Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-9/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “eskiz layihənin təsdiq edilməsi tələbinə” dair inzibati iş Açar söz: eskiz layihənin təsdiq edilməsi tələbinə Giriş hissə: X1 Baxışovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Nigar Vahid qızı Həşimlinin katibliyi ilə, İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “eskiz layihənin təsdiq edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi barədə inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2-1(81)-3889/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.İşin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanında yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus 0.0112 ha torpaq sahəsində təqdim edilmiş layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. 2.Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 2/12-10-7/A-189- 151nömrəli cavab məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, təqdim etdiyi sənədlərin araşdırılması zamanı tərtib olunmuş layihənin tam həcmdə işlənilmədiyi (fərdi yaşayış evinin damının mailliyinin bucaq dərəcəsi və bünövrə planının öz əksini tapmayıb) və çıxarışın və sənədlərin arxiv arayışının notarial qaydada təsdiq olunmuş surətinin müraciətlərinə əlavə edilmədiyi, həmçinin 1-ci mərtəbədəki ölçülərlə torpaq sahəsinin plan və ölçüsündə uyğunsuzluğun olduğu məlum olmuşdur. Eyni zamanda, tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin layihələndirilməsi zamanı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.8-ci maddəsinin (ərazinin tikinti sıxlığı əmsalı –bina və qurğuların yerüstü mərtəbələrinin ümumi sahəsinin planlaşdırlan ərazinin ümumi sahəsinə olan nisbəti) tələbləri (yalnız 55 m2 tikinti aparıla bilər) nəzərə alınmalıdır. Qeyd olunan iradlar eskiz layihənin tərtib olunmasına birbaşa məsuliyyət daşıyan layihə təşkilatında və tərəflərindən aradan qaldırıldıqdan sonra Rayon İcra Hakimiyyətində müraciətinə yenidən baxıla bilər.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi 112 kv.m-dir.
4. “Bakı Torpaq” Layihə Smeta Bürosu tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş eskiz layihənin surətindən müəyyən edilir ki, İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində 2 mərtəbədən ibarət. Mansardı olan fərdi yaşayış evinin layihələndirilməsi üçün müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Azərbaycan Respublikası “Bakı Torpaq” Layihə Smeta Bürosu Memarlıq və Planlaşdırma Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli eskiz layihənin razılaşdırılması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəbəsində yerləşən 0.0112 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsusdur. Ona məxsus həmin torpaq sahəsində fərdi yaşayış evi tikilməsi məqsədilə Azərbaycan Respublikası “Bakı Torpaq” Layihə Smeta Bürosunun Memarlıq və Planlaşdırma Bölməsi tərəfindən fərdi yaşayış evinin eskiz layihəsi tərtib edilmişdir. Bundan sonra tərəfindən həmin eskiz layihə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına əsasən məlumatlandırma icraatı qaydasında cavabdehə təqdim edilmişdir. Cavabdeh müraciətinə cavab olaraq bildirmişdir ki, təqdim etdiyi sənədlərin araşdırılması zamanı tərtib olunmuş layihənin tam həcmdə işlənmədiyi (fərdi yaşayış evinin damının mailliyinin bucaq dərəcəsi və bünövrə planı öz əksini tapmayıb) və çıxarışın və sənədlərin arxiv arayışının notarial qaydada təsdiq olunmuş surətinin müraciətə əlavə edilmədiyi, həmçinin 1–ci mərtəbədəki ölçülərlə torpaq sahəsinin plan və ölçüsündə uyğunsuzluğun olduğu məlum olmuşdur. Eyni zamanda bildirilmişdir ki, tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin layihələndirilməsi zamanı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.8-ci maddəsinin (ərazinin tikinti sıxlığı əmsalı – bina və qurğuların yerüstü mərtəbələrinin ümumi sahəsinin planlaşdırılan ərazinin ümumi sahəsinə olan nisbəti) tələbləri (yalnız 55 kv.m tikinti aparıla bilər) nəzərə alınmalıdır. Qeyd olunan iradlar eskiz layihənin tərtib olunmasına birbaşa məsuliyyət daşıyan layihə təşkilatında və tərəfindən aradan qaldırıldıqdan sonra Rayon İcra Hakimiyyətində müraicətinə yenidən baxıla bilər. Hesab edir ki, cavabdehin onun müraciətindən imtinası qanunsuz və əsassızdır.
7. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh iddiaya qarşı məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 200 s saylı Sərəncamı ilə işlənmiş və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2001-ci il tarixli 5 saylı qərarı Dövlət Şəhərsalma norma və qaydalarının 4.12-ci bəndinə əsasən 2-3 mərtəbəli yaşayış binalarının arasındakı məsafə 10 m-dən az olmamalıdır. Bu səbəbdən də, sözügedən ünvanda yaşayan mənzil sahiblərinin qeyd olunan məsələ ilə əlaqədar notarial qaydada təsdiq olunmuş razılıq ərizələrinin Rayon İcra Hakimiyyətinə təqdim olunması vətəndaşın diqqətinə çatdırılmışdır. Eyni zamanda, tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin layihələndirilməsi zamanı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.8-ci maddəsinin (ərazinin tikinti sıxlığı əmsalı-bina və qurğuların yürustü mərtəbələrinin ümumi sahəsinin planlaşdırılan ərazinin ümumi sahəsinə olan nisbəti) tələbləri (yalnız 55 kv.m tikinti aparıla bilər) nəzərə alınmalıdır. İddiçıya qeyd olunanlar barədə rəsmi məlumat verilərək iradlar aradan qaldırıldıqdan sonra müraciətinə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq baxılacağı bildirilmişdir. İddiaçı həmin iradları aradan qaldırmalı olduğu təqdirdə məhkəməyə iddia irəli sürərək arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı tələb edir. İddia ərizəsində qeyd olunan hallardan belə bir qənaətə gəlmək olar ki, şəhərsalma fəaliyyətində Rayon İcra Hakimiyyətinin rolu yalnız Azərbaycan Respulikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80ci maddəsində qeyd olunan hallara nəzarət etməkdən ibarədir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlət əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra – mədəni irs obyektləri) qorunmasından ibarətdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.29-cu maddəsində tikintiyə dövlət nəzarətinin açıqlanması verilmişdir. İddiaçı iddia ərizəsində hazırki məsələyə Rayon İcra Hakimiyyətinin yalnız sözügedən Məcəllənin 80.1-ci maddəsilə baxmalı olduğunu bildirir. Bununla əlaqədar olaraq bildirirlər ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.3-cü maddəsinə əsasən, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Bütün göstərilənlərə istinadən belə hesab etmək olar ki, iddiaçının hazırki iş üzrə iddia tələbi Rayon İcra Hakimiyyətinə qarşı əsassızdır. 8.Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2-1(81)-3889/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir.
9. Bakı İnzibati Məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 28886 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Azərbaycan Respublikası “Bakı Torpaq” Layihə Smeta Bürosu Memarlıq və Planlaşdırma Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli eskiz layihənin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.8-ci maddəsinin tələblərinə uyğun olub-olmaması yerli icra orqanları tərəfindən müəyyən oluna bilər. Lakin rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, layihə sənədlərinin inşaat norma və qaydalarına və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin 80.1-ci bəndinə uyğun olduğu müəyyən olunur, Azərbaycan Respublikası “Bakı Torpaq” Layihə Smeta Bürosu Memarlıq və Planlaşdırma Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli eskiz layihəsi tam şəkildə işləndiyi və layihənin birinci mərtəbəsindəki ölçülərlə torpaq sahəsinin plan və ölçüsü sənədindəki ölçülər arasında uyğunsuzluq olmadığı müəyyən olunmuşdur. Ekspert rəyindən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin eni 10,6 metr, uzunluğu 10,85 metr təşkil edir. xx.xx.2018-ci il tarixli “Bakı Torpaq” Layihə Smeta Bürosu tərəfindən təqdim edilmiş eskiz layihəyə əsasən tikilməli olan fərdi yaşayış evi bir tərəfdən yol, bir tərəfdən yaşayış binası, bir tərəfdən qarajlar ilə əhatə olunmalı, fərdi yaşayış evinin hündürlüyü 10,35 metr, birinci mərtəbənin sahəsi 85 kv.m, ikinci mərtəbənin sahəsi 97 kv.m təşkil etməli idi.
10. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanında yerləşən 0.0112 ha torpaq sahəsinin mülkiyyətçisidir. Onun mülkiyyətçisi olduğu torpaq sahəsindən təyinatı üzrə (yaşayış məntəqələrinin torpaqları) istifadə etmək hüququ vardır. Cavabdeh imtinasında və etirazında eskiz layihənin tam şəkildə işlənmədiyinə, həmçinin 1-ci mərtəbədəki ölçülərlə torpaq sahəsinin plan və ölçüsündə uyğunsuzluğun olduğuna, tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin layihələndirilməsi zamanı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.8-ci maddəsinin (ərazinin tikinti sıxlığı əmsalı- bina və qurğuların yerüstü mərtəbələrinin ümumi sahəsinin planlaşdırılan ərazinin ümumi sahəsinə olan nisbəti) tələblərinin (yalnız 55 m2 tikinti aparıla bilər) nəzərə alınmadığına istinad etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 28886 nömrəli ekspert rəyi ilə cavabdehin imtinasında və etirazında göstərilən hallar təkzib olunur. Bu səbəblərdən, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmamışdır.
Apellyasiya şikayətinin dəlilləri:
11.Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2-1(81)-3889/2019 saylı qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarda yalnız hakimin şəxsi mülahizəsi, iddiaçının mənafeyi əsas götürülmüş, dövlət mənafeti nəzərə alınmamış, işin faktiki hallarına qiymət verilməmişdir. İddiaçı məhkəmədə iddia irəli sürməzdən əvvəl ünvan 3 ünvanında xüsusi mülkiyyətində olan torpaq sahəsində təqdim edilən layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə inzibati orqana ərizə ilə müraciət etmişdir. İddiaçının ərizəsi və əlavə edilmiş sənədlər rayon icra hakimiyyətində araşdırılaraq müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 200S saylı Sərəncamı ilə işlənmiş və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2001-ci il tarixli 5 saylı qərarı Dövlət Şəhərsalma norma və qaydalarının 4.12-ci bəndinə əsasən 2-3 mərtəbəli yaşayış binalarının arasındakı məsafə 10 metrdən az olmamalıdır. Bu səbəbdən sözügedən ünvanda yaşayan mənzil sahiblərinin qeyd olunan məsələ ilə əlaqədar notarial qaydada təsdiq olunmuş razılıq ərizələrinin rayon icra hakimiyyətinə təqdim olunması vətəndaşın diqqətinə çatdırılmışdır. Eyni zamanda bildiririk ki, tikinti nəzərdə tutulan fərdi yaşayış evinin layihələndirilməsi zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.8-ci maddəsinin (ərazinin tikinti sıxlığı əmsalı bina və qurğuların yerüstü mərtəbələrinin ümumi sahəsinin planlaşdırılmış ərazinin ümumi sahəsinə olan nisbəti) tələbləri (yalnız 55 kv.m tikinti aparıla bilər) nəzərə alınmalıdır. İddiaçıya qeyd olunanlar barədə rəsmi məlumat verilərək iradlar aradan qaldırıldıqdan sonra müraciətinə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun baxılacağı bildirilmişdir. İddiaçı həmin iradları aradan qaldırmalı olduğu halda məhkəməyə iddia irəli sürərək arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı tələb edir. İddiaçının məsələ ilə bağlı fikri ondan ibarət olmuşdur ki, şəhərsalma fəaliyyətində rayon icra hakimiyyətinin rolu yalnız Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsində qeyd olunan hallara nəzərat etməkdən ibarətdir. Həmin məcəllənin 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış sahələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına,əmlakına həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən tarix və mədəniyyət abidlərinin (bundan sonra mədəni irs obyektləri) qorunmasından ibarətdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.29-cu maddəsində tikintiyə dövlət nəzarətinin açıqlaması verilmişdir. İddiaçı hazırki məsələ ilə bağlı rayon icra hakimiyyətinin yalnız sözügedən məcəllənin 80.1-ci maddəsi ilə baxmalı olduğunu bildirir və məhkəmədə öz növbəsində iddianı təmin edir. İddiaçının hazırki iş üzrə iddia tələbi rayon icra hakimiyyətinə qarşı mümkünsüzdür. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən eskiz layihənin birinci mərtəbəsindəki ölçülərlə torpaq sahəsinin plan və ölçüsü sənədindəki ölçülər arasında uyğunsuzluq olmadığı müəyyən olunmuşdur. Məhkənin qərarında qeyd olunur ki, ekspert rəyi ilə cavabdehin imtinasında və məhkəməyə təqdim etdiyi etirazında göstərilən hallar təkzib olunur. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdehin etirazı qanuni və əsaslı olmamışdır. Halbuki ekspert rəy verərkən qanunvericiliyin müddəalarını nəzərə almamışdır. Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli qərarı ilə “ərazilərin zonalaşdırılması tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalar” tətbiq edilmişdir. Qaydaların 4.13-cü bəndinə əsasən ərazi zonalarında yol verilən tikintinin miqyası həyatyanı torpaq sahələri olan fərdi yaşayış sahələrində ərazinin tikinti sıxlığı əmsalı 0.4 müəyyən edilmişdir. Qaydaların 4.13-cü bəndinin qeydinə görə (1.2-ci bəndinə əsasən) ərazini tikinti sıxlığı əmsalı bina və qurğuların bütün yerüstü mərtəbələrinin sahəsinin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti qəbul olunur. Qaydaların 4.13-cü bəndinin qeydinə görə (6-cı bəndinə əsasən) mövcud binaların yenidən qurulması zamanı tikinti sıxlığının saniteriya gigiyena və yanğın əleyhinə normalara əməl etməklə 30 %-dən çox olmamaq şərtilə artırılmasına yol verilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 22.6-cı maddəsinə əsasən tikintinin miqyası, binaların yol verilən hündürlük həddi və mərtəbələrin sayı ərazinin tikinti və tikinti sıxlığı əmsalları vasitəsi ilə müəyyən edilir. Qanunvericiliyin tələbinə əsasən sifarişçinin mülkiyyətində olan torpaq sahəsinin 40% hissəsində (yetərli olmadıqda əlavə 30 %-dən çox olmamaq şərti ilə artırılmaqla) tikinti aparıla bilər. İddiçının torpaq sahəsi 0.012 kv.m təşkil edir. İddiaçının cəmi 112 kv.m torpaq sahəsi olduğu halda birinci mərtəbə torpaq sahəsinin 85 kv.m hissəsində, iki mərtəbəsi isə 108 kv.m tikilir. Halbuki cavab məktubunda qeyd olunduğu kimi iddiaçı 112 kv.m torpağında 55 kv.m-dən çox tikə bilməz. Ekspert rəyinin hansı qanunvericiliyə əsasən tərtib edildiyi məlum deyil. Məhkəmə ekspert rəyini əsas götürməklə cavabdehin verdiyi imtinanı əsassız saymışdır. Ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sənədlərlə yanaşı qiymətləndirilir. İddiaçı layihəsində Binəqədi rayonu S.S.Axundov küçəsi 3M göstərir, lakin təqdim etdiyi çıxarışında torpaq sahəsinin yerləşdiyi ərazi kimi M.Ə.Rəsulzadə qəsəbəsi göstərilir. İddiaçının təqdim etdiyi layihə 7-ci mikrorayon ərazisinin (hündür mərtəbəli yaşayış binalarının həyəti) göstərir və layihədə bütün torpaq ərazisində tikinti aparılır. Bununla da yaşayış evinin adı altında qeyri-yaşayış obyektinin tikintisinin aparılmasını görmək olar. Bu faktı iddiaçı şikayət ərizələrində təsdiqləyir. Cavabdeh apellyasiya şikayətinə əlavədə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab məktubu xx.xx.2019-cu il tarixdə verilmiş, iddiaçı isə məhkəməyə 2019-cu ilin sentyabr ayında iddia ərizəsi ilə müaciət etmiş, cavab məktubunun mübahisələndirilməsi üçün iddia müddəti keçmişdir. İddiaçı müraciətində fərdi yaşayış evinin tikintisinə icazə verilməsini xahiş etsə də, məhkəmədə eskiz layihəsinin razılaşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırmış, fərqli tələb irəli sürmüşdür. Bu tələblərdən heç biri yerli icra hakimiyyətinin səlahiyyətinə aid deyil.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. İşə baxılması sonuncu dəfə xx.xx.2023-cü il tarixə təyin edilmiş, iddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
14.Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi 3.0.8-ci maddə-ərazinin tikinti sıxlığı əmsalı-bina və qurğuların yerüstü mərtəbələrinin ümumi sahəsinin planlaşdırılan ərazinin ümumi sahəsinə olan nisbətidir. 80.1-ci maddə- mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.4-cü maddə- sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. «Memarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunu 1-ci maddə- memarlıq obyekti — binalar, tikililər və onların kompleksləri, interyerləri, memarlıq layihəsi əsasında yaradılan bağlar, parklar, kurortlar və digər istirahət yerləri, memarlıq abidələri, memarlıq sahəsində elmi tədqiqatların nəticələri, xatirə abidələri və onların kompleksləri; memarlıq layihəsi — memarlıq obyektinin yaradılması üçün hazırlanan, memarlıq obyektinin həcm-məkan quruluşunu və bədii həllini müəyyənləşdirən ümumi layihə sənədlərinin (memarlıq obyekti layihəsinin) memarlıq hissəsidir. 4-cü maddə- memarlıq – tikinti obyekti mövcud tikinti norma və qaydalarına, ərazi planlaşdırma layihələrinin əsas müddəalarına, insanların ekoloji, sosial cəhətdən təhlükəsiz və rahat həyat fəaliyyətinin təmin edilməsi tələblərinə cavab verməlidir. Memarlıq obyektinin layihəsi və layihənin texniki və ekoloji ekspertiza qaydaları, memarlıq–planlaşdırma tapşırıqları verən orqanlarla razılaşdırmaqla mövcud qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı (bu səlahiyyəti Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri hüdudları daxilində həyata keçirirlər) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 51 saylı qərarının 4.13-cü bəndinə (xx.xx.2020-ci il tarixli 352 saylı qərarla dəyişiklik edilənədək qüvvədə olmuş redaksiyasında) əsasən həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin tikinti sıxlığı əmsalı 3,0 müəyyən edilmişdir. Qərarın 1.2-ci bəndində qeyd edilmişdir ki, ərazinin tikinti sıxlığı əmsalı bina və qurğuların bütün yerüstü mərtəbələrinin sahəsinin planlaşdırılan ərazinin ümumi sahəsinə nisbətidir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2001-ci il tarixli 5 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət Şəhərsalma norma və qaydaları” 4.12-ci bəndinə əsasən, yaşayış, ictimai və istehsalat binalan arasında məsafələr bu normaların 9.22. bəndində və qüvvədə olan normativ sənəddə (CHИП İİ-4) göstərilən insolyasiya normalan əsasında aparılmış insolyasiya və işıqlanma hesablamaları üzrə və bu normaların məcburi olan əlavə 1-də göstərilmiş yanğın təhlükəsizliyinə aid tələblər nəzərə alınmaqla qəbul edilməlidir. 2-3 mərtəbəli yaşayış binalarının uzun tərəfləri arasında məsafə (məişət aralığı) 15 mdən, 4 mərtəbəlilərdə - 20 m-dən, bu binaların uzun tərəfləri və yaşayış otaqlarında pəncərələri olan yan divarları arasında isə məsafə 10 m-dən az olmamalıdır. xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş 4.13-cü bəndin qeyd hissəsinə əsasən həyatyanı sahəsi olan tikililər rayonunda yaşayış evinin pəncərələrindən (otaqlardan, mətbəxlərdən, və şüşəbənddən) qonşu həyətdə yerləşən evin və təsərrüfat tikililərinin (qaraj, hamam, anbar) divarlarınadək olan məsafə, yanğın təhlükəsizliyi, sanitar və məişət şərtlərinə görə, yanğına qarşı və sanitar ara məsafələrinə riayət olunmaqla, 6 m-dən az olmamalıdır.
Apellyasiya Məhkəməsinin hüquqi mövqeyi:
15. Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
16. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia rədd edilməlidir.
17. Məhkəmə cavabdehin apellyasiya şikayətinə əlavədə göstərilənlərlə bağlı qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsində və “İnzibati icraat haqqında” qanunda bu növ iddialar üzrə iddia müddəti nəzərdə tutulmadığından iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı dəlil əsassızdır.
18. Cavabdehin digər dəlili ondan ibarətdir ki, iddiaçının cavabdeh orqana müraciətindəki tələblə, iddia tələbi fərqli olmuş, hər iki tələbə baxılması İcra Hakimiyyətinin səlahiyyətinə aid olmamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının cavabdeh orqana müraciəti iş materiallarına əlavə olunmamış və yalnız cavab məktubunda məzmunu qeyd olunmuşdur. Əgər müraciətin məzmunu Binəqədi rayon İcra Hakimiyyətinin 2/12-10-7/A-189-151nömrəli məktubunda qeyd edildiyi kimi olmuşsa belə, müəyyən olunur ki, iddiaçının məqsədi cavabdeh orqana göndərdiyi layihənin razılaşdırılması olmuşdur. Belə ki, tələbdə təqdim edilmiş layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilməsi xahiş olunmuşdur.
19. Eskiz layihəsinin razılaşdırılmasının rayon icra hakimiyyətinin səlahiyyətinə aid olmadığına dair dəlillə bağlı məhkəmə qeyd edir ki, İcra Hakimiyyətinin iddiaçının müraciətinə baxaraq cavablandırılması təsdiq edir ki, Binəqədi rayon İcra Hakimiyyəti də müraciətdə qoyulmuş məsələyə baxılmasında özünü səlahiyyətli hesab etmişdir. Bundan əlavə «Memarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində memarlıq obyektinin layihəsinin və layihənin texniki və ekoloji ekspertiza qaydalarının, memarlıq–planlaşdırma tapşırıqları verən orqanlarla razılaşdırmaqla mövcud qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi nəzərdə tutulmuşdur. Həmin qanunun tətbiqi ilə Azərbaycan Respublikası Prezidentinin 3 iyun 1998-ci il tarixli Fərmanında bu maddədə nəzərdə tutulmuş müvafiq icra hakimiyyət səlahiyyətlərinin öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirildiyi qeyd edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.11.2-ci bəndinə memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydalarını memarlıq-planlaşdırma tapşırıqları verən orqanla razılaşdırmaqla təsdiq etmək yerli icra hakimiyyəti başçısının vəzifələrinə aid edilmişdir. Qeyd edilənlərə əsasən Binəqədi rayon İcra Hakimiyyətinin iddiaya cavab verməli inzibati orqan olmadığına dair qeyd edilənlər əsassızdır.
20. Lakin məhkəmə apellyasiya şikayəti ilə bu hissədə razılaşır ki, iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün deyil. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının təqdim etdiyi eskiz layihənin təsdiq edilməsindən 3 əsasla imtina edilmişdir:
1. Çıxarışın və sənədlərin arxiv arayışının notarial qaydada təsdiq edilmiş surətinin ərizəyə əlavə edilməməsi;
2. Layihənin tam həcmdə işlənilməməsi, uyğunsuzluqlar olması (damın mailliliyinin bucaq dərəcəsi və bünövrə planının öz əksini tapmaması, 1-ci mərtəbədəki ölçülərlə torpaq sahəsinin plan və ölçüsündə uyğunsuzluq olması)
3. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.8-ci maddəsində nəzərdə tutulmuş tikinti sıxlığı əmsalının (bina və qurğuların yerüstü mərtəbələrinin ümumi sahəsinin planlaşdırılan ərazinin ümumi sahəsinə olan nisbəti) nəzərə alınmaması.
21. Birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 28886 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikası “Bakı Torpaq” Layihə Smeta Bürosu Memarlıq və Planlaşdırma Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli eskiz layihənin inşaat norma və qaydalarına və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin 80.1-ci bəndinə uyğun olduğu qeyd olunsa da, hansı normalara əsasən tədqiqat aparıldığı, tikilməsi nəzərdə tutulan fərdi yaşayış evinin yaxınlıqdakı obyektlərlə ara məsafəsi və s qeyd edilmədiyindən qeyd edilən rəy məhkəmə tərəfindən əsaslı hesab edilmir. Eyni zamanda rəydə qeyd edilmişdir ki, layihənin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.8-ci maddəsinin tələblərinə uyğun olub-olmamasının müəyyən edilməsi ekspertin deyil, yerli icra orqanlarının səlahiyyətinə aiddir.
22. İddianın əsaslı olduğuna dair nəticəyə gəlmiş birinci instansiya məhkəməsi layihə tərtib edilərkən tikinti sıxlığı əmsalının nəzərə alınmamasına qərarda hər hansı hüquqi qiymət verməmiş, inzibati orqanın etirazında istinad etdiyi bu əsasla bağlı mövqe bildirməmişdir.
23. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə tərəfindən cavabdeh orqana tikinti sıxlığı əmsalının necə müəyyən edildiyinə dair əsaslandırılmış izahat verilməsi üçün sorğu verilmiş, Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 352 saylı qərarına istinad edilərək göstərilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş layihəyə əsasən binanın yerüstü mərtəbələrinin ümumi sahəsi 193,6 kv.m təşkil etdiyindən, ümumi torpaq sahəsi 112 kv.m-dən ibarət olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni qaydalarına əsasən fərdi yaşayış evləri ilə bağlı sıxlıq əmsalı 0,6 % nəzərdə tutulduğundan bu halda tikinti 67,2 kv.m-də aparıla bilər. Tikintisi nəzərdə tutulmuş fərdi yaşayış evinin ara məsafəsi mövcud 4 mərtəbəli yaşayış evindən 5 m, 2 mərtəbəli yaşayış sahəsindən 0,40 metr təşkil edir və hər 2 tərəfdən məhəllədaxili yol ilə əhatə olunur. Məhkəmə kollegiyası iddiaçının cavabdeh orqana müraciətinin 2018-ci ildə olduğunu nəzərə alaraq hesab edir ki, sorğuya cavabda mübahisə yarandıqdan sonra qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 352 saylı qərarına istinad edilməklə tikintinin sıxlıq əmsalı hesablandığından məhkəmə tərəfindən nəzərə alınmır.
24. Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 2/12-10-7/A-189- 151nömrəli cavab məktubunda həmin dövrdə qüvvədə olmuş qaydalarla tikintinin sıxlıq əmsalına əsasən iddiaçı tərəfindən yalnız 55 kv.m sahədə tikinti aparılmasının mümkün olduğu qeyd edilmişdir. Məhkəmə iddiaçının razılaşdırılmasını tələb etdiyi layihənin tikintinin sıxlıq əmsalına uyğun olmadığını, tikintisi nəzərdə tutulmuş fərdi yaşayış evinin ara məsafələrinin qüvvədə olan tikinti normalarına uyğun olmadığını (mövcud 4 mərtəbəli yaşayış evindən 5 m, 2 mərtəbəli yaşayış sahəsindən 0,40 metr məsafədə yerləşdiyini) nəzərə alaraq hesab edir ki, mübahisələndirilən qərar ləğv edilməklə iddia rədd edilməlidir.
Nəticəvi hissə:
25. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2-1(81)- 3889/2019 saylı qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, kollegiya
qərara aldı:
Cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2-1(81)- 3889/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.