Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-905/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı (xx.xx.1955-ci ildə Gürcüstan, Bolnisi rayonunda anadan olmuşdur, ünvan 1 m. 10 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialı) qarşı müvafiq artımlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması tələbinə dair 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2339/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı x xxxx 2007-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının miqdarının və artım faktının təyin olunması tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona (iddiaçıya) x xxxx 2007-ci il tarixdən 5 il 5 ay iş stajı nəzərə alınmaqla dövlət qulluqçusu kimi 190 manat məbləğində əmək pensiyası təyin edilmişdir. O, xx xxxx 2018-ci il tarixdə həmin pensiyanın yenidən hesablanması üçün hazırkı cavabdeh DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət etmişdir. Cavabdehin x xxx 2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, həmin illərdə o, Rusiya Federasiyası ərazisində işlədiyindən, əmək haqqındakı artım məlum olmadığından, pensiya məbləğinin artırılması mümkün deyil. x xxxx 2007-ci il tarixdən ödənilən 190 manat dövlət qulluqçusu kimi əmək pensiyası düzgün hesablanmamışdır. Belə ki, Rusiya Federasiyasında dövlət qulluqçusu kimi aldığı əmək haqqı həmin ölkənin qanun və fərmanına əsasən hesablanmışdır. x xxxx 2007-ci il tarixdə tutduğu vəzifənin maaşı aylıq 5.633 rubl olmuşdur. Əmək haqqına aşağıdakı əlavələr edilir: 1. vəzifə maaşının hər ay 2,5 misli qədər mükafat, 5.633 rubl x 2,5 = 14.082,5 rubl;
2. Hər ay vəzifə maaşının 120%-i 5.633 rubl x 120 / 100 = 6.759,6 rubl; 3. dövlət sirri (məxfi) – 30% 5.633 rubl x 30 / 100 = 56330.3 1.689,9 rubl, 4. Staja görə 5 ildən 10 ilədək 15% 5.633 rubl x 15 /100 = 844,95 rubl, ümumi əmək haqqı 5.633 + 14.082,5 + 6.759 + 1689.9 + 844,95 = 29.009,95 rubl. Orta illik manatın kursu 2007-ci il 1 manat = 29,7446 rubl, əmək haqqı manatla 29.009,95 / 29,7446 = 975,3 manat. Hər ay alınan əmək haqqı 975,3 manatdır. Göstərilənlərə əsaslanaraq, x xxxx 2007-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının miqdarının və artım faktının təyin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “2007-ci il tarixdən tətbiq edilən artımlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsinə dair Azərbaycan Respublikası İPM-nin 54-cü maddəsinə əsasən qərardad qəbul etməmiş, bu barədə yalnız məhkəmə iclas protokolda qeyd etmişdir. Cavabdeh DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinin məhkəməyə ünvanlanmış xx xxxx 2019-cu il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı x xxx 2007-ci il tarixdən 5 il 5 ay iş stajı nəzərə alınmaqla 190 manat dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. Nəzərə alınan sosial sığorta stajı Rusiya ərazisində olduğu üçün həmin idarələrdə işlədiyi vəzifələrdəki əmək haqqındakı artım məlum olmadığından, vətəndaşın pensiyasına müvafiq artımların olunması mümkün deyildir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2339/2019 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia tələbi təmin edilmiş, İddiaçı 2007-ci il tarixdən tətbiq edilən artımlar nəzərə alınmaqla dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin üzərinə qoyulmuşdur. xx.xx.2020-ci il tarixdə cavabdehapellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2339/2019 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı x xxx 2007-ci il tarixdən 5 il 5 ay iş stajı nəzərə alınmaqla 190 manat dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. Nəzərə alınan sosial sığorta stajı Rusiya ərazisində olduğu üçün həmin idarələrdə işlədiyi vəzifələrdəki əmək haqqındakı artım məlum olmadığından vətəndaşın pensiyasına müvafiq artımların olunması mümkün deyildir. İşin apellyasiya icraatı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi ilə əvəz edilmişdir. Daha sonra cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq,o, iddiaçıya 2007-ci ildən əmək pensiyası təyin edildiyini, pensiyanın Rusiya Federasiyasında işlədiyi 5 il 5 ay əsas götürülməklə hesablandığını bildirdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əlavə olaraq, o, 2007-ci ildən 52 yaşdan dövlət qulluqçusu kimi pensiyaya çıxdığını və bu günə kimi artımları almadığını, X2 və X5 Baş müfəttiş işlədiyini və onun orda aldığı maaşa uyğun pensiya təyin olunmalı olduğunu bildirdi. Eyni zamanda, o, verilən suala cavab olaraq, işlədiyi vəzifələr üzrə artımlar barədə məlumatları internet səhifələrindən əldə etdiyini və eyni iş dövrü üzrə iki fərqli müəssisələrdə işləməsinin yol verilən olduğunu qeyd etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı bundan sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. İş materiallarında olan iddiaçıya məxsus ИT-İ seriyalı, ******* nömrəli xx xxxxxxx 1977-ci il tarixdə doldurulmuş əmək kitabçasına əsasən iddiaçı xx.xx.1977-xx.xx.1979-cu illərdə PFO-da baş mühəndis-iqtisadçı (xx.xx.1977-ci il tarixli, 195№-li əmrlə daxil olmuş, xx.xx.1979-cu il tarixli, 115 №-li əmrlə azad edilmişdir) , xx.xx.1979-cu əmrlə PTO-da böyük mühəndis (99 №-li əmrlə), xx.xx.1980-xx.xx.1981-ci ildə prorab ( xx.xx.1980-ci il tarixli, 90№-li əmrlə daxil olmuş, xx.xx.1981-ci il tarixli, 96 №-li əmrlə azad edilmişdir) , xx.xx.1982-xx.xx.1982-ci il tarixdə usta ( xx.xx.1982-ci il tarixli, 16-k №-li əmrlə daxil olmuş, xx.xx.1982-ci il tarixli, 565k №-li əmrlə azad edilmişdir) , xx.xx.1982-xx.xx.1987-ci illərdə X4 Baş revizor (xx.xx.1982-ci il tarixli, 182/L №-li əmrlə daxil olmuş, xx.xx.1987-ci il tarixli, 19/L №-li əmrlə azad edilmişdir), xx.xx.1987-xx.xx.1988-ci ildə “Çentrkoopstroy” trestdə reviziya işləri üzrə baş mühasibin müavini (xx.xx.1987-ci il tarixli, 54/k №-li əmrlə daxil olmuş, xx.xx.1988-ci il tarixli, 108/k №-li əmrlə işdən azad olunmuşdur) , xx.xx.1988xx.xx.1988-ci ildə “Urojay” ticarət alış kooperativində tədarükçü (xx.xx.1988-ci il tarixli, p- 40 №-li əmrlə daxil olmuş, xx.xx.1988-ci il tarixli, p-46 №-li əmrlə azad edilmişdir), xx.xx.1988-xx.xx.1997-ci illərdə “Raduqa” kooperativində sədr (xx.xx.1988-ci il tarixli, 1 №li əmrlə daxil olmuş, xx.xx.1997-ci il tarixli, 1 №-li əmrlə azad edilmişdir), xx.xx.1989xx.xx.1998-ci ildə Azərbaycan Respublikası Boru Təmir Bazasında təchizat şöbəsində usta ( xx.xx.1989-cu il tarixli, 17 №-li əmrlə daxil olmuş), xx.xx.1998-xx.xx.2005-ci ildə Azərbaycan Respublikası Boru Təmir Bazasında baş mühəndis vəzifələrində çalışmışdır (xx.xx.1998-ci il tarixli, 32 №-li əmrlə keçirilmiş, xx.xx.2005-ci il tarixli 15/k №-li əmrlə azad edilmişdir.) İş materiallarında olan iddiaçıya məxsus AT-V seriyalı, ******* nömrəli xx.xx.1988-ci il tarixdə doldurulmuş əmək kitabçasına əsasən iddiaçı xx.xx.1988-xx.xx.1989-cu ildə X4 Baş revizor ( xx.xx.1988-ci il tarixli, 112/L №-li əmrlə daxil olmuş, xx.xx.1989-cu il tarixli, 39/L №-li əmrlə azad edilmişdir) , xx.xx.1997-xx.xx.2007-ci illərdə “xxxxx” MMC-də (Tatarıstan Respublikası) tikinti üzrə baş direktorun müavini (xx.xx.1997-ci il tarixli, 8-k №li əmrlə daxil olmuş, xx.xx.2007-ci il tarixli, 63-k №-li əmrlə azad edilmişdir) , xx.xx.2011xx.xx.2011-ci ildə “xxxxxxxxxxxxxxxxx” MMC-də direktor vəzifələrində işləmişdir ( xx.xx.2011-ci il tarixli, 1 №-li qərarla (mətn üzrə) daxil olmuş, xx.xx.2011-ci il tarixli, 2 №-li qərarla (mətn üzrə) azad edilmişdir). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində dövlət qulluqçusu kimi fəaliyyətlə bağlı əmək haqqının artımının təyin olunmuş pensiyanın məbləğində nəzərə alınmasını birbaşa tənzimləyən norma olmadığından, iddiaçının 1992-ci ilin yanvar ayının 1-dək RSFSR-dəki işlədiyi vəzifəyə münasibətdə artımlar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinin tələbləri bu halda analoji olaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.4-cü maddəsi isə birbaşa tətbiq olunmaqla nəzərə alınmalı və pensiya məbləği yenidən hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyən edilir: yaşa görə əmək pensiyası, əliliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. İddia ərizəsinin məzmunundan və iddiaçının verdiyi izahatdan göründüyü kimi, o Rusiya Federasiyasında dövlət qulluqçusu kimi aldığı əmək haqqı həmin ölkənin xx xxxx 2004-cü il tarixli 79-FZ nömrəli qanununa və X1 xx xxxx 2006-cı il tarixli 763 nömrəli qərarına əsasən hesablanıb. Həmçinin bildirir ki, xx.xx.2007-ci il tarixindən aldığı 190 manat dövlət qulluqçusu kimi əmək pensiyası düzgün hesablanmayıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan)onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Məhkəmə kollegiyası qeyd edir ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Həmçinin iddiaçının sosial sığorta stajı Rusiya ərazisində olduğu üçün həmin idarələrdə işlədiyi vəzifələrdəki əmək haqqındakı artım məlum olmadığından iddiaçının pensiyasına müvafiq artımların olunması da mümkün deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən Siyahıda 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında, İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək mövcud olan Azərbaycan Respublikasının (Naxçıvan Muxtar Respublikasının) dövlət qulluğu vəzifələrinin adları İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinin adlarına uyğunlaşdırılmışdır. Həmin Siyahıda yalnız , Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının dövlət qulluğu vəzifələri göstərilmiş, Rusiya Federasiyasının dövlət qulluğu vəzifələri qeyd edilməmişdir. Həmçinin, "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli Qanununun 6-cı maddəsinin 3-cü bəndinə əsasən Bir Tərəf dövlətin ərazisindən digər Tərəfin dövlətin ərazisinə köçmüş və köçəndən sonra da işləmiş vətəndaşlara pensiyanın həcmi köçəndən sonra qazanılmış əmək haqqından (gəlirdən) hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus ИT-İ seriyalı, ******* nömrəli və AT-V seriyalı, ******* nömrəli əmək kitabçalarına əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1988-xx.xx.2005-ci il zaman dövrü ərzində iki müxtəlif dövlətin ərazində olan müəssisələrdə çalışmışdır. Belə ki, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1988-ci il tarixdə 1 №-li əmrlə “Raduqa” kooperativində sədr vəzifəsində çalışmağa başlamış və xx.xx.1997-ci ildə 1 №-li əmrlə vəzifəsindən azad edilmiş, həmçinin, xx.xx.1989-cu il tarixdə 17 №-li əmrlə Azərbaycan Respublikası Boru Təmir Bazasında təchizat şöbəsində usta vəzifəsinə daxil olmuş, xx.xx.1998-xx.xx.2005-ci ildə Azərbaycan Respublikası Boru Təmir Bazasında baş mühəndis vəzifələrində çalışmışdır. Eyni zamanda, AT-V seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən isə xx.xx.1988-ci il tarixdə 112/L №-li əmrlə X4 Baş revizor vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu il tarixdə 39/L №-li əmrlə azad edilmiş, xx.xx.1997-xx.xx.2007-ci illərdə “xxxxx” MMC-də tikinti üzrə baş direktorun müavini vəzifəsində çalışmışdır. Göründüyü kimi, iddiaçı eyni zaman dövründə iki müxtəlif dövlətin ərazində olan müəssisələrdə işləmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus AT-V seriyalı, ******* nömrəli xx.xx.1988-ci il tarixdə doldurulmuş əmək kitabçasında iddiaçının “xxxxxxxxxxxxxxxxx” MMC-də direktor vəzifəsinə işə qəbul edilmə tarixində düzəliş edildiyi vizual olaraq görünür. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslı olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən həmin hal araşdırılmadan, əsassız və qanunsuz olaraq, iddiaçıya 2007-ci il tarixdən tətbiq edilən artımlar nəzərə alınmaqla dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasənməhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2339/2019 nömrəliqərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2339/2019 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialı) qarşı 2007-ci il tarixdən tətbiq edilən artımlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.