Məhkəmə qərarları › İş №2-1(103)-905/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-905/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-905/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2561/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı xx.xx.2017-ci il tarixdən (52yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...xx.xx.1962-ci ildə doğulmuş, xx.xx.1981-xx.xx.1987-ci illər (6 il 5 ay 13 gün) Faner sexində (Bakı DSP zavodu) quruducu peşəsində işləmiş, xx.xx.1989-xx.xx.1998-ci illər (8 il 9 ay 23 gün) 2-ci sexə (ACA-MEBEL ATSC) bəzəkçi peşəsində işləmiş, xx.xx.1998xx.xx.2015-ci illər (17 il 3 ay 17 gün) Nəsimi rayonu 75 saylı Körpələr evində dayə kimi işləmiş, beləliklə də onun ümumi stajı 32 il 6 ay 23 gün edir. Bu səbəbdən də 52 yaşı tamam olan zamandan güzəştli şərtlərlə əmək pensiyası almalı idi. Bunun üçün də cavabdeh orqana müraciət etmiş, cavabdeh təqdim edilən əmək kitabçasına əsasən xx.xx.1089-xx.xx.1993-cü illər üzrə cəmi 4 il 5 ay 2N gün güzəştli stajının olduğunu qeyd edərək, ona güzəştli əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirərək pensiya təyin etməkdən imtina etmişdir. Bu isə onun hüquqlarının pozulması deməkdir.xx.xx.1981-xx.xx.1987-ci illər (6 il 5 ay 13 gün) Faner sexində (Bakı DSP zavodu) quruducu vəzifəsində işlədiyi illəri tam, xx.xx.1989-xx.xx.1998-ci illər (8 il 9 ay 23 gün) 2-ci sexə (ACA-MEBEL ATSC) bəzəkçi peşəsində işlədiyi illərində 1993-cü ildən 1998-ci ilə kimi olan dövrü tam olaraq hesablamamışlar. Halbuki, bunlar əmək kitabçasında aydın göstərilmişdir. Cavabdeh isə hansı səbəbdən hesablamadığını qeyd etməmişdir. Qeyd edilənlərə əsasən cavabdehin imtinası əsassız hesab edilməli və 52 yaşdan ona güzəştli əmək pensiyası təyin edilməlidir. Çünki, onun faner sexlərində işlədiyi quruducu, bəzəkçi vəzifələri də istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahısı üzrə 17.8.1. Faner istehsalında quruducular, 17.8.2. Ağac emalında digər peşələr-tərkibində təhlükəliİiyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan lak-boyaq materiallarını tətbiq etməklə işləyən ağac məmulatlarının bəzək vurucuları sahəsi uyğunluq təşkil edir…“ Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Metal emalı bölməsinin (11) Qaynar üsulla metalın üzlənməsi bəndində (11.9) quru üsulla məmulat cilalanması ilə məşğul olan cilalayıcılar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi filiala təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 412 nömrəli Hərbi hissənin iddiaçıya dair 29 iyun 2022-ci il tarixli 451 nömrəli arayışında xx.xx.1992-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə cilalayıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin, sözügedən arayışda cilalayıcı vəzifəsində işlədiyi müddətdə yuxarıda göstərilən quru üsulla məmulat cilalanması ilə məşğul olub-olmamağı barədə hər hansı məlumat qeyd olunmamışdır. Qeyd edilən dövrlər üzrə ödənişsiz məzuniyyətdə olduğu 248 gün müddəti iddiaçının iş stajına daxil etmək mümkün deyildir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı münasibətdə xx.xx.2006-xx.xx.2009-cu il tarixləri üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 10 ay öz əksini tapmadığından həmin müddətin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bu səbəblərdən də, iddiaçının güzəştli iş stajı 10 ildən az - 9 il 15 gün, ümumi iş stajı 25 ildən az - 19 il 5 ay 28 gün (xx.xx.1984- xx.xx.1988-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və 2006-2009-cu illər üzrə cəmi 2 il 4 ay) təşkil edir. Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16304,04 manat təşkil edir... “ Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2561/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşından, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «...Birinci instansiya məhkəməsinin qərarı aşağıdakı əsaslarla qanunazidd və əsassızdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) Qaynar üsulla metalın üzlənməsi bəndində (11.9) quru üsulla məmulat cilalanması ilə məşğul olan cilalayıcılar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi filiala təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 412 nömrəli Hərbi hissənin iddiaçıya dair 29 iyun 2022-ci il tarixli 451 nömrəli arayışında xx.xx.1992-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə cilalayıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda cilalayıcı vəzifəsində işlədiyi müddətdə yuxarıda göstərilən quru üsulla məmulat cilalanması ilə məşğul olub-olmamağı barədə hər hansı məlumat qeyd olunmamışdır. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 412 nömrəli Hərbi hissənin iddiaçıya dair 29 iyun 2022-ci il tarixli 451 nömrəli arayışında 248 gün ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Yuxarıda qeyd edilən dövrlər üzrə ödənişsiz məzuniyyətində olduğu 248 gün müddəti iddiaçının iş stajına daxil etmək mümkün deyildir. Əlavə olaraq, iddiaçıya münasibətdə xx.xx.2006-xx.xx.2009-cu il tarixləri üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 10 ay öz əksini tapmadığından həmin müddətin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bu səbəblərdən də iddiaçı güzəştli iş stajı 10 ildən az - 9 il 15 gün, ümumi iş stajı 25 ildən az - 19 il 5 ay 28 gün (xx.xx.1984-xx.xx.1988- ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və 2006-2009-cu illər üzrə cəmi 2 il 4 ay) təşkil edir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ.Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşından (xx.xx.2017) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfinjdən onun iddia tələbi təmin olunmuşdur (xx.xx.2017-ci il tarixdə ASAN-Sumqayıt xidməti tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1965-ci il tarixdə doğulmuşdur) . Cavabdeh apellyasiya şikayətində mübahisələndirilir ki, iddiaçının güzəştli iş stajı 10 ildən az , yəni 9 il 15 gün, ümumi iş stajı da 25 ildən az 19 il 5 ay 28 gün (xx.xx.1984xx.xx.1988- ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və 2006-2009-cu illər üzrə cəmi 2 il 4 ay) təşkil edir. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdə hələ (xx.xx.2017-ci il tarixədək) qüvvvə olmuş 9.1-ci maddəsinin redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 11 dekabr 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndi nəzərədə tuturdu ki, bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının iş materiallarına əlavə edilmiş, İT-İ ******* nömrəli xx.xx.1984-cü il tarixli əmək kitabçasının surətinə əsasən iddiaçının aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1984-xx.xx.1988: Qusar rayonunda “Şaumyan” sovxozunda - 4 il 16 gün; xx.xx.1992-xx.xx.1992: 4 No-li Bakı tikiş-trikotaj fabrikində - 2 ay 20 gün; xx.xx.1992-xx.xx.2009: “N” saylı hərbi hissədə – N il N ay N gün ; İddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə, onun ümumi stajı 20 il 3 ay 15 gün təşkil edir. İşə əlavə olunmuş, birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 451 nömrəli arayışa əsasən iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş siyahıya əsasən müəssisədə (sexdə, istehsalatda) aşağıdakı işlərdə işləmişdir: - xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi (1 il N ay 4 gün) cilalayıcı (siyahıya əsasən bölmə 11.9); - xx.xx.1998-ci ildən xx.xx.2009-cu ilə kimi (10 il 6 ay 23 gün) boyaq və laklardan təmizləyən (siyahıya əsasən bölmə 11.8.) - cəmi güzəştli stajı : 11 il 7 ay 27 AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı nəzərdən keçirildikdə, həqiqətən də müəyyən olunur ki, iddiaçının 1 il N ay 4 gün cilalayıcı kimi işlədiyi peşə - həmin Siyaşının 11-ci “Metal emalı” bölməsinin, 11.9-cu “Qaynar üsulla metalın üzlənməsi” (“a” fəhlələr) bəndinin 12-ci sətrində “quru üsulla məmulat cilalanması ilə məşğul olan cilalayıcılar” adı altında güzəştli pensiya hüququ verən peşələr sırasına aid edilmişdir. Məhkəmə sorğusu əsasında alınmış hərbi hissənin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il taixli 810 nömrəli digər bir məktubunda bildirilir ki, “cilalayıcı” peşəsində işlədiyi müddətdə aviasiya mühərriklərinin pərlərinin və detallarının cilalanması ilə məşğul olmuşdur. Bu peşə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Metal emalı bölməsinin (11), Qaynar üsulla metalın üzlənmədi bəndində (11.9) quru üsulla məmulat cilalanması ilə məşğul olan cilalayıcılar peşəsi ilə eynilik təşkil edir. İddiaçının 10 il 6 ay 23 gün “boyaq və laklardan təmizləyən” peşəsində çalışmasına gəldikdə, həmin peşə də həmçinin, sözügedən Siyahının 11-ci “Metal emalı” bölməsinin, 11.8-ci “Rəngləmə işləri istehsalı” (“a” fəhlələr) bəndinin 3-cü sətrində “rəng və lakları yuyub təmizləyənlər” adı altında güzəştli pensiya hüququ verən peşələr sırasında təsbit olunmuşdur. Beləliklə də iddiaçının 20 il 3 ay 15 gün ümumi, 11 il 7 ay 27 gün xüsusi staja malik olduğu öz təsdiqini tapır. Cavabdeh tərəfindən hərbi hissənin xx.xx.2022-ci il tarixli 451 nömrəli arayışda qeyd olunan iddiaçının ödənişsiz məzuniyyətdə olduğu 248 təqvim günlərinin (yəni,8 ay 8 gün) onun hər iki stajına daxil edilməsini mübahisələndirən dəlilləri ilə əlaqədar isə məhkəmə kollegiyası birincisi qeyd edir ki, həmin 8 ay 8 təqvim günü iddiaçınıngüzəştli stajından çıxıldıqda belə, onun 10 ildən də çox artıq güzəştli stajı mövcud olmaqda qalır (11 il 7 ay 27 - 8 ay 8 gün = 10 il 1N ay 1N gün). Həmin ödənişsiz məzuniyyət müddətinin cavabdeh tərəfindən iddiaçının ümumi iş stajından çıxılmasına gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu mövqeyi əsassızdır. Çünki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 111.1-ci maddəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Həmin Məcəllənin 112-ci maddəsinin “ç” bəndində isə ödənişsiz məzuniyyət növü də işçilərin məzuniyyət hüququna aid edilir. Həmin Məcəllənin 129.2-ci maddəsi isə nəzərədə tutur ki, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İşə əlavə olunmuş iddiaçının işlədiyi hərbi hissə komandrinin əmrlərindən görünür ki, iddiaçı 1992-ci ildə iki əmrlə ayrı-ayrı aylarda 31 və 1N gün, 1998-ci ildə bir əmrlə 31 gün, 2000-ci ildə bir əmrlə 27 gün, 2001-ci ildə iki əmrlə 28 gün və 27 gün, 2002-ci ildə 3 əmrlə ayrı-ayrı aylarda 30, 25 və 30 gün ödənişsiz məzuniyyətə buraxılmışdır. 1992-ci ildə N aydan artıq istfadə edilən 20 gün (19+(31-1), 2001-ci ildə bir aydan artıq istiifadə edilən ikinci məzuniyyət 27 gün, 2002-ci ildə istifadə edələn 55 (25+30), cəmi, 102 (20+27+55) gün yəni 3 ay 12 gün iddiaçının yuxarıda qeyd olunan 20 il 3 ay 15 ügün ümümi stajından çıxıldıqda belə, onun ümumi stajı 20 il 3 gün təşkil edir. Formalaşmış məhkəmə praktikasına görə isə 6 aydan çox olmayan ödənişsiz məzuniyyət müddəti ümumi stajda nəzərə alınır ki, konkret halda iddiaçının ayrı-ayrı illərə təsadüf edən 8 ay 8 gün ödənişsiz məzuniyyətin 5 ayı nəzərə alındıqda, onun 20 ildən çox ümumi stajı mövcud olur. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə gəldikdə, 2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, “ Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.” Bundan əlavə, xx.xx.2018-ci il tarixdən qüvvədə olan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. 2006-cı ildən sonrakı dövr üzrə araşdırma aparıldıqda, məhkəmənin sorğusuna əsasən alınmış Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-129553/2023 nömrəli məktubuna əsasən müəyyən olunur ki, iddiaçının xeyrinə xeyrinə 2006-cı ildə bütün aylar, 2007-ci ildə fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr ayları, 2008-ci ildə yanvar, fevral, mart, aprel, may ayları, 2009-cu ildə isə mart, iyun ayları üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan 2007-2009-cu illərə münasibətdə sığorta haqları ödənişinin DSMF-yə (sığortaçıya) həyata keçirilməməsində iddiaçının təqsiri müəyyən oluna bilməz. Çünki, sığorta haqlarını işçidən tutub DSMF-yə (sığortaçıya) köçürmək sığorta edənin və həmin ödənişlərə nəzarət etmək və zəruri olduqda məhkəmədə işəgötürənə (sığorta edənə) qarşı iddia qaldırmaq - “Sosial sığorta haqqında” Qanun həmin vaxt qüvvədə olan 14 və 18-ci maddələrinə əsasən sığortaçının ( DSMF-nin ) üzərinə düşən öhdəliyi olmuşdur. Beləliklə də, iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olumuş 9.1-ci maddəsinin şərtləri tam ödənilir. Başqa sözlə, onun 52 yahşından (xx.xx.2017-ci il tarixdən) yaşa görə əmk pensiyası hüquq yaranır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən яmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2561/2023 saylı xx.xx.2023-cü qərarı ilə mahiyyəti üzrə iddianın təmin olunması barədə gəldiyi nəticə düzgün nəticə kimi qiymətləndirilməlidir. Bu baxımdan cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanunazidd və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmadan və həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2561/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar