Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-903/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X13 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “vergi uçotundan çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X8 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “vergi uçotundan çıxarılma” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8455/2024 saylı 03 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı adına qeydiyyatda olan nəqliyyat vasitələri barədə DİN Baş X21 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışına əsasən İddiaçı mülkiyyətində 9 nəqliyyat vasitəsi mövcuddur. Həmin nəqliyyat vasitələrini iddiaçı müxtəlif illərdə (ZİM 12 MİNİK xx.xx.2015-ci il tarixdə, Mercedes Benz E 63 AMG Minik xx.xx.2017-ci il tarixdə, BMW M3 Minik xx.xx.2017-ci il tarixdə, Mercedes Benz E55 AMG Minik xx.xx.2018-ci il tarixdə, BMW 318 Minik xx.xx.2018-ci il tarixdə, BMW M3 Minik xx.xx.2019-cu il tarixdə, Mercedes Benz CLK230 Minik xx.xx.2019-cu il tarixdə, Lada 21214 Urban Minik xx.xx.2022-ci il tarixdə, BMW 535İ Minik xx.xx.2022-ci il tarixdə, Leapmotor T03 Minik xx.xx.2023-cü il tarixdə) əldə etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş X21 tərəfindən aparılmış auditin nəticələrinə əsasən adlarına avtonəqliyyat vasitələri qeydiyyata alınmış fiziki şəxslər barədə məlumat daxil olmuşdur. Daxili olmuş məlumata əsasən vergi orqanı tərəfindən aparılmış təhlil zamanı İddiaçı vergi orqanında qeydiyyatda olmadığı müəyyən edilmişdir. Qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Bununla bağlı Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinə əsasən vergi uçotuna alınma təmin edilmişdir. Bundan sonra iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş və cavab olaraq sonuncu xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya bildirmişdir ki, Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsində aparılmış audit nəticəsində adlarına qeydiyyata alınmış nəqliyyat vasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olduqları ehtimal olunan fiziki şəxslər barədə məlumatlar zəruri tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilmişdir. Bildirilir ki, iddiaçının adına məktuba əlavə olunmuş siyahıda qeyd edilən 11 nəqliyyat vasitəsi olduğu üçün Vergi Məcəlləsinin 33-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs olaraq vergi qeydiyyatına alındığı müəyyən edilmişdir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi uçotundan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən ünvanlanmış **********293300 saylı, xx.xx.2023-cü il tarixli bildirişdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsində qeydiyyata alınmış iddiaçıya aid məlumatların yoxlanıldığı və əldə edildiyi, vergi ödəyicisi kimi vergi orqanında uçota alınmadığıyın müəyyən edildiyi və sonradan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinə uyğun olaraq, vergi uçotuna alındığı qeyd edilmişdir. İddiaçı barəsində aparılmış inzibati icraatın səbəbləri və əsasları barədə məlumatların, həmçinin inzibati icraat materiallarının surətlərinin təqdim edilməsinə dair xx.xx.2023-cü il tarixli müraciətiyə vergi orqanının xx.xx.2023-cü il tarixli, **********905000 nömrəli cavabından isə görünür ki, vergi orqanı adıya qeydiyyata alınmış nəqliyyat vasitələrinin sayına əsasən iddiaçının hüquqi şəxs yaratmadan kommersiya fəaliyyəti ilə məşğul olduğu qənaətinə gəlmiş, daha doğrusu, bu halı ehtimal etmişdir. Nəticə olaraq isə iddiaçı sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs olaraq vergi orqanında qeydiyyata alınmışdır. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi iddiaçıya ********** VÖEN təyin edilmişdir. İddiaçı qeyd edir ki, müvafiq hüquqi və faktiki əsaslandırmalar aparılmaqla İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi uçotundan çıxarılması və barəsində vergi ödəyicisi kimi aparılmış qeydiyyatın ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X15 üzrə Baş İdarəsinə müraciət etmişdir. Müraciət xx.xx.2024-cü il tarixdə İdarəyə daxil olsa da, hazırkı tarixədək müraciət üzrə heç bir məlumat verilməmişdir. Həmin müraciətin xx.xx.2024-cü il tarixdə İdarəyə daxil olması iddia ərizəsinə əlavə olunmuş SX004648762AZ tranzaksiya nömrəli xəbərnamə ilə təsdiq edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsində fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması qənaətinə gəlmək üçün onun mülkiyyətində olan əmlakların sayının əsas götürülməsi ilə bağlı heç bir müddəa təsbit edilməmişdir. İddiaçı qeyd edilənlərə əsasən hesab edir ki, vergi orqanı tərəfindən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi uçota alınmağı qanunsuz və əsassız olmuşdur. İddiaçı o halı da xüsusi qeyd edir ki, bir neçə hüquqi şəxsin ("xxxx" MMC, "xxxx" MMC və s.) təsisçisidir. Göründüyü kimi, iddiaçı hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Deməli, cavabdeh inzibati orqanının qeydiyyat üçün əsas kimi qəbul etdiyi hallardan digəri də təkzib edilir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Hesablama Palatasından “Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsində aparılmış auditin nəticəsində adlarına qeydiyyata alınmış avtomotonəqliyyat vasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olduqları ehtimal olunan fiziki şəxslər barədə zəruri tədbirlərin görülməsi haqqında” xx.xx.2023-cü il tarixli 2-3/2-894/2023 nömrəli (AVİS: xx.xx.2023-cü il tarixli **********718700 nömrəli) məktub Dövlət Vergi Xidmətinə daxil olmuşdur. Hesablama Palatasının məktubunda Baş X21 İdarəsi tərəfindən təqdim edilmiş məlumatlara əsasən 10 - 453 say intervalında avtomotonəqliyyat vasitəsinin qeydiyyata alındığı, siyahının araşdırılması zamanı 2681 fiziki şəxsdən 943nün vergi uçotunda olmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2023-cü il tarixli **********479200 nömrəli “Vergi ödəyicisinin uçota alınması barədə” bildiriş-xəbərdarlıq göndərilmişdir. Bildirilir ki, Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Odur ki, Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsində aparılmış auditin nəticəsində adlarına qeydiyyata alınmış avtomotonəqliyyat vasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olduqları ehtimal olunan fiziki şəxslər Vergi Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, iddiaçı xx.xx.2023-cü il tarixdə vergi orqanında uçota alınmış və fiziki şəxs İddiaçı (VÖEN: **********) vergi uçotuna alınması barədə xx.xx.2023-cü il tarixli **********479200 nömrəli bildiriş göndərilmişdir. 9 dekabr 2022-ci il tarixli № 677-VİQD Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən ,u Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. Göründüyü kimi, İddiaçı vergi orqanı tərəfindən uçota alınması tam qanunauyğun şəkildə olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8455/2024 saylı 03 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi uçotuna alınmasına (qeydiyyatına) dair hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçının İddiaçı ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi uçotu (qeydiyyatı) və xx.xx.2023-cü il tarixli **********479200 nömrəli “Vergi ödəyicisinin uçota alınması barədə” bildirişinin ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında qeyd etmişdir ki, şəxsin mülkiyyətində çox sayda nəqliyyat vasitəsinin olması (məsələn, şəxs maşın həvəskarı ola bilər) özlüyündə birmənalı olaraq fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu kimi qəbul edilə bilməz (qanunvericilikdə belə bir əsas müəyyən edilməmişdir). Belə ki, sahibkarlıq fəaliyyətinin mövcud olması üçün fiziki şəxs əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən gəlir əldə etmiş olmalıdır. 9 dekabr 2022-ci il tarixli № 677- VİQD Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən Bu Məcəllənin 33.3- cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. Azərbaycan Respublikasının Hesablama X11 Nazirliyinin Baş X21 İdarəsində aparılmış auditin nəticəsində adlarına qeydiyyata alınmış avtonəqliyyat vasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə zəruri tədbirlərin görülməsi haqqında xx.xx.2023-cü il tarixli 2-3/2- 894/2023 nömrəli (AVİS: xx.xx.2023-cü il tarixli **********718700 nömrəli) məktubu Dövlət Vergi Xidmətinə daxil olmuşdur. Hesablama Palatasının məktubunda Baş X21 İdarəsi tərəfindən təqdim edilmiş məlumatlara əsasən 2681 fiziki şəxsin adına 10 -453 say intervalında avtonəqliyyat vasitəsinin qeydiyyata alındığı müəyyən edilsə də, onlardan 943 nəfərin vergi uçotunda olmadığı müəyyən edilmişdir. Qeyd olunan məlumatlar əsasında aparılmış araşdırma zamanı İddiaçı adında 9 sayda avtonəqliyyat vasitəsinin qeydiyyatda olması ilə əlaqədar xx.xx.2023-cü il tarixli **********479200 nömrəli “Vergi ödəyicisinin uçota alınması barədə” bildiriş-xəbərdarlıq göndərilərək, 5 gün ərzində vergi uçotuna alınmaq üçün ərizənin təqdim olunması bildirilsə də, iddiaçı tərəfindən uçota alınmaq üçün müvafiq ərizə təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Odur ki, Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsində aparılmış auditin nəticəsində adlarına qeydiyyata alınmış avtomotonəqliyyatvasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olduqları ehtimal olunan fiziki şəxslər Vergi Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, iddiaçı xx.xx.2023-cü il tarixdə vergi orqanında uçota alınmış və fiziki şəxs İddiaçı (VÖEN: **********) vergi uçotuna alınması barədə 02.11,2023-cü il tarixli **********479200 nömrəli bildiriş göndərilmişdir. Həmçinin, məhkəmə qərarında qeyd olunmuşdur ki, İddiaçı adına qeydiyyatda olan nəqliyyat vasitələri barədə DİN Baş X21 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışına əsasən İddiaçı mülkiyyətində 9 nəqliyyat vasitəsi mövcuddur. Həmin nəqliyyat vasitələrini iddiaçı müxtəlif illərdə (ZİM 12 MİNİK xx.xx.2015ci il tarixdə, Mercedes Benz E 63 AMG Minik xx.xx.2017-ci il tarixdə, BMW М3 Minik xx.xx.2017-ci il tarixdə, Mercedes Benz E55 AMG Minik xx.xx.2018-ci il tarixdə, BMW318 Minik xx.xx.2018-ci il tarixdə, BMW М3 Minik xx.xx.2019-cu il tarixdə, Mercedes Benz CLK230 Minik xx.xx.2019-cu il tarixdə, Lada 21214 Urban Minik xx.xx.2022-ci il tarixdə, BMW 5351 Minik xx.xx.2022-ci il tarixdə, Leapmotor T03 Minik xx.xx.2023-cü il tarixdə) əldə etmişdir. Cavabdeh isə yazılı etirazında bildirmişdir ki, iddiaçının mülkiyyətində çox sayda nəqliyyat vasitəsinin olması (Azərbaycan Respublikasının Hesablama Palatasının ‘Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsində aparılmış auditin nəticəsində adlarına qeydiyyata alınmış avtomotonəqliyyat vasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olduqları ehtimal olunan fiziki şəxslər barədə zəruri tədbirlərin görülməsi haqqında” xx.xx.2023-cü il tarixli 2-3/2- 894/2023 nömrəli məktubuna əsasən müəyyən edilmişdir) əlaqədar fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu hesab olunaraq vergi ödəyicisi kimi məcburi vergi qeydiyyatına alınmışdır. Qərarda qeyd olunan nəqliyyat vasitələrindən yalnız 2-si, buraxılış tarixi 1993-cü il olan WBAHD11090BE71600 kuzov nömrəli BMW 535İ minik və buraxılış tarixi 2010-cu il olan WDD2120771A106841 kuzov nömrəli Mercedes Benz E 63 AMG Minik markalı avtonəqliyyat vasitələri iddiaçının adında qeydiyyatda qalmışdır. Həmin nəqliyyat vasitələrindən biri buraxılış tarixi 1993-cü il olan WBAHD11090BE71600 kuzov nömrəli BMW 535İ minik markalı nəqliyyat vasitəsi № 22659 nömrəli etibarnamə (ASAN xidmət (Quba)) əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək 10 il müddətinə X6 istifadəsinə verilmişdir. Eyni zamanda buraxılış tarixi 2010-cu il olan WDD2120771A106841 kuzov nömrəli Mercedes Benz E 63 AMG Minik markalı avtonəqliyyat vasitəsi isə (3 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat kontoru) № 30269 nömrəli etibarnamə əsasında xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 5 il müddətinə X3 istifadəsinə verilmişdir (istifadəyə verilməyə dair uçot- baza məlumatlar şikayətə əlavə edilir). Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir, iddianın mümkünlük şərtlərinə əməl olunduğu üçün iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Çıxarışlardan görünür ki, iddiaçı təzə və istifadə olunmuş minik avtomobillərin pərakəndə satışı ilə məşğul olan kommersiya hüquqi şəxslərin təsisçilərindən biridir. Belə ki, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmışdır, təsisçilər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (98%), X12 (1%) və İddiaçıdur (1%). İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır, təsisçilər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (98%), X7r (2%). İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır, təsisçilər X12 (50%) və İddiaçıdur (50%). İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır, təsisçilər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (98%), X12 (1%) və İddiaçıdur (1%). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********): Əsas fəaliyyət növü: Təzə və istifadə olunmuş minik avtomobillərin pərakəndə satışı (fəaliyyət kodu: 4511201) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır, təsisçilər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (98%), X7r (2%). İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2********) xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır, təsisçilər təsisçilər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (98%), X12 (1%) və İddiaçıdur (1%). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2********): Əsas fəaliyyət növü: Təzə və istifadə olunmuş minik avtomobillərin pərakəndə satışı (fəaliyyət kodu: 4511201) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır, təsisçilər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (98%), X12 (1%) və İddiaçıdur (1%). İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Çıxarışa əsasən "xxxx" Məhdud məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2023-ü il tarixdə qeydiyyata alınmışdır, təsisçilər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (9%), X12 (45%) və İddiaçıdur (45%). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********): Əsas fəaliyyət növü: Təzə və istifadə olunmuş minik avtomobillərin pərakəndə satışı (fəaliyyət kodu: 4511201) İddiaçı adına qeydiyyatda olan nəqliyyat vasitələri barədə DİN Baş X21 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışına əsasən İddiaçı mülkiyyətində 9 nəqliyyat vasitəsi mövcuddur. Həmin nəqliyyat vasitələrini iddiaçı müxtəlif illərdə (ZİM 12 MİNİK xx.xx.2015-ci il tarixdə, Mercedes Benz E 63 AMG Minik xx.xx.2017-ci il tarixdə, BMW M3 Minik xx.xx.2017-ci il tarixdə, Mercedes Benz E55 AMG Minik xx.xx.2018-ci il tarixdə, BMW 318 Minik xx.xx.2018-ci il tarixdə, BMW M3 Minik xx.xx.2019-cu il tarixdə, Mercedes Benz CLK230 Minik xx.xx.2019-cu il tarixdə, Lada 21214 Urban Minik xx.xx.2022-ci il tarixdə, BMW 535İ Minik xx.xx.2022-ci il tarixdə, Leapmotor T03 Minik xx.xx.2023-cü il tarixdə) əldə etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqan tərəfindən İddiaçı **********479200 nömrəli “Vergi ödəyicisinin uçota alınması barədə” bildiriş-xəbərdarlıq göndərilmişdir. Bununla bağlı cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş X21 tərəfindən aparılmış auditin nəticələrinə əsasən adlarına avtonəqliyyat vasitələri qeydiyyata alınmış fiziki şəxslər barədə məlumat daxil olmuşdur. Daxili olmuş məlumata əsasən vergi orqanı tərəfindən aparılmış təhlil zamanı İddiaçı vergi orqanında qeydiyyatda olmadığı müəyyən edilmişdir. Qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Bununla bağlı Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinə əsasən vergi uçotuna alınma təmin edilmişdir. Bundan sonra iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş və cavab olaraq sonuncu xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya bildirmişdir ki, Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsində aparılmış audit nəticəsində adlarına qeydiyyata alınmış nəqliyyat vasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olduqları ehtimal olunan fiziki şəxslər barədə məlumatlar zəruri tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilmişdir. Bildirilir ki, iddiaçının adına məktuba əlavə olunmuş siyahıda qeyd edilən 11 nəqliyyat vasitəsi olduğu üçün Vergi Məcəlləsinin 33-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs olaraq vergi qeydiyyatına alındığı müəyyən edilmişdir. Hazırda iddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi uçotundan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsini tələb edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.2. vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq; 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. ... 33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində 9 nəqliyyat vasitəsi mövcuddur. Lakin həmin nəqliyyat vasitələrinin iddiaçının mülkiyyətində olması müəyyən edilsə də, Kollegiya hesab edir ki, yalnız bu bu halın mövcudluğu iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını deməyə əsas vermir. Belə ki, qanunvericilikdə sahibkarlıq fəaliyyətinin anlayışı verilmiş və qeyd olunmuşdur ki, sahibkarlıq fəaliyyəti- şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Nəzərə alınmalıdır ki, fiziki şəxsin vergi ödəyicisi kimi qeydiyyata alınması üçün əsas meyar məhz hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmasıdır. Hazırki işdə cavabdeh qurum iddiaçını vergi ödəyicisi kimi məcburi vergi qeydiyyatına almaq üçün onun mülkiyyətində olan nəqliyyat vasitələrinin təqdim edilməsindən, istifadə edilməsindən və ya həmin nəqliyyat vasitələri ilə xidmət göstərilməsindən gəlir əldə etmiş olması faktını sübuta yetirə bilmir. Bu baxımdan iddiaçının mülkiyyətində çoxsaylı nəqliyyat vasitələrinin olması faktı onun qanunvericilikdə müəyyən edilmiş sahibkarlıq fəaliyyəti ilə məşğul olması anlamına gəlmədiyi üçün birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdi ki, cavabdehin iddiaçını vergi ödəyicisi kimi uçota alması ilə bağlı hərəkətləri qanunsuz olmuş və buna görə də iddiaçının vergi ödəyicisi kimi uçotu (qeydiyyatı) ləğv edilməlidir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. O ki qaldı cavabdehin apellyasiya şikayətinin dəlillərinə, bu barədə məhkəmə kollegiyası bildirir ki, həmin dəlillər məhkəmə qərarının əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8455/2024 saylı 03 oktyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8455/2024 saylı 03 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X16 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-903/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-903/2025
02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver