Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-899/2025 24.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X3 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2660/2024 saylı, 19 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya pensiya hüququnun yarandığı tarixdən güzəştli əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı, 1980-ci ildən etibarən əmək fəaliyyətini müxtəlif yerlərdə həyata keçirmişdir. Belə ki, iddiaçı uzun müddət əmək şəraiti xüsusilə zərərli vəzifələrdə çalışmışdır və qanunvericiliyin güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün tələb edilən iş stajını tamamladığı üçün ona pensiya təyin olunmalıdır. Bununla bağlı iddiaçı tərəfindən 15 avqust 2023-cü il tarixdə cavabdeh orqana ərizə ilə müraciət olunmuşdur. Lakin ərizəyə xx.xx.2023-cü il tarixli imtina məktubu ilə cavab verilmişdir. İmtina məktubunda əsas olaraq qeyd edilmişdir ki, güzəştli iş stajı yanlız 6 il 9 ay 19 gün təşkil edir. Lakin qeyd edilməlidir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Çünki iddiaçı uzun müddət əmək şəraiti zərərli olan işlərdə çalışmışdır və hesab edilmişdir ki, nəzərə alınmayan iş stajı nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia tələbi “60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iş materiallarına əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Sözügedən müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmış və cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-N-207081/2023 nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həlli mümkün olmadığı bildirilmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1- ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1 -dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialın əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20- ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən şdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü işin, tutduğu vəzifənin və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) mütəxəssislər yarımbəndində (b) tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının cavabdehə təqdim etdiyi sənədlərə əsasən güzəştli iş stajı 12 il 6 aydan az (6 il 9 ay 19 gün (xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.2013xx.xx.2015-ci il, xx.xx.2017- xx.xx.2018-ci il, xx.xx.2020-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda iş materiallarına əlavə edilmiş “Socar” Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 13 iyun 2023-cü il tarixli 14-2-8/2-N-2-42/2023- 33 nömrəli arayışında iddiaçının xx.xx.1988-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Bakı stasionar dərinlik özülləri zavodunun 6 nömrəli sexində usta vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bakı Stasionar Dərinlik Özülləri zavodunun 6 nömrəli sexinin yuxanda qeyd olunan siyahı üzrə müəyyən edilmiş bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə, işlədiyi usta vəzifəsi isə yuxarıda qeyd olunan tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsinə uyğun deyil. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bu səbəbdən, qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2660/2024 saylı, 19 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2660/2024 saylı, 19 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-xx.xx.1983-cü illər ərzində hərbi xidmətdə olmuşdur. - Azərbaycan Mühəndislik-Tikinti İnstitutunda “İstilik qaz təminatı və havalandırma” ixtisası üzrə xx.xx.1983-xx.xx.1988-ci illər ərzində təhsil almış və “inşaat mühəndisi” ixtisası verilmişdir. - 7. “Socar” Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun xx.xx.2023-cü il tarixli şəxsin güəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayış:
1. Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən usta peşəsində: Bakı Stasionar Dərinlik Özülləri zavodunun 6 nömrəli sexində xx.xx.1988-ci il tarixindən (xx.xx.1988-ci il tarixli 313/k saylı əmr) xx.xx.1990-cı il tarixinədək (xx.xx.1990-cı il tarixli 139/k saylı əmr) işləmişdir. İşlədiyi peşə üzrə iş stajı 01 il 08 ay 15 gün İşlədiyi peşənin xüsusiyyətləri: Texnoloji avadanlığın təmirinin, istehsal proseslərinin və əl əməyinin mexaniklə$dirilməsi və avtomatlaşdırılması ilə əlaqədar islərin qəbulunda iştirak etmək, əməyin mütərəqqi üsul və metodlarının tətbiqini, is verlərinin səmərələsdirilməsini və peşələrin əvəz olunmasını təşkil etmək, fəhlələr tərəfindən istehsal normalarının verinə yetirilməsini, istehsal sahələrinin, masın və avadanlığın gücündən istifadə olunmasını, sahənin ahəngdar isini təşkil etmək və sair islərdən ibarətdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29- cu bölməsinin “b” bəndində göstərilən “tikinti və quraşdırma işləri üzrə usta” vəzifəsi üzrə iş stajı 01 il 08 ay 15 gün (bir il səkkiz ay on beş gün) təşkil edir.
2. Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən iş icraçısı vəzifəsində: “Şelflayihətikinti" LSTB-nin İxtisaslaşdırılmış Tikinti İdarəsinin 2 nömrəli sahəsində xx.xx.1993-cü il tarixindən (xx.xx.1993-cü il tarixli 111/K saylı əmr) xx.xx.1995-ci il tarixinədək (xx.xx.1995-ci il il tarixli 09/K saylı əmr) işləmişdir. İşlədiyi peşə üzrə iş stajı 01 il 02 ay 27 gün İşlədiyi peşənin xüsusiyyətləri: Sahənin istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik etmək, müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını tərtib etmək və tikinti quraşdırma islərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təşkil etmək, işin müxanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini, tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirlərin həyata keçirilməsini təmin etmək, görülmüş işlərin uçotunu aparmaq, texniki sənədləşməni tərtib etmək, ustalar üçün tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən etmək, onların yerinə yetirilməsinə nəzarət etmək, təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat vermək və sair işlərdən ibarətdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa gör əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bölmənin “b” bəndində “iş icraçıları” vəzifəsi üzrə iş stajı 01 il 02 ay 27 gün (bir il iki ay iyirmi yeddi gün) təşkil edir. - "xxxx" Birgə Müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli güzəştli arayışında qeyd edilmişdir ki, Sıra №si Azfen BM-də Azfen BM-də işlədiyi peşə,vəzifələr və işlədiyi dövr iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nm təsdiq edilməsi barədə 23 yanvar 2007-ci ü tarixli, 12 saylı Qərarının müvafiq maddə, başlıq və bəndləri
1. xx.xx.2020 Metal konstruksiya işləri üzrə usta xx.xx.2022 vəzifəsində 2 il 5 ay 27 gün (iki il, beş 29-cu maddə " Bina,qurğu və ay, iyirmi yeddi gün) çalışmışdır. digər obyektlərin inşası,yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında b) mütəxəssislər bölməsinin tikinti və quraşdırma işləri üzrə ustalar bəndi
2. Cəmi: 2 il 5 ay 27 gün (iki il, beş ay, iyirmi yeddi gün).
İddiaçı işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə 23 yanvar 2007- ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin" Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında nəzərdə tutulmuş yuxanda göstərilən müvafiq bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərə təqaüdə çıxmaq hüququ qazanmışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli güzəştli arayışında bildirilmişdir ki, BOS Şelf MMC-də xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Üst tikililərin yığılması və quraşdırılması üzrə Usta vəzifəsində işləmişdir, Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2015-ci il tarixdə xitam verilmişdir. (xx.xx.2015-ci il tarixli, 078/15 İR saylı əmr) Nəzərə çatdırılmışdır ki, BOS Şelf MMC xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalannın quraşdırılması” işlərinin icrası təşkil edir. Burada metalkonstruksiya işlərinin əsası polad vərəqələrdən metal boruların düzəldilməsi və quraşdırılması, qaynağı və dəmir-beton bloklarının hazırlanmasıdır. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 29- cu hissədə (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri), öz əksini tapmış “tikinti və quraşdırma işləri üzrə ustalar (mütəxəssislər)” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. Onun BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 2 il 1 ay 23 gün təşkil edir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 06 nömrəli güzəştli arayışda qeyd edilmişdir ki, "xxxx" MMC-də xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək iş icraçısı vəzifəsində işləmişdir, Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2018-ci il tarixidə xitam verilmişdir. (xx.xx.2018-ci il tarixli 40/İX saylı əmr) Beləliklə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlər yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 29-cu hissədə (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı , bərpası və təmiri), öz əksini tapmış "tikinti və quraşdırma işləri üzrə ustalar (mütəxəssislər)” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. Onun "AS Texnoservis” MMC-də iş müddəti 1 il 3 gün təşkil edir. - “Socar” Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Bakı Stasionar Dərin Özülləri zavodunun 6 nömrəli sexində xx.xx.1988-ci il tarixindən (xx.xx.1988-ci il tarixli 313/k saylı əmr) xx.xx.1990-cı il tarixinədək (xx.xx.1990-cı il tarixli 139/k saylı əmr) “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən usta vəzifəsində işləmişdir. İşlədiyi həmin vəzifə üzrə sosial sığorta (əmək) stajı 01 il 08 ay 15 gün olmuşdur. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri “Texnoloji avadanlığın təmirinin, istehsal proseslərinin və əl əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə əlaqədar işlərin qəbulunda iştirak etmək, əməyin mütərəqqi üsul və metodlarının tətbiqini, iş yerlərinin səmərələşdirilməsini və peşələrin əvəz olunmasını təşkil etmək, fəhlələr tərəfindən istehsal normalarının yerinə yetirilməsini, istehsal sahələrinin, maşın və avadanlığın gücündən istifadə olunmasını, sahənin ahəngdar işini təşkil etmək və sair işlərdən” ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993- cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nın “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı XXVİİ. bölməsinin “b” bəndində 2290000b—23419 “yeni tikinti və quraşdırma işlərinin ustaları” vəzifə koduna uyğundur. - "xxxx" Birgə Müəssisəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Azfen BM-in (Hal-hazırda Azfen MMC) Azf- 099/107 layihələrində metal konstruksiya işləri üzrə usta vəzifəsində işləmişdir. İddiaçı Azfen BMdə işlədiyi metal konstruksiya işləri üzrə usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29cu maddəsinin "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında b)mütəxəssislər bölməsinin tikinti quraşdırma işləri üzrə ustalar bəndinə uyğun olduğu üçün arayış verilmişdir. Bildirilmişdir ki, İddiaçı McDermott X4. Şirkətində və “X2” MMC-də işləyib işləməməsi barədə məlumatı yoxdur. - Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 15 avqust 2023-cü il tarixində daxil olmuş müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşma çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan islər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş. tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) mütəxəssislər yarımbəndində (b) tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 9 ay 19 gün (xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.2013xx.xx.2015-ci il, xx.xx.2017- xx.xx.2018-ci il, xx.xx.2020-xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda SOCAR “Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu”nun ona dair 13 iyun 2023-cü il tarixli 14- 2-8/2-N-2-42/2023-33 nömrəli arayışında xx.xx.1988-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Bakı stansionar dərinlik özülləri zavodunun 6 nömrəli sexində usta vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bakı Stansionar Dərinlik Özülləri zavodunun 6 nömrəli sexinin yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə, işlədiyi usta vəzifəsi isə yuxarıda qeyd olunan tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsinə uyğun deyil. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Hazırkı iş üzrə cavabdehin imtinasının əsasını iddiaçının qanunvericiliklə nəzərdə tutulan 12 il 06 ay güzəştli iş stajına malik olmaması təşkil edir. Məhkəmə kollegiyası cavabdehin imtinası ilə razılaşmır. Belə ki, iş materiallarında olan “Socar” Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun xx.xx.2023-cü il tarixli şəxsin güəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29-cu bölməsinin “b” bəndində göstərilən “tikinti və quraşdırma işləri üzrə usta” vəzifəsi üzrə iş stajı 01 il 08 ay 15 gün (bir il səkkiz ay on beş gün) təşkil edir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa gör əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bölmənin “b” bəndində “iş icraçıları” vəzifəsi üzrə iş stajı 01 il 02 ay 27 gün (bir il iki ay iyirmi yeddi gün) təşkil edir. İddiaçı Bakı Stasionar Dərin Özülləri zavodunun 6 nömrəli sexində xx.xx.1988-ci il tarixindən (xx.xx.1988-ci il tarixli 313/k saylı əmr) xx.xx.1990-cı il tarixinədək (xx.xx.1990-cı il tarixli 139/k saylı əmr) “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən usta vəzifəsində işləmişdir. İşlədiyi həmin vəzifə üzrə social sığorta (əmək) stajı 01 il 08 ay 15 gün olmuşdur. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri “Texnoloji avadanlığın təmirinin, istehsal proseslərinin və əl əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə əlaqədar işlərin qəbulunda iştirak etmək, əməyin mütərəqqi üsul və metodlarının tətbiqini, iş yerlərinin səmərələşdirilməsini və peşələrin əvəz olunmasını təşkil etmək, fəhlələr tərəfindən istehsal normalarının yerinə yetirilməsini, istehsal sahələrinin, maşın və avadanlığın gücündən istifadə olunmasını, sahənin ahəngdar işini təşkil etmək və sair işlərdən” ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısının “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı XXVİİ. bölməsinin “b” bəndində 2290000b—23419 “yeni tikinti və quraşdırma işlərinin ustaları” vəzifə koduna uyğundur. Göründüyü kimi İddiaçı “Socar” Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda işlədiyi dövrün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajı və zərərli əmək şəraiti işəgötürən tərəfindən təsdiq edilmişdir. Məhkəmə kollegiyası iddiaçının McDermott X4. Şirkətində və “X2” MMC-də işlədiyi dövrə münasibətdə isə qeyd edir ki, həmin qurumlarda metal konstruksiya işləri üzrə usta vəzifəsində işləməsi onun əmək kitabçasında qeydlə və işəgötürən tərəfindən vaxtilə verilmiş sertifikatlarla təsdiqlənir. Belə ki, İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək McDermott X4. Şirkətində, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək “X2” MMC-də işləmişdir (əmək kitabçasına əsasən). Məhkəmə nəzərə alır ki, iddiaçı analoji və ya oxşar fəaliyyətlə məşğul olan müəssisələrdə (BOS Şelf MMC, "xxxx" Birgə Müəssisəsi) həmin vəzifədə (metal konstruksiyaların yığılması və quraşdırılması üzrə usta vəzifəsi) işləmiş və həmin işəgötürənlər tərəfindən əmək şəraitinin zərərli olması təsdiq edilmiş və cavabdeh orqan da həmin dövrləri qəbul edir. Kollegiya qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarxidək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə 12 il 09 ay 08 gün stajı mövcuddur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı olaraq qeyd edilməlidir ki, şikayətin dəlilləri imtina və iddiaya dair yazılı etirazda qeyd edilən dəlillərlə eynilik təşkil edir və hazırkı işin müəyyən edilən halları ilə təkzib edilir. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2660/2024 saylı, 19 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2660/2024 saylı, 19 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.