Məhkəmə qərarları › İş №2-1(103)-901/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-901/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-901/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı (xx.xx.1979-cu il tarixində Laçın rayonunun Pircahan kəndində anadan olmuş, Laçın rayonu, Qayğı qəsəbəsi ünvanında qeydiyyatdadır, faktiki yaşadığı ünvan iddia ərizəsinə əsasən ünvan 3v 15, mənzil 48) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil–İstismar İdarəsi) mənzilin iddiaçının xüsusi mülkiyyətinə verilməsi üçün dövlət qeydiyyatının həyata keçirilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)- 6723/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Bakı Şəhər Cavabdehnə qarşı üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi olmaqla iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 saylı evin 48 saylı mənzilin özəlləşdirilməsi üçün Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən İddiaçı xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatının həyata keçirilməsi öhdəliyinin Bakı şəhər Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasən onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, o 1993-cü ilin iyun ayından etibarən hazırda yaşadığı Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 saylı evin 48 saylı mənzilində qeydiyyatsız ailə üzvlərilə birlikdə yaşayır. 25 ildir ki, ailə üzvlərilə birlikdə həmin ünvanda yaşayır və həmin mənzilinə dair bütün kommunal xərcləri də bu günə kimi ödəyir. Uzun müddətdir yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 saylı evin 48 saylı mənzilə dair kirayə müqaviləsi bağlanmağı və özəlləşdirilməsi barədə Müdafiə Nazirliyinin Mənzil - İstismar İdarəsinə ərizə ilə müraciət etmiş, lakin ona imtina edilmişdir. Bu barədə Bakı İnzibati Məhkəməyə müraciət etmiş və məhkəmə qaydasında iddia tələbi təmin edilmişdir. Sonradan həmin mənzilin sənədləşdirilməsi barədə Bakı Şəhər Yasamal Rayon İcara Hakimiyyətinə müraciət etmiş və bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 saylı evin 48 saylı mənzilin özəlləşdirilməsi üçün Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən (Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir.)onun xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirilsin. Lakin Bakı Şəhər Cavabdeh onun müraciətini və Müdafiə Nazirliyinin Mənzil - İstismar İdarəsinin iddiaçının mənzillə təmin olunmağı barədə xx.xx.2020-ci il tarixli 2392 nömrəli məktubu nəzərə almadan hesab edir ki, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə zidd olaraq xx.xx.2020-ci il tarixdə imtina cavabı vermişdir. Qeyd edir ki, inzibati orqanın bu kimi cavabı onun hüquqlarını pozur, qeyri-müəyyənlik yaradır. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-6723/2020 nömrəli qərardadı ilə (hakim F.Mədətli) İddiaçı cavabdeh Bakı Şəhər Cavabdehnə qarşı, 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi olmaqla “mənzilin iddiaçının xüsusi mülkiyyətinə verilməsi üçün dövlət qeydiyyatının həyata keçirilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 28 (mətnə uyğun) noyabr 2020-ci il tarixli, 2-1(112)-6723/2020 nömrəli qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İş materiallarından göründüyü kimi məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)- 6723/2020 nömrəli qərardadı xx xxxxxx 2020-ci il tarixli müşayiət məktubu ilə iddiçıya göndərilmişdir, bu səbəbdən də iddiaçının apellyasiya şikayətində qərardadın tarixini 28 noyabr göstərməsi məhkəmə tərəfindən texniki yazı xətası kimi qiymətləndirilir. Tərəflər və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəməyə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)-4842/2018 saylı qərarı ilə (hakim X.İmanov) iddianın təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 saylı evin 48 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsi bağlanılmasını təmin etmə öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarından göründüyü kimi, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məhkəmə bildirişində məhkəmənin İPM-nin 13-cü maddəsini (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq, iş üzrə xx.xx.2020-ci il tarixə təyin edilmiş mümkünlük iclasında cavabdehin iddiaya cavab verməli orqan olub-olmaması araşdırılacağı qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilmiş bildirişin iddiaçıya ünvanlanmasını, iddiaçının həmin bildirişi almasını və onun bu bildiriş barədə məlumatlı olmasını təsdiq edən hər hansı sənəd-sübut iş materillarında mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, işin yenidən birinci instansiya icraatı zamanı iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində təsbit edilmiş, məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə müvafiq təklif edilməli və onun həmin bildiriş (təklif) barədə məlumatlı olmasını təsdiq edən sənəd-sübutlar iş materiallarına əlavə edilməlidir. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 1(112)-6723/2020 nömrəli qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87,90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-6723/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzilin iddiaçının xüsusi mülkiyyətinə verilməsi üçün dövlət qeydiyyatının həyata keçirilməsi tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar