Məhkəmə qərarları › İş №2-1(103)-906/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-906/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-906/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X23 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X13 və X7 ibarət tərkibdə, X19-Yusiflinin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6794/2N4 saylı 26 sentyabr 2N4-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyun 2N5-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçıya aid SX seriyalı ******* nömrəli hərbi biletdə aparılmış qeydlərə əsasən İddiaçı SHXÇDX-nin Bakı şəhər Qaradağ rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yaralı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və N iyul 2017-ci ildə hərbi hissəyə göndərilmiş, xx.xx.2019-cu il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Müharibə dövründə hərbi xidmət keçməsi” ilə bağlı qeydlər aşağıdakı kimi aparılmışdır: xx.xx.2N0-ci ildə N saylı hərbi hissəyə daxil olmuş, xx.xx.2N0-ci ildə N saylı hərbi hissəyə göndərilmiş, Talış-Suqovuşan istqamətində döyüş əməliyyatlarında iştirak etmiş, xx.xx.2N1-ci il tarixdə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ Rayon İdarəsinin xx.xx.2N3-cü il tarixli, 736 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2N0-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında Qanuna əsasən xx.xx.2N0-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş, xx.xx.2N0-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verillmiş və xx.xx.2N1-ci il tarixdə təxris olunmuşdur. Talış- Suqovuşan istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir. Əsas: Hərbi bilet SX № 0367354. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbi təmin olunmamışdır. Belə ki, cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2N3-cü il tarixli, 2/2- 12934 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2N3-cü il tarixli 3132/2 nömrəli arayışına əsasən döyüş əməliyyatlarına cəlb olunmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. Əlavə olaraq “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yəni xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2N4-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçı xx.xx.1998-ci il təvəllüdlü İddiaçı İİ Qarabağ Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 sentyabr 2N0-ci il tarixdə digər çağırışçılarla birgə o da səfərbərliklə bağlı hərbi xidmətə çağırılmış N nömrəli hərbi hissə tərkibində Ballı Qayaya aparılmışdır. 5 gün orada qaldıqdan sonra onlar Tərtərdə yerləşən N nömrəli hərbi hissəyə aparılmışdır. Orada onlara təxminən, 2 həftə təlim keçdikdən sonra onlar hissə-hissə döyüşlərdə olan itkilərinin yerini doldurmaq, yəni döyüşlərdə həlak olmuşları əvəz ermək üçün döyüş zonasına göndərilmişdir. Təlim keçirilən zaman o, manqa komandiri təyin edilmişdir. Təxminən, 2-3 həftədən sonra o, bir neçə əsgərlə birgə Talış-Suqovuşan döyüş zonasına hərbi əməliyyatlara, döyüşməyə göndərilmişdir və o, döyüş zonasında döyüşmüşdür. O, şəxsən Talış-Suqovuşan və Ağdərə ətrafındakı yerlərdə gedən döyüşlərdə iştirak etmişdir. Bu döyüşlərdən sonra onun yaddaşında bəzi problemlər əmələ gəlmişdir. Atəşkəs elan olunandan sonra xidmətini davam etdirmək üçün o, digər əsgərlər ilə birlikdə Tərtərə göndərilmişdir. Bir müddət orada postlara çıxdıqdan sonra oradan Qubadlıya, bir neçə gündən sonra isə oradan da Laçına göndərilmişdir. Laçında bir müddət xidmət etdikdən sonra 2N1-ci ilin yanvar ayının əvvəllərində hərbi xidmətdən tərxis olunmuşdur. Cavabdehə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciət etsə də, müraciəti inzibati orqan tərəfindən təmin olunmamışdır. Hesab edir ki, imtina məktubunda qeyd olunan əsaslar qanunsuzdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 Ne-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2N0-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2N0-ci il 27 sentyabr tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatların bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi düyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Bu Əsasnamənin birinci hissəsinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvələr ehtiyata və istefaya buraxılmş, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Əsasnamənin birinci hissəsinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəsi vermək səlahiyyətli olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, N nömrəli hərbi hissənin tərkibində xidmət etmiş və döyüş əməliyyatlarında iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbini irəli sürmüşdür. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N sentyabr 2N3-cü il tarixli 3132/2 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarına cəlb olunmamışdır. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidməti barədə məlumat olmadığından ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İPM-nin 73.3.1-ci maddəsinə əsasən inzibati orqan Müdafiə Nazirliyinin komissiyanın xx.xx.2N3-cü il tarixli iclas protokoluna əsasən iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərməsindən imtina edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6794/2N4 saylı 26 sentyabr 2N4-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin və ona əlavənin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun apellyasiya şikayəti verərək bildirmişdir ki, məhkəmədə işə baxılması zamanı mülki-proressual qanunvericiliyin çəkişmə, işin hallarının araşdırılması, məhkəmənin yardım etmək vəzifəsi və sübutetmə vəzifəsi prinsipinlərini pozmuşdur. Belə ki, məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxmışdır ki, bununla da çəkişmə prinsipinin həyata keçrilməsi təmin edilməmişdir. Bu işdə çəkişmə prinsipinin təmin edilməsi çox vacib bir hal idi. Çünki, məhkəməyə təqdim olunmuş, sübut əhəmiyyətinə malik sənədlərdə qeyd olunanlarla (məsələn, hərbi bilet), cavabdehin məhkəməyə göndərdiyi arayışlar arasında ziddiyyətlər var idi və bu hal cavabdehin məhkəmədə iştirak edəcəyi halda və verəcəyi cavablarla aydınlaşdırıla bilərdi. Bundan başqa işin obyektiv araşdırılması və düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmasından ötrü, o cümlədən də iddiaçının döyüş əməliyyatlarında iştirakını təsdiq edən, onunla birgə döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin məhkəməyə çağırılıb dindirilməsindən ötrü verilmiş vəsatətlər təmin edilməmişdir. Bununla da məhkəmə tərəfindən işin hallarının araşdırılması prinsipi pozulmşdur. Bundan başqa məhkəmə tərəfindən məhkəmənin yardım etmək prinsipi pozulmuşdur. Belə ki, iddiaçı həm iddia əriuzəsində, həm də məhkəməyə təqdim etdiyi yazılı izahatında bildirir ki, döyüşlərdən sonra onun yaddaşında problemlər yarandığı üçün döyüş yoldaşları haqda məlumatları tamlıqla yadına sala bilmir və ona görə də bəzi döyüş yoldaşları barədə məlumatları yarşmçıq vermiş, məhkəmə isə nəinki işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bu yarımçıqlığl aradan qaldırmaqda iddiaçıya yardım etməmiş, hətta onların müəyyən edilib məhkəməyə çağırılıb dundirilməsindən ötrü heç bir hərəkət etməmişdir. Göstərilənlərdən başqa məhkəmə tərəfindən sübut etmə vəzifəsi prinsipi də pozulmuşdur. Belə ki, əgər iddiaçı hərbi biletdə olan qeydlərə əsasən döyüşlərdə iştirak edibsə, ancaq inzibati orqanın verdiyi arayışla (əmrdən çıxarışla) döyüşlərdə iştirak etməyibsə, inzibati orqan bunlardan hansının daha doğru-düzgün olduğunu faktlarla və sənədlərlə sübut etməli idi. Bütün bunlardan başqa məhkəmə tərəfindən inzibati məhkəmə icraatı zamanı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi pozulmuşdur. Belə ki, iddiaçı (eyni zamanda nümayəndəsi olan vəkili vasitəsilə) bütün məhkəmə iclaslarında iştirak etməsinə baxmayaraq, iştirakı zəruri olduğu halda belə rəsmi bildiriş göndərilməsinə baxmayaraq cavabdeh inzibati orqan məhkəmə iclaslarına gəlməmiş (yəni nümayəndəsini göndərməmiş) və gəlməməsinin səbəbini bildirməmişdir və məhkəmə də cavabdehin iştirakını təmin etmək üçün heç bir tədbir görməmişdir. Bərabərlik qanununa görə məhkəmənin çağırışı həm iddiaçıya, həm də cavabdehə eyni dərəcədə aiddir. Cavabdehin məhkəmə iclaslarına gəlməməsi iddiaçının bir sıra prosessual hüquqlarını (məsələn, çəkişmə) həyata keçirə bilməməsinə səbəb olmuşdur. Aşağıda göstərdiklərini də vəsatət kimi qəbul edilməsini xahiş etmişdir:1.Məhkəmə iclasları cavabdehin iştirakı olmadan keçirilməsin. 2. Məhkəmə iclaslarına aşağıda adları göstərilən onunla birgə döyüşmüş və “müharibə veteranı” statusunu və vəsiqəsini almış şəxslər şahid kimi çağırılıb dindirilsinlər: X16. xx.xx.2001-ci il təvəllüdlüdür, Salyan rayonu Qaraçala qəsəbəsində yaşayır, mobil telefon nömrəsi ***-***-**-**-dir. “Müharibə veteranı” statusunu və vəsiqəsini alıb. X21. xx.xx.2001-ci il təvəllüdlüdür, Bakı şəhəri Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi ev 10, mənzil 27-də yaşayır, şəxsiyyət vəsiqəsinin seriyası AA nömrəsi 5229485, FİN-i 15 EQD6H-dır, mobil telefon nömrəsi ***-***-**-**-dür. “Müharibə veteranı” statusunu və vəsiqəsini alıb. X17. xx.xx.1980-ci il təvəllüdlüdür, Bakı şəhəri, Ələt qəsəbəsi, A.Abdullayev küçəsi ev 18-də yaşayır, mobil telefon nömrəsi ***-***-**-**- dir. “Müharibə veteranı” statusunu və vəsiqəsini alıb. X18. “Müharibə veteranı” statusunu və vəsiqəsini alıb. Tərəflərin izahatları: İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi X22 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2N3-cü il tarixdir. Həmin imtinanın iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. İddiaçı iddia ilə məhkəməyə xx.xx.2N4-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “ona “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyinin üzərinə qoyulması” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən N nömrəli hərbi hissə komandirinin xx.xx.2N3-cü il tarixli 3132/2 nömrəli arayışına əsasən döyüş əməliyyatlarına cəlb olunmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan iddiaçıya aid SX seriyalı ******* nömrəli hərbi biletdə aparılmış qeydlərə əsasən İddiaçı SHXÇDX-nin Bakı şəhər Qaradağ rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və N iyul 2017-ci ildə hərbi hissəyə göndərilmiş, xx.xx.2019-cu il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Müharibə dövründə hərbi xidmət keçməsi” ilə bağlı qeydlər aşağıdakı kimi aparılmışdır: xx.xx.2N0-ci ildə N saylı hərbi hissəyə daxil olmuş, xx.xx.2N0ci ildə N saylı hərbi hissəyə göndərilmiş, Talış-Suqovuşan istqamətində döyüş əməliyyatlarında iştirak etmiş, xx.xx.2N1-ci il tarixdə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2N0-ci il tarixli 279 saylı Əmrindən çıxarışda qeyd olunmuşdur ki, Səfərbərlik hazırlığı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarələrindən (şöbə, bölmə) çağırılmış və N nömrəli hərbi hissədən gəlmiş aşağıda adları çəkilən hərbi vəzifəlilər xx.xx.2N0-ci il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilsinlər və vəzifələrə təyin olunsunlar. 67. Çavuş İddiaçı, 5-ci taborun 13-cü bölüyünün 3cü taqımının 2-ci manqasının komandiri - Təvəllüdü: xx.xx.1998-cı il, azərbaycanlı; çağırıldığı: Qaradağ rayon Şöbəsi; HUİ: 050693A. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2N1-ci il tarixli, 9 saylı Əmrindən çıxarışda qeyd olunmuşdu ki, Azərbaycan Respublikasında elan edilmiş qismən səfərbərlik üzrə hərbi xidmətə çağrılmış aşağıda adları çəkilən hərbi qulluqçuları səfərbərlikdən tərxis edildiklərinə görə N yanvar 2N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatından çıxarılsınlar və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurumlarına göndərilsinlər. 219. Çavuş İddiaçı, 5-ci taborun 13-cü bölüyünün 3cü taqımının 2-ci manqasının komandiri- Qaradağ rayon İdarəsinə - Əsas: Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2N0-ci il tarixli 274 nömrəli əmri. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsi tərəfindən verilmiş xx.xx.2N3-cü il tarixli, 3132/2 saylı arayışında qeyd olunmuşdur ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu çavuş İddiaçı xidmət etdiyi bölmə 5-ci tabor 13-cü bölük, 27 sentyabr 2N0-ci il tarixindən 11 noyabr 2N0-ci il tarixinədək döyüş əməliyyatlarına cəlb olunmadığı üçün döyüş əməliyyatlarında iştirak etməsi haqqında arayış-məlumat tərtib etmək mümkün deyildir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1ci hissəsinin ikinci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2N0-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2N0-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti və Azərbaycan Respublikasının Strateji X8 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Hazırki işdə cavabdeh qurumun imtinasının əsas dəlili ondan ibarət olmuşdu ki, iddiaçı döyüş əməliyyatlarına cəlb olunmamışdır. Mövcud qanunvericiliyə əsasən müharibə veteranı statusunun verilməsi üçün 2 şərt tələb olunur:

1. Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii)

2. həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olubolmaması. İşə baxan birinci instansiya məhkəməsinin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N № hərbi hissəsi tərəfindən verilmiş xx.xx.2N4-cü il tarixli, № 1076 saylı cavab məktubunda qeyd olunmuşdu ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu ehtiyatda olan əsgər İddiaçı qismən səfərbərlik zamanı xx.xx.2N0-ci il tarixdə 5-ci taborun 13-cü bölüyün 3-cü taqım 2-ci manqasının komandiri vəzifəsinə xidmətə qəbul edilmiş və xx.xx.2N1-ci il tarixdə hərbi qeydiyyata durmaq üçün Qaradağ rayon şöbəsinə göndərilmişdir. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu ehtiyatda olan əsgər İddiaçı qismən səfərbərlik zamanı xidmət etdiyi 5-ci tabor 13-cü bölüyün şəxsi heyəti tam tərkibdə döyüş əməliyyatları zamanı hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Tərtər rayonunun Sarov yaşayış məntəqəsində yerləşmiş və N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında hər hansı təminat növü üzrə tapşırıqlar yerinə yetirməmiş, heç bir döyüş əməliyyatlarında iştrak etməmişdir. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası iddiaçının döyüş əməliyyatlarına cəlb olunub-olunmadığı istiqamətində ətraflı araşdırmalar aparmış və bununla bağlı müvafiq sorğular vermişdir. Həmin sorğulara cavab olaraq cavabdeh inzibati orqan xx.xx.2N5-ci il tarixli məktubla bildirmişdir ki, vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən xx.xx.2N3-cü il tarixdə imtina verilmişdir. Əlavə olaraq vətəndaş X10, vətəndaş X15, vətəndaş X11 və vətəndaş X12 “Müharibə veteranı” adı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən verilib və əsas sənədlər həmin qurumda saxlanıldığına görə, sənədlərin surətlərinin göndərilməsi qeyri-mümkündür. N nömrəli hərbi hissənin xx.xx.2N5-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ehtiyatda olan əsgər İddiaçı, 5-ci taborun 13-cü bölüyün 3-cü taqım 2-ci manqasının komandiri vəzifəsində xx.xx.2N0-ci il tarixdən xx.xx.2N1-ci il tarixədək hərbi hissədə xidmət etmişdir. Ehtiyatda olan əsgər İddiaçı qismən səfərbərlik zamanı xx.xx.2N0-ci il tarixdə 5-ci taborun 13-cü bölüyün 3-cü taqım 2-ci manqasının komandiri vəzifəsinə xidmətə qəbul edilmiş və xx.xx.2N1-ci il tarixdə hərbi qeydiyyata durmaq üçün Qaradağ rayon Şöbəsinə göndərilmişdir. Ehtiyatda olan əsgər İddiaçı qismən səfərbərlik zamanı xidmət etdiyi 5-ci taborun 13-cü bölüyü şəxsi heyəti tam tərkibdə döyüş əməliyyatları zamanı hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Tərtər rayonunun Sarov yaşayış məntəqəsində yerləşmiş və hərbi hissənin tərkibində döyüş əməliyyatlarında hər hansı təminat növü üzrə tapşırıqları yerinə yetirməmiş, heç bir döyüş əməliyyatlarında iştrak etməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qəbələ rayon Şöbəsinin xx.xx.2N5-ci il tarixli məktubu ilə iddiaçının hərbi əməliyyatlarda onunla birlikdə döyüşdüyünü iddia etdiyi X4 şəhidlik statusunun verilməsi üçün əsas olan sənədlər məhkəməyə göndərilmişdir. Həmin məktuba əlavə olunan arayışdan görünür ki, arayış verilir 1963-cü il təvəllüdlü X2 ondan ötrü ki, həqiqətən onun mərhum oğlu xx.xx.1993-cü il tarixində Qəbələ rayonu Nıc kəndində anadan olmuş əsgər X5 Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 45-cı maddəsinə əsasən xx.xx.2N0-ci il tarixdə hərbi təlim toplanışlarına çağırılaraq xx.xx.2N0-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. xx.xx.2N0-ci il tarixdə döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarının 1.2.5-cı yarımbəndinə əsasən X5 şəhid, mərhumun ailəsi isə şəhid ailəsi hesab edilmişdir. Əsas: N saylı hərbi hissənin xx.xx.2N0-ci il tarixli 3278 saylı bildirişi; Həmin məktuba əlavə olunan N nömrəli Hərbi Hissə komandirinin 21 sentyabr 2N0ci il tarixli 265 nömrəli əmrindən çıxarışdan görünür ki, Hərbi təlim toplanışına çağrılmış aşağıda adları çəkilən hərbi vəzifəlilər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrindən gəldiklərinə görə 21 sentyabr 2N0-ci tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmişlər və N nömrəli hərbi hissəyə ezam olunmuşlar:

348. əsgər X5. Həmin məktuba əlavə olunan N nömrəli Hərbi Hissə komandirinin 18 mart 2N1-ci il tarixli 81 nömrəli əmrindən çıxarışdan görünür ki, X1 3-cü taborun 9-cu bölüyünün 1-ci taqımının 2-ci manqasının atıcısı, Talış-Suqovuşan istiqamətində Döyüş əməliyyatları zamanı aldığı xəsarətlərdən həlak olduğuna görə, xx.xx.2N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması və sənədlərinin qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmət Çağrış üzrə Dövlət Xidmətinin Qəbələ rayon Şöbəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq N nömrəli hərbi hissənin komandirinin xx.xx.2N5-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ehtiyatda olan əsgər İddiaçı, xx.xx.2N0-ci il tarixdən xx.xx.2N1-ci il tarixədək N nömrəli hərbi hissənin 5-ci taborun 13cü bölüyün 3-cü taqım 2-ci manqasının komandiri vəzifəsində xidmət etmiş, 13-cü bölüyün siyahısından 9-cu bölüyün şəxsi heyətinin siyahısına keçirilməmiş və N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində 13-cü bölükdən başqa digər bölmələrdə xidmət etməmişdir. Beləliklə, aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, İddiaçı ölkəmizdə elan olunan qismən səfərbərlik zamanı hərbi xidmətə yararlı hesab olunduğu üçün N nömrəli hərbi hissənin 5-ci taborun 13-cü bölüyün 3-cü taqım 2-ci manqasının komandiri kimi xidmət göstərmiş, onun xidmətə daxil edilməsi və xidmətdən tərxisi ilə bağlı nizami hissə əmrləri mövcuddur, lakin iddiaçının xidməti zamanı döyüş əməliyyatlarının həyata keçirilməsinə cəlb olunan N nömrəli hərbi hissənin 3-cü taborunun 9-cu bölüyünə keçirilməsi faktı sorğulara verilmiş cavablarla və təqdim olunmuş sənədlərlə öz təsdiqini tapmamışdır. İddiaçının şəhid adı statusunu alan X5 ilə birlikdə döyüşlərdə məhz N nömrəli hərbi hissənin 3-cü taborunun 9-cu bölüyündə iştirak etməsi ilə bağlı dəlilləri də araşdırılarkən aydın olmuşdu ki, X5 N nömrəli Hərbi Hissə komandirinin xx.xx.2N0-ci il tarixli əmri ilə hərbi təlim toplanışlarına çağırılaraq xx.xx.2N0-ci il tarixdə N nömrəli hərbi hissəyə ezam olunmuş, xx.xx.2N0-ci il tarixli əmri ilə yenidən N saylı hərbi hissənin 3-cü taborun 9-cu bölüyünün 1-ci taqımının 2-ci manqasının atıcısı təyin edilmiş, xx.xx.2N0-ci il tarixdə isə döyüş əməliyyatları zamanı həlak olduğu üçün onun adına olan bütün növ təminatların dayandırılması ilə bağlı xx.xx.2N0-ci il tarixli əmr verilmiş, xx.xx.2N1-ci il tarixli əmrin məzmununda isə onun sənədlərinin qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon Şöbəsinə göndərilməsi qərara alınmışdı. Bununla da müəyyən olunur ki, İddiaçı xx.xx.2N0-ci il tarixdən xx.xx.2N1-ci il tarixədək olan xidməti dövründə yalnız N nömrəli hərbi hissənin 5-ci taborun 13-cü bölüyün 3-cü taqım 2-ci manqasının komandiri vəzifəsində xidmət etmiş, o, 13-cü bölüyün siyahısından 9-cu bölüyün şəxsi heyət siyahısına keçirilməmişdir. O ki qaldı iddiaçının “xidmət etdiyi dövrdə qızğın döyüşlər getdiyi üçün onun 13-cü bölüyün siyahısından 9-cu bölüyün şəxsi heyət siyahısına keçirilməsi ilə bağlı sənədləşmələrin aparılmaması” barədə gətirdiyi dəlilə, məhkəmə kollegiyası hesab edir ki, həmin dəlil əsassızdır. Ona görə ki, yuxarıda da göstərilənlərdən görünür ki, şəhid olmuş X5 istər xidmət yeri olan N nömrəli Hərbi Hissədən N nömrəli hərbi hissəyə ezam olunarkən, istərsə də yenidən N saylı hərbi hissənin 3-cü taborun 9-cu bölüyünün 1-ci taqımının 2-ci manqasının atıcısı təyin edilərkən, daha sonra isə xx.xx.2N0-ci il tarixdə döyüş əməliyyatları zamanı həlak olduğu zaman bu barədə müvafiq olaraq xx.xx.2N0-ci il, xx.xx.2N1-ci il və xx.xx.2N0-ci il tarixli əmrlər verilmişdir, yəni hər dəfə müvafiq sənədləşmələr aparılmışdır. İddiaçının hərbi biletindəki qeydlərə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda adı çəkilən Əsasnamənin tələbinə görə yalnız hərbi biletdə olan qeydlər “Müharibə veteranı” adının verilməsi üçün əsas deyil, hərbi bilet, hərbi xidmət keçməni, döyüş əməliyyatlarında iştirakı sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda “Müharibə veteranı” adının verilməsi üçün hərbi döyüşlərdə iştirakı sübut edən sənəd hesab edilir. Hazırki işdə isə iddiaçının məhz döyüş əməliyyatlarına cəlb olunması faktı təsdiqini tapmadığı onun hərbi biletindəki qeydlər və barəsində tərtib olunan nizami hissə əmrləri ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün yeganə əsas kimi çıxış edə bilməz. Qeyd olunmalıdır ki, hazırki işdə iddiaçıya müharibə veteranı adı verilməsi üçün zəruri şərtlərdən biri- şəxsin döyüş əməliyyatlarında iştirak etməsi halı məhkəmə araşdırmaları zamanı təsdiqini tapmamışdır. Bununla bağlı hazırki işdə cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbinin təmin olunması, yəni xeyrinə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Əksinə, cavabdeh qurum iddiaçının tələb etdiyi inzibati aktın qəbulundan imtina üçün zəruri şərtlərin mövcudluğunu sübuta yetirir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyi üçün cavabdeh inzibati orqan onun tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd olunur ki, həmin dəlillər əsassız olub, birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6794/2N4 saylı 26 sentyabr 2N4-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6794/2N4 saylı 26 sentyabr 2N4-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar