Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-898/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İmanova İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: “Vətən müharibəsi iştirakçı” medalının verilməsi üçün təqdimatın verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “X2” medalının verilməsi üçün Nazirlər Kabinetinə barəsində təqdimatın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-1(112)- 12916/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “X2” medalının verilməsi üçün Nazirlər Kabinetinə barəsində təqdimatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir).
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vətən müharibə iştirakçısıdır, Azərbaycan Respublikasının ağır dövründə 1991-1994-cü illərdə döyüşlərdə iştirak etmiş, Daxili İşlər Nazirliyinin polis əməkdaşı olmuşdur. Müharibə dövründə Qarabağın hər bir bölgəsinin müdafiəsində döyüşlərdə iştirak etmişlər. Bu haqda da DİN-nin əmrləri var. Cavabdehin imtinası əsassızdır.
3. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-1(112)-12916/2024 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.
5. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı, X4 və X1 İctimai birliyin fəal üzvü olaraq, tərəfindən 44 günlük Vətən Müharibəsində Milli Ordumuza və əsgərlərimizə yardım edilməsində ön cəbhə üçün böyük köməyi olmuşdur. Adı çəkilən X4 və X1 İctimai birliyi 68 nəfərlə vətən müharibəsində başda sədr Tahir Məmmədov olmaqla iştirak etmiş və onun təşkilatçılığı nəticəsində İddiaçı oglunun gördüyü işlər tərəfindən Xəsiyyətnamə ilə təltif edilmişdir, hansı ki ərizəyə əlavə edilir. Təqdim etdiyi əsaslı sübutlarla Tahir Məmmədov X4 və X1 İctimai birliyi Sədri "İgidliyə görə və birçox dövlət medallarıyla tətif edilmişdir, məhkəmənin təqdim edilən sübutları əsaslandırmaqdan ötrü İddiaçı oglunun Xəsiyyətnaməsin və X6 oglunun meddallarla təltif edilmiş vəsiqələri məhkəməyə təqdim ediləcək. İddiaçı birinci Qarabağ müharibəsində iştirak etsə də, artıq "X2 " adını 1992-1994-ci illərdə Tam səfərbərlikdə, Azərbaycan Respublikasının ağır günlərində sübuta yetirilmişdir.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
7. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Məmmədov apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
9. İddiaçı (bundan sonra iddiaçı) 1991-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
10. Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 034537 №-li vəsiqəyə əsasən iddiaçı müharibə veteranıdır.
11. İddiaçı “X2” medalı ilə təltif edilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə (bundan sonra – cavabdeh) müraciət etmişdir.
12. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtina məktubunda bildirmişdir ki, “...DİN-in X7 İdarəsində qəbul zamanı verdiyiniz izahata əsasən tələbinizin “X2” medalı ilə təltif edilmənizdən ibarət olduğu, həmin medalı müraciətinizdə səhvən “Müharibə veteranı” kimi qeyd etməniz müəyyən edilmişdir. Azərbaycan Respublikasının xx.xx.2020-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “X2” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən həmin medal ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif edilir”.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
13. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
14. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
15. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir.
16. İşin hallarına görə iddiaçı 1991-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və buna görə ona Daxili İşlər Nazirliyi tərəfindən müharibə veteranı adı və xx.xx.2021-ci il tarixli 034537 №-li vəsiqə verilmişdir.
17. İddiaçı “X2” medalı ilə təltif edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh Azərbaycan Respublikasının xx.xx.2020-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “X2” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən həmin medal ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçilərinin təltif edildiyini bildirərək, müraciətini təmin etməkdən imtina etmişdir.
18. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsassız, cavadehin imtinası əsaslıdır.
19. Azərbaycan Respublikasının 26 noyabr 2020-ci il tarixli Qanunu təsdiq edilmiş “X2” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə: Maddə 1. Təltif edilən şəxslər “X2” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif edilir.
20. “Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2022-ci il tarixli Sərəncamı: Azərbaycan Respublikasının 2020-ci il sentyabrln 27-dən noyabrın 10-dək olan dövrdə Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə ön cəbhədə fədakarlıq göstərmi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin əməkdaşları və mülki işçiləri “X2” medalı ilə təltif edilsinlər.
21. Qanunvericiliyin qeyd olunan normalarından aydın olur ki, “X2” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçilərinin təltif edilir.
22. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi X7 İdarəsinə verilmiş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının Vətən müharibəsi zamanı döyüş bölgəsinə, hərbi hissələrə ezam olunması, döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumatlar müəyyən edilməmişdir.
23. Həmçinin iddiaçı da iddia ərizəsində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etdiyini iddia etməmiş, 1991-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsinə istinad edərək, Azərbaycan Respublikasının 26 noyabr 2020ci il tarixli Qanunu təsdiq edilmiş “X2” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamənin ona da şamil olunmasın tələb etmişdir.
24. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, “X2” medalı ilə Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində (2020-ci il sentyabrln 27-dən noyabrın 10-dək olan dövrdə) iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif olunduğundan, lakin iddiaçının Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsi zamanı döyüş bölgəsinə, hərbi hissələrə ezam olunması, döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumatlar müəyyən olunmadığından iddia tələbi əsassızdır.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: Maddə 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; Maddə 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə;
26. Qeyd edilən məsələ ilə bağlı cavabdeh orqan qiymətləndirmə azadlığına malik olduğundan məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz.
27. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
30. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.
31. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-1(112)-12916/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov