Məhkəmə qərarları › İş №2-1(103)-906/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-906/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-906/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4522/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq xx.xx.1989-xx.xx.1990-cı illərdə Siyəzən üzümçülük sovxozunda fəhlə işləməyini sosial sığorta stajına və xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixə kimi “Siyəzənneft” NQÇİ-nin Tikinti təmir sahəsində mədən avadanlıqlarının quraşdırılması üzrə boru çəkən çilingər, çilingər peşələrinin güzəştli iş stajı kimi nəzərə alınmaqla ona əmək pensiyasının təyin edilməsini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X9 İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1549/2019 saylı qərardadına əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı xx.xx.1989-xx.xx.1990-cı illərdə Siyəzən üzümçülük sovxozunda fəhlə işləməyini sosial sığorta stajına və xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixə kimi “Siyəzənneft” NQÇİ-nin Tikinti təmir sahəsində mədən avadanlıqlarının quraşdırılması üzrə boru çəkən çilingər, çilingər peşələrinin güzəştli iş stajı kimi nəzərə alınması və ona əmək pensiyasının təyin edilməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X9 İdarəsinə həvalə edilməsi barədə inzibati iş aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı x xxxxxx 1962-ci ildə Dəvəçi (indiki Şabran rayonu) rayonunun Eynibulaq kəndində anadan olmuşdur. 57 yaşından yaşa görə ağır sənaye ilə pensiyaya çıxmaq üçün tələb olunan sənədləri xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt “ASAN xidmət ” mərkəzinə təqdim etmişdir. “ASAN xidmət “ mərkəzi ona pensiya təyin edilməsi üçün qəbul etdiyi sənədləri yeni yaradılmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X9 İdarəsinə göndərmişdir. X2 xx.xx.2019-cu il tarixdə **********3 nömrəli məktubla imtina cavabı vermişdir. İmtina məktubunda qeyd etmişdir ki, təqdim etdiyi sənədlərdə xx.xx.1989-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində Siyəzən üzümçülük sovxozunda işlədiyi müddət müvafiq qaydada təsdiqlənmədiyindən x xxxxxx 2006-cı il tarixinədək ümumi stajı 25 ildən az təşkil edir. Eyni zamanda bildiriblər ki, xx.xx.1992-xx.xx.2008-ci illər arasındakı dövr ərzində işlədiyi “Siyəzənneft “NQÇİ-nin Tikinti təmir sahəsində mədən avadanlıqlarının quraşdırılması üzrə boru çəkən çilingər, çılingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007- ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. xx xxxxxx 1992-ci il tarixdən hal-hazıra kimi “Siyəzənneft “neft qaz çıxarma idarəsində ağır işdə işləyir. Bu barədə ona “Siyəzənneft” NQÇİ idarəsi tərəfindən NQÇİ-nin rəisi və personalın uçotu şöbəsinin rəisi tərəfindən imza və möhürlə təsdiq olunmuş xx.xx.2019-cu il tarixli 44 nömrəli güzəştli iş stajını təsdiq edən arayış verilmişdir. Arayışda onun xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixə kimi “Siyəzənneft “NQÇİ-nin Tikinti təmir sahəsində mədən avadanlıqlarının quraşdırılması üzrə boru çəkən çilingər, xx.xx.2008-ci il tarixdən xx.xx.2011ci il tarixə kimi “Siyəzənneft “NQÇİ-nin İstismar avadanlıqları sahəsində quyuağzı avadanlıqların quraşdırılması boru çəkən çilingər, xx.xx.2011-ci il tarixdən hal-hazıra kimi “Siyəzənneft “NQÇİ-nin İstismar avadanlıqları sahəsində təmirçi çilingər peşəsində işləməyi qeyd olunmuşdur. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı və xx xxxxxx 2007-ci il 12 nömrəli qərarı üzrə təsdiq olunmuş 2 nömrəli Siyahı ilə 2130200a-19238 tərkibində hidrogen sulfid olan qaz və kondensatların mədəndən zavoda qədər nəql edildiyi boru kəmərlərinin xidməti ilə məşğul olan xətti boru kəməri çəkənlər vəzifəsinə uyğun gəlir və eyni vəzifədir. Sadəcə olaraq əmək kitabçasında qeyd olunmuş əmr vaxtki şəxslər tərəfindən düzgün yazılmamışdır. Həmin ağır işə görə onun əmək haqqına əlavə 4 faiz və hər gün süd verilmişdir. Əgər həmin vəzifə ağır sənaye sayılmasaydı, bu barədə ona “Siyəzənneft” NQÇİ idarəsi tərəfindən NQÇİ-nin rəisi və personalın uçot şöbəsinin rəisi tərəfindən imza və möhürlə təsdiq olunmuş xx.xx.2019-cu il tarixli 44 nömrəli güzəştli arayış verilməzdi. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 06 ay güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün hüququ vardır. Odur ki, iddia tələbinin təmin edilərək qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4522/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4522/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq isə qeyd edilmişdir ki, məhkəmə onun işlədiyi vəzifənin güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən peşə olmasını qərarında bir neçə yerdə qeyd etsə də, qərarın 4-cu səhifəsinin 9-cu abzasında göstərmişdir ki, onun ümumiyyətlə güzəştli şərtlərə pensiya almaq hüququna dair əmək stajı yoxdur. Onun işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatda əldə edilmədiyini məhkəmə guya onun Nairlər Kabinetinin təsdiq etdiyi siyahıda olan güzəştli şərtlərlə əmək pensiyası təyin edilən vəzifələrdə nəzərdə tutulmaması ilə əsaslandırmışdır. Halbuki, qeyd etdiyi kimi Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı və Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə yuxarıda göstərdiyi bölmədə işlədiyi peşənin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə olduğu bir mənalı təsbit edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili D.Novruzov apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilmiş, iddiaçı məhkəməyə teleqram vuraraq COVİD-19 infeksiyası ilə əlaqədar gediş-gəlişin məhdud olduğu üçün məhkəmədə iştirakının mümkün olmadığını bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası cavabdehin vəkilini dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan “Sokar “Azneft” İstehsalar Birliyi “ Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin 44 saylı xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı, əmək kitabçasına uyğun güzəştli pensiya hüququ verən aşağıdakı iş stajına malikdir:

1. Qeyd 09-12. (10.2. bənd. səh.84 ) 14 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək “Siyəzənneft” NQÇİ-nin Tikinti təmir sahəsində mədən avadanlıqlarının quraşdırılması üzrə boru çəkən çilingər peşəsində işləməklə iş stajı 16 il, 02 ay, 18 gün ( on altı il, iki ay, on səkkiz gün) təşkil edir.

2. Qeyd 13. (10.2. bənd. səh.84 ) 68/k saylı xx.xx.2008-ci il tarixli əmrə əsasən "8.04.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək “Siyəzənneft” NQÇİ-nin İstismar avadanlıqları sahəsində quyuağzı avadanlıqlarının quraşdırılması boru çəkən çilingər ceşəsində işləməklə iş stajı 02 il, 08 ay, 13 gün (iki il, səkkiz ay, on üç gün) təşkil edir.

3. Qeyd 14. (10.2. bənd. səh.84 ) 16 saylı xx.xx.2011-ci il tarixli əmr-qərarına əsasən xx.xx.2011-ci il tarixdən hal-hazıradək “Siyəzənneft” NQÇİ-nin İstismar avadanlıqları səhəsində təmirçi çilingər peşəsində işləməklə iş stajı 08 il, 04 ay, 26 gün ( səkkiz il, bir ay iyirmi dörd gün) təşkil edir. Qeyd olunanlara əsasən İddiaçı güzəştli şərtlərlə ümumi əmək stajı 27 il, 03 ay 27 gün (iyirmi yeddi il, üç ay iyirmi yeddi gün) təşkil edir. Azərbaycan Respublikası Şabran rayon İcra Hakimiyyəti Şabran rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 126 saylı Şabran (keçmiş Dəvəçi) rayonu Siyəzən üzümçülük sovxozunun əmrlər kitabından arxiv arayışından görünür ki, İddiaçı-Eynibulaq kənd sakini-xx xxxxxx 1962-ci ildə anadan olub-xx xxxxxx 1989-cu il tarixdən 12 saylı üzümçülük briqadasına fəhlə qəbul edilmiş, xx xxx 1990-cı il tarixdən 7,11 saylı üzümçülük briqadasının və taxıl sahələrinə sahə gözətçisi vəzifəsinə köçürülmüşdür. xx.xx.1991-ci il tarixdən işdən azad edilmişdir. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət etmiş, cavabdeh inzibati orqan ərizəyə cavab olaraq xx xxxx 2019-cu il tarixli məktubda “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə istinad edilərək bildirmişdir ki, təqdim edilmiş sənədlərdə xx.xx.1989—xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində Siyəzən üzümçülük sovxozunda işlədiyinizə dair qeyd müvafiq qaydada təsdiqlənmədiyindən xx xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az təşkil edir. Eyni zamanda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xx.xx.1992-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində işlədiyiniz “Siyəzənneft” NQÇİ-nin Tikinti təmir sahəsində mədən avadanlıqlarının quraşdırılması üzrə boru çəkən çilingər, çilingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. İddiaçı bundan sonra iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən hesab etmişdir ki, iddiaçının ümumi stajı olsa da, güzəştli iş stajı mövcud olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaş çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanununun 13-cü maddəsininin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası apellyasa şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının ümumi stajı olsa da, güzəştli iş stajı mövcud olmamışdır. İddiaçının əmək kitabçasında qeyd edilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin Siyahısında nəzərdə tutulmamışdır. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4522/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4522/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən:H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar