Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-9/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı (hüquqi varisi X4) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC”) “çıxarışın verilməsi” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-3918/2019 nömrəli, 07 noyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (indiki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 1200 kv.metr olan 1375 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3918/2019 nömrəli, 07 noyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 1200 kv.metr olan 1375 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər ərazi idarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Lahiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 1200 kv.metr olan 1375 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2-1(82)-3918/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Lahiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 1200 kv.metr olan 1375 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən aşağıda qeyd olunan maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2019cu il tarixli qərarı ləğv olunmalıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 1375 saylı bağ sahəsi ləğv edilmiş Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçı arasında xx.xx.2005-ci ildə bağlanmış 36531 saylı müqavilə əsasında onun istifadəsinə verilmişdir. İddiaçı Vəliyev X6 rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1375 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2019-cu il tarixdə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, göstərilən bağ sahəsi İdarənin elektron baza məlumatlarına əsasən digər şəxsin ("xxxx" MMC) istifadəsinə verilmiş 101 ha ərazi daxilində yerləşir. Həmçinin, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar əsassız olaraq nəzərə alınmamış, ekspertiza keçirilməmiş və qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-615/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-53/2021 nömrəli, 12 mart 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2-1(82)-3918/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1333/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 mart tarixli, 2-1(103)-53/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1333/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, cavabdeh imtinanın və apellyasiya şikayətinin dəlili kimi iddiaçının fərdi-müəyyən əşya kimi “göstərdiyi”, “iddia etdiyi” torpaq sahəsinin uyğunsuzluğuna istinad edir. Yəni iddiaçıya “yerləşmə vəziyyətinə görə” ayrılmış 1375 saylı bağ sahəsi (deməli, həm də torpaq sahəsi) üçüncü şəxsə məxsus ərazidə olduğu halda, o, hazırkı məzmunda iddia tələbi ilə faktiki olaraq “yerləşmə vəziyyətinə görə” digər ərazidə yerləşən bağ (torpaq) sahəsinə iddia edir. Başqa sözlə, sənəddə göstərilən 1375 saylı bağ sahəsinin yerləşdiyi torpaq sahəsi ilə iddia olunan torpaq sahəsi fərqli ərazilərdə yerləşirlər. İddiaçı vəfat etdiyi üçün iddiaçı onun hüquq varisi X4 ilə əvəz edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X14 izahatında bildirdi ki, iddiaçının göstərdiyi sahə "xxxx" MMC-yə məxsus ərazidə yerləşir. Həmin torpaq sahəsinə "xxxx" MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisi X10 izahatında bildirdi ki, iddiaçı əvvəl göstərdiyi sahəni deyil, başqa torpaq sahəsi göstərmişdir və o, həmin sahə ilə bağlı rəy vermişdir. İddiaçının sonradan göstərdiyi sahə əvvəl göstərdiyi sahədən hava xətti ilə 3300 metr kənarda yerləşir. O, tərtib etdiyi müayinə aktında qeyd etmişdir ki, vətəndaş əvvəlki müraciətində başqa sahəni göstərmişdir, vətəndaşın nümayəndəsi əvvəlki müraciətində bağ sahəsinin yerini səhv göstərdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd edilir: Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1375 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli ərizənizə baxılmışdır. Sözügedən bağ sahəsi İdarənin elektron baza məlumatlarına əsasən digər şəxsin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Qeyd edilən səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Qeyd olunan nöqsanlara görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının inldşafi və istismarı Biriliyi ilə İddiaçı arasında bağlanmış Ləhiş ərazisindəki 1375 nömrəli bağın istifadəyə verilməsi haqqında 36531 saylı xx.xx.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan 1375 saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 280 saylı «İstirahət mərkəzinin və çoxmənzilli yaşayış evlərinin tikintisi məqsədilə torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi haqqında» sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 168.94 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə istirahət mərkəzinin və çoxmənzilli yaşayış evlərinin tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, Ləhiş bağ massivində yerləşən 1375 saylı bağ sahəsinə baxış keçirilmişdir, bağın sahəsi sənədlə və faktiki 1200 kv.m təşkil edir, sahənin bir tərəfi qonşu hasar, digər tərəfləri isə şərtidir. Sahədə tikili yoxdur. Sahənin koordinatları vətəndaşın nümayəndəsi tərəfindən təqdim edilmiş koordinatlara əsasən tərtib edilərək əlavə olundu. Vətəndaş əvvəlki müraciətində başqa sahəni göstərmişdir. Vətəndaşın nümayəndəsi şifahi olaraq bildirdi ki, əvvəlki müraciətində bağ sahəsinin yerini səhv göstərmişdir. İş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1200,0 kv.m təşkil edir. Sahənin bir tərəfi qonşu hasar, digər tərəfləri isə şərtidir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən bağ sahəsi qonşu özəl bağ nömrələrinin ardıcılığına təqribi uyğun gəlir. Ərazinin bir hissəsi bağlararası yola düşür. Yuxarıda qeyd olunduğu kimi vahid elektron kadastr baza məlumatlarına əsasən bağ sahəsi qonşu özəl bağ nömrələrinin ardıcılığına təqribi uyğun gəlir. Ərazinin bir hissəsi bağlararası yola düşür. Vahid elektron kadastr baza məlumatlarına əsasən bağ sahəsi qonşu özəl bağ nömrələrinin ardıcılığına təqribi uyğun gəlir. Ərazinin bir hissəsi bağlararası yola düşür. Göstərilən sahə "xxxx" MMC-nin istifadəsinə verilmiş 101 ha torpaq sahəsindən kənarda yerləşir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının inldşafi və istismarı Biriliyi ilə İddiaçı arasında bağlanmış Ləhiş ərazisindəki 1375 nömrəli bağın istifadəyə verilməsi haqqında 36531 saylı xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan 1375 saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. İddiaçı həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də, bağ sahəsi digər şəxsin ("xxxx" MMC) istifadəsinə verilmiş ərazidə yerləşdiyi və göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi üçün müraciətin təmin edilməsindən imtina edilmişdir. Apellyasiya instansiyasında ikinci icraat zamanı bağ sahəsinin (sənəddə göstərilən) yerləşdiyi torpaq sahəsi ilə iddia olunan (faktiki) torpaq sahəsinin üst-üstə düşübdüşməməsinin, eləcə də bağ sahəsinin digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, lakin ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumat inzibati işlə birlikdə məhkəməyə daxil olmuşdur. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən həmin sahəyə baxış keçirilmiş və müvafiq rəy məhkəməyə təqdim edilmişdir. Cavabddeh tərəfindən təqdim edilmiş rəydə qeyd olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1200,0 kv.m təşkil edir, sahənin bir tərəfi qonşu hasar, digər tərəfləri isə şərtidir, torpaq sahəsinin üzərində tikili yoxdur, bağ sahəsi qonşu özəl bağ nömrələrinin ardıcılığına təqribi uyğun gəlir, ərazinin bir hissəsi bağlararası yola düşür, göstərilən sahə "xxxx" MMC-nin istifadəsinə verilmiş 101 ha torpaq sahəsindən kənarda yerləşir. Bununla əlaqədar, rəyi tərtib etmiş cavabdehin əməkdaşı X10 məhkəmə iclasında izahat vermiş və o, izahatında bildirmişdir ki, iddiaçı əvvəl göstərdiyi sahəni deyil, başqa torpaq sahəsi göstərmişdir və o, həmin sahə ilə bağlı rəy vermişdir. İddiaçının sonradan göstərdiyi sahə əvvəl göstərdiyi sahədən hava xətti ilə 3300 metr kənarda yerləşir. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından da görünür ki, iddiaçı əvvəlki müraciətində başqa sahəni göstərmişdir və iddiaçının nümayəndəsi şifahi olaraq bildirmişdir ki, əvvəlki müraciətində bağ sahəsinin yerini səhv göstərmişdir. Göründüyü kimi, iddiaçı mütəxəssislər tərəfindən torpaq sahəsinə baxış keçirilərkən məhkəməyə müraciət etməmişdən əvvəl göstərdiyi və müraciət etdiyi torpaq sahəsini deyil, başqa sahəni göstərmişdir. Cavabdeh tərəfindən isə əvvəlki sahəyə baxış keçirilərək müvafiq imtina cavabı verilmişdir, yəni inzibati icraat əvvəl göstərilmiş sahə ilə əlaqədar aparılmış, imtina onunla bağlı verilmiş və bu günə qədər məhkəmə araşdırması da həmin inzibati icraatla (imtina) ilə əlaqədar aparılır. Hazırda isə iddiaçı əvvəlki müraciətində bağ sahəsinin yerini səhv göstərdiyini bildirərək başqa ərazini göstərir. Bu isə torpaq sahəsinin bu günə qədər iddiaçının istifadəsində olmadığını, araşdırma zamanı iddiaçı tərəfin müxtəlif sahələr göstərməklə müvafiq rəyin verilməsindən yayındığını və bu səbəbdən də iddia tələbinin əsassız olduğunu təsdiq edir. Bundan başqa, iş materiallarında olan sənədlərdən görunür ki, iddiaçının göstərdiyi sahə "xxxx" MMC-nin xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alındığı torpaq sahəsinin ərazisinə düşür. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Ləhiş yolunun 300 metrliyi, 32X ünvanda yerləşən 23.3240 hektar torpaq sahəsinə xüsusi mülkiyyət hüququ "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin çıxarışla birlikdə təqdim edilmiş Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, iddiaçının göstərdiyi torpaq sahəsinin koordinatları (xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktına əsasən X-412176; Y-4493140) "xxxx" MMC-nin mülkiyyətində olan həmin torpaq sahəsinin koordinatları daxilində yerləşir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3918/2019 nömrəli, 07 noyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-9/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-9/2024
30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver