Məhkəmə qərarları › İş №2-1(103)-904/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-904/2020

03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-904/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı məktuba cavab verilməsi tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4603/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işəBakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixdə göndərdiyi müraciətə konkret və əsaslandırılmış cavab verilməsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ADO teatrının rəhbəri olaraq Bakı şəhər İcra Hakimiyyətinə 2017-ciildən etibarən müraciət etmişdir. Müraciətləri Bakı küçələrində qısa tamaşaları ilə çıxış etməsi ilə bağlı idi. Bir sıra məktublarına cavab olaraq bildirilmişdir ki, bununla bağlı AR Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilməlidir. Lakin, Nazirlik onları Bakı şəhər İcra Hakimiyyətin əyönləndirmişdir. Sonuncu müraciət xx.xx.2019-cu ildə edilmiş və onlara cavab verilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4603/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2019-cu il tarixdə göndərdiyi müraciətə konkret və əsaslandırılmış cavab verilməsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının «Bakı küçələrində öz qısa tamaşaları ilə cıxış etmək istəyi» barədə müraciətinə Bakı şəhər İcra Hakimiyyətinin cavab məktubunda bildirilmişdir ki, AR Mədəniyyət Nazirliyi tərəfindən icazə deil, yalnız müsbət rəy təqdim edildikdən sonra müraciətə yenidən baxılacaqdır. Başqa sözlə, iddiaçıya qəti olaraq rədd cavabı verilməmiş, cadəcə olaraq Azərbaycan Respublikasında teatr və teatr tamaşaları ilə (həmçinin də əyləncəli küçə tamaşaları) birbaşa əlaqəli olan bir qurumun bu məsələyə rəyinin öyrənilməsindən sonra sözügedən məsələyə yenidən baxıla biləcəyi iddiaçının nəzərinə çatdırılmışdır. Bundan başqa, işə baxan məhkəmə ADO kollektivi olaraq «Qış Parkı» adlanan ərazidə küçə performanslarının, tamaşaların məzmun və mənası ilə maraqlanmadan, həmin tamaşaların nəyi və necə təbliğ edəcəyinə hüquqi qiymət vermədən, «tamaşaların» günün hansı vaxtı və saatında olmasını dəqiqləşdirmədən belə bir qərara gəlmiş və gəldiyi qərarın maddi hüquqi əsaslandırmasını belə yaddan çıxarmışdır. İşə apellyasiya instansiyasında baxılarkən məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmiş, həmçinin işüzrə«Mülahizələr»i məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının «Bakı küçələrində öz qısa tamaşaları ilə cıxış etmək istəyi» barədə müraciətinə Bakı şəhər İcra Hakimiyyətinin cavab məktubunda bildirilmişdir ki, AR Mədəniyyət Nazirliyi tərəfindən icazə deil, yalnız müsbət rəy təqdim edildikdən sonra müraciətə yenidən baxılacaqdır. Başqa sözlə, iddiaçıya qəti olaraq rədd cavabı verilməmiş, cadəcə olaraq Azərbaycan Respublikasında teatr və teatr tamaşaları ilə (həmçinin də əyləncəli küçə tamaşaları) birbaşa əlaqəli olan bir qurumun bu məsələyə rəyinin öyrənilməsindən sonra sözügedən məsələyə yenidən baxıla biləcəyi iddiaçının nəzərinə çatdırılmışdır. Bunun da əsas səbəbi Bakı Şəhər İcra Hakimiyyətində bir başa teatr, kino və incəsənətin digər sahələri ilə məşğul olan bir qrumun olmaması olmuşdur. Yəni iddiaçının istəyinin məqəsədəmüvafiqliyi barədə son nəticəyə gələmək üçün mütəxəssis rəyinə ehtiyac yaranmışdır. Və eyni zamanda qüvvədə olan qanunvericilikdə də bu məsələyə dair Bakı ŞİH-nin birbaşa qərar qəbul etmə səlahiyyəti biləvasitə və ya dolayısı ilə nəzərdə tutulmamışdır. Digər tərəfdən, ADO kollektivi «Qış Parkı» adlanan ərazidə küçə performanslarının, tamaşaların məzmun və mənasının nədən ibarət olması, həmin tamaşaların kimi, nəyi, hansı əsəri və necə təbliğ edəcəyinə dair məhkəməyə və eləcə də İcra Hakimiyyətinə hər hansı bir bilgi verməmiş və bununla əlaqədar olaraq mülahizələrini də təqdim etməkdən yayınmışdır. Ona görə də nümayəndə birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, işin hallarından görünür ki, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə göndərdiyi müraciətə konkret və əsaslandırılmış cavab verilməsinin Bakı Şəhər İcra Hakimiyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, o, ADO teatrının rəhbəri olaraq Bakı Şəhər İcra Hakimiyyətinə 2017-ci ildən etibarən Bakı küçələrində qısa tamaşalarla cıxış etməsi ilə bağlı müraciətlər etmişdir. Cavabdehin bir sıra cavab məktublarında bildirilmişdir ki, müraciətlə bağlı müsbət rəy alınması üçün AR Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilməlidir. Bununla əlaqədar olaraq o, Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmiş, nazirlik isə ona cavab vermişdir ki, bu məsələyə qüvvədə olan qanunvericiliyə əsasən onlar tərəfindən baxılmır. İddiaçı hesab etmişdir ki, onun qaldırmış olduğu məsələyə Bakı Şəhər İcra Hakimiyyətində baxılmalı və ona qısa küçə tamaşalarının göstərilməsinə məhz sonuncu icazə verməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən ona əsaslanmışdır ki, «Vətəndaşların müraciəti haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır və həmin Qanunun 10.1-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2- 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən əsaslandırılmış cavab verilməmişdir. Məhkəmə kollegiyası işin hallarının məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunmuş faktları və qanunvericiliyin tələblərini əsas götürməklə, 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşadığakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 12.1-ci maddəsinin tələbinə əsasən də məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddiaçının qaldırmış olduğu məsələyə cavab verməli orqanın məhz Bakı Şəhər İcra Hakimiyyətinin olub-olmadığını araşdırmalı və məhz bu kontekstdən mübahisəyə hüquqi qiymət vernəli olduğu halda bunu etməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının müraciətinə AR Mədəniyyət Naziriliyinin ««ADO» teatrının Bakı şəhərində prospekt,küçə, meydan və digər müvafiq ərazi vahidlərində küçə tamaşalarının keçirilməsinə Mədəniyyət Nazirliyi tərəfindən icazə və rəyin verilməsi Azərbaycan Respublikası qanunvericilik sistemində nəzərdə tutulmamışdır» məzmunlu cavabına sübut kimi istinad etdiyi halda, belə bir hüquqa (səlahiyyətə) Bakı ŞİH-nin malik olub-olmamasını araşdırmamış və hüquqi qiymət verməmişdir. Halbuki, nə Bakı Şəhər İcra Hakimiyyətinin fəlaiyyət istiqamətləri və səlahiyyətləri müəyyən edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamədə və nə də digər qanunvericilik aktlarında (məsələn, «Teatr və teatr fəaliyyəti haqqında», «Mədəniyyət haqqında» vəs) belə bir hüquqa Bakı ŞİH-nin malik olması nəzərdə tutulmamışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş və yerli icra hakimiyyətlərinin fəaliyyətində əsas hüquqmüəyyənedici və səlahiyyətverici sənəd olan «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri bölməsinin «Təhsil və mədəniyyət sahələrində» 4.12-ci yarımbölməsinin müddəalarında da belə bir səlahiyyətin cavabdeh quruma verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» xx.xx.2011-ci il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Bu baxımdan inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Başqa sözlə, iddianın mahiyyəti üzrə qərar qəbul edə bilmək üçün mümkünlük şərtləri mövcud olmalıdır. Ona görə də mümkünlük şərtləri iddianın mahiyyəti üzrə qərar çıxarılması üçün ön şərtlər kimi qiymətləndirilir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, inzibati mühakimə icraatı qaydasında baxılan məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. inzibati mübahisə olmalı (inzibati məhkəməyə müraciət etmə mümkün olmalı); 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İnzibati Prosessual Məcəllənin 2.2.2., 33.1., 33.2., 35.1-ci maddələri). Beləliklə, inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı - yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır. Onu da, həmçinin qeyd etmək lazımdır ki, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi, məhz iddiaçının üzərinə düşür. İş materiallarından isə belə müəyyən olunur ki, cavabdeh inzibati orqanı iddiaçının müraicətinin təmin edilməsindən imtina etməmişdir. Halbuki, hazırki iddianın mümkünlük şərti iddiaçının müvafiq olan inzibati orqana müraciət edilməsini, həmin inzibati orqan tərəfindən isə iddiaçının arzuladığı nəticədən imtina olunmasını ehtiva edir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4603/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarıhüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından ləğvedilməli,iddia mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4603/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ləğv edilsin. İddiamümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar