Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-901/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “mənzilin onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-679/2019 saylı 25 yanvar 2019-cu il tarixli qərarından "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 02 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən 3 otaqlı mənzilin onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" Mənzil Tikinti Kooperativi arasında 06.03.2018-ci il tarixdə 178 №-li müqavilə imzalanmış və müqaviləyə əsasən ona ünvan 3 ünvanında 16 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində olan mənzilin dəyəri tərəfindən tam ödənilməklə mülkiyyətinə keçmişdir. Həmçinin MTK-nın sədrinin 06.03.2018-ci il tarixli maliyyə arayışı və 18-03a №-li kassa mədaxil orderinin qəbzi ilə mənzilin dəyərinin tam ödənilməsi qeyd olunmuşdur. Bundan sonra tərəfindən mənzilinə dair hüquqmüəyyənedici sənədlər toplanaraq cavabdeh orqana təqdim olunmuşdur. Cavabdeh tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqları bərpa olunmalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-679/2019 saylı 25 yanvar 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək, ünvan 3 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən 3 otaqlı mənzilin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan "xxxx" MTK tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. 02.03.2022-ci il tarixdə apellyasiyanın mümkünlüyünün yoxlanılması məsələsinə baxılarkən İddiaçı və apelyant "xxxx" MTK məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Apelyant "xxxx" MTK-nin nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə ərizə verərək özünü pis hiss etdiyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və qeyd edilən üzrlü səbəbin nəzərə alınaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin apelyantın nümayəndəsi və vəkili ərizəsində göstərdiyi səbəblə əlaqədar müvafiq sübutu məhkəməyə təqdim etməmişdir. İnzibati məhkəmə icraatının iştrakçısı hazırki işə iddiaçının və apelyantın iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı və apellyant "xxxx" MTK-nın nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X5 birinci instansiya məhkəməsinin qərarının artıq cavabdeh inzibati orqan tərəfindən icra olunaraq iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verildiyini və həmin çıxarış əsasında iddiaçı tərəfindən artıq mənzilin özgəninkiləşdirildiyini bildirmiş, "xxxx" MTK-nın isə apellyasiya şikayəti vermək hüququnun olmadığını nəzərə alaraq apellyasiya şikayətinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin 25.01.2019-cu il tarixli qərarından "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Həmin Məcəllənin 81.2-ci addəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Göründüyü kimi, inzibati məhkəmə icraatı zamanı apellyasiya şikayəti vermək hüququnun yalnız icraatın iştirakçlarına məxsus olduğu imperativ qaydada müəyyən edilmişdir. Qanunverici həmin normada göstərir ki, istənilən şəxs deyil, yalnız icraata cəlb olunmuş üçüncü şəxslər şikayət vermək hüququna malikdirlər. Lakin iş materiallarından müəyyən olunur ki, apellyasiya şikayətini vermiş "xxxx" MTK hazırki iş üzrə tərəf olmamış və 3-cü şəxs kimi də məhkəmə icraatına cəlb edilməmişdir. Belə olan halda “proses iştirakçısı” statusunu qazanmayan şəxsin məhkəmə aktını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququ yoxdur. Bundan əlavə qeyd olunmalıdır ki, apelyant "xxxx" MTK-nin adından verilmiş apellyasiya şikayətinin sonunda “apellyasiya şikayətinə əlavə edilmiş sənədlər” sırasında “etibarnamə”, “Səbail rayon Məhkəməsində qaldırılmış iddia üzrə iddia ərizəsi”, “üçüncü şəxs qismində cəlb edilmə və apellyasiya şikayətinin icraata qəbul edilməsinə dair ərizə” göstərilsə də, həmin sənədlər, o cümlədən "xxxx" MTK-nin adından şikayəti verən Vəkil MTK tərəfindən apellyasiya şikayətini vermək və onu imzalamaq səlahiyyətinin verilməsini təsdiq edən sübutlar apellyasiya şikayətinə əlavə edilməmişdir. Bu barədə Kollegiya qeyd edir ki, "xxxx" MTK-nin adından şikayəti verən Vəkil belə şikayəti vermək və onu imzalamaq səlahiyyətinin verilməsini təsdiq edən sübut apellyasiya şikayətinə əlavə olunmuş olsaydı belə, apelyant iş üzrə tərəf olmayan və 3-cü şəxs kimi işə cəlb olunmayan, buna görə də “proses iştirakçısı” statusunu qazanmayan "xxxx" MTK olduğu üçün bu hal nəticə etibarilə apellyasiya şikayətinin qeyri-mümkün sayılması üçün yetərlidir. Bu səbəbdən Kollegiya apelyant- "xxxx" MTK-ya nümayəndə və Vəkil MTK-nin adından apellyasiya şikayəti vermək və onu imlzalamaq səlahiyyətinin verilməsini təsdiq edən sənədləri təqdim etməyin təklif olunmasına zərurət görməmişdir. Bundan başqa Kollegiya onu da nəzərə alır ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini aldığı üçün icraya yönəldilmiş, cavabdeh inzibati orqan tərəfindən həmin məhkəmə qərarı icra olunaraq iddiaçıya RX seriyalı 148195 saylı 04.03.2019-cu il tarixli reyestrdən çıxarış, hətta sonuncu tərəfindən həmin mənzilin özgəninkiləşdirilməsi ilə bağlı yeni mülkiyyətçi olan- X1 adına 18.04.2019-cu il tarixli çıxarış verilmişdir. Bütün yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya şikayəti qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDİ: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-679/2019 saylı 25 yanvar 2019-cu il tarixli qərarından "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-901/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-901/2022
02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver