Tutumlardan və rezervuarlardan suyun və çirkabın vurulması və xaric edilməsi. Rezervuarlarda (çənlərdə), sistemlər və başqa tutumlarda neftin, neft məhsullarının xüsusi çəkisinin müəyyən edilməsi. Neft tutucularından neftin və neft məhsullarının yığılması və ölçü çənlərinə vurulması. Rezervuarlardan suyun və çirkabın vurulması. Rezervuarlarda (çənlərdə) kalibr cədvəlinə əsasən maye məhsullarının həcminin müəyyən edilməsi. Rezervuarların və tutumların həcmlərinin ölçülməsində iştirak edilməsi. Rezervuarların, boru kəmərlərin, boşaltma- doldurma avadanlığının və başqa avadanlığın təmirə hazırlanması. Yuxarıda qeyd edilən işlər Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasının (hissə 36) “Neft və neft məhsullarının, qazın, şistin, kömürün emalı və magistral boru kəmərlərinə xidmət" bölməsində mövcud olan "əmtəə operatoru” peşəsinin işinin xüsusiyyətləri ilə eynidir. Sorğu məktubundakı qeydlərə əsasən bildirirlər ki, İddiaçı işlədiyi əmtəə operatoru peşəsi yerinə yetrilən işin xüsusiyyətlərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 12-ci “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 3-cü “Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı" yarımbölməsində ******* a- 16085 kodu ilə qeyd edilmiş “istehsalatda neft xammalının hazırlanmasında məşğul olan əmtəə operatorları” peşəsinin işinin xüsusiyyətlərinə də uyğundur. Məhkəmənin sorğusuna əsasən “Azneft” İstehsalat Birliyi tərəfindən verilmiş 14-2- 1/2-1159/2023 nömrəli 16 iyun 2023-cü il tarixli cavab məktubuna əsasən, SOCARın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli SOCAR**********80020123X00340 nömrəli arxiv arayışından müəyyən olunur ki, İddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin 3 №-li neft mədənində xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və 2 №-li neft mədənində xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator, 2 №-li neft və qazçıxarma sexində xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək quyuların yeraltı təmiri üzrə operator və xx.xx.2002-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, 1 saylı neft və qazçıxarma sahəsinin neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək əmtəə operatoru, Elmi- tədqiqat və istehsalat işləri sahəsinin lay sularının utilizasiyası xidmət sahəsində xx.xx.2016- cı il tarixdən xx.xx.2018-ci il tarixədək lay təzyiqinin saxlanması üzrə operator və 1 saylı neft və qazçıxarma sahəsinin neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmtəə operatoru peşəsində işləmişdir. İddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək (03 il 06 ay 07 gün) işlədiyi quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator peşəsi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 12-ci (XXİİ) “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 12.2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində 2130200a— 15866 kodu ilə qeyd edilmiş “quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar” peşəsi ilə, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək (01 il 06 ay 05 gün) işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsi həmin yarımbölmədə 2130200a—15870 kodu ilə qeyd edilmiş “quyuların yeraltı təmiri üzrə operatorlar” peşəsi ilə, xx.xx.2016-cı il tarixdən xx.xx.2018- ci il tarixədək (01 il 06 ay 25 gün) işlədiyi lay təzyiqinin saxlanması üzrə operator peşəsi həmin yarımbölmədə 2130200a—15868 kodu ilə qeyd edilmiş «laylarda təzyiqin saxlanması üzrə operatorlar» peşəsi ilə eynilik təşkil edir (2 №-li siyahınin 12.2-ci yariblölməsində nəzərdə tutulan peşələr üzrə ümümi iş stajı 06 il 07 ay 05 gün). İddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin Neft və qazçıxarma sahələrinin neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2002-ci il tarixdən xx.xx.2016-cı il tarixədək (14 il 01 ay 22 gün) işlədiyi əmtəə operatoru peşəsi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 12-ci (XXİİ) “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 12.2-ci «Neft, qaz və qaz kondensatının hasilatı» yarımbölməsində nəzərdə tutulan peşə və vəzifələrlə eynilik təşkil etmir. Lakin Neft və qazçıxarma sahələrinin neftin yığılması və nəqli xidmət sahəsində əmtəə operatoru peşəsində işləyərkən yerinə yetirdiyi işlərin xüsusiyyətləri həmin Siyahının 12.3-cü “Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı" yarımbölməsində nəzərdə tutulmuş “istehsalatda neft xammalının hazırlanmasında məşğul olan əmtəə operatorları” peşəsinin işinin xüsusiyyətlərinə uyğundur. Belə ki, Neft və qazçıxarma sahələrinin neftin yığılması və nəqli xidmət sahəsində işləyən əmtəə operatorları aşağıdakı işləri yerinə yetirirlər: Neft məhsulunun (quyu məhsulunun) tərkibində olan mexaniki qarışıqların və suyun neftdən ayrılması. Neft məhsullarının rezervuarlarda, sistemlərdə, neft kəmərlərində ölçülməsi. Nümunə götürülməsi. Tutumlardan və rezervuarlardan suyun və çirkabın vurulması və xaric edilməsi. Rezervuarlarda (çənlərdə), sistemlər və başqa tutumlarda neftin, neft məhsullarının xüsusi çəkisinin müəyyən edilməsi. Neft tutucularından neftin və neft məhsullarının yığılması və ölçü çənlərinə vurulması. Rezervuarlardan suyun və çirkabın vurulması. Rezervuarlarda (çənlərdə) kalibr cədvəlinə əsasən maye məhsullarının həcminin müəyyən edilməsi. Rezervuarların və tutumların həcmlərinin ölçülməsində iştirak edilməsi. Rezervuarların, boru kəmərlərin, boşaltma-doldurma avadanlığının və başqa avadanlığın təmirə hazırlanması. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq (Yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir), Neft və qazçıxarma sahələrinin neftin yığılması və nəqli xidmət sahəsində yerinə yetirilən işlər Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-ixtisas Sorğu kitabçasının “Neft və neft məhsullarının, qazın, şistin, kömürün emalı və magistral boru kəmərlərinə xidmət” bölməsində nəzərdə tutulmuş əmtəə operatorunun işinin xüsusiyyətlərinə uyğun olduğuna görə həmin işlərin icrası üçün nəzərdə tutulan ştat vahidləri əmtəə operatoru adlandırılmışdır. Məlumat üçün bildirilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivində saxlanılan əmək haqqı cədvəllərinə əsasən İddiaçı əmtəə operatoru peşəsində işlədiyi dövrdə zərərli əmək şəraitinə görə onun tarif maaşına 4 (dörd) faiz əlavə haqq ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Socar” X4 tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli, 14-2-1/2-1159/2023 saylı məktubundan görünür ki, “İddiaçı “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin 1 saylı neft və qazçıxarma sahəsinin neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmtəə operatoru peşəsində işlədiyi qeyd edilmişdir. İddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin 1 saylı neft və qazçıxarma sahəsinin Neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10- cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2- ci “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan peşə və vəzifələrlə eynilik təşkil etmir. Lakin 1 saylı neft və qazçıxarma sahəsinin Neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (03 il 11 ay 07 gün) işlədiyi əmtəə operatoru peşəsində yerinə yetirdiyi işlərin xüsusiyyətləri həmin qərarın 10.5-ci “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” yarımbölməsinin 1-ci bəndində nəzərdə tutulmuş “İstehsalatda neft xammalının hazırlanmasında məşğul olan əmtəə operatorları" peşəsinin işinin xüsusiyyətlərinə uyğundur” kimi qeyd edilmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Socar” X3 sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədi ilə iddiaçının işlədiyi əmtəə operatoru peşəsinin vəzifə təlimatlarının və istehsalatda neft xammalının hazırlanmasında məşğul olan əmtəə operatorları peşəsinin vəzifə təlimatlarının məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Socar” X4 tərəfindən sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 1 saylı neft və qazçıxarma sahəsinin (NQÇS) Neftin yığılması və nəqli xidmət sahəsində işlədiyi əmtəə operatoru peşəsinin vəzifə təlimatının məhkəməyə təqdim edilməsi ilə bağlı bildiririk ki, SOCAR-ın xx.xx.2022-ci il tarixli SOCAR**********00040020A00082 nömrəli “Azneft” İB-nin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin ləğv edilməsi haqqında” əmri ilə H.Z.Tağıyev adına NQÇİ xx.xx.2022- ci il tarixdən ləğv edilmiş və sənədləri saxlanmaq üçün SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinə təhvil verilmişdir. Lakin sözügedən arxivdə saxlanılan sənədlərin siyahısında H.Z.Tağıyev adına NQÇİ-nin vəzifə və peşə təlimatları aşkarlanmamışdır. H.Z.Tağıyev adına NQÇİ-nin 1 saylı NQÇS-nin əmtəə operatorunun peşə təlimatı SOCARın Baş ofisinin Mərkəzi arxivində saxlanılan sənədlərin siyahısında aşkarlanmadığı üçün oxşar iş yeri olaraq, “Abşeronneft” NQÇİ-nin 1 saylı NQÇS-nin əmtəə operatorunun peşə təlimatı məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2024-cü il tarixli 81 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 № li qərarında dəyişiklik edilməsi haqqında” qərarının 1.2.1.1.4. bəndi ilə sözügedən Siyahının 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulmuş peşələrin siyahısına “əmtəə operatoru” peşəsi əlavə olunmuşdur və İddiaçı H.Z.Tağıyev adına NQÇİ-nin 1 saylı NQÇS-də işlədiyi əmtəə operatoru peşəsi həmin peşə ilə eynilik təşkil edir. Göründüyü kimi iddiaçının işlədiyi müəssisə tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktubunda, eləcə də apellyasiya instansiya məhkəməsində Dövlət Neft Şirkətinin “Socar” X2 sorğuya cavab məktubunda iddiaçının işlədiyi peşələrin bir daha güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması, vəzifə təlimatları ətraflı şəkildə izah edilməklə müvafiq icra hakimiyyəti orqanının qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında” vəzifə kodları dəqiq şəkildə göstərilmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı işin yuxarıda qeyd edilən halları ilə iddiaçının güzəştli iş stajının 12 il 6 aydan artıq olması öz təsdiqini tapmışdır. Həmçinin kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (Qaydaya 2 nömrəli Əlavə) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi SOCAR “Azneft” İB tərəfindən verilmiş arayışlar güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Göstərilənlərə əsasən, məhkəmə kollegiyası cavabdehin dəlilini əsaslı saymır və belə nəticəyə gəlir ki, iddiaçıya məxsus əmək kitabçası və iş yerindən təqdim edilmiş arayışla onun cavabdeh tərəfindən mübahisələndirilən vəzifələr üzrə işlədiyi öz təsdiqini tapdığından və təqdim olunan arayışdakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən sübut təqdim olunmadığından həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2-1(112)-6246/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar