Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-901/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin 21 avqust 2021-ci il tarixli **********6 nömrəli qərarının ləğv edilməsi, pensiya məbləğinin bərpa edilməsi, təhsil müddətinin nəzərə alınaraq yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2-1(112)-5663/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, ərizədə sadalanan halların ləğv edilməsi ilə bağlı cavabdehə vəzifə qoyulması, iddiaçıya mənəvi və maddi zərərin vurulmasına görə cavabdehdən 20 min manat tutularaq iddiaçının hesabına köçürülməsi və tutulacaq məbləğin 10 min manatının “Yaşat” Fondunun hesabına köçürülməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) 21 avqust 2021-ci il tarixli **********6 nömrəli qərarının ləğv edilməsi, pensiya məbləğinin bərpa edilməsi, təhsil müddətinin nəzərə alınaraq yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı 1963-1967-ci illərdəki fəaliyyətini hesablatdırmaq məqsədilə Mərdəkan qəsəbəsində yerləşən DOST Mərkəzinə müraciət etmiş və texnikumdan aldığı diplomu təqdim etmişdir. 2021-ci ilin may ayının 6-da olan müraciəti əsasında ona yenidən dörd il iş stajı hesablanmışdır. Həmçinin 1968-1970-ci illərdə Sovet ordusu sıralarında olduğu iki il staj hesablanaraq ümumi əmək stajına əlavə olunmuşdur. Beləliklə, iddiaçıya ilkin olaraq təqaüd 32 il, 5 ay staj ilə hesablanmışdır. Yeni əmək stajı isə həmin müddətin üzərinə gələrək 37 il, 5 ay hesablanmış və tövsiyyə olunmuşdur ki, nəticəsi barədə məlumat veriləcək. Həmin ilin 23 iyununda Mərkəzi Filialın direktorunun imzası ilə göndərilən məktubda bildirilmişdir ki, iş stajının araşdırılması məsələsinə baxılır və məlumat veriləcək. İyulun 28-də digər bir məktub almış, orada göstərilmişdir ki, iddiaçı 13 avqust 2021-ci ildə DSMF-yə məktubla müraciət etmiş, aidiyyəti üzrə baxılmış və 23 iyulda məlumat verilmişdir. İddiaçı bu müddət ərzində əvvəlki iş stajı ilə təqaüdü almışdır. Aldığı məbləğ 287 (iki yüz səksən yeddi) manat idi. Lakin 25 sentyabrda yeni bir məktubla bildirilmişdir ki, o, 2011-ci ildə təqaüdə çıxdığı vaxt ona əmək stajı artıq hesablanmış və 1830 manat 0,77 qəpik artıq təqaüd almışdır, həmçinin əmək kitabçasında axırıncı iş yerlərində direktor olduğu zaman əmək haqqının aylar üzrə məbləği tapılmadığından onun stajı təsdiq olunmur. Bu barədə Mərkəzi Filialının direktorunun qəbulunda olmuş və axırıncı iki idarədə direktor olduğu zaman bütün sənədlər toplusunu ona təqdim etsə də, 20 il əvvəl işlədiyi vəzifədə aylar üzrə əmək haqqı istənilmişdir. İddiaçı qeyd edir ki, həmin sənədlər hazırda da ondadır. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, hesablanma zamanı məlum olmuşdur ki, ödənişlərin təyinatı üzrə X2, daxili nəzarət və monitorinq departamentinin xidməti məruzəsinə və xx.xx.2021-ci il tarixli aktına əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" MMM-dəki və xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “GUAZ X4” MMC-dəki əmək fəaliyyət dövrləri araşdırılmışdır. Araşdırma zamanı "xxxx" MMM-in faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmadığı və xx.xx.2001-ci il tarixdən onun direktoru olduğu “GUAZ X4” MMC-də əməkhaqqı almağını təsdiq edən hər hansı bir sənəd təqdim olunmadığı üçün qeyd olunan dövrlərin yoxlanılması mümkün olmamış və bu səbəbdən həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. İşin obyektiv, tam və hərtərəfli araşdırılması üçün tərəflərindən xx.xx.2022-ci il tarixli **********4 nömrəli sorğu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumatların alınması məqsədi ilə müraciət olunmuşdur. Müvafiq sorğu üzrə müvafiq orqandan müraciətə cavab hələki daxil olmamışdır. Göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. "xxxx" MMM-in faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı və xx.xx.2001-ci il tarixindən onun direktoru olduğu “GUAZ X4” MMC-də əməkhaqqı almağını təsdiq edən hər hansı bir sənəd təqdim olunmadığı üçün inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyibişləmədiyi, əməkhaqqı alıbalmadığı və əməkhaqqdan sosial sığorta haqlarının tutulubtutulmaması yoxlanıla bilmədiyi üçün həmin illər vətəndaşın sosial sığorta stajına daxil edilmir. Bu səbəbdən iddiaçının pensiyasında həmin dövrlər sosial sığorta stajına daxil edilmədən yenidən hesablanaraq 1830,77 manat məbləğində artıq ödəmə aşkarlanmışdır. Həmçinin, Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialın qərarı ilə iddiaçıya təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmiş və xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği təqdim etdiyi sənədlər əsasında verilmiş cədvələ uyğun olaraq yenidən hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2-1(112)-5663/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, cavabdehin 21 avqust 2021-ci il tarixli **********6 nömrəli qərarı ləğv edilsin, İddiaçı pensiya məbləğinin bərpa edilməsi, təhsil müddətinin nəzərə alınaraq yenidən hesablanması vəzifəsinin Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə əmək fəaliyyətinə başlamış, xx.xx.2001-ci il tarixdən hal-hazıradək “GUAZ X4” MMC-də direktor vəzifəsində sığorta stajı nəzərə alınmış, xx.xx.2011-ci ildən xx.xx.2011-ci ilə qədər pensiya məbləği 155,58 manat, xx.xx.2012-ci ildən xx.xx.2012-cu ilə qədər 161,15 manat, xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilə qədər 161,99 manat, xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilədək 176,99 manat, xx.xx.2014-cü işləyir. İddiaçıya cavabdeh tərəfindən əmək pensiyası təyin edilən zaman onun 36 il 5 ay ildən xx.xx.2014-cü ilə qədər pensiya məbləği 178,33 manat, xx.xx.2015-ci ildən xx.xx.2015-cu ilə qədər 179,93 manat, xx.xx.2016-cı ildən xx.xx.2016cı ilə qədər 183,12 manat, xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək 193,12 manat, xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək 203,42 manat, xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilə qədər pensiya məbləği 215,01 manat, xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə qədər 221,46 manat, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər 258,22 manat, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər 287,71 manat hesablanaraq pensiya məbləği müəyyən edilmişdir. İddiaçıya xx.xx.2011-ci il tarixdən, yəni 63 yaşı tamam olduğu tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 2021-ci ilin avqust ayınadək pensiyanın təyin olunduğu miqdarda əmək pensiyasını almağa davam etmişdir. İddiaçı cavabdehə müraciət edərək təhsil aldığı müddətin və sovet ordusu sıralarında olduğu dövrün də ümumi iş stajına əlavə edilməklə yenidən hesablanmasını tələb etmiş, xx.xx.2021-ci ildə iddiaçının pensiyası cavabdeh tərəfdən yenidən hesablama nəticəsində azaldılaraq 265,70 manat olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 23 iyun 2021-ci il tarixli, ********** nömrəli əmək pensiyası hüququn araşdırılmasına dair məktubuna əsasən, İddiaçı təqdim etdiyi xx.xx.1971-ci il tarixində tərtib edilmiş əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək "xxxx" MMM-də və xx.xx.2001-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək “Azərbaycan- Gürcüstan GUAZ X4” MMCdəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 25 sentyabr 2021-ci il tarixli, **********2 nömrəli artıq ödənilmiş pensiya məbləğinin tutulması haqqında məktubuna əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2011-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bildirilir ki, təqdim edilən sənədlərə əsasən idddiaçının yaşa görə əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən 265,70 manat müəyyən edilmişdir. Əlavə olaraq qeyd olunur ki, əmək pensiyasının yenidən hesablanmasına dair müraciətin araşdırılması zamanı ona xx.xx.2011-ci il tarixində yaşa görə əmək pensiyası təyin olunarkən sığorta stajının düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının əmək pensiyası 30 il 5 ay sığorta stajı əsasında hesablanmalı olduğu halda, 36 il 5 ay sığorta stajı əsasında hesablanmışdır. Nəticədə əmək pensiyasının məbləği xx.xx.2011-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 1830,77 manat artıq hesablanıb ödənilmişdir. Eyni zamanda, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə X2, daxili nəzarət və monitorinq departamentinin xidməti məruzəsinə və xx.xx.2021-ci il tarixli aktına əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək "xxxx" MMM-dəki və xx.xx.2001-ci il tarixindən xx.xx.2006- cı il tarixinədək “GUAZ X4” MMC-dəki əmək fəaliyyət dövrləri araşdırılmışdır. Araşdırma zamanı "xxxx" MMM-in faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı və xx.xx.2001-ci il tarixindən direktoru olduğu “GUAZ X4” MMC-də əmək haqqı almağını təsdiq edən hər hansı bir sənəd təqdim olunmadığı üçün qeyd olunan dövrlərin yoxlanılması mümkün olmamış və bu səbəbdən həmin dövrlər sığorta stajına əlavə edilmişdir. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialın qərarı ilə iddiaçıya təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmiş və xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği təqdim etdiyi sənədlər əsasında verilmiş cədvələ uyğun olaraq yenidən hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 21 avqust 2021-ci il tarixli, **********6 nömrəli artıq ödənilmiş pensiya məbləğinin tutulması haqqında qərarına əsasən, xx.xx.1948-ci il tarixində Laçın rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayan vətəndaş İddiaçı təyin olunmuş əmək pensiyasının məbləği dəyişdirilməsi, xx.xx.2011-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 1830,77 manat məbləğ bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən, cavabdeh orqan tərəfindən İddiaçı pensiya işinə dair sənədlərin təsdiq olunmuş surətləri təqdim edilmişdir, o cümlədən cavabdehin 21 avqust 2021-ci il tarixli, **********6 “Artıq ödənilmiş əmək pensiya məbləğinin tutulması haqqında” qərarı, artıq ödənilmiş məbləğin 1830,77 manat olmasına dair xx.xx.2021-ci il tarixli və artıq ödənilmiş məbləğin 1814,76 manat olmasına dair xx.xx.2021-ci il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarlar, 25 sentyabr 2021-ci il tarixli **********2 nömrəli artıq ödənilmiş pensiya məbləğinin tutulması haqqında məktubu, pensiyanın hesablanma qaydası haqqında çıxarış, iddiaçının cavabdehə ünvanladığı elektron müraciət vərəqəsi və 2 saylı “DOST” Mərkəzinə ünvanladığı ərizə, montorinq və araşdırma şöbəsinin məktubu, iddiaçının “GUAZ X4” MMC-də xx.xx.2001-ci il tarixdən hazıradək direktor olaraq fəaliyyətini davam etdirməsini təsdiq edən, lakin əmək haqqının olmasına dair hər hansı bir sənədin təqdim olunmamamsını özündə əks etdirən 23 iyul 2021-ci il tarixli akt, “GUAZ X4” MMC-nin 2 saylı protokolu, L 435659 nömrəli diplom, onun əmək kitabçası, pensiya kapitalında artıq məbləğin hesablanma qaydası, iddiaçının-pensiyaçının uçot vərəqəsinin surətləri təqdim olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin “v” bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçı xx.xx.1963-ci il tarixdən 31 avqust 1967-ci il tarixə qədər Şuşa kənd təsərrüfatı texnikumunda təhsil almışdır. Yuxarıda istinad olunan və iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş pensiya qanunvericiliyinin normalarından göründüyü kimi təhsil müddəti onun iş stajına, hazırkı halda sığorta stajına daxil edilir. Odur ki, cavabdeh inzibati orqanın əmək pensiyasının təyin edilməsi zamanı təhsil müddətini iş stajına əlavə etməməsi qanunsuz olmuşdur. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində qanunverici imperativ qaydada müəyyən etmişdir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Hazırki vəziyyətdə iddiaçıya münasibətdə iddiaçının razılığı olmadan və məhkəmə qərarı olmadan cavabdeh iddiaçının pensiyasından tutulma barədə 21 avqust 2021-ci il tarixli, **********6 nömrəli qərar qəbul etmişdir ki, bununla da yuxarıda qeyd edilən normanı, habelə “İnzibati icraat haqqında” Qanunun normalarını pozmuşdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası”nda “Əmək pensiyasının yenidən hesablanması haqqında Qərarı” kimi inzibati aktın forması müəyyən edilməmişdir. Faktiki olaraq cavabdeh iddiaçıya pensiya təyin edilməsi haqqında ilkin qərarı olduğu halda yeni, pensiyanın yenidən hesablanması haqqında adlandırılan, əslində isə mahiyyəti etibarı ilə yenidən pensiya təyin edilməsi barədə qərar qəbul etməklə “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarının normalarını pozmuşdur. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. Həmin Qanunun 64-cü maddəsində göstərilmişdir ki, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi (artırılması) barədə qərarın ləğv edilməsi, geri çağırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt mövcud deyil. Belə ki, inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda;21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən, inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Dövlət Sosial Müdafiə Fondunun (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) tərəfindən İddiaçı münasibətdə artıq ödənilmiş əmək pensiya məbləğinin tutulması barədə qəbul edilmiş qərar yuxarıda sadalanan inzibati icraat haqqında hüquq normalarına və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ziddir. Beləliklə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehin 21 avqust 2021-ci il tarixli **********6 nömrəli qərarı ləğv edilməli, İddiaçı pensiya məbləği bərpa edilərək, təhsil müddətinin nəzərə alınaraq yenidən hesablanması vəzifəsi Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2-1(112)-5663/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-901/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-901/2023
04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver